Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arısu
Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əlinağılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Riau
Riau (çin. 廖 內, nid. Riouw) — İndoneziya əyalətidir. Sumatranın mərkəzi şərq sahilində, Malakka boğazı boyunca yerləşir. 2004-cü ilə qədər əyalət Riau adalarına, bu adaların 2004-cü ilin iyulunda bir vilayət olaraq ayrılmasından əvvəl Sumatra adasının şərqində və Sinqapurun cənubunda yerləşən kiçik adaların böyük bir qrupunu (əsas adaları Batam və Bintan) daxil etdi. Paytaxtı və ən böyük şəhəri Pekanbarudur. Vilayət şimal-qərbdən Şimali Sumatra, qərbdən Qərbi Sumatra və cənubdan Cambi ilə quru sərhədlərini bölüşür. Riau əyalətinin ümumi sahəsi 87,023.66 kvadrat kilometrdir (33,600,02 kvadrat mil), Bukit Barisan yamacından Malaka boğazına qədər uzanır. Riau rütubətli tropik iqlimə malikdir, orta hesabla yağışlar ildə 2000 ilə 3000 millimetr arasında dəyişir və illik orta yağıntının miqdarı təqribən 160 gündür. Riau hazırda İndoneziyanın ən zəngin əyalətlərindən biridir və təbii ehtiyatlarla, xüsusən neft, təbii qaz, rezin, xurma yağı və lif plantasiyaları ilə zəngindir.
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Arısu dağı
Arısu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1404,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə. Əylisçayın sağ sahilində, Aşağı Əylis kəndindən 1,5 km şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təskil olunmus konusvari yüksəklikdir. Ilkin subhorizontal yatımlı süxur qatlarının neotektonik mərhələdə dizyunktiv deformasiyalar təsirindən bloklara parçalanması və sonradan aşınması nəticəsində əmələ gəlmiş geomorfoloji obyektdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin ucqar cənub-şərqində müşahidə edilən asimmetrik quruluşlu eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Cənub-qərb yamacında Alt Eosen (Arısu lay dəstəsi) və Üst Paleosen (Ordubad lay dəstəsi) yaşlı süxurlar eyniadlı şimal-qərb istiqamətli dərinlik qırılması boyu tektonik təmasa gətirilmişdir.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d], Ruqalann[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Cişu məbədi
Cişu məbədi (地主神社, Cişu-cinca) – Kiotoda yerləşən qədim şintoist məbədi. == Tarixi == Cişu məbədi Kioto şəhərində yerləşən ən qədim məbəd hesab olunur. Yaponiyanın quruluş tarixindən də öncə mövcud olduğu düşünülür. Məbədin diqqət cəlb edən tərəfi sevgi və münasibətlər kamisinə həsr olunmasıdır. Məbəd özü daxili və xarici binalardan ibarətdir. Daxili bina Nara stilində tikilib və kami Okuninuşiyə həsr olunub. Məbədin indiki binaları isə şoqun İemitsu Tokuqava tərəfindən 1633-cü ildə yenidən tikilib, bu zaman İrimoya və Qonqen stillərindən istifadə olunub. 1994-cü ildə məbədin daxili və xarici binaları, eləcə də, darvazası YUNESKO-nun Dünya irsi siyahısındadır. Burada bir çox mövsümi festival da baş tutur. Ən məşhuru Enmusubi Kinqan Sakura festivalıdır.
Dışu tişinoy
Dişu tişinoy (rus. Дышу тишиной, azərb. Nəfəs sükut‎) — Nikolay Noskovun üçüncü studiya albomu.
Ekoloji risk
Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr. Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər. == Ekoloji risk haqqında anlayış və onun xarakteriskası == Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz. Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır. === Ekoloji riskin göstəriciləri === Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir: itkinin(ziyanın) miqdarı (kəmiyyəti) təhlükəli amillərin yaranması ehtimalı itkinin miqddarının və yaranması ehtimalının qeyri-müəyyənliyi. İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf mühitin çirklənməsi başa düşülür. Sosial zərər — əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir.
Kim Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Riku Pöytakivi
Risa Oribe
Lisa (fransız musiqiçi)
Risa Şimizu
Risa Şimizu (d. 15 iyun 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
Risk faktoru
Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir. Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur.
Risk menecment
Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir. Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür. Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz.
Ritsu Doan
Ritsu Doan (堂安律, Dōan Ritsu, 16 iyun 1998-ci ildə Amaqasakidə anadan olub) — Yaponiyalı futbolçu. Hal-hazırda Cey Liqa Diviziya 1 təmsilçilərindən olan Qamba Osaka klubunda yarımmüdafiəçi kimi çıxış edir. Sonuncu dəyişiklik: 31 May 2017 1 Yaponiya Superkuboku və Suruqa Bank Çempionatı görüşləri daxildir.
