Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. == Zəmin == XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. === 2012-ci il London Paralimpiadası === Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. == Əhalisi == Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. == Görkəmli şəxsləri == İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Protura
Bığcıqsızlar -(lat. Protura) Altıayaqlılar yarımtipinin Gizliçənəlilər sinfinə aid olan dəstə. == Xarici quruluşu == Çox kiçik ölçüləri (0,5-2,0 m) və qurdşəkilli çevik bədəni ilə fərqlənir. Başında bığcıqlar və göz yoxdur. Ağız orqanları deşici-sorucu, zəif, fırçaşəkilli olub, baş kapsulunun içərisinə çəkilmişdir. Döş ayaqları bütövlükdə qısa və ya caynaqlıdır, ancaq qabaq ayaqları qalanlarından xeyli uzundur. Qarıncığın ilk üç seqmentində ayaq çıxıntıları vardır. İnkişafı anamorfozdur, yumurtadan 8 buğumlu qarıncığı olan sürfə çıxır, qabıqqoyma prosesində daha üç seqment əldə edir. Bu cücülərdə başın yanlarında xüsusi orqan – «yalançı gözcüklər» vardır. Görünür, bunlar rütubətin dəyişməsini və havanın vibrasiyasını qavramağa xidmət edir.
Xronika
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
İroniya
İroniya (q.yun. εἰρωνεία "bəhanə") — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Kamallı-ağıllısan…" Burada müsbət fikirlər mənfi məna daşıyır.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Ailanthus procera
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Anthriscus procera
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Artemisia prolixa
Artemisia prolixa (lat. Artemisia prolixa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Juniperus procera
Juniperus procera (lat. Juniperus procera) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Melaleuca procera
Melaleuca procera (lat. Melaleuca procera) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Palicourea prodiga
Palicourea prodiga (lat. Palicourea prodiga) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Ploniya çayı
Ploniya (pol. Płonia, alm. Plöne‎) — Polşanın şimal-qərbində çay. == Coğrafiya == Polşanın şimal-qərbində çay. Cənubi Pomorsk əyalətinindən axaraq Dombe gölünə tökülür. Çayın uzunluğu 72,6 km, hövzəsinin sahəsi isə 1171,2 km²-dir. Çay başlanğıcını Barlinek şəhərindən 1.5 km məsafədə yerləşən Barlinek-Qorjuv landşaft parkında yerləşən Mıslibor gölündən götürür. Demək olar ki, mənbəni keçən kimi Barlin gölü və Barlinek şəhəri başlayır. Şimal-qərb istiqamətində axaraq o, Plon və Medve göllərini yuyur. Yuxarı axarlarında çay sürətli axır, Plon gölü sahillərində artıq sürəti azalır.
Pronoya (nereida)
Pronoya (yun. Προνόη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Proçida (ada)
Proçida (it. Procida) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 4,1 km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Adanın qoruyucusu Mələk Mikayıl hesab edilir. == Tarixi == Ada hələ bizim eradan əvvəl sakinləşmişdir. Burada ilk yunan Proxita yaşayış məskəni, Roma İmperiyası dövründə isə patrisilər üçün kurort mövcud olmuşdur. Adadakı katolik monastır kilsəsi rəvayətə görə yerli sakinlərin dəniz quldurlarından yaxa qurtarmaq üçün Mələk Mikayıla dua edib yalvarmışlar. Bu zaman aydın dənizdə qəfildən qopan tufan quldur gəmiləini batırır. Bu məqsədlə adanın qoruyucusu Mələk Mikayılın şərəfinə həmin kilsə inşa edilmişdir. == Maraqlı faktlar == İstedadlı cənab Ripli (film, 1999) filminin bəzi səhnələri bu adada çəkilmişdir.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Salix prolixa
Salix prolixa (lat. Salix prolixa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Lamina propria
Lamina propria — tənəffüs yolları, mədə-bağırsaq traktı və sidik-cinsiyyət yolları kimi bədəndəki müxtəlif boruları əhatə edən və selikli qişa kimi tanınan nəmli qişaların bir hissəsini təşkil edən nazik birləşdirici toxuma təbəqəsi. Lamina propria nazik boş (areolar) birləşdirici toxuma təbəqəsidir, epitelin altında yerləşir və epitel və bazal membranla birlikdə selikli qişanı təşkil edir. Latın adından göründüyü kimi, selikli qişanın xarakterik komponenti "öz xüsusi təbəqəsidir". Beləliklə, selikli qişa termini epitel və lamina proprianın birləşməsinə aiddir. Lamina proprianın birləşdirici toxuması hüceyrələrlə zəngindir. Lamina proprianın hüceyrələri dəyişkəndir və bunlara fibroblastlar, limfositlər, plazma hüceyrələri, makrofaqlar, eozinofil leykositlər və mast hüceyrələri daxil ola bilər. O, epitelə dəstək və qidalanma, eləcə də əsas toxuma ilə bağlanma vasitələri təmin edir. Dildə aşkar edilən papillalar kimi birləşdirici toxuma səthindəki pozuntular lamina propria və epitelin təmas sahəsini artırır. == Strukturu == Lamina propria boş birləşdirici toxumadır, buna görə də submukozanın altında yatan birləşdirici toxuma kimi lifli deyil. Lamina proprianın birləşdirici toxuması və düzülüşü çox sıx və elastikdir.
Lactuca procera
Kanada süddəyəni (lat. Lactuca canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mulgedium canadensis (L.) Farw.
Viola procera
Viola elatior (lat. Viola elatior) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola canina subsp. elatior (Fr.) Wigand Viola montana var.
Othonna procera
Othonna arborescens (lat. Othonna arborescens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Eucalyptus procera
Eucalyptus obliqua (lat. Eucalyptus obliqua) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Fagus procera
Əkin şabalıdı (lat. Castanea sativa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli ksilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Botaniki xarakteristikası == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28), eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir.