Mamont Mağarası Milli Parkı
Mamont Mağarası Milli Parkı — ABŞ-nin Kentukki ştatında yerləşən milli park. Milli park 400 mil uzunluğundakı mağaralar sistemindən ibarət olub sahəsi 214 km2dır. Milli Park Xidmətləri tərəfindən idarə olunur. Milli parkın böyük hissəsi Edmonson rayonunda yerləşir.
== Tarixi ==
Mamont Mağarası Kentukki ştatında Penniroyal platforması üzərindəki "Flint Ridc" adı verilmiş, üzəri qum daşı təbəqəsi ilə örtülmüş qalın Mississipi tipi daşdan əmələ gəlmişdir. Rəsmi ad kimi "Mamont-Flint Ridc Sistemi" istifadə olunur.
Müasir dövrdə mağara sisteminin labirint kimi bir-biri ilə bağlanan mağaralardan ibarət olduğu və uzunluğunun 640 km olduğu hesab edilir.
Mağaraya adı XVIII əsrdə verilmişdir. Bu cür adlandırılmasının səbəbi nəhəng ölçüləridir. Mağaranın mamontlarla heç bir əlaqəsi yoxdur.