Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reqbi
Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunu. Bütün dünyada reqbi birliyi (ing. rugby union) və ya reqbi liqası (ing. rugby league) qaydaları ilə oynanır. Bir başqa növü olan yeddili reqbi, həm reqbi birliyi həm də reqbi liqası qaydaları ilə oynana bilər. == Tarixçə == 1823-də İngiltərədə Reqbi Şəhərinin eyni adlı məktəbində yaradılmış bir idmandır. == Cəhd == Cəhd xal kimi top rəqibin hesab meydançasında ilk dəfə yerə düşərkən hesablanır == Qol == Əgər yenrdən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu qol sayılır. == Xallar == == Reqbi 7 == Reqbi 7 növündə isə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur. Oyun hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik olur.
Azərbaycanda reqbi
Azərbaycanda reqbi — Azərbaycanda inkişaf edən idman növlərindən biridir. İlk reqbi klubu — "Bakı Reqbi Klubu" rəsmi olaraq 2001-ci ildə yaradılmışdır. 2003-cü ildə reqbi üzrə ilk Azərbaycan çempionatı keçirilmişdir. 2004-cü ildə Beynəlxalq Həvəskar Reqbi Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Reqbi Federasiyası yaradılıb. Azərbaycan həm də Beynəlxalq Reqbi Şurasının üzvüdür və bunun sayəsində Dünya Kubokunun seçmə mərhələsində iştirak edə bilər. == Azərbaycanda reqbinin yaranması == Azərbaycanda reqbi ilk dəfə ötən əsrin 30-cu illərində yaranıb, lakin Böyük Vətən Müharibəsinin başlaması ilə onun inkişafı dayanıb. SSRİ və respublika çempionatları müharibədən sonra da xeyli müddət keçirilməmişdir. == İkinci dirçəliş (70–80-ci illər) == Bu idman növü ikinci dirçəlişini ötən əsrin 70-ci illərinə təsadüf edir. Reqbi üzrə ən təcrübəli azərbaycanlı mütəxəssislərdən biri olan Vaqif Sadatxan Bakı İdman Komitəsinin o vaxtkı sədri Əbdül Sadıxoviç Sadıxovun köməyi ilə "Dinamo"nun, sonra isə "Neftçi"nin bazasında reqbi komandaları formalaşdırılıb. Elə həmin illərdə Azərbaycan SSR nümayəndələri İttifaq çempionatının birinci liqasında debüt etmişlər.
Rusiyada reqbi
Rusiyada reqbi məşhur idman növlərindən biridir. Ölkədə 2007-ci ilin məlumatına görə 365 klub və 21670 reqbiçi qeydə alınıb. 2021-ci ilin məlumatlarına görə klub sayı 71-ə qədər azalıb. Həmçinin reqbi üzrə müntəzəm olaraq Rusiya çempionatı keçirilir. 16 aprel 2021-ci il tarxi üçun kişilərdən ibarət Rusiya millisi dünya reytinqində 20-ci yerdədir. Qadınlardan ibarət milli komanda isə dünya sıralamasında 14-cü yerdə qərarlaşıb.Rusiyada reqbi idmanının idarə edilməsini Rusiya Reqbi Federasiyası həyata keçirir. Bu federasiya 1936-cı ildə təsis edilmiş SSRİ Reqbi Federasiyasının hüquqi varisidir. Rusiya Reqbi Federasiyası 1990-cı ildən Dünya Reqbi Federasiyasının üzvüdür. == Tarixi == Əksər ölkələrdə olduğu kimi Rusiyayada reqbi Böyuk Britaniyadan gəlib. Ölkədə ilk reqbi oyunu 1886-cı ildə baş tutub.
Reqqi
Reqqi — Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır. Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur. Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır.
Azərbaycan Reqbi Federasiyası
Azərbaycan Reqbi Federasiyası — Azərbaycandakı idman federasiyalarından biri. == Haqqında == İlk dəfə 2004-cü ildə təsis edilən Azərbaycan Reqbi Federasiyası (ARF) bundan bir il sonra Avropa Reqbi Assosiasiyasına üzv qəbul olunub. Lakin hələ də federasiyanın Beynəlxalq Reqbi Şurasına (İRB) üzvlüyü təmin edilməyib. Bu İRB-nin qoyduğu tələblə bağlıdır: Ən azı 10 komandanın iştirakı ilə çempionat keçirilməlidir ki, üzvlüyə qəbul olunsun. Bu şərti yerinə yetirmək hələlik mümkün deyil. Çünki maliyyə imkanları aşağı səviyyədədir. Klub yaratmaq üçün kifayət qədər vəsait lazımdır. Reqbi üzrə Azərbaycan yığma komandası Avropa Millətlər Kubokunun 3D divizionunda mübarizə aparırdı. 2017-ci ilin sentyabr ayında fəaliyyətini dayandırıb.2020-ci ilin iyul ayından Azərbaycan Reqbi Federasiyası yeni rəhbərliklə öz fəaliyyətini bərpa edib.
