Rost

I der; -es pas II der; -(e)s, -e (Gitter) şəbəkə, barmaqlıq
Rosskastanie
Rostbraten
OBASTAN VİKİ
Dmitri Rostovski abidəsi (Rostov-na-Donu)
Dmitri Rostovski abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Dmitri Rostovskinin şərəfinə ucaldılmışdır. Abidə Dobornaya meydanında ucaldılmışdır. Abidənin idea müəllifi Anatoli Andreeviç Sknarindir. Dmitri Rostovski abidəsi 1999-cu ildə quraşdırılmışdır. Abidə Rus provaslav kilsəsinin yepiskopu və Rostov və Yaroslav eparxiyasının mitropoliti Dmitri Rodtovskinin şərəfinə ucaldılmışdır. Abidə Müqəddəs Məryam Mövludu kilsəsinin öndündə ucaldılmışdır. Kilsə Rostov və Novoçekassk eparxiyasının əsas kilsəsidir. Onun təntənəli açılışı 15 dekabr 1999-cu ildə gerçəkləşdirilmişdir. Abidə şəhərin 250 illiyində ucaldılmıdır.
Don rabitəçilərinin abidəsi (Rostov-na-Donu)
Don rabitəçilərinin abidəsi — bürüncdən ibarət olan abidə Rostov-na-Donu şəhərində Nikolay Ostrovski adına parkda yerləşən manumental abidə. Abidənin təntənəli açılış mərasimi, 9 sentyabr 2016-cı ildə gercəkləşmişdir. Abidənin heykəltaraşı Valentin Kostev olmuşdur. Abidənin açılış mərasimi şəhər günü ilə eyni zamanda gercəkləşdirilmişdir. Üstəlik həmin gün mülki rabitəçilərin 115 illik yubileyi idi. 2016-cı ilin aprelində Rostov-na-Donu şəhərində xalq səsverməsi keçirilir. Burada maketlər arasında Don rabitəçiləri abidəsinin ən yaxşı variantını seçmək lazım gəlirdi. Belə ki, bu seçilmiş variant əsasında Don rabitəçiləri abidəsi hazırlanmalı idi. Səsvermədə seçicilərin 40 % Cənub Federal Dairəsinin Radiostansiya mərkəzi işçilərinin hazırladığı maket qəbul edilir. Heykəltəraş olaraq Valentin Kostaev seçilir.
Dövlət bankının binası (Rostov-na-Donu)
Dövlət bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sokolov prospekti, ev 22a ünvanında yerləşən bina. Bina Marian Marianoviç Peretyatkoviçin layihəsi əsaaında 1913–15-ci illər ərzində inşa edilmişdir. İlk əvvəllər binada Rusiya imperiyasının dövlət bankı yerləşir. Hazırda isə binada Sentrbankın filialı yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Dövlət bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. XX əsrin əvvəllərində Dövlət bankının binaası Bolşoy Sadovnaya küçəsi, Srednı prospektində yerləşirdi. Bir müddət banka artıq bu bina dar gəlirdi. Bu səbəbdən onlar bina kirayələməyə məcbur qalmışdılar. Bundan sonra bank məsulları yeni binanın inşasını qərara alır.
Dəmiryolçuların Mədəniyyət Sarayı (Rostov-na-Donu)
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır. 1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı). Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər. 3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır.
Eberqin binası (Rostov-na-Donu)
Eberqin binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Serafimoviç küçəsi, ev 76 ünvanında yerləşir. Binada konstruktivizm stilinə sahibdir. Bina 1934-cü ildə inşa edilmişdir. Regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. Rostov-na-Danu ərazisində məşhur rostovlu arxitektor Lev Leonidoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. O, Rostov-na-Donu şəhərində bir çox tarixi binaların layihə müəllimidir. 1932-ci ildən Rostov-na-Donuda yaşayan arxitektor. Teatralnı meydanında yerləşın M. Qorki adına Rostov Akademik teatrının tikintisinə öz töhfəsini vermişdir. Onun layihəsi əsasında «Rostov» mehmanxanası, «Rusiya» kinoteatrı, "Zolotoy Kolos" yaşayış binası və s.
