Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rodniki
Rodniki (rus. Родники) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Dani Rodrik
Dani Rodrik (14 avqust 1957[…], İstanbul) — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir. == Həyatı == Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı. 1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir. == Elmi fəaliyyəti == Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.
Endi Roddik
Endi Roddik (ing. Andy Roddick; 30 avqust, 1982, Omaha, Nebraska, ABŞ) — 2003-cü ildə dünya 1 nömrəsi olan ABŞ-lı peşəkar tennis oyunçusu, Ancaq indi dünya 8 nömrəsidir. Ən sürətli servis atma rekordunu əlində tutan Roddik bir matçında 155 mph (yəni 249.4 km/s) sürətlə servis ataraq bu rekordu qırmışdır. == İlk illəri və ailəsi == Endi Roddik Omaha Nebraskada doğulmuşdur. Anasının adı Blanke atasının adı isə Cimdir. Roddikin atası iqtisadçı, anası isə məktəb müəllimidir. Roddikin qardaşları olan Lourens və Con, Roddik kimi tennis oyunçusudurlar. Roddik, 2002-ci ildə müğənni Mendi Moreylə eşq yaşamış; ancaq Roddik, 2004-cü ilin Mart ayında əlaqəni bitirmişdir. Daha sonra Roddik vebsəhifəsində Broklin Deker ilə evlənəcəyini elan etdi və 17 aprel 2009-cu ildə evləndilər. == Böyük dəbilqə serialı tennis turnirlərindəki finalları == == Çempionluq == 2003-cü ildə ilin son böyük dəbilqə serialı turniri olan US Open finalında Karlos Ferreronu 3 setdə məğlub edərək çempion olmuşdur.
Mirça Rednik
Mirça Rednik rum. Mircea Rednic — Rumıniyalı futbol mütəxəssisi == Həyatı == Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hunedoara bölgəsində anadan olub. == Futbolçu karyerası == 21 illik (1979-2000, 555 oyun, 32 qol) futbol karyerası boyu müdafiəçi mövqeyində çıxış edən Rednik vətənində Buxarestin "Dinamo", "Rapid", Türkiyədə "Bursaspor", Belçikada "Standard" kimi klublarda oynayıb. O, bu müddətdə Rumıniyada 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku, 1 dəfə Superkubok, 1 dəfə isə Belçikada ölkə kubokunu qazanıb. Rednik Rumıniya yığmasında çıxış etdiyi 10 ildə (1981-1991) 83 oyuna 2 qol vurub. == Məşqçilik karyerası == Məşqçilik karyerasına 2000-ci ildə "Rapid"də başlayan Rednik 3 müxtəlif vaxtda (2002, 2002-2003, 2007-08) onu çalışdırıb. O, vətənində "Bakeu" (2001), "Universitatya" (2004-05), "Vasluy" (2005), "Dinamo" klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın "Əl-Nəsr" (2004), Rusiyanın "Alaniya" klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb.
Rodrik Kuku
Rodrik Kuku (6 aprel 1986) — Konqo DR-lı cüdoçu. Rodrik Kuku Konqo DR-ı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rodrik Kuku birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Dominikan Respublikasının nümayəndəsi Vonder Mateo ilə üz-üzə gəldi. Həmin görüşdə Rodrik Kuku rəqibinə 0:10 hesabı ilə uduzdu.
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Qopnik
Qopnik (rus. го́пник) — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli, az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn, yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc üzvləri üçün jarqon söz. Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur. Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası‎) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir. Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Rodonit
Rodonit CaMn4 [Si5O15] —(yunanca "rodon" qızılgün deməkdir) Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit. == Xassələri == Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar. == Mənşəyi və yayılması == Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b.
