Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neboyşa Rodiç
Neboyşa Rodiç (serb. Небојша Родић; 1953, Şabats[d]) — Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən); Serbiyanın sabiq müdafiə naziri (2 sentyabr 2013 – 27 aprel 2014).
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rodez
Rodez (fr. Rodez, oks. Rodés) — Fransa cənubunda yerləşən şəhər, Averon departamentin paytaxtı. 26 min əhalisi, şəhərətrafı əhalisi - 50 minə qədər. Şəhər Averon çayına baxan bir təpədə yerləşir. Böyük Fransız inqilabından əvvəl Rodez Rueq əyalətinin paytaxtı idi. Əsas görməli yeri Notre Dame kafedralıdır. Rodez ənənəvi kənd təsərrüfatı məhsullarının ticarət mərkəzidir. "La mairie de Rodez". 2007-06-16 tarixində orijinalından arxivləşdirilib.
Rodium
Rodium (Rh) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 45-ci element.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Rodway
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. Leonard Roduey Avstraliya florasını öyrənmişdir. Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Rədif
Rədif sözü termin kimi müxtəlif mənalarda istifadə edilir: Ədəbiyyatda Rədif (Ədəbiyyat) - hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Musiqidə 1) Muğamat şöbələrinin, guşələrinin, təsnif və rənglərinin dəstgahlar sistemi üzrə təşkil və tənzim qaydası . 2) İran klassik musiqisində janr. Vokal və instrumental ola bilər. Səntur, tar, setar, kamança və neydə çalınır. 2009-cu ildən UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mənəvi İrsinin siyahısına daxildir.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Rodri
Rodriqo Hernandez Kaskante və ya qısaca Rodri (22 iyun 1996, Madrid) — İngiltərə Premyer Liqası klubu Mançester Sitidə və İspaniya milli futbol komandasında çıxış edən futbolçu. Peşəkar karyerasına Vilyarealda başlayan Rodri daha sonra Atletiko Madrid klubuna qoşulur. La Liqada keçirdiyi 4 mövsümdən sonra 2019-cu il iyulun 4-də Mançester Siti komandasına transfer olur. O, "şəhərlilərin" ardıcıl 3 dəfə (2020–21, 2021–22, 2022–23) İngiltərə Premyer Liqası çempionu olmalarına kömək edir. Rodri, eyni zamanda 2022–23 mövsümündə Mançester Sitinin ilk treblini etməsində böyük əməyi olan futbolçulardandır. Belə ki, Rodri UEFA Çempionlar Liqası finalında İnterə qarşı matçın yeganə qolunu vuraraq və turnirin ən yaxşı oyunçusu seçilmişdir. İspaniya millisində ilk debütünü 2018-ci ildə edən Rodri, millinin yığmasında 2023-cü ildə Millətlər Liqasının qalibi və eyni zamanda turnirin ən yaxşı oyunçusu olmuşdur. == Oyun tərzi == Rodri ötürmə dəqiqliyi və qüvvətli zərbələri ilə seçilən dayaq yarım müdafiəçisidir. Hündürboylu olması və fiziki gücündən dolayı hava mübarizələrində olduqca üstün futbolçudur. Eyni zamanda yarım müdafiəçi olmasına baxmayaraq ortalama ötürmə dəqiqliyi 91–92%-dir.
