Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Datsit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
Kamşot
Kam şot (ingiliscə ekvivalenti olan cum shot termini Azərbaycan dilinə tam tərcümədə "sperma atışı" və ya "sperma səhnəsi" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir. Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiya cinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır. Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir. Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur. Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadın mizoginiyasını yaratdığını iddia etmişdirlər. Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.
Matkot
Matkot (ivr. ‏מטקות‎‏‎) — İsraildə oynanılan və çimərlik tennisinə oxşar raket oyunu. İsrailin milli idman növü hesab olunur. Oyunda əsas məqsəd taxta raketka ilə rezin topu qarşı tərəfə yerə düşmədən göndərməkdir. Oyunda əsasən 2 nəfər iştirak etsə də, bəzən bu say artıq ola bilir. Matkot çimərlik idman oyunudur və bu idman növü üzrə heç bir yarış keçirilimir. Oyunçuların əsas məqsədi qara rezin topu irəli göndərməkdir. İdmanın adı ivrit dilində "raketka" mənasını verən "matka" sözündən yaranmışdır. Bu sözün mənşəyi isə naməlumdur. Raketkalar taxtadan hazırlanır, lakin tutacaqlar əsasən plastikdən ibarət olur.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Patent
Patent (lat. patere, patent – açıq qoymaq) — hər hansı bir ixtiraya verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusudur. O edilmiş xeyirli ixtira və ya sənaye modelinə müəlliflik hüququnu göstərən sənəd.
Patnos
Patnos — Ağrı ilinin ilçəsi.
Paştet
Paştet (alm. Раstеtе‎) 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Petsit
Petsit — mineral, Ag3AuTe2. Petsit - Kubik. Aqreqat: kip, dənəvəri. Ayrılması yoxdur. Rəngi poladı-bozdan dəmiri-qaraya kimi, çox vaxt dəyişən rəngli. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,02. Hidrotermal kvars Au-Ag damarlarında silvanit, kalaverit, hessit, sərbəst Te və sulfidlərlə birlikdə. Geologiya terminlərinin izahlı lüğəti.
Tatsat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Çatbot
Çatbot istifadəçi ilə adətən mətn, bəzi hallarda isə nitq vasitəsilə dialoq quraraq məlumat verən və ya əməliyyat həyata keçirən tətbiqidir. 90-cı illərdə istifadəçilərin gündəlik həyatına daxil olan vebsaytlar və 2000-ci ildən sonra istifadə olunmağa başlayan mobil proqramlar kimi, çatbotlar da texnologiya ilə insanlar arasında qarşılıqlı əlaqəni təmin edən bu günün və yaxın gələcəyin interfeysləri adlanır. Veb saytlar və mobil proqramlar qrafik interfeyslər (GUI), chatbotlar isə danışıq interfeysləridir (CUI). Bu səbəbdən, chatbotların texnologiya ilə insanlar arasındakı qarşılıqlı əlaqəni mövcud vəziyyətdən fərqli bir ölçüyə gətirdiyi və interfeys baxımından inqilabi bir xüsusiyyətə sahib olduğu baxışı geniş yayılmışdır. Çatbotlar müvafiq qurumun saytında, mobil proqramda, həmçinin ümumi mesajlaşma platformalarında (WhatsApp, WeChat, Facebook Messenger və ya səsli köməkçilərdə (Google Assistant, Siri, Amazon Alexa) yerləşdirilə bilər. Ən çox istifadə olunan sahələr maliyyə, elektron ticarət, hava yolu, səhiyyə və s.