Rudnıy
Rudnıy (qaz. Рудный) — Qazaxıstanın Kostanay vilayətində yerləşən Tobol çayı üzərində şəhər. 1957-ci ildə dəmir filizi yatağının inkişafı və Sokolovsko-Sarbay mədən və emal zavodunun tikintisi ilə əlaqədar olaraq əsası qoyulmuşdur. == Adı == Son adın 1955-ci ildə Ogonyok jurnalının on dördüncü sayı ilə qurulduğuna inanılır: Hər hansı bir yaşayış məntəqəsinin adının altında nə olduğunu söyləmək çətindir: daha tez -tez bunun üçün çox xarakterik olan bir şeydir; daha az artıq şans müdaxilə edir. Şəhərimizdə hər ikisi var. Sokolovrudstroy trestinin ilk baş mühəndisi VI Bureş, bu barədə necə danışır: "Gələcək şəhərin yerində tikilməyə başlayan kənd, biz inşaatçılar, Rudny adlı". Və bütün sənədlərə yazmağa başladılar. Kombinatovskie yoldaşları, təkbaşına, "Rudnoqorsk" adlandırdılar və sənədlərində də bu şəkildə təyin etdilər. 1955 -ci ilin birinci yarısında, zavodun adı olan tikilməkdə olan müəssisənin direktoru - NF Sandrigailo və güvənli rəhbərimiz Y.M. Qimmelfard, zavodun inşası üçün təxminən dörd ay Moskvada və Alma -Atada keçirdilər. və şəhər.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Ronin
Ronin (浪人, hərf. "dalğaların insanı") – feodal Yaponiyada ağasız qalmış və ya klanı ilə əlaqələrini kəsmiş samuray növü. Samuray ağasının ölümündən sonra roninə çevrilirdi. Miyamoto Musaşi, Sakamoto Ryoma və Yamada Naqamasa ən məşhur roninlər hesab olunurlar. Müasir dövrdə isə Yaponiyada universitetə daxil olmaq cəhdi hələki uğursuz olan lisey məzununu ronin adlandırırlar. == Etimologiya == "Ronin" sözü yapon dilindəki dalğa və insan heroqliflərinin birləşməsindən yaranmışdır. Bu söz özünə aid bir yer tapa bilməyən şəxsi bildirir. Erkən Yaponiya tarixində "ronin" sözü öz torpağını başqa yerdə iş tapmaq üçün tərk edən kəndliləri bildirmək üçün işlədilirdi. Muromaçi dövründən etibarən "ronin" termini komandirlərini və maaşlarını itirmiş samurayları bildirmək üçün istifadə olunmağa başlamışdır. == Tarixi == Odava qəsrinin 1590-cı ildəki süqutundan sonra ölkədə ağasız qalmış samurayların sayının artması Toyotomi Hideyoşinin hakimiyyəti üçün potensial təhlükə yaratmışdır. Bu səbəbdən Hideyoşi tərəfindən ölkədə qılınc ovuna başlanmışdır.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Rodri
Rodriqo Hernandez Kaskante və ya qısaca Rodri (22 iyun 1996, Madrid) — İngiltərə Premyer Liqası klubu "Mançester Siti"də və İspaniya milli futbol komandasında çıxış edən futbolçu. Peşəkar karyerasına Vilyarealda başlayan Rodri daha sonra "Atletiko Madrid" klubuna qoşulur. La Liqada keçirdiyi 4 mövsümdən sonra 2019-cu il iyulun 4-də "Mançester Siti" komandasına transfer olur. O, "şəhərlilərin" ardıcıl 3 dəfə (2020–21, 2021–22, 2022–23) İngiltərə Premyer Liqası çempionu olmalarına kömək edir. Rodri, eyni zamanda 2022–23 mövsümündə "Mançester Siti"nin ilk treblini etməsində böyük əməyi olan futbolçulardandır. Belə ki, Rodri UEFA Çempionlar Liqası finalında "İnter"ə qarşı matçın yeganə qolunu vuraraq və turnirin ən yaxşı oyunçusu seçilmişdir. İspaniya millisində ilk debütünü 2018-ci ildə edən Rodri, millinin yığmasında 2023-cü ildə Millətlər Liqasının qalibi və eyni zamanda turnirin ən yaxşı oyunçusu olmuşdur. Rodri 2024-cü ilin oktyabrında mövsüm boyu göstərdiyi diqqəlayiq performansa görə Qızıl top mükafatına layiq görülmüş və mükafatı 1960-cı ildə almış Luis Suarezdən sonra bu uğura imza atan ikinci ispan kişi futbolçu olmuşdur. O, həmçinin mükafatı qazanan ilk "Mançester Siti" oyunçusudur. İstedadlı yarımmüdafiəçi peşəkar səviyyədə çıxış etməyə davam edir.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Roanok koloniyası
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır. == Arxa plan == 1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır.