Rişi Kapur
Rişi Kapur (4 sentyabr 1952, Bombey – 30 aprel 2020, Mumbay) — hind aktyor. 4 sentyabr 1952-ci ildə Bombeydə doğulub. 30 aprel 2020-ci ildə Mumbayda vəfat edib. Rishi Raj Kapur Hindistanın Bombay şəhərində anadan olub və ailəsi Hind-Punjabi icmasına mənsubdur. Kapoor Bollivud sülaləsinin bir hissəsi olaraq, o, əfsanəvi aktyor-rejissor Raj Kapoor və Krishna Raj Kapoorun (Niée Malhotra) ikinci oğlu idi. Eyni şəkildə, ailəsi, qardaşları Randhir və Rajiv Kapoor da daxil olmaqla müvəffəqiyyətli bir aktyor dəstini əhatə edir; baba Prithviraj Kapur; ana əmiləri Prem, Rajendra və Narendra Nath, həmçinin Prem Chopra; və ata əmiləri Şashi və Şammi Kapur. Digər tərəfdən Rishi Kapoorun iki bacısına sığorta agenti olan mərhum Ritu Nanda və Rima Jain daxildir. Kapoor ailəsinin də Pakistanın Peşəvərdə yerləşən 'Kapoor Haveli' adı ilə bir əcdad evi var idi. Kapur Campion School, Mumbay və Mayo Kollecində, Ajmer'də iştirak etdi. Sonradan həyat Kapoor, həyat yoldaşı Neetu Singh və oğlu Ranbir Kapoor ilə Kapur 1980-ci ildə bir neçə filmdə işlədiyi aktrisa Neetu Singh ilə evləndi.
Rişi Sunak
Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı[d]) — Britaniya dövlət və siyasət xadimi. 25 oktyabr 2022-ci ildən Birləşmiş Krallığın baş naziri, 24 oktyabr 2022-ci ildən Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri. Britaniya tarixində Hindistan əsilli ilk baş nazir olmuşdur. Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər. Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır. O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.
Seysmik risk
Seysmik risk — zəlzələ nəticəsində binaya, sistemə və ya digər obyektə dəyən ziyan. Seysmik risk idarəetmə məqsədləri üçün müəyyən bir müddət ərzində baş verə biləcək təhlükəli hadisələrin potensial, iqtisadi, sosial və ekoloji nəticələri kimi müəyyən edilmişdir. Əgər Yüksək seysmik təhlükə zonasında yerləşən bina seysmik mühəndislik prinsiplərinə uyğun tikilərsə daha az risk altında olar. Seysmik riskin səviyyəsini əsasən iki amil təyin edir: Seysmik təhlükə, yəni ərazidə müəyyən seys-mik effektin təzahürü ehtimalı Seysmik dayanıqlıq - fiziki obyektlərin zəlzələ¬lər nəticəsində zədələnmə dərəcəsi ehtimalı Seysmik riskin müəyyən edilməsi risklərin idarə edilməsində mühüm addım olan riskin azaldılması ilə bağlı qərarların qəbulu prosesinin əsasını təşkil edir. Böyük şirkətlər və digər müəssisələr (məsələn, yerli hökumətlər) binaların strukturunun möhkəmləndirilməsi və ya fövqəladə halların planlaşdırılması kimi digər risklərin azaldılması tədbirləri üçün məhdud vəsaitlərin ən yaxşı şəkildə necə ayrılacağını müəyyən etmək üçün əmlak "portfellərini" təhlil edir. İri şirkətlər və digər qurumlar binalarının strukturunun yenidən qurulmasına və ya şəraitin planlaşdırılmasına, eləcə də digər risklərin azaldılmasına yönəlib. Seysmik risk seysmik modelləşdirmə kompüter proqramlarından istifadə etməklə müəyyən edilir. Məsələn HAZUS kompüter proqramı. 1999-cu ildə ASTM, adətən Ehtimal olunan Maksimum Zərər və ya PML tədqiqatları kimi tanınan kommersiya mülkiyyəti üçün seysmik itki təxminlərinin hesabatı üçün təlimatlar hazırladı. Bu təlimatlar işin həcmini, rəyçinin ixtisaslarını və itki təxminlərini bildirmək üçün müvafiq terminologiyanı müəyyən edir.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. Branco River. (2009).
ISU-152
İstehsalına 1943-cü ildən başlanılmışdır. Bu tankvuranlar ağır alman tankları olan Tiger və Panzer V tanklarına qarşı mübarizə aparmaq məqsədilə yaradılmışdı. 152 mm-lik nəhəng topunun sayəsində İkinci dünya müharibəsinin ən güclü tankvuranlarından biri olmağı bacarmışdır. O tək atışda istənilən Nasist Almaniyasının istənilən ağır tankını (Panzer V, Tiger, Tiger II) məhv etməyi bacarırdı. Məhz bu qabiliyyətinə görə Almaniya əsgərləri ona “ovçu” ləqəbi vermişdilər.