Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rokoko
Rokoko (fr. rococo) — XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur. Rokoko üslubunda mürəkkəb, qeyri-adi, balıqqulağı formalarına üstünlük verilirdi (Fransada otel Subiz, 3 meydanın ansamblı, Kral meydanı və s.). XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq XVII əsrdə də varlığını davam etdirmişdir. Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş və yerini yumşaq, hətta bir az zəif bir üsluba buraxmışdır. Bu, tamaşaçını təsir etməkdən çox əyləndirən, göz oxşayan amma o ölçüdə səthi bir üslubdur. Resimsel xüsusiyyətlər zəifləmiş, dekorativ, süslemeci bir funksiya ön plana keçmişdir. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir.
Federika Rokko
Federika Rokko (25 noyabr 1984) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.
Rokko Kommisso
Rokko Benito Kommisso (it. Rocco Benito Commisso; 25 noyabr 1949, Marina di Gioiosa Ionica[d], Kalabriya) — İtaliya-ABŞ milyarderi, iş adamı və Mediacomun sədri və baş icraçı direktoru (CEO).
Rokko Perri
Rokko Perri (it. Rocco Perri) - İtaliyanın Kalabriya əyalətinin Plati kəndində anadan olmuş və XX əsrin əvvəllərində Kanadanın Ontario əyalətindəki kriminal fəaliyyəti ilə tanınmış italyan içki qaçaqmalçısı, narkotik taciri və qanqsteri. Perri Kanadada spirtli içki qadağasının tətbiq olunduğu illərin ən məşhur simalarından biri hesab olunmaqdadır. XX əsrin əvvəllərində Rokko Perri əvvəlcə Amerika Birləşmiş Ştatlarına, 1908-ci ildə isə Kanadanın Ontario əyalətinə köçmüşdür. 1910-cu ildən etibarən Ontario əyalətinin müxtəlif şəhərlərində əvvəlcə tikinti, daha sonra isə çörək bişirmə fabriklərində fəhlə olaraq çalışmışdır. 1916-cı ildə Perri xanımı ilə birlikdə Kanadada spirtli içki qadağasının tətbiq olunmasından istifadə edərək gizli formada spirtli içkilərin istehsalı biznesinə başlamışdır. Perrinin yoldaşı Bessi Starkman gizli biznesin əsasən maliyyə məsələləri ilə məşğul olmuşdur. Hazırlanmış qanunsuz içkilərin Amerika Birləşmiş Ştatlarına gizli və qanunsuz yollarla ixrac edilməsinə başlayan Perri qısa zamanda İçki qaçaqçılarının kralı adını almışdır. Kanada dövlətinin Kral Komissiyası tərəfindən fəaliyyəti araşdırılan Perri beş ay müddətinə həbs olunmuşdur. 1930-cu ildə həyat yoldaşı Starkman qaçaqmal içkilərin hazırlanmasında istifadə olunan qarajda yerli polislər tərəfindən pusquya salınmış və öldürülmüşdür.
Adrara San Rokko
Adrara San Rokko (it. Adrara San Rocco) İtaliyada, Lombardiya bölgəsində, Berqamo əyalətində şəhər. Əhalisi 838 nəfər, əhali sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 9.09 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 00035. Şəhərin hamisi müqəddəs Sent Rokdur. Şəhər Festivalı hər il 16 avqustda qeyd olunur. == Tarixi == Şəhərin tarixi orta əsrlərə gedib çıxır. İlk əvvəllər Adrara adlı bir kənd olmuş və o kənd haqqında məlumatlar 1000-ci ilə gedib çıxır.
Rokko və onun qardaşları
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Rokko və onun qardaşları (film, 1960)
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Öksökö
Tomoko
Tomoko — Yaponiya qadın adı. Tomoko Suzuki — keçmiş Yaponiya qadın futbolçusu. Tomoko Muramatsu — Yaponiya qadın futbolçusu. Tomoko Ohara — keçmiş Yaponiya qadın futbolçusu. Tomoko Matsunaqa — keçmiş Yaponiya qadın futbolçusu.
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Oçoko
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.
Ryoko
Ryoko — ad. Ryoko Uno — keçmiş Yaponiya qadın futbolçusu. Ryoko Hirosue — Yaponiyalı aktrisa və müğənni. Ryoko Takara — Yaponiya qadın futbolçusu.
Karmin Krokko
Karmin Krokko (it. Carmine Crocco; 5 iyun 1830, Rionero-in-Vulture[d], Bazilikata – 18 iyun 1905 və ya 8 (21) iyun 1905, Portoferrayo[d], Toskana) — Donatello və ya Donatelli kimi tanınan italyan qulduru. == Həyatı == O, əvvəlcə Burbonda, sonra isə Cüzeppe Qaribaldinin dəstəsində mübarizə aparıb. Tezliklə İtaliyanın cənubunda iki min nəfərlik ordu formalaşdırıb və Burbon tərəfdə ən qorxulu, aparıcı liderlərdən olub. O, pusqu quraraq su təchizatının kəsilməsi, un anbarlarını dağıtmaqla, teleqraf məftillərinin qırılması və s. kimi özünün partizan taktikası ilə məşhurdur. Bu gün cənubi İtaliya əhalisinin çox hissəsi və xüsusilə də doğma rayonu Bazilikatanın əhalisi onu xalq qərəmanı sayır.