Edmon Rostan
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[…], Marsel, İkinci Fransa İmperiyası – 2 dekabr 1918[…], Paris) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi. Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi. İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi.
Edmond Rostand
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[…], Marsel, İkinci Fransa İmperiyası – 2 dekabr 1918[…], Paris) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi. Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi. İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi.
Eugenia rostadonis
Eugenia rostadonis (lat. Eugenia rostadonis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Euphrasia rostkoviana
Rostkov çatılotu (lat. Euphrasia rostkoviana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Feya Balabinanın binası (Rostov-na-Donu)
Feya Balabinanın binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Şaumyan küçəsi, ev 58 ünvanında yerləşir. Bina üç mərtəbədən ibarətdir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində, eklektika stilində inşa edilmişdir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Şaumyan küçəsi, ev 58 ünvanında yerləşən bina eklektika stilində inşa edilmişdir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Binada böyük rus balerinası Feya İvanovna Balabina 1924-cü ilə qədər yaşamışdır. 1920-ci ildən sonra bina ümumi yaşayış binası kimi istifadəyə verilmişdir. Tarixi bina iki dünya müharibəsini zərər görmədən bu günlərə qədər gəlib çata bilmuşdir.
Fərşid Rostami
Fərşid Rostami (idmançı)
Georgi Rostaşvili
Georgi Rostaşvili (18 avqust 2006, Tbilisi) — Gürcüstanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsindəki təmsilçisi. 2006-cı ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Gimnaziya № 36 (Rostov-na-Donu)
Gimnaziya № 36 — Rostov-na-Donu şəhərinin ərazisində, Maksim Qorki küçəsi, ev 115 ünvanında yerləşən təhsil ocağı. Bina P. Y. Lyubimovun layihəsi əsasında 1906-ci ildə inşa edilmişdir. Gimnaziyanın binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1906-cı ildə Nikolay Pavloviç Stepanov Rostovda dörd sinifli kişi gimnaziyasını açır. İlk əvvəllər gimnaziya kimsəsizlər evində yerləşirdi. Ancaq bir necə il sonra Stepanov gimnaziya üçün yeni binanı timkəyi qərara alır. Gimnaziya üçün yeni bina 1915-ci ildə P. Y. Lyubimovun layihəsi əsasında inşa edilmişdir. Gimnaziyaya 14-15 yaşından gəbul həyata keçirilirdi. Hazırlıq sinfində il ərzində 100, birinci sinifdə isə 130 rubl pul alınırdı. 1916-cı ildən gimnaziyada həm oğlanlar həmdə qızlar təhsil ala bilirdilər.
Hanza Rostok FK
Hanza Rostok FK ― Almaniyanın Rostok şəhərində yerləşən peşəkar futbol klubu. 25 Noyabr 2018 tarixinə əsasən 13.000 nəfər üzvə malik Hanza Rostok Almaniyada ən çox üzvə malik komandalardan biridir. Hanza Rostok futbol klubu kimi əsası 28 dekabr 1965-ci ildə Empor Rostok klubundan ayrılmaqla qoyulmuşdur. Komandanın tarixində ən böyük uğuru 1990/91-ci il mövsümündə sonuncu Şərqi Almaniya Futbol Çempionatında qalib olmaqdır. Hal-hazırda (2018/19 mövsümündə) Hanza Rostokun əsas komandası Almaniya Çempionatının 3-cü Liqasında çıxış edir.
Jeleznodorojnı rayonu (Rostov-na-Donu)
Jeleznodorojnı rayonu (rus. Железнодорожный район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1937-ci ildə təsis edilən rayon. Rayonun ərazisi 69,0 km² təşkil edir. Rayon ərazisində ilk yaşayış məntəqəsi hələ çoxdan mövcud idi. 1747-ci ildə Don çayının sağ sahilində, Temernik çayının aşağı axarında Qnilovski stanisası inşa edilmişdi. 1864-cü ildə bölgədən dəmir yolu çəkilmişdir. Stansiya və yaşayış məntəqəsi 1937-ci ildə rayon olaraq təsis edilmişdir. Rayonun adı isə onun ərazisindən keçən dəmir yolu ilə əlaqəlidir. Rayonun ümumi əhalisinin hər üçündən biri təqayütçüdür. Rayonun iqtisadiyyatın mühüm yeri Şimali-Qafqaz dəmir yolları tutur.
