Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rafute
Rafute (ラフテー) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir. Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur. Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır. və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Safura İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Safura Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. == Karyerası == === Erkən karyerası === Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Salut (kənd)
Salut — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qunasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Sal tayfasının adından (bax: Sallı) və türk dillərində cəm bildirən "t" şəkilçi-sindən ibarətdir. == Toponimi == Toponim qədim türk mənşəli hun tayfasından olan sal etnoniminə, türk dilində cəmlik bildirən -ut şəkilçisnin artırılması ilə düzəlib, "sallar tayfasına mənsub yaşayış yeri, kənd" mənasını verir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Салут // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели.
İlqar Safat
Məmmədov İlqar Kamil oğlu və ya İlqar Safat (23 yanvar 1972, Bakı) — kino və teatr rejissoru, ssenarist, yazıçı, şair, rok-bard. == Həyatı == İlqar Safat 1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə "rus dili və ədəbiyyatı" ixtisası üzrə M. F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 2012-ci ildə ailə həyatı qurub. Bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 1995-ci ildən 2000-ci ilə qədər şeirləri Bakıda müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunub. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Yüzə yaxın mahnının müəllifidir. 2002-ci ildə Moskvada SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirib: V. İ. Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş "Dağın nəvəsi" filmini çəkib.
Safet Zek
Safet Zek (5 dekabr 1943) — Bosniyalı rəssam və qrafika rəssamı. == Bioqrafiyası == Safet Zek Bosniya və Herseqovinanın SR Rogatica şəhərində bosniyalı ailədə anadan olub. 1964-cü ildə Sarayevodakı Tətbiqi Sənətlər Məktəbini bitirib. 1969-cu ildə Zek Belqraddakı Gözəl Sənətlər Universitetini, daha sonra 1972-ci ildə həmin universitetdə aspirantura təhsilini başa vurub. Yetmişinci illərdə Safet Zek poetik realizmin əsas nümayəndələrindən birinə çevrildi. 1989-cu ilə qədər o, ailəsi ilə birlikdə Belqradda yaşayıb işləmiş, sonra Sarayevoya qayıtmışdır. 1992-ci ildə Bosniya müharibəsi səbəbindən Sarayevonu tərk edərək İtaliyanın Udine şəhərinə qaçıb. O, 90-cı illərin əvvəllərində Yuqoslaviyanın ən məşhur rəssamlarından biri idi. Safet Zek Bosniya və Herseqovinada və dünyanın böyük şəhərlərində 70-dən çox fərdi sərgi hazırlayıb. O, həmçinin Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının üzvüdür.
Taner Savut
Taner Savut (10 avqust 1974, İzmir – 6 fevral 2023, Antakya) – Türkiyə idman direktoru və keçmiş futbolçusu. Müdafiəçi mövqeyində çıxış etmişdir. == Karyerası == Əslən rizəli ailədən olan Taner Savut futbola 12 yaşında "İzmirspor" klubunun aşağı yaş qruplarında başlamışdır. 1994-cü ildə "İzmirspor" klubunda ilk peşəkar futbol oyununa çıxmışdır. 1997-ci ildə "Fənərbaxça" klubuna transfer olmuş və klubla 30 oyun oynamışdır. Avrokuboklardakı yeganə oyununu 29 sentyabr 1997-ci ildə UEFA Kuboku çərçivəsində "Styaua"ya qarşı keçirmiş və komandası 2:1 hesabı ilə məğlub olmuşdur. Daha sonra "Göztəpə", "Siirtspor", "Sakaryaspor", "Alanyaspor" klublarında çıxış etmişdir. 7 sentyabr 2002-ci ildə "Sivasspor" səfərinə gedən "Sakaryaspor" avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölmüş, lakin o, yaralı olaraq qurtulmuşdur. "Tokatspor" klubunda oynadıqdan sonra 2011-ci ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası boyunca 500-ə yaxın rəsmi oyuna çıxmış, Türkiyə Super Liqasında 71 oyunda 1 qol vurmuşdur.Futbolçu karyerası bitdikdən sonra 5 mövsüm "Sakaryaspor" klubunun, 2 mövsüm "Manisa" klubunun idman direktoru olmuş, 2022-ci ildə isə "Hatayspor" klubunun idman direktoru təyin olunmuşdur.
Aleksandr Şafto Duqlas
Aleksandr Şafto Duqlas (ing. Alexander Shafto Douglas) – ingilis ixtiraçısı, OXO adlı qrafik interfeysə malik ilk kompüter oyununun yaradıcısı, kompüter elmləri üzrə professor 21 may 1921-ci ildə anadan olmuşdur. OXO oyunu insan və kompüterin qarşılıqlı əlaqəsi mövzusu üzrə nümunə kimi hazırlanmışdı. OXO oyunu satışa çıxarılmadı, belə ki, o, EDSAC kompüteri üçün yazılmışdı və bu kompüter Kembric Universitetinin kitabxanasında yerləşən, oyunun yazıldığı yeganə unikal kompüter idi. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Safu (Çaldıran)
Safu (fars. صفو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Saut-Poynt
Saut-Poynt — Avstraliya materikinin cənub qutaracağında yerləşən ən ucqar cənub nöqtəsi. Bass boğazının şimalında yerləşir. Üstəlik bu burun Vilsons Promontoqori yarımadasının ucqarında yerləşir. Burun 39°08′20″ c. e. 146°22′26″ ş. u. kordinatlarda yerləşir. İnzibati cəhətdən Viktoriya ştatı ərazisinə daxildir. Burun ərazisi Vilsons-Promontoqori (Wilsons Promontory National Park) milli parkı ərazisinə daxildir.
Santa Mariya della Salute kilsəsi
Santa Mariya della Salute (it. Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır. Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir.
Britiş Saut Afrika Kompani
«Britaniya Cənubi Afrika şirkəti» («bsac», ing. British South Africa Company (BSAC)) — İngilis ticarət şirkəti. 1889-cu ildə Sesil Rods, Alfred Beyt və Ceyms Hemilton tərəfindən quruldu Öz ordusunu quran şirkət, Afrika qitəsindəki hal-hazırda Zimbabve və Zambiyada yer alan əraziləri birləşdirdi. 1923-cü ildə İngilis hökuməti şirkət tərəfindən ələ keçirilmiş torpaqlara "yarı öz-özünüidarə" statusu verdi, yəni əslində tacın nəzarətində olan 2 dövlət qurdu: Cənubi Rodeziya (Zimbabve) və Şimali Rodeziya (Zambiya). Bununla birlikdə, şirkət hər iki Rodeziyanın mineral ehtiyatları, dəmir yolları və kənd təsərrüfatı üzərində nəzarəti əlində saxladı.