Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salahlı
Salahlı — soyad. Səyyad Salahlı — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist. Mirzəli bəy Salahlı-Kəngərli — Qarabağ bəyi. == Kənd və qəsəbələr == Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. === Oxşar kənd adları === Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd. Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Salazar
Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru. == Hakimiyyətə yüksəlişi == 1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir. == "Estado Novo" == Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu. Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi.
Samaşki
Samaşki (Çeçen. СемаӀашка) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Samaşkinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Açxoy-Martan rayonunun şimal hissəsində, Sunja çayının sol sahilində, regional mərkəz Açxoy-Martan şəhərindən 9 km şimalda və Qroznı şəhərindən 30 km qərbdə yerləşir. Kənddən 4 km cənubda "Qafqaz" federal magistral yolu keçir. Həmçinin kənddə Nazrandan Qroznıya dəmiryolu çəkilib. Kəndin bir hissəsi dəmiryolunun kənarında yerləşir. Samaşkinin quruluşuna bir neçə ikimərtəbəli yaşayış binalarından ibarət Drujba kəndi daxildir. Kənddə üç ayrı məktəb binası var. Kəndin ərazisisi Şimaldan Sunjenski silsiləsinin təpələri, cənubdan - Samaşkinski meşəsi və Sunja çayına bitişikdir.
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Antonio Salazar
Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru. == Hakimiyyətə yüksəlişi == 1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir. == "Estado Novo" == Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu. Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi.
Antoniu Salazar
Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru. == Hakimiyyətə yüksəlişi == 1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir. == "Estado Novo" == Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu. Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi.
Azər Salahlı
Azər Salahlı (11 aprel 1994, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi. == Karyerası == Azərbaycan Premyer Liqasında "Keşlə"nin heyətində 17 may 2014-cü ildə "Şüvəlan"la oyunda debüt edib. [mənbə göstərin] == Milli komanda karyerası == Milli komandada debütünü 10 oktyabr 2020-ci ildə Millətlər Liqasının Monteneqro ilə oyununda edib.
Aşağı Salahlı
Aşağı Salahlı – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Qazax) – Azərbaycanın Qazax rayonunda kənd. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey (dağ)-ının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200–300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbiristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50–60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Elgiz Salahlı
Orta Salahlı
Orta Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Orta Salahlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Orta Salahlı bələdiyyəsi — Azərbaycanın Qazax rayonunda bələdiyyə.
Roza Salazar
Roza Salazar (ing. Rosa Salazar, 16 iyul 1985[…], Vaşinqton) — amerikalı aktrisa.
Salahlı (Ağstafa)
Salahlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) - Azərbaycanın Ağstafa rayonunda kənd. Salahlı (Samux) - Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) - Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) - Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli - Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Salahlı (Samux)
Salahlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Salahlı kəndi Poylu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salahlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntə­qəsi qazaxların salahlı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. == Tarixi == Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. == Coğrafiyası və iqlimi == Kənd Qabırrıçayın sahi­lində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisinin sayı 758 nəfərdir.
Salahlı (Yevlax)
Salahlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Din == Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Salahlı Kəngərli
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3km. şərqdə, Qarabağ düzündə yerləşir. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər).
Salahlı bələdiyyəsi
Salahlı bələdiyyəsi (Yevlax) — Yevlax rayonunda bələdiyyə. Salahlı bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə.
