Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batanta
Batanta (ind. Pulau Batanta) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 455,9 km²-dir. Ən yüksək nöqtəsi 1183 metr; sahil xəttinin uzunluğu 226,6 km-dir.
Batavia
Bataviya — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 15600 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13,6 km²-dir. Ərazinin 13,4 km² hissəsi quru, 0.2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ilin statistikalarına əsasən şəhərdə 16256 şəxs, 6457 ev və 3867 ailə vardır. Əhalinin tərkibi 90,23% ilə ağdərililərdən, 5,43% ilə qaradərililər və yaxud afroamerikalılardan, 0,48% ilə yerli amerikalılardan, 0,87% ilə asiyalılardan, 0,02% ilə Sakit okean adalılarından, 1,06% ilə digər etnik qruplardan ibarətdir.
Catatia
Catatia (lat. Catatia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Catonia
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Xatanqa
Xatanqa (rus. Хатанга) — Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonunun kənd inzibati vahidliyinin mərkəzi. Xatanqa Rusiyanın ən şimal yaşayış məntəqələrindən biridir və olan bir liman olan Xatanqa çayı üzərində yerləşir. Xatanqa - Evenk dilində "böyük su", "çox su" deməkdir. Kəndin hava limanı vardır. Xatanqa hövzəsinə bitişik ərazilərə maraq XVII əsrin əvvəllərində meydana gəlir. Əsrin əvvəllərində Manqazeya dayanacaq mənrəqəsi Taz çayı üzərində qurulur. Buradan rus tədqiqatçılarının Uzaq Şimala doğru irəliləməsi başlayır. 1605-ci ildə ingilis tacirlərinin qeydlərində ilk dəfə Xatanqa çayı xatırlanır. 1610-cu ildə ticarət və sənaye adamlarının dəniz yolu ilə Taymıra ilk böyük səfəri baş verir.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Lippia:The Plant List saytında takson barədə məlumat.
Cataria
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Rapinia
Viteks (lat. Vitex) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Ajania
Ajania (lat. Ajania) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir. Katananın müasir variantları bəzən qeyri-ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir: əyri olması, nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar, miladdan sona 900-cü ilə qədər) Koto(köhnə qılınc 900–1596) Şinto(yeni qılınclar 1596–1780) Şinşinto(ən yeni qılınclar 1781–1876) Qendayto(müasir qılınclar 1876–1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Glechoma cataria
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Nepeta vulgaris Lam.
Kataniya FK
Kataniya (it. Catania Società Sportiva Dilettantistica)- İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Natalia Ginzburq
Natalia Ginzburq (14 iyul 1916[…], Palermo, Palermo əyaləti[d], İtaliya krallığı – 7 oktyabr 1991[…], Roma, İtaliya) — öz yaradıcılığında ailə münasibətləri, faşizm və İkinci dünya müharibəsi dövründə və bundan sonrakı dövrdə siyasi haidsələri və fəlsəfəni tədqiq edən italyan yazarı. O, roman, qısa hekayə və esseler yazmış və Strega Mükafatı və Bagutta Mükafatıma layiq görülmüşdür. Onun əsərlərinin əksəriyyəti igilis dilinə tərcümə olunaraq Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında çap olunmuşdur. 1916-cı ildə Sicilyada Palermo şəhərində dünyay gəlib, gəncliyinin böyük bir hissəsini ailəsi ilə birgə Turində keçirib. Histoloq olan atası Giuseppe Levi Yahudi əsilli italyan ailəsində doğulub, anası Lidia Tanzi isə katolik idi. Onun valideynləri Natalianı, bacısı Paolanı və üç qardaşını ateist kimi tərbiyə edib böyütmüşlər. onların evi mədəni həyat mərkəzi idi, valideynləri intellectual, fəal və industrial şəxsləri evlərinə qonaq edərdilər. Ginzburq ilk hekayəsini 17 yaşı olanda yazıb. Evlilik və ailəsi 1938-ci ildə Natalia Leon Giznburqla ailə qurur və onların bu nikahdan üç övladı dünyaya gəlir. Karlo, Andrea və Alessandra.
Natalia Oreiro
Nataliya Oreyro (19 may 1977, Montevideo) — Uruqvaylı aktrisa və müğənni. Nataliya hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünyada məşhur olan iri firmaların reklamlarında çəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. Nataliya Oreyro Azərbaycanda da kifayyət qədər sevilir. 2016-cı ilin aprel ayında Nataliya ilk dəfə ANS TV üçün özəl müsahibə vermişdir. Müsahibəni ANS ÇM 102 FM radiosunun aparıcısı Anar İbrahimli götürüb. Qeyd edək ki, Natalia Oreyro bundan öncə heç bir kanala müsahibə verməyib. Həmçinin Moskvada Azərbaycan fan-klubunun başçısı Məhər Məhərrəmov N. Oreyroyla görüşüb və ona müxtəlif hədiyyələr verib 1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina və bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) filmində Valeria rolunu oynamış və bununla da məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı.
Natalia Tena
Natalia Qastiain Tena (1 noyabr 1984, London) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həmdə teleserialda Oshinini canlandırmışdır. 1 noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir. 9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. "Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı. Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı.
Nepeta cataria
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. Calamintha albiflora Vaniot Cataria tomentosa Gilib. [Invalid] Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Glechoma macrura (Ledeb. ex Spreng.) Kuntze Nepeta americana Vitman [Illegitimate] Nepeta bodinieri Vaniot Nepeta cataria var. citriodora (Dumort.) Lej. Nepeta ceretana Sennen Nepeta citriodora Dumort. Nepeta laurentii Sennen Nepeta macrura Ledeb. ex Spreng. Nepeta minor Mill.
Onoto Vatanna
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal, Kvebek – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur. İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.
Hamosa rattanii
Astragalus rattanii (lat. Astragalus rattanii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa rattanii (A.Gray) Rydb. == Yarımnövləri == Astragalus rattanii var. jepsonianus Barneby Astragalus rattanii var.