Endi Roddik
Endi Roddik (ing. Andy Roddick; 30 avqust, 1982, Omaha, Nebraska, ABŞ) — 2003-cü ildə dünya 1 nömrəsi olan ABŞ-lı peşəkar tennis oyunçusu, Ancaq indi dünya 8 nömrəsidir. Ən sürətli servis atma rekordunu əlində tutan Roddik bir matçında 155 mph (yəni 249.4 km/s) sürətlə servis ataraq bu rekordu qırmışdır. == İlk illəri və ailəsi == Endi Roddik Omaha Nebraskada doğulmuşdur. Anasının adı Blanke atasının adı isə Cimdir. Roddikin atası iqtisadçı, anası isə məktəb müəllimidir. Roddikin qardaşları olan Lourens və Con, Roddik kimi tennis oyunçusudurlar. Roddik, 2002-ci ildə müğənni Mendi Moreylə eşq yaşamış; ancaq Roddik, 2004-cü ilin Mart ayında əlaqəni bitirmişdir. Daha sonra Roddik vebsəhifəsində Broklin Deker ilə evlənəcəyini elan etdi və 17 aprel 2009-cu ildə evləndilər. == Böyük dəbilqə serialı tennis turnirlərindəki finalları == == Çempionluq == 2003-cü ildə ilin son böyük dəbilqə serialı turniri olan US Open finalında Karlos Ferreronu 3 setdə məğlub edərək çempion olmuşdur.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Jodie Stuhmke
Jodie Stuhmke (d. 21 noyabr 1980) — Avstraliyanı təmsil edən su poloçusu. Jodie Stuhmke, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Jodie Stuhmke, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Konstantin Bodin
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
Leonard Roduey
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Leopoldo Rodes
Leopoldo Rodes (d. 7 fevral 1939) — İspaniyalı keçmiş üzgüçü. Leopoldo Rodes İspaniyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leopoldo Rodes birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.7 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marina Radiş
Marina Radiş (rum. Marina Radiș 2 fevral 1982, Çadır-Lunqa, Qaqauziya) — Moldovalı müğənnisi (soprano). İlk fəaliyyətinə aktrisa kimi başlayır. 11 yaşında, Çadır-Lunqda Qaqauz xalq mahnı müsabiqəsində qalib gəlir. 18 yaşında hər il keçirilən "Qaqauz Sesi" mahnı müsabiqəsində Qran Pri mükafatına layiq görülür. Dəfələrlə Kişinyovda "Viktoriya" vətənpərvərlik mahnı müsabiqəsinin laureatı olur. 2000-ci ildə orta ixtisas musiqi təhsili olmamasına baxmayaraq, Kişinyovdakı Musiqi, Teatr və Təsviri Sənətlər Akademiyasının akademik vokal şöbəsinə (İ. Kvasyuva sinfi) qəbul edilir. Sonradan Marina Svetlana Popovanın opera oxuma sinfi Marinaya böyük təsir göstərir. 2003-cü ildə Breila şəhərində H. Derkle Beynəlxalq Vokal Müsabiqəsinin laureatı olur. 2005-ci ildə Violetta (Cüzeppe Verdinin La Traviata) partiyası ilə Moldova Milli Opera və Balet Teatrının səhnəsində debüt edir.
Milorad Dodik
Milorad Dodik (bosn. Milorad Dodik; xorv. Milorad Dodik; serb. Милорад Додик; 12 mart 1959, Laktaşi[d], Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — Bosniya və Herseqovina rəyasət heyətinin hazırkı serb üzvü. Dodik 1996-cı ildə yarandığı gündən bəri Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti vəzifəsində çalışır və Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi ərazi olan Serb Respublikasında bir sıra siyasi vəzifələr tutur. Dodik 1998–2001-ci illərdə və 2006–2010-cu illərdə Serb Republikasının Baş naziri və 2010–2018-ci illərdə Serb Republikasının Prezidenti olub. MSDİ-ın Prezidenti kimi Dodik öncə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Serb Demokrat Partiyasına mülayim və islahatçı alternativi olaraq qəbul edildi. Lakin, o vaxtdan bəri Dodik və MSDİ getdikcə daha çox millətçi və separatçı xətt tutaraq, Bosniya serblərinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etdilər. Onun hakimiyyətdəki dövrü avtoritarizm, Bosniya federal qurumlarının pozulması və Serbiya və Rusiya ilə daha yaxın əlaqələri ilə xarakterizə olunur. Dodik Banya Lukada anadan olub.
Modin burnu
Modin (birm. Mawtin Zun, ing. Cape Negrais) — Myanma ərazisdində yerləşən burun. Ölkənin cənub-qərb qutqracağını təşkil edir. İnzibati cəhətdən İravadi dairəsi, Panteyn rayonu ərazisinə daxildir. Burun Benqal körfəzi ilə Andaman dənizi arasında təbii sərhəd rolunu oynayır. Hindistanın Andaman və Nikobar adaları ərazisindən 193 km aralıda yerləşir. Buradan Rakhayn silsiləsi başlayır. Burunda eyni adlı şəhər yerləşir (ing. Mawdin).
Notharchus ordii
Notharchus ordii (lat. Notharchus ordii) — notharchus cinsinə aid heyvan növü.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir