Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rakurs
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində, xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında 1988–1991-ci illərdə fəaliyyət göstərmişdir. Sənədli filmlər istehsal etmişdir. Rakurs Studiyasına Teymur Bəkirzadə rəhbər təyin olundu. == Filmoqrafiya == 8 № altında (film, 1988) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Aşkarlıq aynasında (film, 1989) ("Rakurs" studiyası) Bahardan sonra gələn qış (film, 1989) ("Rakurs" studiyası) Çempion (film, 1990) ("Rakurs" studiyası) El bir olsa... (film, 1989) ("Rakurs" studiyası) Güman (film, 1989) ("Rakurs" studiyası) İcarədarlar (film, 1990) ("Rakurs" studiyası) İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989) ("Rakurs" studiyası) Kross (film, 1989) ("Rakurs" studiyası) Külək haraya əsir? (film, 1989) ("Rakurs" studiyası) Qanadlı şəfavericilər (film, 1990) ("Rakurs" studiyası) Qəhrəman ana (film, 1990) ("Rakurs" studiyası) Qəyyur (film, 1990) ("Rakurs" studiyası) Matəm (film, 1990) ("Rakurs" studiyası) Ordubad (film, 1991) ("Rakurs" studiyası) Ramin (film, 1988) ("Rakurs" studiyası) Sabaha ümidlə baxanlar (film, 1991) ("Rakurs" studiyası) Sağlamlıq mərkəzi (film, 1990) ("Rakurs" studiyası) Salam, metro! (film, 1988) ("Rakurs" studiyası) Sədrin portreti (film, 1989) ("Rakurs" studiyası) Unutma... (film, 1989) ("Rakurs" studiyası) Ümumxalq işi (film, 1989) ("Rakurs" studiyası) Veteran (film, 1991) ("Rakurs" studiyası) Yol maşınları yola çıxır (film, 1990) ("Rakurs" studiyası) Yolunuz uğurlu (film, 1989) ("Rakurs" studiyası) == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. == Tarixi == Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. == Ölkəmizdə == Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. == Digər ölkələrdə == Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Akuşo
Akuşo Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. Qars əyalətinin Batum dairəsində Akusa kənd, Azərbaycanda Cavad qəzasında Akuşa çay (Kürün sağ qolu), Dağıstanda Akuşa çay və kənd adları ilə mənşəcə eynidir. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nurlan, 2008.
"Rakurs" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində, xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında 1988–1991-ci illərdə fəaliyyət göstərmişdir. Sənədli filmlər istehsal etmişdir. Rakurs Studiyasına Teymur Bəkirzadə rəhbər təyin olundu. == Filmoqrafiya == 8 № altında (film, 1988) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Aşkarlıq aynasında (film, 1989) ("Rakurs" studiyası) Bahardan sonra gələn qış (film, 1989) ("Rakurs" studiyası) Çempion (film, 1990) ("Rakurs" studiyası) El bir olsa... (film, 1989) ("Rakurs" studiyası) Güman (film, 1989) ("Rakurs" studiyası) İcarədarlar (film, 1990) ("Rakurs" studiyası) İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989) ("Rakurs" studiyası) Kross (film, 1989) ("Rakurs" studiyası) Külək haraya əsir? (film, 1989) ("Rakurs" studiyası) Qanadlı şəfavericilər (film, 1990) ("Rakurs" studiyası) Qəhrəman ana (film, 1990) ("Rakurs" studiyası) Qəyyur (film, 1990) ("Rakurs" studiyası) Matəm (film, 1990) ("Rakurs" studiyası) Ordubad (film, 1991) ("Rakurs" studiyası) Ramin (film, 1988) ("Rakurs" studiyası) Sabaha ümidlə baxanlar (film, 1991) ("Rakurs" studiyası) Sağlamlıq mərkəzi (film, 1990) ("Rakurs" studiyası) Salam, metro! (film, 1988) ("Rakurs" studiyası) Sədrin portreti (film, 1989) ("Rakurs" studiyası) Unutma... (film, 1989) ("Rakurs" studiyası) Ümumxalq işi (film, 1989) ("Rakurs" studiyası) Veteran (film, 1991) ("Rakurs" studiyası) Yol maşınları yola çıxır (film, 1990) ("Rakurs" studiyası) Yolunuz uğurlu (film, 1989) ("Rakurs" studiyası) == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Matyas Rakosi
Matyaş Rakoşi (9 mart 1892[…] – 5 fevral 1971[…], Nijni Novqorod) — Macar kommunist siyasətçi. == Həyatı == Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır. == Siyas həyatı == I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur. Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır. == Hakimiyyətdən uzaqlaşdırılması == Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.
