Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Necefet-pehtet
Necefet-pehtet (q.misir nDft pHtt — "Aşağı terebint ağacı",yun. ἡ Λύκων πόλις — "Canavar (çaqqal) şəhəri") — Yuxarı Misirin XIV nomu (əyaləti). Nomun mərkəzi Kus şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmiş Hathordur. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir.
Piktet-Spenqler reaksiyası
Piktet-Spengler reaksiyası — β-aril- etilaminin aldehid və ya keton ilə kondensasiyaya məruz qaldığı və sonra həlqənin bağlandığı kimyəvi reaksiyadır. Reaksiya ilk dəfə 1911-ci ildə Amé Piktet və Teodor Spenqler (22 fevral 1886 – 18 avqust 1965) tərəfindən kəşf edilmişdir.[1] Ənənəvi olaraq protik həlledicidə turşu katalizatoru qızdırma zamanı istifadə olunurdu[2], lakin sonradan reaksiyanın aprotik mühitdə daha yüksək məhsuldarlıqla getdiyi öyrənilmişdir.[3] Piktet-Spenqler reaksiyasını Mannix reaksiyasının xüsusi halı hesab etmək olar. Bu reaksiyanın hərəkətverici qüvvəsi turş mühitdə aldehid və aminin kondensasiyası nəticəsində yaranan iminium ionunun elektrofilliyidir. Bu, əksər hallarda turşu katalizatoruna ehtiyacla izah edilir, çünki imin həlqəsi bağlanmaq üçün kifayət qədər elektrofil deyil, lakin iminium ionu bu reaksiyaya daxil olur. Piktet-Spenqler reaksiyası həm sənayedə, həm də biosintezdə geniş istifadə olunur. Aşkar olunduğu gündən bəri alkaloid və üzvi sintez sahələrində əhəmiyyətli bir reaksiya olaraq qalmışdır, burada bir çox β-karbolinlərin alınmasında istifadə edilmişdir. Təbii Piktet-Spenqler reaksiyası adətən striktosidin sintaza kimi bir fermentindən istifadə edir. Bioloji xammal kimi amin turşusu triptofan və müxtəlif aldozalar istifadə olunur. İndol və ya pirol kimi nukleofil aromatik həlqələr mülayim şəraitdə yüksək məhsul verir, fenil qrupu kimi daha az nukleofil aromatik həlqələr isə daha az məhsul verir və ya daha yüksək temperatur və qüvvətli turşu tələb edir. Piktet-Spenqler reaksiyası, tetrahidroizoxinolini meydana gətirən xlorid turşusunun katalizatorluğu ilə fenetilamin və dimetoksimetanın reaksiyasıdır.
Epiktet
Epiktet (yun. Έπίκτητος, təq. 50[…], Hierapolis – 138) — yunandilli Roma filosofu, stoaçılıq məktəbinin ardıcılı. Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir. Fəlsəfəsində “yaxşı həyat nədir?” sualına cavab axtarırdı. Neronun mühafizəçilərindən birinin köləsi olan Epiktet ən nəhayətində azadlığını əldə etməyi bacarmış və ən özünəmxəsus düşüncə xadimlərindən biri olmuşdu. == Həyatı == I əsrin başlanğıcında (təqribən 50-ci ildə) Frigiyanın Hierapolis şəhərində dünyaya gəldiyi zənn edilir. Romada Epafroditon adlı bir kəsin qulu idi. Orada stoacı filosof Musonius Rufusun dərslərində olur. Azad edildikdən sonra özünü fəlsəfəyə həsr edir.
Epitet
Epitet (yun. ἐπίθετος epithetos-qoşma, əlavə deməkdir) — məcazi məna bildirir məsələn:qızıl əllər,acı dil == Epitet bədii ədəbiyyatda == Epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet qabartma ilə bənzətmənin qarışığıdır. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl insanın üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır.
Paştet
Paştet (alm. Раstеtе‎) 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Pisten
Pistən
Piotes
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. == Tarixi == 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Horatio Pintea
Horatio Pintea (11 noyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Horatio Pintea Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Patet lao
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir. "Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur.
Piter Abrahams
Piter Henri Abrahams (ing. Peter Henry Abrahams; 19 mart 1919 – 18 yanvar 2017[…]) — Cənubi Afrika yazıçısı. Piter Abrahams 3 mart 1919-cu ildə CAR-ın kasıb Vrededorp şəhərciyində doğulmuş, 1939-cu ildə ölkəsini tərk etmişdir. 1956-cı ildə Yamaykaya köçməmişdən əvvəl dənizçi və Londonda jurnalist kimi işləmişdir. Cənubi Afrikanın məşhur qaradərili yazıçılarından biri olan Piter Abrahamsın əsərləri siyasi və sosial problemlərə, xüsusilə irqçiliyə həsr olunmuşdur. Müəllifin ilk işlərindən biri olan "Kömür oğlan" (1946) hekayəsi tənqidçilərin diqqətini cəlb etdi. Onun irqçilik əleyhinə yazılmış digər əsərləri arasında "Qara vəsiyyət" (1942) hekayələr toplusu və "İldırımlı yollarla" (1948), "Maykl Udomo üçün əklil" (1956), "Gecənin hökmündə" (1965), "Koyabadan baxış" (1985) romanlarını qeyd etmək olar. 1966-cı ildə yazdığı "Bu ada indi" romanı Afrikadan bəhs etməyən yeganə əsəridir, bu əsərdə hadisələr Yamaykada və Karib adalarında baş verir. Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Piter Abrahamsın "İldırımlı yollarla" (The Path of Thunder) romanının motivləri əsasında eyniadlı balet yazmışdır.