Salahlı xalçaları
Salahlı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Xalçanın adı Qazaxdan şimalda yerləşən Daş Salahlı, Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərinin adından götürülmüşdür. Kür çayının yaxınlığında yerləşən bu kəndlər qədim dövrlərdən xalçaların, xovsuz zili və kilimlərin, həmçinin məişət əşyalarından çulların, məfrəşlərin istehsal mərkəzləri olmuşdur. Yerli əhali bu xalçanı "Daş — Salahlı" kimi tanıyır, bəzi xalçaçılar isə onu Qarabağ qrupuna aid edərək, Bərdə şəhərindən 14 km məsafədə yerləşmiş qəsəbənin adı ilə "Mehdixanlı" adlandırırlar. == Bədii analiz == "Salahlı" xalçaları əsasən iki variantda hazırlanır. Birinci variant Birinci variant "namazlıq" (100x150sm) xalçaları ilə təmsil olunur. Ara sahənin kompozisiyası iri dördbucaqlı fiqurla formalaşır. Bu fiqur kvadrat çıxıntı şəklində yerinə yetirilmiş məhrabla bitir. Fiqurun daxili sahəsi fondan fərqli olaraq qırmızı rənglə toxunaraq həndəsi dördbucaqlılarla və səkkizbucaqlılarla doldurulmuşdur. Bu variantda olan xalçanın köbə zolaqları daha çox Qazax xalçalarında olsa da, məhz "Salahlı" xalçaları üçün xarakterikdir.
Səyyad Salahlı
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I, II çağırış və VII çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş birinci müavini (16 noyabr 2012-15 iyul 2024). Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015). == Həyatı == Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdır. 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur. Ehtiyatda olan kapitandır.
Yuxarı Salahlı
Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Qazax mahalının qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa)–Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux)–Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab)–Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax)–Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli–Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. "Yeddi oğul istərəm" filmindəki Peykanlı kəndinin bir çox kadrları Yuxarı Salahlıda çəkilib.
Şıx Salahlı
Şıx Salahlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əhməd Salahlı
Əhməd Musa oğlu Məmmədov (Salahlı) (1897, Tiflis – aprel 1953, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əhməd Məmmədov 1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçi ailəsində anadan olub. O, üçsinifli məktəbdə oxumuş, təhsil aldığı müddətdə, 1911-ci ildən başlayaraq teatr sənətinə maraq göstərib. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan aktyor 1916-cı ildən başlayaraq sözlü və irihəcimli obrazlarda çıxışlar edib. 1922-ci ildə isə Tiflis Dövlət Türk Dram Teatrının truppasına qəbul edilib. 1930-cu ilədək burada çalışan aktyor Bakıya gələrək burada Bakı Türk İşçi Teatrının truppasına daxil olub. Əhməd Salahlı 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə buraya gəlib və səkkiz ildən artıq bu teatrın səhnəsində aktyor kimi çalışıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tiflis şəhərinə qayıdaraq yenidən Tiflis Dövlət Azərbaycan Teatrına gəlib. 1947-ci ildə bu teatr fəaliyyətini dayandırdığından o, yenidən Bakıya gələrək Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dram Teatrının truppasına qəbul olunub. Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib.
Əli Salahlı
Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu – 24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib. Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir.
Icadyptes salasi
Icadyptes salasi — Pinqvinkimilər fəsiləsinə aid olan nəsli kəsilmiş növ. Onlar əsasən Cənubi Amerikanın tropik ərziləri sahillərində yayılmışdılar. Cins adı iki sözün birləşməsindən əmələ gəlmişdir: "Ica" — Perunun İka regionu, "dyptes" yunan məşhəlli soz olub "üzgüçü". Növ adı isə Peru paleontoloqu Rodolf Salasın şərəfinə adlandırılmışdır. Bu növə aid tapintılar İka departamentində Şimali Karolina Universiteti əməkdaşı olan Culii Klarkın rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Bu tapıntıya aid qalıqlar 1,5 m uzunluğa malikdirlər. Bu canlılar indiyənə qədər mövcud olmuş pinqvinlər arasında ölçüsünə görə üçüncüdürlər. Icadyptes salasi və Perudyptes devriesi növləri yaşadığı ərazilər əsasən isti bölgələr təşkil etmişdir. Hazırda isə, ancaq Eynəkli pinqvin və Qalapaqos pinqvini isti enliklərdə yaşayır. Alimlərin fikirinə görə pinqvinlər Antarktida, Yeni Zelandiya və cənub enliklərindən ekvatora 10 mln il öncə yayılmışlar.