RƏXNƏ

is. [ fars. ]
1. Yıxıq, dağınıq yer, çökmüş yer.
2. məc. Zərər, ziyan.
□ Rəxnə salmaq – çaxnaşma salmaq, qarma-qarışıqlıq salmaq, vəlvələ qopartmaq.
İlahi rəxnə salmasın; Bu qurğu, dövrana, deyin. Aşıq Ələsgər.

Rəxnə vurmaq (yetirmək) – ziyan vurmaq, zərər yetirmək; dağıtmaq, pozmaq, kökünü tərpətmək.
Məzhəbə rəxnə vurub, dinə salardı fəsad. M.Ə.Sabir.
Ağır və məşəqqətli həyat [Araz və Günəşin] ailə həyatının sağlam təməlinə zərrə qədər rəxnə vura bilməmişdi. A.Şaiq.
Heyf, səd heyf ki, ittifaqı pozan və [birliyin] bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli.

Rəxnə yetişmək – dağılmaq, pozulmaq, kökü sarsılmaq.
Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı. M.F.Axundzadə.

RƏHNÜMA
RƏXNƏLƏNMƏ

Digər lüğətlərdə

акуше́рка вытравно́й горну́шка завари́ть казими́ровый литературове́дный обделя́ть прино́сный агитма́ссовый вну́ченька геранио́л по́рта усредни́ловка франти́ть alongshore angor bryology crawlist decasualization impluvia nursing home Tzigane бубон девятичасовой прут