Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seneqal
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Şəvval
Şəvval — Hicri təqviminin 10-cu ayı. Şəvvalın 1-i — Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Acacia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Fətəliyev Səmural
Senegalia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal Respublikası
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Seneqal akasiyası
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal bayrağı
Seneqal bayrağı — Seneqalın Dövlət bayrağı.
Seneqal pərttəgözü
Seneqal pərttəgözü (lat. Burhinus senegalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Seneqal tiralyeri
Seneqal tiralyeri (fr. Tirailleurs Sénégalais ) — əsasən Qərbi Afrika xalqlarının nümayəndələrindən ibarət Fransa müstəmləkə qoşunlarının birləşmələri. Seneqal tiralyerlərinin ilk alayı 1857-ci ildə Fransa Seneqalında yaradılmışdır. Başlanğıcda xidmətə cəlbetmə prosesi yerli kölə sahiblərindən gənc və sağlam kölələrini satması, habelə münaqişələr zamanı əsir götürülmüş hərbi əsirlərin istifadə edilməsi yolu ilə həyata keçirilirdi. Seneqal tiralyerlərinin birliklərinin sayı artdıqca yerli əhali arasında müqaviləli əsgərlərin xidmətə cəlb edilməsi və hərbi çağırış yolu ilə xidmətə cəlb olunmasına başlanmışdır. Onların arasında indiki Qvineya, Mali, Burkina-Faso, Niger, Çad ərazisindən çoxlu immiqrantlar, həm xristianlar, həm də müsəlmanlar var idi. Seneqal tiralyerlərinin zabitləri fransız idi, lakin bu bölmələrdə xidmət etmək istəyən kifayət qədər fransız zabiti olmadığına görə hər otuz Seneqal tiralyerinə yalnız bir zabit düşürdü. Seneqal tiralyerləri XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Afrikada müxtəlif müstəmləkə müharibələrində (xüsusən Dahomeya, Bornu, Aqadez kimi dövlətlərin fəthində) iştirak etdilər. Müharibələrarası dövrdə Seneqal tiralyerləri Fransanın Afrikadakı mülklərində müstəmləkə rejiminin saxlanmasında iştirak etməyə davam etmiş, xüsusən də Mərakeşdəki rif üsyanının yatırılmasında rol oynamışdır. Илья Полонский.
Seneqal şiri
Seneqal şiri (lat. Panthera leo senegalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Səmural Fətəliyev
Seneqal bağrıqarası
Seneqal bağrıqarası (lat. Pterocles senegallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi; Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı. Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Şevval Sam
Türkdəniz Şevval Sam (16 Noyabr 1972, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016) Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019) Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Şmeral Boqumir
Şmeral Boqumir — (25.10.1880, Trşebiç-8.05.1941, Moskva) Çexoslovakiya və beynəlxalq fəhlə və komunist hərəkatı xadimi. Hüquq doktoru (1904). 1897 ildən Çexoslovakiya S.-D. Fəhlə Partiyasının (ÇSDFP) üzvü; 1914-1917 illərdə ÇSDFP-nin sədri olmuşdur. Çex torpaqlarında Oktyabr ümumi siyasi tətilinin (1918) təşkilatçılarından biri idi. 1920 ildə Sovet Rusiyasında olmuş, V.İ.Leninlə görüşmüşdür. “Sovet Rusiyası haqqında həqiqət” kitabında (1920, Praqa) Böyük Oktyabr sosialist inqilabının beynəlxalq əhəmiyyətini göstərmişdir. Ş. Çexoslovakiya Kommunist Partiyasının (ÇKP;1921) bani və rəhbərlərindəndir. 1920-1929 illərdə Milli məclisin deputatı, 1935-1938 illərdə senator olmuşdur. 1922-1935 illərdə Kominternin İçraiyyə Komitəsinin və onun Rəyasət Heyətinin, 1935 ildən isə Kominternin Beynəlmiləl Nəzarət Komissiyasının üzvü idi. 1938 ildə ÇKP MK-nın qərarı ilə ÇKP-nin rəhbər mərkəzində işləmişdir.
