Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Riot!
Riot! — ABŞ rok qrupu Paramore-un ikinci studiya albomu. 12 iyun 2007-ci ildə Fueled by Ramen tərəfindən buraxılıb.
Koit Toome
Koyt Toome (est. Koit Tomme; d. 3 yanvar 1979, Tallin, Estoniya) — Estoniya müğənnisi və aktyoru. O, Estoniyanı 1998 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Koyt Toome 3 yanvar 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində anadan olmuşdur. Koyt bir oğul və iki qız atasıdır. Koytin əmisi İndrek Toome 1988-ci ildən 1990-cı ilə kimi Estoniyanın Baş naziri olmuşdur. Koyt Toome musiqi prodüseri Mikk Tarqo tərəfindən 1994-ci ildə musiqi məktəbində aşkarlanmışdır. Koyt üçün musiqi karyerası yaratmağı planlaşdıran prodüser həmin musiqi məktəbində eyni zamanda Sirli Hiius adlı istedadlı bir ifaçı aşkar edərək, Koyt və Sirlidən ibarət Code One adlı pop duet yaratmışdır. Code One həmin illərdə Estoniyada bir neçə hit mahnılar ifa etmişdir.
Myth & Roid
Myth & Roid (ミス アンド ロイド) – Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil" və "Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir. Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir və iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır. Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır.
Riot Games
Riot Games — mərkəzi Los-Ancelesdə yerləşən videooyun istehsalçısı. Şirkət oyunların yayımı və esports turnirlərinin təşkili ilə də məşğuldur. 2006-cı ildə Brandon Beck və Marc Merrill tərəfindən təsis edilmişdir. "Riot Games"in istehsal etdiyi nüfuzlu oyunlar "League of Legends" və "Valorant"dır. "Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədilə yaradılmışdır. Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir. 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir. Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur. "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak, Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.
Rohit Çand
Roin Metreveli
Roin Metreveli (gürc. როინ ვიქტორის ძე მეტრეველი, rus. Роин Викторович Метревели; 7 dekabr 1939) — gürcü orta əsr tarixçisi, akademik (1993) və Gürcüstan Elmlər Akademiyasının prezidenti (2023). 1991–2004-cü illərdə Tbilisi Dövlət Universitetinin rektoru. Abxaziyanın əməkdar elm xadimi (1996). Tbilisinin fəxri vətəndaşı (1999). 1957-ci ildə Kutaisidə orta məktəbi bitirib. Elə həmin il TDU-nun tarix fakültəsinə daxil olub, 1962-ci ildə oranı bitirib. 1965-ci ildə "XII əsrin birinci rübündə Gürcüstanda dövlət islahatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildən TDU-da mühazirə oxumağa başladı.
Elay Rot
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Elvin Rot
Elvin Rot (ing. Alvin Eliot Roth; 18 dekabr 1951 və ya 19 dekabr 1951, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir. Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.
Filip Rot
Filip Rot (ing. Philip Milton Roth; 19 mart 1933[…], Nyuark, Nyu Cersi[…] – 22 may 2018[…], Manhetten, Nyu-York ştatı) — ABŞ yəhudilərindən olan roman yazıçısı.
Klavdiya Rot
Klavdiya Benedikta Rot (alm. Claudia Benedikta Roth‎; 15 may 1955[…], Ulm, Baden-Vürtemberq) — Almaniya siyasətçisi. O, 2004–2013-cü illərdə Yaşıllar Partiyasının həmsədri olmuşdur. O, hazırda Bundestaqın vitse-prezidentlərindən biridir. Rot eyni zamanda 2021-ci ildən kansler Olaf Şolts hökumətində Federal Hökumətin Mədəniyyət və Media üzrə Komissarıdır. Klavdiya Benedikta Rot 15 may 1955-ci ildə Almaniyanın Ulm şəhərində anadan olmuşdur. O, Yaşıllar Partiyasının üzvüdür. Klavdiya Rot 2006-cı ildə Türkiyənin Diyarbəkir şəhərinə getmiş, bələdiyyə sədri Osman Baydəmirlə görüş keçirmişdir. Burada o, kürd münaqişəsinin həllinə demokratik yanaşma gözlədiyini bildirmişdir.
Marta Rot
Marta Rot (May 29, 1932 – Oktyabr 7, 2016) — İtaliyada anadan olan Meksikalı film aktrisası. O, Meksika Kinosunun Qızıl əsri ərzində ulduz olmuşdur. Ailə digərlərini sevir (1949) İtirilmiş şəhər (1950) Meksikada Qrinqo qız (1951) Akapulkoda serenada (1951) Ağ Xəyanətkar (1960) 2007 Destilando amor - Dona Pilar Gil de Montalvo 2001 La intrusa - Norma İturbide Vda. de Del Boske 2001 El noveno mandamiento - Yevgeniya D'Anco de Betankort 1999 Mujeres engañadas - Dona Katalina Kortes Vda. de Duarte 1998 Gotita de amor - Dalila 1997 Mi pequeña traviesa - Elena 1990 En carne propia - Leda Dumont 1988 El pecado de Oyuki - Ledi Elizabet Pointer 1985 Los años pasan, Mersedes 1984 Eklips - Amalia 1981 Nosotras las mujeres - Monika 1973 Penthaus 1969 De turno con la angustia - Elena R. Hernandez-Rodriguez. Splendors of Latin Cinema. ABC-CLIO, 2009.
