Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mishari Rashid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Aşdod
Aşdod — İsrailin Cənub bölgəsində, Aralıq dənizi sahilində yerləşən şəhər. == Haqqında == Şəhərin əhalisi 240.400 nəfərdir və İsrailin ən böyük 5-ci şəhəridir. Şəhərin adı e.ə. 17-ci ildə Kənan mənbələrində çəkilir. Aşdod həm də İsrailin ən böyük limanıdır və ölkə idxalının 60 %-i buradan həyata keçirilir. Həmçinin ölkənin əhəmiyyətli sənaye şəhəridir. Müasir Aşdod isə 1956-cı ildə qurulmuş və 1968-ci ildə şəhər statusu qazanmışdır. Şəhər əhalisinin əsasını Rusiya və İstambuldan köçüb gələn gürcü yəhudiləri təşkil edir.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. Şimali Koreya Şimali Koreya coğrafiyası North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Anil Ratod
Anil Ramkişan Ratod (12 mart 1950 – 5 avqust 2020) — Hindistan diplomatı, Maharaştra Qanunverici Məclisinin üzvü. (1990 – 5 avqust 2020) == Həyatı == Anil Ramkişan Ratod 1956-cı ildə Mumbayda anadan olmuşdu.1990-cı ildə Maxaraştradan və Əhmədnaqardan Maharaştra Qanunverici Məclisinə üzv seçildi. O, bu məclisə üzv seçiləndə Şiv Sena Partiyasının üzvü idi. 2-ci çağırış məclis üzvü olanda o, Maxaraştranın dövlət naziri oldu. 2 il bu vəzifəni icra etdi. 2009-cu ilə qədər məclisin üzvü olan Anil Ratod bir müddət fasilədən sonra yenidən məclis üzvü seçildi. Ömrünün sonuna qədər Maharaştra Qanunverici Məclisinin üzvü oldu. == Ölümü == Anil Ramkişan Ratod 5 avqust 2020-ci ildə Mumbaydakı iqamətgahında ürək tutmasından qəfil vəfat etdi. Sabiq nazir Mumbayda dəfn olundu.
Mariano Rahoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Meriano Rahoi
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Rahid Cəfərov
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Rahid Sadıxov
Rahid Ulusel
Rahid Ulusel — Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti, fəlsəfə elmləri doktoru, professor. Rahid Ulusel (Ulusel – onun müəllif təxəllüsüdür) 1954-cü ilin 13 avqustunda Azərbaycan Respublikasının Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır. 2005-2007-ci illərdə Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır. 2005-ci ildə “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir.
Rahid Ələkbərli
Rahid Zahid oğlu Ələkbərli (22 fevral 1977) — Azərbaycanlı rabitəçi-mühəndisi. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən (2023-cü ildən), rabitə və yeni texnologiyalar naziri (sentyabr–oktyabr 2023), "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru (2022–2023); Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri (2022); Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022); ARNRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018–2021); ARNRYTN yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının üzvü; Azərbaycan İnternet Cəmiyyətinin (ISOC Azərbaycan) üzvü, ISOC İngiltərə üzvü, ISOC Yaponiya üzvü. 1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb. 1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir. 2017–2020-ci illərdə Birləşmiş Krallığın Liverpul şəhərində yerləşən Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib. 2021–2023-cü illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəçilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb. Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur.
Rahid Əmirquliyev
Rahid Əmirquliyev (1 sentyabr 1989, Bakı) — Futbol üzrə Azərbaycan milli komandasının və Səbail FK-nın sabiq futbolçusu və kapitanı. 2022-ci ildən Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçudur. 2023-cü ilin iyununda futbolçu karyerasını başa vurub. 1 sentyabr 1989-cu ildə Azərbaycan SSR-nın Qusar şəhərində anadan olub. Rahid Əmirquliyev 5 dekabr 2015-ci ildə Qarabağ ilə 2.5 illik müqavilə imzalamışdır. Azərbaycan Premyer Liqası Azərbaycan Kuboku Azərbaycan Super-Kuboku Birlik Kuboku Bir Bank kuboku Rahid Əmirquliyev: "Özünə hörmət qoyan futbolçu heç vaxt belə hərəkət etməz" - MÜSAHİBƏ "Rahid Əmirquliyev: "Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam" - MÜSAHİBƏ". 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
Raşid Gezal
Rachid Ghezzal (ərəb. رشيد غزال‎; 9 may 1992[…]) Super Liqa klubu Beşiktaş və Əlcəzair milli komandasında cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur. Gezal karyerasına 2012-ci ilin oktyabrında debüt etdiyi "Lion"da başlayıb. O, bütün yarışlarda 119 oyunda iştirak edib və 13 qol vurub. 2017-ci ilin avqustunda Gezal azad agent olaraq "Monako"ya keçdi. 2010-cu ilin iyulunda Lion Metropoliteninin Desines Şağpyu (fr. Decines-Charpieu) şəhərində anadan olmuş Gezal Lion ilə beş illik müqavilə imzaladı. Ardıcıl iki mövsüm "Championnat National 2" də klubun ehtiyat komandası ilə çıxış etdikdən sonra 2012–13 mövsümündən əvvəl o, menecer Remi Qarde tərəfindən böyük komandaya yüksəldi və 31 nömrəli formaya sahib oldu. Gezal böyük komandada debütünü 4 oktyabr 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin İroni Kiryat Şmona klubu ilə səfər matçında etdi. 2013–14 mövsümündə Gezal Lionda ikən ilk altı ayda belindən zədə aldı və bu, onu 10 yanvar 2014-cü ilə qədər maça çıxmamağa məcbur etdi, bu müddət ərzində Lionun 32 oyununu buraxdı.
Raşid Nəjmetdinov
Raşid Hibyatoviç Nəjmetdinov (tatar. Räşit Hibät ulı Näcmetdinov, Рәшит Һибәт улы Нәҗметдинов; 15 dekabr 1912, Aqtöbe, Turqay vilayəti, Rusiya imperiyası — 3 iyun 1974, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — beynəlxalq dərəcəli şahmat idman ustası, dama üzrə idman ustası, SSRİ-nin əməkdar məşqiçisi (1962), RSFSR-in beş qat çempionu, komanda yarışması üzrə üç qat SSRİ çempionu. Aqtöbe şəhərində, kasıb kəndli ailəsində anadan olmuşdur. Beş yaşında valideynlərini itirmişdir. Raşidi uzaq qohumları saxlamış anca 1921-ci ildə baş verən aclıq zamanı yetimxanaya verilmişdir. Raşidin əcdadları əslən Nijni Novqorod vilayətinin Krasnıy Ostrov kəndindən gələmələrdi. Bu kənddən bir çox tanınmış ilahiyyatçılar çıxmışdır. 1922-ci ildə Rəşidin böyük qardaşı - Kavi, gələcəyin məşhur tatar yazıçısı Kavi Najmi kiçik qardaşını Kazana, öz yanına gətizdirdi. 1930-cu ildə məktəbi bitirdikdən sonra Raşid Kazan Kimya Texnologiyaları İnstitutunun tədqiqat şöbəsinə daxil oldu. Lakin çox keçmədən işləməyə məcbur oldu.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Ər-Raşid
Ər-Raşid (ər. الرشيد) — Allahın adlarından biri.
Raşed Əl-Tarmum