Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Protest
Protest – [lat. protestor – etiraz edirəm, sübut edirəm; protestari – təntənəli elan etmək] 1)açıq-aşkar etiraz; 2)hər hansı bir şeylə qəti razılaşmamaq; 3)hüquqşünaslıqda – hər hansı məhkəmə qərarı ilə razılaşmamaq haqqında ərizə, məhkəmə hökmündən rəsmi narazılıq. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Proyekt
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr 1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Ə. Vəliyevin "Gülşən", M. Hüseynin "Kin", Mir Cəlalın "Dağlar dilə gəldi" və başqa əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur. Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır. Hekаyə ilə roman arasında orta mövqe tutan, hekаyədən böyük, romandan kiçik epik əsərlər povest adlandırılır.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Protea
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Prostat vəzi
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.
Qotan Project
SunStroke Project
SunStroke Project — Sergey Yalovitski (vokalist), Anton Raqoza (skripkaçı və bəstəkar) və Sergey Stepanovdan (saksofonçu) təşkil olunmuş Moldovalı musiqi triosu. Onlar Moldovanı 2010 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmələri ilə tanınırlar. Qrupun adını Anton Raqoza hərbi xidmətdə olarkən seçmişdir. Anton Raqoza 6 yanvar 1986-cı ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O qrupda skripkaçı olaraq fəaliyyət göstərir. Anton eyni zamanda qrupun ifa etdiyi mahnıların bəstəkarıdır. O daha Kişinyov orkestrində dirijor olaraq fəaliyyət göstərmiş və klassik musiqi sahəsində bir çox mükafatlar qazanmışdır. Anton Castin Timberleyk və Maykl Ceksonun onu musiqiyə ilhamlandıran şəxslər olduğunu bildirmişdir. Sergey Stepanov 3 sentyabr 1984-cü ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O SunStroke Project qrupu tərkibində saksofonda çıxış edir.
Gotan Project
Gotan Project — Parisdən olan musiqi qrupu. Qrupun tərkibinə Filip Koen Solal (Fransa), Eduardo Makaroff (Argentina) və Kristof Müller (İsveçrə) daxildir.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Oxşar (povest)
Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur. Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır. Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur.
Protea angolensis
Protea angolensis (lat. Protea angolensis) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea aristata
Protea aristata (lat. Protea aristata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea aurea
Protea aurea (lat. Protea aurea) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea auriculata
Protea eximia (lat. Protea eximia) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea bauerii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea bolusii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea caffra
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea compacta
Protea compacta (lat. Protea compacta) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü. Dağılımı Kleinmond'dan Bredasdorp Dağlarına qədərdir və kəsilmiş çiçək sənayesindəki ən məşhur protealardan biridir.
Protea comptonii
Protea comptonii (lat. Protea comptonii) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea coronata
Protea coronata (lat. Protea coronata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea curvata
Protea curvata (lat. Protea curvata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü. Hilton-Taylor, C. et al. 1998. Protea curvata. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 August 2007.