Alçagülü rəqsi
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Azərbaycan rəqsi
"Azərbaycan" — Azərbaycanın milli rəqsi. Son dərəcə melodık, qədim Azərbaycan rəqsi. Bu rəqsi yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xususi məharət tələb edir.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Seygah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.
Brilliant rəqsi
"Brilliant" rəqsi — Azərbaycanın milli rəqsi. Bu rəqsin iki variantı var: Biri 1920-1922-ci illərdə Bakıda yaranıb. Tempi cəlddir, melodiyası son dərəcə oynaqdır. Kişilər tərəfindən ifa olunur. Digəri isə yalnız qadın ifası üçündür. Melodiyası incədir, ahəngdar səslənir. Tempi aramdır.
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Cütçü rəqsi
Cəngi rəqsi
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. == Etimologiyası == Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. == Tarixçə == "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. == Dirək növləri == Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Keçməməsi rəqsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Mirzəyi rəqsi
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Nəlbəki rəqsi
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. == Tarixçə == Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . == Digər incəsənət janrlarında == Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Qamış rəqsi
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qaytağı rəqsi
Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb. == Söz açımı == Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var. 1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur.
Qoçəli rəqsi
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Qucaq rəqsi
Qucaq rəqsi, Lap rəqsi, Kontakt rəqsi və yaxud Təmas rəqsi — bəzi gecə klublarında və striptiz klublarında təklif olunan erotik rəqsin bir növüdür. Bu cür rəqs növündə rəqqasə adətən oturmuş müştəri ilə bədən təması yaradır. Qucaq rəqsi masa rəqsindən fərqlidir. Qucaq rəqsində rəqqas hüquq qayda-qanunlarından və klubun müştəri siyasətindən asılı olaraq çılpaq, yarıçılpaq və ya az geyinmiş formada müştərilərə xidmət göstərir.
Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Rəqsi hərəkət
Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət. Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir. Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir. Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir. Rəqs tezliyi - 1 san-dəki rəqslərin sayıdır, ν {\displaystyle \nu } ilə işarə olunur, ölçü vahidi 1/san=1Hs (hers).
Salsa rəqsi
Salsanın yaranması haqqında çoxsaylı rəvayətlər yayılmışdır. Bir sözlə bu variantların çoxu bir – biri ilə uzlaşır və salsa Kuba yuxusu adlandırılır. Onun daxilindəki ritmlər XIX əsrin sonunda Kubada meydana gəlmişdir. Salsanın daxilindəki afro Kuba musiqisi özünəməxsus tarixə malikdir, çünki bu musiqi iki mədəniyyətin birləşməsi nəticəsində meydana gəlmişdir. Bura Avropa yəni ispan - ərəb qarışığı ilə afrikanların qatılmasından meydana gəlmişdir. Mövzudan kənarlaşmamaq üçün deyə bilərəm ki, ispanlar afro – kubalılardan çalğı alətlərini mənimsəmişlər, musiqi və poetik forma da afrikalıların kölələrindən barbarlardan və digər xalqlardan əldə edilmişdir. Müxtəlif zərb alətləri, müğənnilər və xorun da özünəməxsus olan üsulu vardır. Beləliklə bir neçə dəfə estribillo hissəsini təkrarlamaq lazımdır. Bu onlarda nəıqarət mənasını kəsb edir. Əcdadları olan əhali, hindlər, musiqiyə heç bir təsir göstərmədilər, bütövlükdə Kuba mahnılarına öyrəşdilər.
Samux rəqsi
Samux — Azərbaycanın milli rəqsi. Samux rəqs Mingəçevir yaxınlığındakı Samux kəndində (kənd camaatı Mingəçevir su anbarı tikilərkən köçürülüb) meydana çıxıb. Son illerdə çox az ifa edilir. Aram templi bu rəqsi həm qadınlar, həm də kişilər ifa edə bilərlər.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.