Debbie Vatson
Debbie Vatson (d. 28 sentyabr 1965) — Avstraliyanı təmsil edən su poloçusu. Debbie Vatson, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Debbie Vatson, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Emma Watson
Emma Uotson (tam adı; Emma Şarlotta Dyuyerre Uotson, ing. Emma Charlotte Duerre Watson; 15 aprel 1990[…], Le Mare[d], Paris) — Böyük Britaniya aktrisası. Emma Uotson 2001-ci ildən başlayaraq bütün səkkiz Harri Potter filminin hər birində Deniel Redkliff və Rupert Qrintlə yanaşı rol alaraq bu filmlər seriyasında yaratdığı Hermiona Qreyncer obrazı ilə məşhurlaşıb. Hermiona olaraq heyətə daxil olarkən onun doqquz yaşı var idi və daha əvvəl yalnız məktəb tamaşalarında oynamışdı. On il ərzində, Uotson dünya şöhrəti, mühüm təriflər və 10 milyon funtdan artıq pul qazanmışdı. 2007-ci ildə Uatson iki filmdə yer almışdır: "Balet ayyaqqabları" romanı əsasında çəkilən film və Despero adlı cizgi film. Balet Ayaqqabıları filmi 2007-ci ildə nümayiş etdirilmiş və 5,2 milyon tamaşaçı sayı toplamışdır. Dikamillo romanı əsasında çəkilmiş Despero cizgi filmi isə 2008-ci ildə ekranlara çıxmış və 70 milyon dollar gəlir əldə etmişdi. İlk modellik təcrübəsini isə 2009-cu ildə Burberrynin payız-qış mövsümündə etmişdir. 2011-ci ildən 2014-cü ilə kimi film çəkilişlərinə ara verib təhsilini davam etdirərək Braun Universiteti və Oksford universitetində təhsil almış və 2014-cü il may ayında Brown universitetini İngilis ədəbiyyatı ixtisası üzrə bitirmişdi.
Felisiti Passon
Kayli Vatson
M46 Patton
M46 Patton orta tankı ABŞ tərəfindən hazırlanmış Patton seriyasındakı tankların birinci nümayəndəsidir. Tank George S. Pattonun adını daşıyan ilk tank olaraq, həmçinin general adı daşıyan ilk tank da olmuşdur. George S. Patton, İkinci Dünya müharibəsi əsnasında xidmət edən üçüncü ordunun komandiri və tankların döyüşlərdə aktiv şəkildə istifadə edilməsinin müdafiəçisidir. M46 Patton, M26 Pershing tankının inkişaf etdirilmiş versiyası və ABŞ Silahlı Qüvvələrinin 1949 və 1950 modelləri ilə Soyuq müharibə dövründə istifadə etdiyi əsas döyüş tankı olmuşdur. 30 iyul 1948-ci ildə M46 tankının adı George S. Patton Jr. şərəfinə Patton olaraq təyin edilmişdir. Bu tank yalnız Soyuq müharibə dövründə müttəfiq bir qüvvə olan Belçikaya verilmiş və yeni hazırlanan M47 Patton tankı üçün təlim məqsədləri üçün az miqdarda ixrac edilmişdir. M46 tankı M26 Pershing və M4 Sherman tanklarını əvəz etmək üçün hazırlanmışdır. Sürətlər qutusu General Motors CD-850-3 və ya -4, 2 irəli, 1 geri, asqı sistemi burulma çubuğudur. Tankın yanacaq tutumu 878 litr (232 qalon), maksimum hərəkət mənzili isə 130 km (80 mph) olmuşdur.
M47 Patton
M47 Patton, Patton orta səviyyəli seriyasının ikinci və son orta tank növüdür. Bu tank 90 mm-lik bir tank silahı və yeni hazırlanmış bir qüllə ilə təchiz olunmuş M46 Patton tankının daha da inkişaf etdirilmiş versiyasıdır. 1950–1980-ci illər arasında Amerika Ordusunun standart orta tankı idi. Digər Patton seriyası tankları kimi, adını da Amerikan General Corc Pattondan almışdır. M46 Patton tankının baza modeli əsasında hazırlanmışdır. Hərəkət mənzili 130 km təşkil edir. Transmissiyası General Motors CD-850–4 modelidir. Asqı sistemi burulma çubuğudur. M47 tankı M48 Patton tankı istismara verildiyi müddətə qədər ABŞ ordusu və ABŞ dəniz piyadaları korpusu tərəfindən istifadə edilən əsas tank sinfi idi. M47 Patton əvvəllər Amerika ordusunda xidmət edən M4 Sherman və M46 Patton tanklarını əvəz etmişdir.