Qokoku məbədi
Qokoku məbədi (護国寺, Qokoku-ci, azərb. "Ölkənin mühafizəsi məbədi"‎) – Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi. Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir. Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur. Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar. Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir. Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir. Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir. Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Sokoto ştatı
Sokoto ştatı (ing. Sokoto State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. Ştatın adı ərəb dilində bazar mənasını daşıyan suk sözündən gəlir.
Sonoko Çiba
Sonoko Çiba (d. 15 iyun 1993) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Tomokazu Tokoro
Tomokazu Tokoro (ところ ともかず, Tokoro Tomokazu) – Yaponiya anime rejissoru və animasiyaçısı. Ən tanınmış işləri "Haibane Renmei" və "Hellsing Ultimate" hesab olunur. "NieA 7", "Maria†Holic Alive" animelərinin rejissoru, "Macross Zero" animesinin köməkçi rejissoru olmuşdur. İşlədiyi digər layihələr arasında "Serial Experiments Lain", "Lupin III: $1 Money Wars" (Missed by a Dollar), "Lupin III: Walther P-38" (Island of Assassins), "Armitage III" (OVA), "White Album", "Space Fantasia 2001 Nights" və "The Seven Deadly Sins" var.
Tomoko Matsunaqa
Tomoko Matsunaqa (d. 10 avqust 1971) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Tomoko Muramatsu
Tomoko Muramatsu (d. 23 oktyabr 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Tomoko Ohara
Tomoko Ohara (d. 1957) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tomoko Suzuki
Tomoko Suzuki (d. 26 yanvar 1982) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
Robokop 3
Robokop 3 (ing. RoboCop 3) — 1993-cü ildə çəkilən fantastik janrlı döyüş filmi. 2035-ci il, gələcək zaman. "Omni Consumer Products" (OCP) şirkəti və bu şirkətin dəlisov rəhbəri Makdaqet Detroyt şəhərində yaşayan insanları aldadaraq, şəhərin kapitalını ələ keçirməyə çalışır. Makdaqetə qarşı Aleks Mörfi və əməkdaşı Lüis çıxır, lakin Aleksin əməkdaşı Makdaqetin əməkdaşları öldürülür və növbə Aleksə keçir. Aleks Mörfi şəhərdə yaşayan insanların köməyindən istifadə etmək məcburiyyətində qalır. Böyük qüvvə əldə etmək üçün Aleks polis qrupunu Makdaqetə qarşı hərəkata çağırır, lakin "OCP" şirkətinin rəhbəri Makdaqet Aleksi aradan qaldırmaq məqsədilə Yaponiyadan terminator-samurayı dəvət etdirir. «Robot-polis 3» — Internet Movie Database saytında.
Yukiyoşi Tokoro
Yukiyoşi Tokoro (所ゆきよし, Tokoro Yukiyoşi, 15 aprel 1947, Naqoya – 16 sentyabr 2023, Tokio) və ya əsl adı ilə Yoşiyuki Katayama (片山 喜之, Katayama Yoşiyuki) – Yaponiya karikaturçusu və manqakası. Siyasi karikaturlar çəkmişdir. Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır. Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu. Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir.
Robokop 2
RoboKop 2 (ing. RoboCop 2) — 1990-cı ildə çəkilən fantastik janrlı filmdir. 2030-cu il, gələcək zaman. Aleks Mörfi Detroyt şəhərində yenidən polis xidmətini davam etdirir. Detroyt şəhərində narkotikin "Nyuk" adlı yeni növünün satışı artmağa başlamışdı. Bu narkotiki isə narkobaron Keyn adında cinayətkar yayır. Aleks Keyni axtarmaq üçün onun izinə düşməyə başlayır. Lakin bu Aleks üçün asan başa gəlməyəcəkdir. Çünk Keynin məxfi laboratoriyasında yeni qatil-robot hazırlanmışdır... «Robot-polis 2» — Internet Movie Database saytında.
Koko
Koko bu mənalara gələ bilər:
Guido Rokka
Guido Rokka (26 yanvar 1928, Milan – 15 may 1961, Milan) — italyan yazıçısı. == Əsərləri == L'importanza di avere un cavallo (racconto), 1950 (poi Milano, Mursia, 1962) Si spensero i fuochi, Genova, Seit, 1951. (romanzo) La ragazza imprudente, Milano, Corticelli, 1956.