Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samosa
Samosa farsca Sambosag (سنبوسگ) sözündəndir (üçbucaqlı xəmir mənasını verir). Cənubi Asiya və Qərbi Asiyanın qızardılmış qəlyanaltısıdır. Bu, əsasən tərəvəz, ədviyyatlı kartof, soğan, noxud, həmçinin vegetarian olmayan ət və ya balıqdan ibarət olan içlikli xəmirdir. Bölgədən asılı olaraq üçbucaq, konus və ya aypara kimi müxtəlif formalarda hazırlanır. == Etimologiya == Samosa sözü Hindustanın "samosa" (urdu سموسہ, hind समोसा) ifadəsindən yaranmışdır. Bu termin orta fars dilindəki "sanbosag" (سنبوسگ) sözündən götürülüb, mənası "üçbucaqlı xəmir"dir. Oxşar xəmirlər ərəb dilində "sambusak" adlanır, və orta əsr ərəb resept kitablarında bəzən "sambusaj" kimi də yazılır. Bu terminlərin hamısı farsca "sanbosaq" sözündən törəmişdir. == Tarix == Cənubi Asiya samosasının, Yaxın Şərqin orta əsrlər dövründə bişirilən və qızardılmayan olduğu düşünülür. Samosanın ən qədim qeydini Abbasilər dövrünün şairi İshaq əl-Mövsili "sanbusaj" adlandıraraq təsvir etmişdir.
Samos
Samos (yun. Σάμος) — Yunanıstanda, Egey dənizində, Şərqi Sporadlar arxipelaqında ada. Bəzən ada qonşu İkariya adası ilə birlikdə Cənubi Sporadlar arxipelaqının bir hissəsi kimi təsnif edilir. Dünyanın möcüzələrinin sadalandığı Herodotun əsərlərində adanın adı çəkilir.
Ogün Samast
Ogün Samast (28 iyun 1990, Üsküdar, İstanbul ili) — 19 yanvar 2007-ci ildə, İstanbulun Osmanbey bölgəsinin Halaskarqazi küçəsində yerləşən "Agos" qəzeti binasının qarşısında jurnalist Hrant Dinki öldürən şəxs. Samast Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir.Valideynləri bir-birindən ayrı yaşayan Ogün Samast orta məktəb məzunudur. 19 Yanvar 2007 tarixində Hrant Dinki iş yerinin qarşısında silahla 3 dəfə atəş açaraq öldürmüşdür. Ogünün atası Əhməd Samast televizorda oğlunun cinayət şübhəlisi olduğunu görəndə polisə zəng edərək oğlunu şikayət etmişdir.Cinayəttən 36 saat sonra Ogün Trabzona gedərkən jandarm tərəfindən saxlanılır və həbs olunur.
Samos müharibəsi
Samos müharibəsi (E.ə. 440 - E.ə. 439) — Afina ilə Samos arasında asılılığın qəbul edilməsi uğrunda başlanan hərbi münaqişə. Kiçik Asiya sahillərində inşa edilmiş Milet şəhəri və Samos adası bir-birilərilə üzbəüz yerləşirdilər. Samosun torpağı çox məhsuldar olmadığına görə onun əhalisi çox öncədən materikin yaxın sahilində Miletin yaxınlığında olan Priena şəhərinin ətrafında məskunlaşırdılar. Milet Priena şəhəri üzərində öz haqqlarını irəli sürürdü, bu səbəbdən də bu iki polis arasında bir neçə nəsildən bəri davam edən münaqişə mövcud idi. Yunan-İran müharibələri dövründə Samos və Miletin ikisi də Delos İttifaqına daxil oldu. E.ə. 450-ci ildə Miletdə çevriliş baş verdi, oliqarxik rəhbərlik devrildi, iki tanınmış aristokratik nəslin üzvləri ölüm təhlükəsi altında şəhərdən qovuldu, onların hər birinin başları üçün 100 stater mükafat təyin edildi. Daim demokratları müdafiə edən Afina bu çevrilişə müsbət yanaşdı və yeni hökumətlə müqavilə bağladı.
Hereyon (Samos)
Hereyon və ya Herey ( q.yun. Ήραῖον, yun. Ηραίο ) — Samos adasının cənub sahilində Hera məbədi. Pitaqoriondan 5 kilometr cənub-qərbdə yerləşir. Pifaqoreya ilə birlikdə 1992-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Pavsaniyə görə, Yunanıstanın ən qədim ağacı olan müqəddəs viteks Hereyonda bitib. Yerli əfsanəyə görə, Hera İmbras çayının sahilində bu ağacın altında doğulub. Rəvayətə görə, Hera məbədi arqonavtlar tərəfindən qurulmuşdur. Onun heykəlini Arqosdan gətirdilər. Heranın taxta heykəli heykəltəraş Smilidin (e.ə.
Samos (şəhər)
Samos (yun. Σάμος) — Yunanıstanda Samos adasının şimal-şərqində qəsəbə. Anatoliki-Samos icmasının inzibati mərkəzi və Şimali Egey periferiyasında Samosun periferik vahidi. Vathi körfəzinin şərq sahilində dəniz səviyyəsindən 20 m hündürlükdə yerləşir. Adanın əsas limanı Pirey ilə bərə ilə bağlıdır. 2011-ci il siyahıyaalınmasına görə, əhalisi 6,191 nəfərdir. Qonşu Vati şəhəri ilə birlikdə şəhər aqlomerasiyasını təşkil edir.
Vati (Samos)
Vati (yun. Βαθύ) — Yunanıstanın Samos adasında qəsəbə. Samosun mərkəzindən bir kilometr məsafədə yerləşir. Şimali Egey adaları periferiyasında, Samosu periferik vahidində Anatoliki-Samos icmasının (dim) bir hissəsidir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 1,888 idi. Vathi Arxeologiya Muzeyinin yerləşir.
Hamosa
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Kamşot
Kam şot (ingiliscə ekvivalenti olan cum shot termini Azərbaycan dilinə tam tərcümədə "menin atışı" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir. Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiya cinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır. Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir. Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur. Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadın mizoginiyasını yaratdığını iddia etmişdirlər. Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.
Mamont
Mamont (lat. Mammuthus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi. Mamontlar Pleystosen epoxasında (Buz dövrü) Yer kürəsində yaşayan iri, fillər idi. Mamontların bir neçə növü var idi, ən məşhurları yunlu mamont (Mammuthus primigenius) və Kolumb mamontu (Mammuthus columbi) idi. Buz dövrünün sonunda iqlim dəyişikliyi və insanların həddindən artıq ovlaması nəticəsində mamontların nəsli kəsilib. Məlum olan son yunlu mamontlar təxminən 4000 il əvvələ qədər Şimal Buzlu okeanındakı Vrangel adasında yaşayırdılar. == Mamontları yenidən həyata qaytarmaq cəhdləri == Mamontları yenidən həyata qaytarmaq cəhdləri 1990-cı illərdən başlayıb. Ancaq min illər əvvəl donmuş hüceyrələr üzərində aparılan təcrübə nəticə verməyib, lakin 2008-ci ildə yapon alimlər 16 il əvvəl dondurulmuş siçanın hüceyrəsindən istifadə edərək başqa bir siçanı klonlaşdıra biliblər. Bu uğura Riken Bioloji İnkişaf Mərkəzinin professoru Teruxiko Vakayama imza atıb. Onun işini hazırda Kioto Universitetinin professoru Akira İritani davam etdirir.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Samolit
Böyük Samolit dağı
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Satoşi
Satoşi — ad
Şamats
Şamats (bosn. Bosanski Šamac, serb. Шамац / Šamac, xorv. Bosanski Šamac) — Bosniya və Herseqovinanın şimal-şərq hissəsində yerləşən şəhər. Eyniadlı icmanın inzibati mərkəzi. Serb Respublikasının Doboy regionuna daxildir. Şəhər Sava çayı üzərində, Bosna çayının töküldüyü yerdə, Xorvatiya ilə sərhəddə yerləşir. Bosniya müharibəsindən əvvəl şəhərin adı Bosanski-Şamats idi. Sonradan Serb Respublikasının hökuməti Şamats adını təsdiqlədi. 2013-cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 5 390 nəfər, icmanın isə 19 041 nəfər idi.
Şamoci
Şamoci (yap. 杓文字, しゃもじ) Yaponiya mətbəxində istifadə olunan düz düyü kəfgiri. Düyünü qarışdırmaq və servis etmək üçün və suşidə sirkəni düyünün içinə qatmaq üçün istifadə olunur. Şamoci ənənəvi olaraq bambuq, ağac, və ya lakdan və hazırda çox vaxt plastikdən hazırlanır. Şamoci həm də yapon cəmiyyətində ana və həyat yoldaşları arasında birliyin simvolu olmuşdur.
Şamoni
Şamoni — Fransa şəhəri.
Şamozit
Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi. Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr. Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir. Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir. The Mineral Chamosite Azərbaycan mineralları.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Kamos
Samoa
Samoa — dövlət. Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. Samoa 11 dairəyə bölünür. 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.