Vasil Yakuşa
Vasil Fyodaraviç Yakuşa (30 iyun 1958, Kiyev vilayəti – 24 noyabr 2020, Minsk) — Belarus avarçəkəni. 1980 Yay Olimpiya Oyunlarında gümüş, 1988 Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanmışdır. == Həyatı == Vasil Fyodaraviç Yakuşa 30 iyun 1958-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Fəaliyyətində ilk uğuru 1980 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Yakuşa qayıqlı avarçəkmədə gümüş medal almaqla qazanmışdır. Bundan sonra o, 1981 Dünya Avarçəkmə Çempionatına qatıldı və burada Sovet İttifaqını təmsil edərək səkkizinci oldu. 1982 Dünya Avarçəkmə Çempionatına da qatılan idmançı bu dəfə ikinci dəfə gümüş medal qazanmaqla ikinci uğurunu qazanmış oldu. 1983 Dünya Avarçəkmə Çempionatında o, dördüncü oldu. 1984 Yay Olimpiya Oyunlarına boykota görə qatıla bilmədi. 1985 Dünya Avarçəkmə Çempionatında da dördüncü olan Vasil Yakuşa 1 il sonra həmin çempionatda bürünc medal qazandı. 1988 Yay Olimpiya Oyunlarına qatılmaqla ikinci olimpiya oyununa qatılan Yakuşa tərəfdaşı Oleksandr Marçenko ilə birlikdə bürünc medal qazandı.
Lüsi Dakus
Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Vircinia, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı No Burden albomu ilə diqqətləri üzərinə çəkdi. Onun ikinci albomu olan Historian 2018-ci ildə müsbət rəylər aldı. Dakusun üçüncü studiya albomu Home Video 2021-ci ildə buraxıldı. Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür. == Həyatı == Dacus körpə ikən övladlığa götürüldü və Riçmond şəhərinin yaxınlığında olan Virciniya ştatının Mekaniksvill şəhərində böyüdü. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən maraq göstərdi və orta məktəbdə oxuyarkən ilk gitarası, ibanezini Kreyqslistdən aldı. 2013-cü ildə Meqqi L. Uolker Qubernator Məktəbini bitirdikdən sonra o, Virginia Commonwealth Universiteti-də film təhsili almağa başladı, lakin bir müddət sonra oranı tərk etdi.
Typhlodromus rarus
Typhlodromus rarus (lat. Typhlodromus rarus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus rarus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Raku keramikası
Raku keramikası (|楽焼|raku-yaki|) — yapon çay mərasimində ənənəvi istifadə olunan yapon keramika növü. İlk növbədə çay içmək olan qablar bu keramikadan hazırlanır. Raku keramikası üçün xarakterik xüsusiyyət dulusçuluq dairəsinin əvəzinə gilin əl qəliblənməsindən hazırlanmasıdır. Nəticədə bu keramikadan hazırlanan hər bir əşya öz unikallığı ilə seçilir. Bişirilmənin aşağı temperaturu kifayət qədər məsaməli səthin yaranmasına imkan verir, qabı sobada bərk qızdırıldıqdan sonra götürüb soyumaq üçün xüsusi kapsulaya qoyurlar. Örtük kimi qara və ya şəffaf qlazurdan istifadə olunur. == Tarixi == Raku termini (hərfi tərcümədə "həzz" və ya "sadəlik", "təbiilik" deməkdir) Toyotomi Xidzesi (1537–1598) tərəfindən Kiotoda tikilən Dzyurakuday adlı sarayın adından yaranmışdır. Sarayın tikintisində iştirak etmiş məşhur yapon çay mərasimi ustası Sen no Rikyu bir dəfə tikintidə çalışan bir çinli kirəmit ustasından vabi-sabi estetikasını özündə təcəssüm etdirən qab hazırlamasını xahiş edir. Usta Tanaka Tödziro dzen fəlsəfəsinə müvafiq olan sadə qablar hazırlayır. Usta Tödzironun ailəsinə Raku soyadı bəxş edilmişdir.
Cucumis sativus var. fakus
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.