Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sero Manutsyan
Sero Bərxudaroviç Manutsyan (1890, Şuşa – 1961, Stepanakert) — Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci Katibi (07.07.1923–17.11.1923) Sero Manutsyan 1890-cı ildə Şuşada doğulub. 1928-1932-ci illərdə Azərbaycan SSR Dövlət Muzeyinin direktoru işləmişdir. 1961-ci ildə Xankəndidə vəfat etmişdir.
Nero
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Qero
Qero (下呂市, Gero-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər isti bulaqları ilə məşhurdur. Şəhərin içindən Hida çayı axır. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 33.719 nəfərdir, hər km² ərazidə 40 nəfər yaşayır. Şəhərin sahəsi 851,06 km²-dir. Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü Satsuki azaliyasıdır. Müasir Qero şəhəri 2004-cü ilin 1 martında keçmiş Qero şəhərinin, Haqivara, Kanayama və Osaka şəhərlərinin və Maze qəsəbəsinin (hamısı keçmiş Masita qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılıb. Qero sənayesinin əsasını turizm təşkil edir. Şəhərin yaxınlığında yerləşən məşhur onsenlər hər il turist axınına məruz qalır. Meşəçilik və kənd təsərrüfatı da yerli sənayedə əhəmiyyətli yer tutur.
Serb
Serblər — Avropada xalq.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Xero
Xero - Linkin Parkın ilk yazılma kasseti. Linkin Parkın ilk yazdığı mahnılar bu kassetdədir. Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.
Şərf
Şərf — geyim növü və aksessuarı Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar. Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Sefo
Seyfullah Sağır (16 mart 1998, Samsun) – Türk pop musiqiçisi və söz yazarıdır."Bilmem mi?" adlı Reggaeton tipli mahnısı ilə o daha çox tanınmağa başlamışdır. 16 mart 1998 tarixində o Samsunda doğulub. Əslən Trabzondandır. 2018-in Mart ayında o musiqi karyerasına "Yalan" adlı ilk mahnısı ilə başlamışdır. O, 2019-cu ilin Fevralında çıxardığı "Poz" adlı sinqlından sonra musiqiyə daha çox diqqət yetirmək qərarına gəlib. 18 aprel 2019-cu ildə "Up Down" adlı mahnısını dinləyiciləri ilə bölüşdü. 28 iyun 2019-cu ildə "362" adlı sinqlı buraxdı. Bu sinqldan sonra o, "Derdi Ne" mahnısı yaratdı. Mahnılarında adətən pop ritmindən istifadə edir. O, 21 fevral 2020-ci ildə "Başa Sar" adlı sinqlı buraxdı, mahnının digər adları arasında Aerro və Yase Sefo'nun beatində müşayiəti var.
Serj
Serj (fr. Serge Fransızca tələffüz: [sɛʁʒ]) — fransız kişi adı. Serj Gensbur — müğənni. Serj Klarsfeld — vəkil. Serj Lifar — balet rəqqas və ustası. Serj Sarkisyan — siyasətçi. Serj Tankyan — müğənni.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Eero Haapalaynen
Eero Haapalaynen (27 oktyabr 1880, Kuopio[d] – 27 noyabr 1937, Petrozavodsk) - 1900-lərin ilk 20 ilində Finlandiya sosialist hərəkatının ən tanınmış fiqurlarından olan finlandiyalı siyasətçi, həmkarlar ittifaqının üzvü və jurnalist. 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Qırmızı Qaravulların baş komandanı olaraq xidmət etmişdir. Müharibədən sonra Haapalaynen Sovet Rusiyasına qaçmış və burada mühacir Finlandiya Kommunist Partiyasına və Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. O, 1937-ci ildəki Böyük təmizləmədə edam edilmişdir.
Eero Maenpaa
Eero Retulaynen
Jül Şere
Jül Şere (fr. Jules Chéret; 31 may 1836[…] – 23 sentyabr 1932[…], Nitsa) — fransız rəssamı və qrafikçi. Müasir poster qurucularından biri. == Həyat və fəaliyyəti == Jül Şere mətbuatçı ailəsində anadan olmuşdur. Ailəyə pul lazım idi və Jül 13 yaşındaykən məktəbdən ayrıldı və üç ildir litoqrafistə yazıldı. Sonra Parisdəki Milli Dizayn Məktəbinə qatılıb. Heç bir sistematik təhsil almadan özünü göstərən bir sənətkar idi. Gənc illərində Şere tez-tez Paris muzeylərində olub; Ona ən böyük təsiri, əsasən, Vatto və Fraqonar olan rokoko rəssamları tərəfindən təmin edilmişdir. 1866-cı ildə sənətçi Parisə qayıdıb, burada çap işi və qrafika açıb. İngiltərədə böyük formatlı plakatlar və posterlər çap etmək üçün maşın alıb J. Şere eyni zamanda rəngli litoqrafiyanın texnoloji prosesini sadələşdirdi və bir "daş" dan iki fərqli rəng ilə təzyiqlər etmək imkanı verdi.
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).