Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
Ləhnə
Ləhnə (az.-əbcəd لهنه‎, fars. لهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (11 ailə).
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Rene
Rene — ad. Rene Genon — fransız filosof, mistik yazıçı. Rene İgita — Kolumbiyalı futbolçu Rene Kassen — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi Rene Defonten — fransız botaniki Rene Russo — ABŞ aktrisası. Rene Rillon — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Vaqner (üzgüçü) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Dekart — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Rene Laennek — fransız həkimi və anatomu Rene O'Konnor — Amerika pop və ritm-end-blüz müğənnisi. Rene Uellek — Çexiyalı-Amerikalı ədəbiyyatşünas, tənqidçi Rene Koti — 1954–1959 illərdə Fransa Respublikasının 17-ci prezidenti.
Böyük Dəhnə
Böyük Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. == Tarixi == Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (olcu bildirir) və dəhnə (fars. "çay ağzı, kecid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır. == Mədəniyyəti == 1902-ci ildə kəndin ərazisində aparılan araşdırmalar zamanı burada üzərində qədim yunan yazıları olan abidə tapılmışdır. Abidənin I-II əsrlərə aid olduğu güman edilir. == Coğrafiyası və iqlimi == Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdi. == Əhalisi == Kəndin əhalisi 5418 nəfər təşkil edir ki, onun da 2675 nəfəri kişi, 2743 nəfəri isə qadındır. === Tanınmış şəxsləri === Gülyanaq Məmmədova - Yüksək dərəcəli vokalist – Müğənni.
Böyük Səhnə
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuaridə delta əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Amazon, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəhnə dağı
Dəhnə dağı — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin cənub-qərb qurtaracağında, Dəmirçi kəndindən 8 km qərb-şimal-qərbdə, "Qurdqapısı" keçidindən 3 km cənub-qərbdə dağ (hünd. 1154,2 m). Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Saraclıdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Kiçik Dəhnə
Kiçik Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Ümumi == Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur ön dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır.Əhalisi 10 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb, müasir tipli kitabxana, klub tikilib istifadəyə verilib. Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı və s. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI–XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir. Ayrıca Mevlananin müəllimi olmuş Məhəmməd Cəlaləddin Rumi təhsilini Kiçik Dəhnədə Çolaq Abdulladan almışdır.
Qırız dəhnə
Qrızdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qrızdəhnə oyk., miir. Quba r-nunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.Steve Harley və Cockney Rebel- in aparıcı müğənnisi olan əsl adı Stiven Nays, səhnədəki obrazının real həyatda olduğundan çox fərqli olduğunu anladıqdan sonra Steve Harley adını aldı.
Səhnə işıqlandırılması
Səhnə işıqlandırılması, Səhnə işığı və ya səhnə işıqlandırması — teatr, rəqs, opera və digər tamaşa sənətlərinin istehsalında istifadə olunan vasitədir. Müxtəlif növ səhnə işıqlandırma cihazları vasitəsilə fərqli prinsiplərlə və ya işıqlandırma məqsədləri üçün səhnə işıqlandırılması tənzimləmələri hazırlanır. == Tarixi == Qədim Yunan və Roma teatrlarında işığın mənbəyi günəş idi. Tamaşalar günəş işığı altında oynanılır, hava qaralmamış da bitirilərdi. Ədəbiyyatlarda gecələr oynanılmış tamaşalardan bəhs edilmir. Qaranlığa qalmış tamaşalar zamanı ətrafı işıqlandırmaq üçün iri yanar maddələrdən və ya çıraqlardan istifadə olunduğunu düşünmək mümkündür. Teatr qərbdəki hakim təbəqələrin əyləncəsi kimi kral saraylarına və zadəganların malikanələrinə daxil olduqdan sonra, qapalı salon teatrları yaranmışdır (İtaliya və Fransada Renessans dövründə, İngiltərədə restavrasiya dövründə). Səhnəni işıqlandırmaq üçün dövrün işıqlandırma alətləri: iri şamlar, yağ lampaları, tunc çıraqlar olmuşdur. Bizansda I Yustinianın sarayında keçirilən əyləncələrdə, teatra oxşayan tamaşalarda boyalı şüşənin verdiyi rəngli işıqlardan və onları səhnədə əks etdirmək üçün qızılı lövhələrdən istifadə edildiyini bilirik. Belə işıq effektlərindən orta əsrlərdə kilsə teatrlarında da istifadə olunurdu.
Səhnə şəhristanı
Səhnə şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səhnə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 75,827 nəfər və 19,106 ailədən ibarət idi.
Rene Bliyar
Rene Bliyar (fr. René Bliard; 18 oktyabr 1932, Dizi[d] – 27 sentyabr 2009, Montröy) — hücümçü mövqeyində oynayan Fransa futbolçusu. Daha çox Fransa klubu "Reyms"in heyətində çıxış etməsi ilə tanınır. Bu klubla o, ümumlikdə altı trofey qazanmış və iki dəfə Çempionlar Kubokunun finalına vəsiqə qazanmışdır. == Nailiyyətləri == Fransa çempionu (2): 1954/55, 1957/58 Fransa kuboku mükafatçısı: 1957/58 Şarl Draqo kuboku mükafatçısı: 1953/54 Fransa Superkuboku mükafatçısı (2): 1955, 1958 Fransa çempionatının ən yaxşı bombardiri: 1955 == Statistikası == Mənbə: "René Bliard". Pari-et-gagne.com (fransız). İstifadə tarixi: 2015-12-30.
Rene Defonten
Rene Luiş Defonten (fr. René Louiche Desfontaines; 14 fevral 1750, Fosse kəndi, Bretan — 16 noyabr 1833, Paris) — fransız botaniki, Fransa Elmlər Akademiyasının prezidenti (1804—1805). Parisdəki "Jardin des Plantes" bağının direktoru olmuşdur. == Əsas işləri == Cours élémentaire, 1796 Flora atlantica: sive historia plantarum quae in Atlante, agro tunetano et algeriensi crescunt (в 2 томах), 1798—1799 Tableau de l'École de Botanique du Muséum d'Histoire Naturelle, 1804 Choix de plantes du Corollaire des instituts de Tournefort, 1808 Histoire des arbres et arbrisseaux qui peuvent être cultivés en..., 1809 Catalogus plantanum horti regii Parisiensis, 1829 Voyages dans les régences de Tunis et d'Alger (fr.
Rene Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Riyaziyyatçı və filosof == Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.
Rene Genon
Rene Genon (15 noyabr 1886, Blua, Üçüncü Fransa Respublikası – 7 yanvar 1951, Qahirə, Misir krallığı[d]) — fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. == Həyatı == 15 noyabr 1886-cı ildə Fransanın Blois şəhərində anadan olub.Fransız və katolik bir ailənin övladıdır. 1910-cu ildə müsəlman olmuşdur.23 yaşında Əzhər şeyxi, Maliki alimi və Şazeliyyə şeyxi Əbdürrəhman İlis əl-Kəbirin xəlifəsi Əbdülhadi vasitəsilə müsəlman olmuş, Şazeliyyə məzhəbinə üzv olmuş və Əbdülvahid Yəhya adını almışdır (1912). Elə 1912-ci ildə fransız bir xanımla ailə həyatı qurur.1928-ci ildə həyat yoldaşı vəfat edir. 1934-cü ildə Şeyx Məhəmməd İbrahimin böyük qızı Fatimə ilə evlənir.23 noyabr 1948-ci ildə Misir vətəndaşlığı üçün müraciət etdi. Bu istək uzun cəhdlərdən və müdaxilələrdən sonra reallaşdı. 1947-ci ildə pisləşən səhhəti 1950-ci ilin son aylarında daha da pisləşdi. Şeyx Əbu Bəkr tərəfindən təqdim edilən Dr.Katz deyir ki, o, hər cür laboratoriya testini rədd edirdi.
Rene Guenon
Rene Genon (15 noyabr 1886, Blua, Üçüncü Fransa Respublikası – 7 yanvar 1951, Qahirə, Misir krallığı[d]) — fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. == Həyatı == 15 noyabr 1886-cı ildə Fransanın Blois şəhərində anadan olub.Fransız və katolik bir ailənin övladıdır. 1910-cu ildə müsəlman olmuşdur.23 yaşında Əzhər şeyxi, Maliki alimi və Şazeliyyə şeyxi Əbdürrəhman İlis əl-Kəbirin xəlifəsi Əbdülhadi vasitəsilə müsəlman olmuş, Şazeliyyə məzhəbinə üzv olmuş və Əbdülvahid Yəhya adını almışdır (1912). Elə 1912-ci ildə fransız bir xanımla ailə həyatı qurur.1928-ci ildə həyat yoldaşı vəfat edir. 1934-cü ildə Şeyx Məhəmməd İbrahimin böyük qızı Fatimə ilə evlənir.23 noyabr 1948-ci ildə Misir vətəndaşlığı üçün müraciət etdi. Bu istək uzun cəhdlərdən və müdaxilələrdən sonra reallaşdı. 1947-ci ildə pisləşən səhhəti 1950-ci ilin son aylarında daha da pisləşdi. Şeyx Əbu Bəkr tərəfindən təqdim edilən Dr.Katz deyir ki, o, hər cür laboratoriya testini rədd edirdi.