Roderik Davidson
Roderik Davidson (ingiliscəRoderic H. Davison)(23 mart 1917, 1996) – tarixçi. == Həyatı == Roderik Davidson Prinston Universitetində tarix təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Harvard Universitetində doktorluq dissertasiyası müdafiə etdikdən sonra məzunu olduğu Prinston Universitetində tarix fənnindən dərs deyib. İkinci Dünya Müharibəsi illərində Avropada yardım quruluşlarında çalışdı , Almaniyada diplomatik bir vəzifədə çalışdı, New Yorkda vicdanı rəddçilərin iş düşərgəsində yer aldı. 46 illik təhsil həyatında Osmanlı İmperatorluğu mövzusunda mütəxəssisləşdi, Corc Vaşinqton Universitetində Avropa tarixi dərsləri verdi. 1954də professor oldu, 1986da təqaüdə çıxdı, lakin 1990ların başlarına qədər dərs verməyə davam etdi. 1994 də Corc Vaşinqton Universiteti Davidsona fəxri doktor mükafatı verdi. Osmanlıda Qərb Təsiri (1997), Qısa Türkiyə Tarixi (2004), Birinci Dünya Döyüşündə türk-İngilis Əlaqələri (2004) və osmanlı-Türk Tarixi, 1774-1923 (2004) başlıqlı əsərləri də Türkcəyə tərcümə edilən Davison, 1996-cı ildə vəfat edib.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
İlya Reznik
İlya Raxmieleviç (Leopoldoviç) Reznik (rus. Илья́ Рахми́элевич (Леопольдович) Ре́зник; 4 aprel 1938, Leninqrad) — Rusiya nəğməkar şairi, iş adamı, Rusiya Federasiyasının xalq artisti (2003), Rusiya Bədaye Akademiyasının fəxri üzvü, Ukraynanın xalq artisti (2013).
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. == Bioqrafiya == Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Roderik Makkinon
Roderik Makkinon- Doğulub 19 fevral 1956 il, Berlinqton, Massaçusets, ABŞ) . — amerikalı biokimyaçı və kristalloqraf, "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı.(2003 ildə) ABŞ Milli Elmlər Akademiyasının üzvü (2000 il) . == Bioqrafiyası == Roderik Makkinon 19 fevral 1956-cı ildə Berlinqtonda (Massaçusets, ABŞ) anadan olub. O, əvvəlcə Bostondakı Massaçusets Universitetinə daxil oldu, lakin bir il sonra elmin daha dərindən öyrənilməsi üçün Brandeys Universitetinə keçdi və burada Kristofer Millerin laboratoriyasında kalsiumun hüceyrə membranları vasitəsilə daşınmasını öyrəndi. 1978-ci ildə Roderik Makkinon Brandays Unuversitetində biokimya üzrə bakalavr dərəcəsi aldı və Tafts Universitetində tibb fakültəsinə daxil oldu. 1982-ci ildə tibb elmi dərəcəsini alsa da, həkimlik işindən narazı qaldı. 1986-cı ildə R.Makkinnon Brandays Universitetinə Millerin laboratoriyasına qayıtdı. == Elmi fəaliyyəti == 1989-cu ildə Roderik Makkinon Harvard Universitetində dosent oldu və burada kalium kanalının əqrəb zəhərinin spesifik toksini ilə qarşılıqlı təsirini araşdırmağa başladı. 1989-cu ildə Rokfeller Universitetində molekulyar neyrobiologiya və biofizika üzrə professorluq və laboratoriya təyinatı aldı, burada sinir sistemində və ürəkdə kalium kanallarının xüsusi əhəmiyyətinə görə kalium kanalının strukturu üzərində işləməyə başladı. 1998-ci ildə R.Makkinon və həmkarları kristalloqrafiyadan istifadə edərək bakterial kalium kanalının üçölçülü molekulyar quruluşunu əldə edə bildilər və kanalın seçiciliyini, yəni kanalın nə üçün yalnız kalium ionlarının keçməsinə imkan verdiyini, lakin daha kiçik natrium ionlarının keçməyəcəyini aşkar etdilər.