Kaqalniski rayonu (Rostov vilayəti)
Kaqalniski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Kaqalniskaya qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 55 km məsafədə yerləşir. Kaqalniski rayonu 18 yanvar 1935-ci ildə Azov-Qara dəniz vilayətinin parçalanması ilə əlaqədar olaraq qurulur və 1937-ci ilin sentyabrına qədər onun bir hissəsi olur. 1937-ci ilin sentyabr ayından etibarən Kaqalniski rayonu yeni qurulan Rostov vilayətinin bir hissəsi olur. 1963-cü ildə rayon ləğv edilir və ərazisi Zernoqrad rayonuna daxil edilir. Kaqalniski rayonu 20 oktyabr 1980-ci ildə yenidən qurulur. Kaqalniski rayonu, Rostov vilayətinin cənub-qərb hissəsində yerləşir, şərqdə Rostov vilayətinin Zernoqradski rayonu ilə, cənubda Krasnodar diyarının Kuşçevski rayonu ilə, qərbdə Azov və Baqaevski rayonları ilə həmsərhəddir. Rayonun sahəsi 1370.24 km²-dir. Şimaldan cənuba uzunluğu 46 km, qərbdən şərqə 49 km-dir.
Karl Marks abidəsi (Rostov-na-Donu)
Karl Marks abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Karl Marksın şərfinə ucaldılmışdır. Abidə 1959-cu ildə ucaldılmışdır. Müharibəyə qədər bu abidənin yerində də Karl Marsa aid abidə olmuşdur. Abidənin müəllifləri heykəltaraş Moisey Solomonoviç Altşuler və arxitektor Mixail Adolfoviç Mikus olmuşdur. Rusiyanın mədəni irsi siyahısına daxil edilməmişdir. Karl Marks abidəsi təntənəli şəkildə 28 iyun 1925-ci ildə Naxçıvan-na-Donu şəhərinin mərkəzi meydanında açılışı gerçəkləşdirilmişdir. Abidə əvvəllər mövcud olmuş II Yekaterinaya aid abidənin yerində və altlığının üzərində quraşdırılmışdır. II Yekaterinaya aid olan abidə sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər tərəfindən dağıdılmışdır. Heykəlin qoyulduğu meydan Karl Marksın adına adlandırılmışdır.
Kirovski rayonu (Rostov-na-Donu)
Kirovski rayonu (rus. Кировский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində istər Cənub Federal Dairəsinin istərsə Rostov vilayətinin inzibati binaları, iri iqtisadi və ticarəti şirkətlər həmcinin iri iri mədəniyyət mərkəzləri yerləşir. Rayonun tarixi taleyi onunla bağlıdır ki, rayon Rostov-na-Donu şəhərinin əsas hissəsində təşkil edilmişdir. Məhs burada 1749-cu ildə şəhərin əsası qoyulmuşdur. Burada təbii su mənbəyi olmuşdur ki, ondan hətta I Pyotr belə içmişdir. Rayon ərazisində yerləşən Sedov küçəsi Rostov-na-Donu şəhərinin ən böyük və mərkəzi küçələrindən olmuşdur. Ərazi şəhər tarixinin bir çox mühüm hadisələrinə sahidlik etmişdir. Artıq XVIII əsr Rostov güçlü müdafiə və ticarət şəhəri funksiyasını oynayırdı. Buradan xaricə kənd təsərrüfatı malları, dəmir məmulatları ixrac edilirdi.
Kostinin binası (Rostov-na-Donu)
Tacir Kostinin gəlirli binası - Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Çexov prospekti, Suvorov küçəsi ev 29/37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. XIX əsrin sonları XX əsrin əvvəlləri tacir Efim Yakovleviç Kostinə mənsub olmuşdur. Bina regional əhəmiyyətli tarixi, arxitektur və monumenal abidələri siyahısına daxil edilmişdir. Bina dörd mərtəbədən ibarətdir. Vəziyyəti idealdır. Bina XIX əsrin sonlarında inşa edilmişdir. 1917-ci ilə qədər bina Malaya-Sadovnaya küçəsi, ev 37/35, Malıy prospekti ünvanında yerləşirdi. Tacirin bu binadan başqa Yağ zavodu belə olmuşdur.