Piter Boddert
Piter Boddert (nid. Pieter Boddaert; 26 may 1730[…] – 6 may 1795, Utrext, Utrext) — Niderland həkim və təbiətşünası.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Piter Cekson
Piter Robert Ceckson (31 oktyabr 1961[…]) — Yeni Zelandiya film prodüseri, ssenaristi və rejissoru, üç dəfə Oskar mükafatı laureatı. İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkmişdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-cü ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-cı ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı.
Piter Daymond
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
Piter Devison
Piter Devison (ing. Peter Davison, anadan olanda adı — Piter Moffet ing. Peter M. G. Moffett; 13 aprel 1951, London) — İngilis aktyor. Ən çox 1981 və 1984-cü illər arasında "Doktor Kim" serialında beşinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Piter Druker
Piter Druker (19 noyabr 1909[…], Vyana – 11 noyabr 2005[…], Klermont[d], Kaliforniya) — idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur. Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır. 19 noyabr 1909-cu ildə anadan olmuş amerikalı alim, iqtisadçı, XX əsrin ən görkəmli menecment nəzəriyyəçilərindən biri, müasir menecment nəzəriyyəsinin banisi, publisist, müəllim və yazıçı Piter Ferdinand Druker (Peter Ferdinand Drucker “İnformasiya işçisi” anlayışını elmə gətirmiş Druker 39 kitabın və yüzlərlə məqalənin müəllifidir. - Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir. - Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət marjı və artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” - “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.
Piter Ekroyd
Piter Ekroyd (ing. Peter Ackroyd;5 oktyabr 1949[…], London) — İngilis bioqrafı, yazıçı və London tarixinə və mədəniyyətinə xüsusi maraq göstərən tənqidçidir. İngilis tarixi və mədəniyyəti ilə bağlı romanlarına və Uilyam Bleyk, Çarlz Dikkens, T.S.Eliot, Çarlz Çaplin və Ser Tomas Mor tərcümeyi -hallarına görə Somerset Moem və iki Whitbread Mükafatı qazandı. İstehsal etdiyi işlərin həcmi, üslub çeşidi, fərqli səsləri qəbul etmə qabiliyyəti və araşdırmasının dərinliyi ilə tanınır. 1984 -cü ildə Kral Ədəbiyyat Cəmiyyətinin üzvü seçildi və 2003 -cü ildə Britaniya İmperiyası ordeni komandiri təyin edildi. Ekroyd, Londonda anadan olub və atası bir gün evdən çıxaraq geri qayıtmır. Anası və nənəsi tərəfindən Roma Katolik evinə qoyulan yazıçı Şərqi Actonda bir bələdiyyə mülkündə böyüdü. İlk dəfə yeddi yaşında gey olduğunu öyrəndi. O, Kembricdəki Müqəddəs Benedikt kollecində, İlinq və Kler kollecjərində də təhsil almışdır. 1972 -ci ildə Yale Universitetində Mellon elmi işçisi idi.
Piter Filips
Piter Filips (d. 1560, Devon, Britaniya İmperiyası - ö. 1628, Brüssel, Belçika) — ingilis bəstəkar, orqançı və keşiş.
Piter Hiqqs
Peter Ware Higgs (29 may 1929[…], Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d] – 8 aprel 2024, Edinburq) — İngilis nəzəri fizikaçı, Edinburq Universitetindən təqaüdçü olmuş professor idi. Hiqqs ən çox özü və bir neçə nəzəri fiziki tərəfindən varlığı qarşıya qoyulan Hiqqs bosonu ilə tanınırdı. 14 mart 2013-cü ildə Tanrı hissəciyi (Hiqqs bosonu) tapdıqdan sonra, 8 oktyabr 2013-cü ildə Alfred Nobel adına verilən Nobel Fizika Mükafatını Fransua Enqler ilə birlikdə qazandı. O, 2024-cü il 8 apreldə öldü.
Piter Hüqo
Piter Hüqo (afrik. Pieter Hugo) — CAR fotoqrafı.
Piter Kapaldi
Piter Duqan Kapaldi (ing. Peter Dougan Capaldi; 14 aprel 1958, Qlazqo) — Şotland aktyor, rejissor və ssenari müəllifi. Oskar və BAFTA mükafatlarının laureatı. 2013-cü ildən bəri «Doktor Kim» serialında on ikinci Doktorun rolunda oynayır.