Azərbaycan–Seneqal münasibətləri
Azərbaycan–Seneqal münasibətləri — Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin martın 14-də qurulmuşdur. Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. == İqtisadi əlaqələr == Seneqal və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, lakin indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb. İqtisadiyyatın konkret sahəsi üzrə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri 2014-cü ilin 7-13 sentyabrında olmuşdur.
Sen-Lui (Seneqal)
Sen-Luis və ya yerli dildə Ndar — Seneqalda şəhər. Seneqalın şimal-qərbində, Seneqal çayının mənsəbi yaxınlığında və Seneqalın paytaxtı Dakardan təxminən 320 km şimalda yeləşir. Şəhərin əhalisi 2005-ci ildə rəsmi olaraq 176,000 kimi dəyərləndirilib. Sen-Luis, paytaxt Dakara köçürüldüyü zaman 1673-cü ildən 1902-ci ilə qədər Seneqal Fransız koloniyasının, 1895-ci ildən 1902-ci ilə qədər isə Fransız Qərbi Afrikasının paytaxtı idi. Şəhər 1920-ci ildən 1957-ci ilə qədər qonşu Mavritaniya koloniyasını paytaxtı kimi də xidmət etmişdir. Şəhər 13-cü əsrdə Fransa kralı olan IX Lüdovikin (ing. Louis IX) şərəfinə Sen-Lui (fr. Saint-Louis) adlandırılmışdır. Ad həmçinin dolayı yolla 1659-cu ildə, adanın məskunlaşıldığı dövrdə Fransada hakimiyyətdə olan kral XIV Lüdovikə də istinad edir. Adanın yerli və Fransız istilasından əvvəlki adı Ndar-dır və Volof dilində bir növ ada üçün istifadə edilir.
Seval Birinci
Şemel Luison
Şemel Luison (9 avqust 1990-cı ildə Qrenadada anadan olub) — Trinidad və Tobaqonun Kaledoniya AİA FK klubunda və Qrenada milli futbol komandasında çıxış edən futbolçudur. Luison Qrenada milli futbol komandası ilə 2011 KONKAKAF Qızıl Kubokunda iştirak etmişdir. Onun komandası turnirin ilk oyununda Yamaykaya 4-0 hesabı ilə məğlub oldu. Buna baxmayaraq, Luison öz oyunu ilə müsbət rəylər qazandı.
Seneqal milli futbol komandası
Seneqal milli futbol komandası (fr. Équipe du Sénégal de football) — Seneqalı beynəlxalq səviyyədə təmsil edən milli futbol komandası. FİFA Dünya Kuboku 2002 Seneqalın ilk dəfə çıxış etdiyi beynəlxalq səviyyəli turnirdir. 1985-ci ildə CEDEAO Kubokuna ev sahibliyi etdi, finala qədər Fil Dişi Sahilini məğlub edərək kubok sahibi oldu. 2002 FİFA Dünya Kubokunun açılış matçında Fransa ilə, əvvəlki çempionu 1-0 məğlub etdi. Danimarka və Uruqvay komandaları ilə bərabərə qalıb qrup mərhələsini adlayan Seneqal, ikinci tur matçında İsveçi 90 dəqiqəsi 1-1 bitən matçda Henri Camara'nın qızıl qoluyla 2-1 məğlub edərək dörddəbir finala çıxdı. Dörddəbir finalda isə əlavə vaxtda İlhan Mansızın atdığı qızıl qolla Türkiyəyə uduzdu. 2006 FİFA Dünya Kuboku və 2010 FİFA Dünya Kuboku heç bir müvəffəqiyyət göstərə bilmədi. Ayrıca 2010 Afrika Millətlər Kubokuna da qatılan Seneqal, 2012 Afrika Millətlər Kubokunda qrupdakı 3 qarşılaşmanı da məğlub olaraq turnirə erkən vida etdi. 1957 - 1963 arası - İştirak etmədi 1965 - Dördüncü 1968 - 1.
Seneqal 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Seneqal - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında.