Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Predel burnu
Predel burnu (bolq. нос Предел, ‘Nos Predel’ \'nos pre-'del\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun Fourniye körfəzindən qərbdə yerləşmişdir. Resus buzlağından şimalda, Tamuris buzlağından cənubda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Rila və Pirin dağlarındakı Predel yəhərinin adını daşıyır. Dralfa burnundan 10.72 km cənub-qərbdə, Andruys burnundan 15.03 km cənub-qərbdə, Studena burnundan 3.77 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Pride FC
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Reyçel Ridel
Reyçel Ridel (5 sentyabr 1984, Vankuver, Britaniya Kolumbiyası) — Kanadanı təmsil edən su poloçusu. Reyçel Ridel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Pride Fighting Championships
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Aqidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Ağidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Prikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Prilep
Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir. Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir. Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır. Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.
Dridex
Bugat və Cridex kimi tanınan Dridex Microsoft Word- ün makrolarından istifadə edən sistem vasitəsilə bank hesablarını oğurlamaqda mütəxəssisləşən zərərli proqram formasıdır. Zərərli proqramın əsas hədəfi, Word və ya Excel-də e-post ünvanı açan Windows istifadəçiləridir. Nəticə olaraq, makrolar Dridex- i aktivləşdirir, o kompüteri yoluxduraraq zərəçəkənin bank hesabının oğurluğuna yol açır. Bu proqramın əsas məqsədi fırıldaq əməliyyatlarını dərhal başlatmaq üçün yoluxmuş maşın istifadəçilərindən bank məlumatlarını oğurlamaqdır. Bank məlumatlarını əldə etmək üçün klaviatura dinləyicisi quraşdırılaraq inyeksiya hücumlarını həyata keçilir. 2015-ci il ərzində proqramın səbəb olduğu oğurluğun hesabı Böyük Britaniyada 20 milyon funt sterlinq, ABŞ-da isə 10 milyon dollar dəyərindədir. 2015-ci ilə qədər Dridex hücumları 20-dən çox ölkədə aşkar edilmişdi. 2016-cı ilin sentyabr ayının əvvəlində tədqiqatçılar kriptovalyuta büdcəsinə hədəflənməsi üçün ilkin dəstəyi üzə çıxardılar. 2019-cu ilin dekabrında ABŞ səlahiyyətliləri Dridex zərərli proqramını yaratdığı düşünülən iki şübhəliyə, o cümlədən qrupun lideri olduğu iddia edilən şəxsə qarşı ittiham irəli sürüb. == Evil Corps == Evil Corp ( a.k.a.
Ariel
Ariel (Uranın peyki)
Paide
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
Eduardo Riedel
Eduardo Riedel (5 iyul 1969, Rio-de-Janeyro) — Braziliya Sosial Demokratiya Partiyasına bağlı olan braziliyalı siyasətçi və iş adamı. == Həyatı == 2022-ci ildə Braziliyada keçirilən seçkilərdə Mato Grosso do Sul qubernatoru seçilib.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. == Həyatı == Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.
Fridek-Mistek
Fridek-Mistek (çex. Frýdek-Místek [ˈfriːdɛk ˈmiːstɛk], keç. alm. Friedeck-Mistek‎) Çex Respublikasının şərqində, Morav-Sileziya bölgəsində, Ostravitse çayında yerləşən şəhər. Fridek-Mistek inzibati rayonunun mərkəzidir. == Tarix == Şəhər, Teşin Sileziyasının mərkəzi olmuş Fridek şəhərinin Morav Misteki ilə birləşməsi nəticəsində (1943-cü ildə) yaranmışdır. İkinci dünya müharibəsi zamanı şəhər sadəcə Fridek adlanırdı, müharibədən sonra iisə ona indiki adı vermişdilər. == Məşhur Fridek'lilər == Otakar Parjik (1901-1955) çexiyalı dirijor, Fridekdə anadan olmuşdu Tomaş Qalasek (1973) çexiyalı futbolçu == Qardaş şəhərlər == Polşa, Belsko-Biala Polşa, Mıslovitse Slovakiya, Jilina ABŞ, Ames, Ayova Yunanıstan, Nikaia Rusiya, Urjupinsk Belçika, Harelbeke == Qalereya == === Web link === http://www.frydekmistek.cz/ Oficiální stránky http://www.frydecko-mistecko.cz/ Regionální internetové noviny pro Frýdek-Místek a okolí http://www.bazilika.net/ Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine Římskokatolická farnost sv.
Frideş Karinti
Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[…], Budapeşt – 29 avqust 1938[…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir. == Həyatı və fəaliyyəti == Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir.
Himaçal Pradeş
Himaçal Pradeş (sanskr. हिमाचल प्रदेश) - Hindistanın ştatlarından biri. Paytaxtı Simla şəhəridir. Hindistanın şimalında yerləşir. Sahəsi 55 673 km2 olan ştat təbii gözəlliklərə malikdir. Şimalında Cammu-Kəşmir, şərqində Çin (Tibet), cənub-şərqində Uttar Pradeş, cənubunda Haryana, qərbində Pəncab əyalətləri var. "Qarlı Dağ" mənasını verən Himaçhal adı Himalay dağlarından gəlir. Himçal Pradeşdəki fermerlər əsasən qoyun və keçi yetişdirirlər, hüsusilə qəbilə bölgələrində.
Madhya-Pradeş
Madhya-Pradeş (hind. मध्य प्रदेश) — mərkəzi Hindistanda ştat. Əhalisi 72 597 565 nəfər (ölkədə 6-cı yer). Paytaxtı Bhopaldır. Digər böyük şəhərlər Qvalior, İndore, Cəbəlpurdur. Əsas dil hindi dilidir.
Prilep təpəsi
Prilep təpəsi (bolq. Прилепска могила, ‘Prilepska Mogila’ \'pri-lep-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Misti aşırımından cənubda, Laklaver yaylasından qərbdə, Broad dərəsindən cənub-şərqdə yerləşmişdir. Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən Prilep şəhərinin adını daşıyır. Prilep təpəsi 63°29′15″ c. e. 57°58′45″ q. u. koordinatlarında yerləşmişdir. Morro del Paso zirvəsindən 2.39 km şərqdə, Dabnik zirvəsindən 1.41 km cənub-qərbdə, Kanitz nunatakından 10.08 km qərbdə, Yarlovo nunatakından 6.72 km şimalda yerləşmişdir.
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Rafflesia pricei
Rafflesia pricei (lat. Rafflesia pricei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.