M48 Patton
M48 Patton Patton seriyasındakı tankların üçüncü və son orta tankıdır. M48 Patton tankları, Koreya və Vyetnam müharibələrində istifadə edilən əsas tanklardır. Amerikalı general George Pattonun adını daşıyır. M48 Patton, ABŞ Silahlı Qüvvələrinin xidmətindəki M4 Sherman və M47 Patton tanklarını əvəz etmək üçün yaradılmışdır. M48 Patton, M47 Pattona bənzər görünsə də, M48 Patton tamamilə yeni bir tank dizaynındadır. M48 Patton tankı M60 Patton tankı xidmətə qəbul edilənə qədər ABŞ ordusunda bir ara keçid tankı olaraq xidmət etmişdir. A5 modelləri ilə ABŞ Quru Qoşunları tərəfindən 1990-cı illərə qədər istifadə olunan bu tank sonradan xidmətdən çıxarıldı. Qərbi Almaniyanın silahsızlaşdırılması müqavilələrinə əsasən 1.000-ə qədər tank Türkiyəyə satılaraq əldən çıxarılmış, beləcə almanlar əllərindəki tankları yeniləmə fürsətindən ağıllı bir formada istifadə etmişdirlər. Türkiyənin əlindəki M48 tankları yavaş-yavaş xidmətdən çəkilməkdə olub, daha çox polis bölmələrinin qorunmasında istifadə edilməkdədirlər. İstehsalçı ölkə: ABŞ Tip: Əsas döyüş tankı İstehsalçı firma: Chrysler; Fisher Tank Arsenal; Ford İstehsal tarixi: 1952 – 1959 Xidmətə giriş ili: 1952 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 12.000 ədəd Modelləri: M60 Patton, Magach 1/2/3/4/5 Ağırlığı: 44.8 ton Uzunluğu: 6.96 m Lülə daxil olmaqla: 8.81 m Eni: 3.63 m Hündürlüyü: 3.24 m Klirens: 0.42 m Zireh qalınlığı: 120 mm tökmə homogen polad Tüstü bombaları Zəminə təzyiq: 0,78 kq/sm ² Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.6 m Divar dağıtmaq: 0.9 m Qalxma dərəcəsi: 30º Motor: Continental AVDS-1790 benzin At gücü: 810 Maksimal sürət: 48 km/saat Yanacaq çəninin tutumu: 757 litr Mənzili: 113 km Dayandırılması: burulma bar Əsas silahı: M48 M48A1/A2 tanklarında 90 mm-lik T54 topu M48A3 tanklarında 90 mm-lik M41 topu M48A5 tanklarında 105 mm-lik M68 yivli topu Kalibr: 90 mm və 105 mm Lülənin qalxma bucağı: 0º...
M60 Patton
M60 Patton - ABŞ istehsalı tank. M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. Əvəzlənməsinə baxmayaraq, 2019-cu ildə 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” onun istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir. M60 öz əsasını özündən əvvəlki M26 Pershing ağır tankından alır. Ondan İkinci Dünya müharibəsindən sonrakı dövrdə istifadə edilirdi. “Pershing” sonralar 90 mm-lik toplarla silahlandırılmış “Patton” seriyalı tanklara transformasiya edildi. Bu tanklara M46, M47, M48-i aid etmək olar. M60 isə 1960-cı ildə təqdim olundu və seriyanın sonuncu üzvü idi.
Niall Vatson
Niall Robert Vatson (15 iyun 2000-ci ildə anadan olub) — Akkrinqton Stenli klubundan icarə əsasında Rankorn Linnets klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. O, peşəkar karyerasında debütünü 19 sentyabr 2017-ci ildə Midlsbro U-23 klubu ilə oyunda etmişdir. O, ikinci hissədə Mexi Leakok-MakLeodu əvəz etmişdir. EFL Trofeyi görüşündə Akkrinqton Midlsbro klubuna 3–2 hesabı ilə qalib gəlmişdir. 22 yanvar 2018-ci ildə Vatson Şimali Premyer Liqası klublarından olan Marine klubuna icarəyə verilmişdir. 2018-ci ilin avqust ayında Vatson Rankorn Linnets klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Passat cərəyanları
Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır. Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir. Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Pastor roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.