Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Nazlı
Nazlı bu mənaları ifadə edə bilər: Nazlı (ad) Nazlı (film, 2017) — tammetrajlı bədii komediya janrlı Azərbaycan filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Nazlı mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri idi. Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çay.
Abbas Arazlı
Abbas İsmayılov (24 may 1936, Maşanlı, Cəbrayıl rayonu) — Azərbaycan-sovet şairi, publisisti, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993). Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır. Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən).
Baccharis raulii
Baccharis raulii (lat. Baccharis raulii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Həmid Arazlı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. == Həyatı == Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
Razavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Raznıe adaları
Raznıe adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. Kara dənizini ərazisində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 1 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. Böyük ada 1,7 km uzunluğa və 650 m enə malikdir. Kiçik ada isə 600 m uzunluğa və 250 m enə malikdir. Ən hündür nöqtəsi 11 metrdir. Bu yüksəklik Boyük adada yerləşir. Digər adada isə yüksəklik yoxdur.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
Tünzalə Arazlı
Vasili Radlov
Vasili Radlov (rus. Васи́лий Васи́льевич Ра́длов; 5 (17) yanvar 1837[…] və ya 17 yanvar 1837, Berlin – 12 may 1918[…], Petroqrad) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu. 1837-ci ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır. Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859–1871), Kazan (1874–1884) və Peterburq (1884–1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və "Aus Sibirien" adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim "Vergleichende Grammatik der nördlichen Türksprachen" adlı əsərinin "Phonetik der nördlichen Türksprachen" hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri "Opyt slovarja tjurkskix narecij"dir.
Yazlıq (Qaraqoyunlu)
Yazlıq — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. Kəndin uzun zamanlardab bəri eyni adı daşıyır. İğdır ilçə mərkəzinə 23 km, Qaraqoyunlu ilçə mərkəzinə 8 km uzaqlıqdadır.
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.
Razi
Razi — ad. Razi Nurullayev — Azərbaycan siyasətçisi. Razi Səfərov Fəxrəddin Razi — Məhəmməd ibn Zəkəriyə əl-Razi — fars tibb və kimya elm adamı. Yaşayış məntəqələri Razi (Xoy) — İranda kənd.
Etnik azlıq
Azlıqlar — etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.
Heydərli (Nazlı)
Heydərli (fars. حيدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (56 ailə).
Milli azlıq
Milli azlıq və ya etnik azlıq — hansısa bir dövlətin ərazisində yaşayaraq onun vətəndaşı olan, ancaq köklü xalqa mənsub olmayan və özünü milli icma hesab edən etnik qrup. Hələ 1935-ci ildə, Beynəlxalq Ədalət Daimi Məhkəməsi, Albaniyada azlıq məktəbləri məsələsində “azlıqların mövcudluğu qanun deyil, həqiqət məsələsidir”. Milli azlığın mahiyyətinin qeyri-müəyyən göstəricisi 1990-cı il ATƏM Kopenhagen Sənədinin 32-ci bəndində yer alır — "Bir insanın milli azlığa mənsub olması onun şəxsi seçiminin mövzusudur." İlk ATƏM / ATƏT-in Milli Azlıqlar üzrə Komissarı Maks van der Stul konsepsiyanı belə izah etdi: “Mən sizə özümün [tərifimi] təklif etməyəcəyəm. Bununla birlikdə qeyd etmək istərdim ki, azlığın varlığı təriflə deyil, həqiqət məsələsidir. (...) Görəndə azlığı tanıdığımı söyləməyə cəsarət edirəm. Birincisi, azlıq əksəriyyətdən dil, etnik və ya mədəni xüsusiyyətləri ilə seçilən bir qrupdur. İkincisi, azlıq bir qayda olaraq yalnız öz kimliyini qorumağa çalışan, həm də bu kimliyə daha güclü bir ifadə verməyə çalışan bir qrupdur." Rusiya Federasiyası