Rene Hellermann
Rene Hellermann (7 iyun 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda hücumçu kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Hellermann İnnsbruker akademiyası vasitəsilə inkişaf etmişdir. Hellermann öz peşəkar karyerasında debütünü 16 mart 2018-ci ildə Floridsdorfer klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Anderson Nianqbonu əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 24 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Rene Kassen
Rene Samuel Kassen (5 oktyabr 1887, Bayonna[d] – 20 fevral 1976[…], Parisin 13-cü dairəsi[d]) — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi olan və Nobel Sülh mükafatı laureatı olması ilə tanınan fransız hüquqşünas. Fransalı yəhudi tacirinin oğlu, Basklar ölkəsinin Bayonna şəhərində anadan olub,Birinci Dünya müharibəsində əsgər kimi xidmət edib. Qazilər üçün solçu, pasifist təşkilat "Birlik Federasiyasını" qurdu. İkinci Dünya müharibəsi əsnasında Londondakı Azad Fransa hökumətində xidmət etdi və 1944–1959-cu illər arasında Dövlət Şurasının üzvü idi. 1946-cı ildə BMT-nin İnsan Haqları Komissiyasına göndərilən Ümumdünya Bəyannaməsinin ilk tam layihəsindən məsul idi. Bu uğurlu işinin nəticəsində 1968-ci ildə Nobel Sülh mükafatını qazanacaqdı. Elə həmin il BMT Baş Məclisinin İnsan Hüquqları mükafatlarından birinə layiq görülmüşdür. == Həyatı == 1924–1938-ci illərdə Millətlər İttifaqında fransız nümayəndəsi olaraq, Kassen, tərksilahlanma və beynəlxalq münaqişələrin həllinə kömək etmək üçün inkişaf edən qurumlarda irəliləməyə çağırdı. İkinci Dünya müharibəsindən sonra Kassen Birləşmiş Millətlər Təşkilatına Ümumdünya İnsan hüquqları Bəyannaməsinin hazırlanmasına köməklik göstərməsi üçün təyin edildi . Kanadalı alim və hüquq professoru Con Piters Hamfri tərəfindən hazırlanmış hüquqlar siyahısından istifadə edən Kassen, sənədin strukturunu yaradan, giriş və prinsipləri özündə cəmləşdirən mətnin ilk tam layihəsini hazırladı.
Rene Koti
Rene Koti (fr.
Rene Şmerlinq
Rene Şmerlinq(ing. Rene Schmerling; 5 (18) dekabr 1901, Tiflis – 18 fevral 1967, Tbilisi)— Rene Oskarovna Schmerling (gürcü: რენე შმერლინგი; 5 dekabr 1901 - 18 fevral 1967), orta əsrlər və Bizans gürcü sənətinə dair əsərləri ilə tanınan gürcü sənətşünasdır. == Bioqrafiyası == Şmerlinq 1901-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. Rəssam və qrafik rəssamı Oskar Şmerlinqin qızı idi. 1929-cu ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirdi Şmerlinq Corciya Dövlət Muzeyində işləyirdi.. Şmerlinq Corciya Dövlət Muzeyində işləyirdi. 1941-ci ildə Milli Akademiyanın Gürcüstan İncəsənət Tarixi İnstitutunun (indiki Gürcüstan Sənəti Tarixinin Araşdırılması və Abidələrin Mühafizəsi Milli Mərkəzi) qurucularından biri idi. 1967-ci ildə ölənə qədər orada böyük elmi işçi vəzifəsində çalışdı . Əsərləri gürcü paleoqrafiyası, memarlıq, dəmirçilik, işıqlı əlyazmalar və digər orta əsrlər və Bizans sənətləri ilə əlaqədardır. 1950-ci illərdə bu bölgələrin erkən xristian memarlığını öyrənmək üçün Svaneti və Dağıstan ekspedisiyalarına rəhbərlik etdi.