İvan Şirokoqorov
İvan İvanoviç Şirokoqorov(rus. Иван Иванович Широкогоров; 15 iyul 1869, RSFSR – 11 sentyabr 1946, Bakı) — sovet patoanatomu. SSRİ Tibb EA-nın (1944) və Azərbaycan SSR EA-nın akademiki (1945). Azərb. SSR əməkdar elm xadimi (1936). Yuryev Universitetinin professoru (1915). 1920–1921 illərdə ADU-nun rektoru.
1896–1901 illərdə Yuryev Universiteti (Tartu) tibb fakültəsində təhsil almışdır. Şirokoqorov 1900–1908 illərdə Yuryev Universitetində Ümumi Patologiya və Patoloji Anatomiya kafedrasında prozektor (anatomiya üzrə professorların köməkçisi) köməkçisi vəzifəsində işləmişdir. 1908–1915 illərdə privat-dosent (professor köməkçisi) olmuşdur.