Lasianthus rostratus
Lasianthus rostratus (lat. Lasianthus rostratus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin lasianthus cinsinə aid bitki növü.
Laşın gəlirli binası (Rostov-na-Donu)
Laşın gəlirli binası və ya A. P. Livudun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində dörd mərtəbəli bina. Bina Rostov-na-Donu şəhərinin puşkinskaya küçəsi ev 75 ünvanında yerləşir. Bina Maksik Qorki adında mədəniyyət və istirahət parkının əks tərəfində yerləşir. Bina XX əsrin əvvələrində inşa edildir. Binanın inşasına çəkilən xərclər Aleksandr Edmundoviç Laş tərəfindən ödənilmişdir. Binanın ən zəngin və prestijli mənzillərinin pəncərəlıri Puşkinskaya küçəsinə açılır. Elə də prestijli olmayan mənzillər isə isə həyətə baxırdı. Bina sovet hakimiyyəti qurulduqdan sonra milliləşdirilmişdir. Binanın əsas fasadı Puşkinskaya küçəsinə baxır. Hazırda bu tikili çox mənzilli yaşayış binası kimi istifadə edilir.
Leonidovun binası (Rostov-na-Donu)
Leonidovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Bolşaya Sadovaya küçəsi 30/45 ünvanında yerləşir. Binada yazıçılar olan Aleksandr Arsenteviç Baxarev və Vitali Nikolayeviç Syomin yaşayıb-yaratmışdır. Bina XX əsrin əvvəllərində inşa edilmişdir., Leonidovun gəlirli binası Engels küçəsi (hazırkı Bolşoy Sadovaya küçəsi) və Xalturinski xiyabanının kəsişməsində (hazırkı Böyük Nikolaski xiyabanları) yerləşir. XX əsrin əvvəllərində inşa edilmişdir. Binada yazıçı və jurnalist olan Aleksandr Arsenteviç Baxarev yaşayıb-yaratmışdır. Aleksandr Arsenteviç Baxarev ailəsi binanın üçüncü mərtəbəsində yaşayırdı. A. A. Baxarev (1911-1974) 1950 - 1974-ci illər ərzində binada yaşamışdır. O, bu binada yaşadığı müddətdə Volqo-Don kanalı, rus bioloqu və seleksiyaçısı İvan Vladimiroviç Miçurin, kolxoz sakonləri haqqında oçerklər yazmışdır.
Leopold Rostropoviç
Leopold Rostropoviç (rus. Леопо́льд Ростропо́вич; 26 fevral 1892, Voronej, Rusiya imperiyası — 31 iyul 1942, Orenburq, SSRİ) — sovet violonçelisti, pedaqoqu və dirijoru, Saratov və Azərbaycan konservatoriyalarının professoru. Mstislav Rostropoviçin atası. Leopold Rostropoviç Voronej şəhərində pianoçu və pedaqoq Vitold Rostropoviçin ailəsində anadan olub. Atası Voronejə 1870-ci illərin sonunda gəlmişdi. Anası — Matilda Aleksandrovna Pule. Leopold hələ kiçik yaşlarından atasından fortepianoda çalmağın, bəstələməyin yollarını öyrənirdi, lakin onun peşəkar gələcəyini violonçelist Aleksandr Lukiniçlə görüşü təyin etdi. Milliyyətcə çex olan Lukiniç Vitold Rostropoviçlə ansamblda çalırdı. Məşqlərdə iştirak edən kiçik Leopold violonçel alətinə vurulur. Lukiniç Leopoldla ciddi məşğul olur.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi — dünya şöhrətli violonçelist, Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşən muzey. Muzey 2002-ci il mart ayının 4-də açılmışdır. Muzeyin ekspozisiyasında M. Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir. Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında Leopold Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M. Rostropoviç üçün hər bir zaman mənəvi dayaq olmuşdur. Ekspozisiyanın ikinci hissəsində M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M. Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır. Muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Bethoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir.