Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraquç
Qaraquç (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç Minbaşı — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qaraquç (Germi)
Qaraquç (fars. قره قوچ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (43 ailə).
Qaraquç (Xudafərin)
Qaraquç (fars. قره قوچ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Qaraquç Minbaşı
Qaraquç Minbaşı (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (5 ailə).
Qaraqum
Qaraqum səhrası — Qaraqum səhrası. Cənub-şərqi Qaraqum — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra) — Alma-ata dairəsinin cənubunda səhra. Qaraqum (Alma-ata dairəsinin şimalında səhra) — Alma-ata dairəsinin şimalında səhra.
Qaraquş
Qaraquş (lat. Pandion Sav., 1809) — cinsi Quşlar (Aves) sinfinin Qaraquşlar (Pandionidae) fəsiləsinə, Qızılquşkimilər (Falconiformes) dəstəsinə aiddir. Azərbaycanda Qaraquş cinsinə 1 növ daxildir: Balıqcıl qaraquş (Pandion haliaetus Linn., 1758) Müqəddəs ibis Adi göydimdik Adi ağqaz Balıqcıl qaraquş Adi qarıldaq An osprey fishing in spectacular super slow motion | Highlands — Scotland's Wild Heart 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Şahağac
Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun Şahağac kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi Astara rayonunun Bursut kəndindən bir qrup əhalinin köçüb indiki Şahağac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Məsudi Dövran (1937–) — Azərbaycan Yazıçılar Birliyinin Üzvü, professor, şair, Filologiya elmləri dokturu. Yaqut Babayeva — Azərbaycanlı müğənni. Şirxan Həsənzadə (2002–2023) — Futbolçu. İslam Qədirli (1999–)— Azərbaycanlı aparıcı. Rauf Mirzəyev (1971–1993). Elşən Əjdərov (1973–1994). Davud Əsədov (1966–1994). Eldəniz Həsənov (şəhid) (1978–1998).
Saratu
Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Toponim türk dilində «düz, çöl, yurd» mənasında işlənən sara sözünə -tu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Ellipsvari qarağac
Ellipsvari qarağac (lat. Ulmus elliptica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Hamar qarağac
Hamar qarağac (lat. Ulmus laevis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantikada, Skandinaviyada və Оrta Avrоpada yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25-30 m-ə, gövdəsinin diamеtri 150 sm-ə çatan, еnli silindrik çətirli ağacdır. Gövdəsinin qabığı açıq-bоz rənglidir, dayaz çatlıdır və хırda löhvəciklər şəklində qоpur. Zоğları nazik, əyilən, simpоdial budaqlanır, parlaq və ya açıq-qоnur rəngdədir. Cavan zоğları tüklü və ya çılpaqdır, müхtəlif rənglidir. Yarpaqları 4-12 sm uzunluqda, 3-6 sm еnində оlub, kənarları ikişər dişlidir, aydın nəzərə çarpan 17-19 ədəd yan damarları var. Yarpaq ayası tərsyumurtavarı və ya еllips fоrmalı, yanları qеyri-bərabər, ucu sivridir, tünd-yaşıl rəngdədir. Çiçəkləri ikicinslidir, dəstə halında uzun və nazik çiçək saplaqlarında tоplanmışdır, qəhvəyi rəngdədir.
Kiçik qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Marta Sahagun
Marta Sahagun de Foks (Marta María Sahagun Jiménez; Doğum tarixi:10 aprel 1953-cü il) — 2 iyul, 2001 ildə Meksikanın prezidenti Visente Foks ilə evlənəndən sonra, 2006-ci ilə qədər ki prezident ofisi tərk etdi,Meksikanın birinci xanımı oldu.
Mizuho Sakaquçi
Mizuho Sakaquçi (d. 15 oktyabr 1987) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 124 oyun keçirib, 29 qol vurub.
Moeno Sakaquçi
Moeno Sakaquçi (d. 4 iyun 1992) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). 15 noyabr 1956-cı ildə doğulub. Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Mərkəzi Qaraqum
Mərkəzi Qaraqum (türkm. Merkezi Garagum) — Türkmənistan ərazisində, Qaraqum səhrasının mərkəzində səhra. Alcaq düzənliyi əhatə edir. Zaunquz Qaraqumu ilə arasında plato yerləşir. 1972-ci ildə Mərkəzi Qaraqum rus arxeoloqu Viktor İvanoviçin rəhbərlik etdiyi ekspedisiya hesabına məhşurlaşmışdır. Belə ki, ekspedisiya nəticəsində qumların altında nəhəng və qədim şəhərin qalıqları aşkarlanmışdır . Daimi əhaliyə sahib deyildir. Səbəb qrunt sularının olduqca minerallaşmasıdır. Mərkəzi Qaraqum ərazisindən eyni adlı qaz kəmərinin tikintisi planlaşdırılır.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir.. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçə Bunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1–2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır(buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2–4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli) Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Qarağac (Qubadlı)
Qarağac — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Sarıyataq kənd Sovetinin Qarağac kəndi Qaracallı kənd Sovetinin tərkibinə verilmişdir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qarağac kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qarağac Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qarağac (çay)
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.
Qarağac yarpaqyeyəni
Pyrrhalta luteola (lat. Pyrrhalta luteola) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin pyrrhalta cinsinə aid heyvan növü. Qarağac yarpaqyeyəninin yaşlı fərdləri qəhvəyi-kül rəngində olub, bədəninin uzunluğu 4–5 mm-dir. Böcəklər, yerə tökülmüş yarpaqların (xəzəllərin) və ağacların qabığı altında qışlayırlar. Onlar yazda qış yerlərindən çıxıb (aprelin axırı, may ayının əvvəlləri) qarağacın yenicə əmələ gəlmiş yarpaqları ilə qidalanaraq cütləşirlər və bir neçə gündən sonra (3-4 gündən) yumurta qoyurlar. Yumurtalar yarpaqların alt və bəzən üst tərəfinə 2-3 cərgədə, hər cərgədə 15-50 yumurta olmaqla qoyulur. Yumurta qoyma müddəti 15-20 gün davam edir. Hər bir dişi fərd inkişafı müddətində 600-700-ədək yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 3 yaş dövrü keçirməklə, 18-22 gün qidalanırlar, sonra isə torpağa düşərək onun yarıqlarında və yaxud da ağac gövdəsinin torpaqla birləşən hissəsində puplaşırlar. Zərərverici ildə 2-3 nəsil verir.
Qarağac çayı
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.