Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pripyat
Pripyat (ukr. Прип'ять) — Ukraynada şəhər. 26 aprel, 03:00. Çernobıl AES-ın 4-cü reaktorunda partlayış meydana gəlir. O gecə Çernobılın 10 km-lik təhlükəli ərazisində yerləşən 49 min sakini olan Pripyat şəhəri boşaldılmalı olur. Gecə yarısından etibarən yüzlərlə avtobus şəhərin mərkəzinə gətirilir. Ordu yardım üçün əhaliyə kömək edir. İnsanlar evlərini o qədər tez boşaltmağa məcbur edilir ki, özləri ilə bir neçə geyim əşyası və yalnız şəkil albomlarını götürməyə icazə verilir. Pripyatı tərk edən avtomobil karvanının uzunluğu 20 km-ə çatır. Boşaltma işləri 30 saata yekunlaşır.
Orta Pripyat
Orta Pripyat (belar. Сярэдняя Прыпяць) — Belarus ərazisində olan ölkə əhəmiyyətli landşaft yasaqlığı. Yasaqlıq 1999-cu ildə yaradılmış. Yasaqlıq Brest vilayətinin Stolinski, Pinski, Lunineski, eləcə də Qomel vilayətinin Jitkoviçski rayonları ərazisində formalaşdırılmış. Yasaqlıq Avropada yeganə təbii alt bataqlıq kompleksidir. Kompleksə həmçinin çaylar, subasar meşələr aiddir. Yasaqlıq 19 iyul 1999-cu ildə, Belarus Respublikasının Nazirlər Sovetinin № 1105 qərarla yaradılmış. Orta Pripyat yasaqlığı üç bioloji yasaqlığın bazası əsasında qurulmuş: «Aşağı Yaseldı», «Laninin mənsəbi» və «Aşağı Sluçi». Ümumi sahəsi 90447 hektardır. Nazirlər Sovetinin 22 noyabr 2013-cü il № 1008 qərarı ilə yasaqlığın sahəsi 2615,15 hektar genişləndirilərək 93062,15 hektara çatdırıldı.
Pripyat çayı
Pripyat çayı (ukr. Прип’ять) — Şərqi Avropada çay. Uzunluğu 761 km-dir. O şərqə tərəf Ukraynaya və Belarusa, sonra yenidən Ukraynaya uzanır. Mənsəbi olan Dnepr çayına tökülür. Pripyat çayı Çernobıl faciəsi baş verən zonadan keçir. Pripyat şəhəri Çernobıl faciəsindən sonra həmin ərazidən köçürülmüşdür. Çayın hövzə sahəsi 121,000 km2, Belarus hissəsininki isə 50,900 km2-dir. Çayın uzunluğunun 495 kilometri Belarus ərazisindədir. Maks Vasmer öz etimologiya lüğətində qeyd edir ki, ən qədim Şərq Slavyan sənədi olan İbtidai xronikada qeyd olunan çayın tarixi adı Pripetdir.
Əyləncə parkı (Pripyat)
Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir. Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir. Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.