Rusiya Federasiyasının beynəlxalq sənədləri və qanunvericiliyi, milli azlığın tərifini ehtiva etmir , baxmayaraq ki, həm insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq sənədlərdə, həm də Sənəddə qeyd olunur. Beynəlxalq Mülki və Siyasi Hüquqlar Qanununun 27-ci maddəsi və Rusiya Konstitusiyasında (Maddələr 71, 72 — maraqlıdır ki, onlarda milli azlıqların hüquqlarının qorunması həm federasiya yurisdiksiyasına, həm də ortaq yurisdiksiyaya aiddir) federasiya və onun subyektlərinin). Ukrayna Ukrayna qanunvericiliyi milli azlıqlar olaraq “milliyyətcə Ukraynalı olmayan, öz aralarında milli kimlik və toplum hisslərini nümayiş etdirən Ukrayna vətəndaşları qrupları.” Estoniya Estoniya Mədəniyyət Muxtariyyəti Qanunu, milli azlığı “Estoniyada yaşayan, Estoniya ilə uzunmüddətli, möhkəm və daimi əlaqələri olan, etnik mənsubiyyəti, mədəni kimliyi, dini və ya dili ilə Estonlardan fərqli olan Estoniya vətəndaşları ortaq kimlik üçün əsas rolunu oynayan mədəni ənənələrini, dinlərini və ya dillərini birlikdə qorumaq.” Latviya Latviya, Milli Azlıqların Qoruma Çərçivə Konvensiyasının təsdiqlənməsindən sonra, milli azlıqlar kimi tanınan “Latviyadan mədəniyyətinə, dininə və dilinə görə fərqli olan Latviya vətəndaşları, ənənəvi olaraq Latviyada nəsillər boyu yaşamışlar və özlərini Latviya dövlətinə və cəmiyyətinə aiddirlər, mədəniyyətinizi, dininizi və ya dilinizi qorumaq və inkişaf etdirmək istəyirlər.” Moldova Moldova qanunlarında deyilir ki, “milli azlıqlara mənsub olan insanlar Moldova Respublikasının ərazisində daimi yaşayan, onun vətəndaşı olan, onları etnik, mədəni, dil və dini xüsusiyyətlərə malik olan, onları xalqın əksəriyyətindən fərqləndirən insanlar kimi başa düşülür. Moldova əhalisi və özlərini fərqli bir təbiətə sahib insanlar etnik mənşəli kimi tanıyan." Юрьев С. С. Аннотация, предисловие, оглавление // Правовой статус национальных меньшинств (теоретико-правовые аспекты).
Nazlı (Urmiya)
Nazlı (fars. نازلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.311 nəfər yaşayır (328 ailə).Kəndin yerli əhalisi və nüfusun böyük çoxunluğu(təxminən 90faizini) etnik azərbaycan türkləri təşkil etsə də, burada az sayda ətraf kəndlərdən gəlmiş sünni etiqadlı kürdlər də yaşayırlar ki şikak boyuna bağlıdırlar. Kənddə yaşayan azərbaycanlılar məzhəbi baxımdan şiədirlər.
Nazlı Abdullayeva
Abdullayeva Nazlı Mürşüd qızı (1 iyul 1902, Ərəbşahverdi, Göyçay qəzası – 17 oktyabr 1978, Mallı Şıxlı, Göyçay rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1 iyul 1902-ci ildə indiki Göyçay rayonunun Ərəbşahverdi kəndində anadan olub. 1927-1965 illərdə Göyçay rayonunun "Yeni yol", "Azərbaycan" kolxozlarında işləmişdir. 1948-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.
Nazlı Hüseynquliyeva
Nazlı Hüseynqulu qızı Hüseynquliyeva (7 fevral 1960, Naxçıvan) — Azərbaycanın görkəmli teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. Hüseynquliyeva Nazlı Hüseynqulu qızı. 1960-cı il fevral ayının 7-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi işə başlayıb. Nazlı Hüseynquliyeva teatrın səhnəsində Telli (Ü.Hacıbəyov. "Arşin mal alan"), Melina (N. Həsənzadə "Pompeyin Qafqaza yürüşü"), Ana (İ. Coşğun. "Ana laylası") Pəri (Ə.Əsgərov. "Qız atası"), Məryəm (S.Vurğun "Fərhad və Şirin"), Bəlx hökmdarı (K.Ağayeva "Məhsəti"), Zəhra (A. Məmmədov "Həmyerlilər"), Nona ( R. Muxtar "Şəhərli kürəkən") və başqa müxtəlif rollar oynayıb. Həmçinin Naxçıvan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda çıxış edib. Nazlı Hüseynquliyeva 2008-ci ildə Prezident mükafatçısı olub.
Nazlı Məhəmməd
Nazlı Abdulla Məhəmməd — Azərbaycanlı dövlət xadimi, Azərbaycanın Cibutidə olan Fəxri Konsulu (2017-ci ildən).
Nazlı Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Sabri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Nazlı Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.