Roi (mahnı)
Roi (azərb. Kral‎) — Fransanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Bilal Həsəni "Roi" mahnısı ilə Fransanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil edən Madame Monsieur dueti və Bilalın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu özünü olduğu kimi qəbul etmək və stereotiplərə qarşı mübarizə aparmaqdır. Mahnıya çəkilmiş olan klip dörd gün ərzində 1 milyondan artıq izləyici kütləsi qazanmışdır. İki həftə ərzində rəqəm 6 milyonu keçmişdir.
Rot Basian
Rot Basian — Yuxarı Qarabağın mahallarından birinin adı. Rot Basian ilk dəfə VII əsrə aid mənbədə mahal adı çəkilir. Bir fikrə görə Rot-Pasian və Aliye sonrakı Cavıanşir mahalıdır. İndiki Türkiyənin şərqində e.ə. II əsrdə məskunlaşmış bir qədim türk dilli tayfa Basnan (Pasian) adlanırdı. Bu barədə e.ə. V əsr müəllifi Ksenofont yazmışdır. (Ksenofont, Anabazis, IY, 18) Bu el sakların tərkibində gəlmişdir. Ona görə ki, Ksenefakt basanların skiflərlə (yəni saklarla) bir yerdə yaşadıqlarını yazmışdır. Bir fikrə görə bu indiki Kars, Sarıqamış, Kaqızman və Sürməli ərazilərinldə yaşayırdılar.
Peyton Roi List
Peyton Roi List 6 aprel 1998-ci ildə ABŞ-də, Floridada anadan olmuşdur. Aktrisa və modeldir. Listin ən məşhur rolu isə Kaşemir Mafiyasındakı Saşa Börden roludur ki, burada List, fransız O'Connor obrazını canlandırdı. O Vimpy Uşağının Gündəliyində Holli Hils kimi əsas rollardan birinə çəkildi. Peyton List hal — hazırda Disney Channel istehsalı olan Cessi serialına çəkilir. List Floridada doğuldu, ancaq dörd yaşında Nyu-Yorka köçdü. Onun iki qardaşı var: Spenser (onun əkizi) və Finiks. Onların hər ikisi aktyor və modeldirlər. O hal-hazırda Kaliforniyada yaşayır. List Ədalət jurnalı üçün 2011 modeli olmuşdur.
Norbertin Bresslern-Rot
Norbertin fon Bresslern Roz (ing. Norbertine von Bresslern-Roth 13 noyabr 1891[…], Qrats – 30 noyabr 1978, Qrats) — avstriyalı rəssam və çap ustası olub. Norbertin Roz Qratsda anadan olub və orada böyüyüb. Anası Aloisia Roz Vyanadan olan atçılıq məktəbi sahibinin qızı idi. Norbertinin bədii istedadını ibtidai məktəbdə müəllimi aşkar etmişdir. 1909 və 1910-cu ilin yay aylarında o, Münhen yaxınlığındakı heyvan rəssamlığı məktəbində oxuyub. 1911-ci ildə Norbertin Roz Vyana Gözəl Sənətlər Akademiyasında professor Ferdinand Şmutzerin yanında təhsil almaq üçün Qratsı tərk etdi. Şmutzer gənc rəssamın istedadına o qədər heyran oldu ki, o, cəmi bir ildən sonra onu Akademiyadakı emalatxanasına qəbul etdi. Hələ 1912-ci ildə o, doğma şəhərinin ilk fəxri adı olaraq Qrats şəhərinin gümüş medalını aldı. 1916-cı ildə uğurlu rəsm sərgisindən sonra o, müstəqil rəssam kimi özünü göstərmək üçün Qratsa qayıtdı.
Dieu et mon droit
Dieu et mon droitFransızca tələffüz: [djø e mɔ̃ dʁwa]Fransızca tələffüz: [djø e mɔ̃ dʁwa], qəd. fr. Deu et mon droit), bu şüar Birləşmiş Krallıq monarxlarının mottosudur. Bu şüara Böyük Britaniya gerbinin üstündəki qalxanının altında rast gəlmək olar . Şüarın ilk dəfə I Riçard (1157 – 1199) tərəfindən döyüşdə istifadə edildiyi və onun fransız əcdadına (həqiqətən də o, fransız və oksitanca danışırdı, lakin yalnız əsas ingiliscə bilirdi) və monarxın ilahi mənşəli idarəetmə hüququna istinad olduğu güman edilir. Kral V Henri (1386 – 1422) tərəfindən İngiltərənin kral şüarı kimi qəbul edilmiş, "və mənim hüququm" ifadəsi ilə Fransa tacına mənsub olduğu iddiasına istinad edilmişdir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
BOKT
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Biot
Biot (fr. Biot) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Antib-1, Antib-2 və Antib-3 kantonu . Kommunanın sahəsi 15,54 km², əhalisi 8791 nəfərdir (2006) artım tendensiyası ilə: 8791 nəfər (2012), əhalinin sıxlığı 647,0 nəfər / km²-dir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı — 8995 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 8791 nəfər.
Bolt
Bolt (şirkət)
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Erot
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457, Qalliya) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Font
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Froot
Froot — Uels müğənnisi Marina Diamandisin üçüncü studiya albomu. Bu onun Marina and the Diamonds adı altında buraxdığı sonuncu albomudur. Albom 3 aprel 2015-ci ildə işıq üzü görüb.