Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Şan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Aşina Sin
Aşina Sin — İmperator tərəfindən Türgiş xaqanlığının hücumlarının artması üzərinə təyin olunmuşdu. Cəmi 2 il hakimiyyətdə qaldıqdan sonra Bağa Tarxan tərəfindən öldürülmüşdü. Xatunu və oğlu Çjunxiao Çinə qaçmış, oğlu isə sərkərdə olmuşdu. Onun ölümü ilə Qərbi Göytürk xaqanlığı sülaləsi bitir.
Həft sin
Həft Sin (başqa cür Həft Sīn (Yeddi S)) (fars. هفت‌سین‎) yaxud yeddi s adlanan Novruzun ənənəvi süfrə bəzədilməsidir. "Yeddi S" süfrəsi hər biri fars əlifbasında sīn (س) ilə başlayan yeddi əşyanı özünə daxil edir. Yeddi S əşyaları bunlardır: Sabzeh (fars. سبزه‎) — qabda böyüdülən buğda, arpa, paxla yaxud mərci cücərtisi olan səməni. Yenidən doğuluşu simvolizə edir. Samanu (fars. سمنو‎) — şirin pudinq buğda dənindən hazırlanır. Rifahı simvolizə edir. Senjed (fars.
Kayt Sin
Lu Sin
Lu Sin (Çjou Şujen, çin. 周树人; 25 sentyabr 1881[…] – 19 oktyabr 1936[…], Şanxay) — Çin yazıçısı.
Martin Şin
Martin Şin (ing. Martin Sheen; 3 avqust 1940) — Emmi və Qızıl Qlobus mükafatları almış Amerikalı aktyor. Emilio Estevez, Ramon Luis Estevez, Reni Estevez və Çarli Şinin (Karlos Estevez) atasıdır. Uşaqlarının hamısı aktyordur.
Sin Qann
Sin Qann (23 dekabr 1993) — Zimbabveli üzgüçü. Sin Qann Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sin Qann birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.87 saniyəlik nəticəsi ilə 48-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sin sülaləsi
Sin sülaləsi — Çjou sülaləsindən sonra, Han sülaləsindən əvvəl gələn bütöv Çin imperiyasının e.ə. 221 – e.ə. 206-cı illərdə hakim sülaləsi hansı ki, ilk Çin imperiyasına hökmranlıq etmişdi. Hunlara və digər təhlükələrə qarşı Böyük Çin səddini tikdirmişdir (e.ə 214). Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur. Eramızdan əvvəl 221-ci ildə Sin xanədanının ilk imperatoru Sin Şi Xuandi Döyüşən çarlıqlar dövründəki müstəqil dövlətləri vahid Sin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi.
Sin Şixuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Yoşua Şin
Yoşua Şin (20 iyun 1993) — Vanuatunu təmsil edən stolüstü tennisçi. Yoşua Şin Vanuatunu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Yoşua Şin Vanuatunu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Çarli Şin
Çarli Şin (ing. Charlie Sheen; əsl adı Karlos İrvin Esteves (ing. Carlos Irwin Estévez, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu. Çarli Şin karyerasının ilk illərində "Tağım", "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən qalmaqallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan qovulub.
Şin (kompüter)
Kompüter şini və ya sistem şini ((giriş/çıxış şini) ~ en. input/output bus ~ ru. шина ввода-вывода ~ tr. giriş/çıkış veri yolu) prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. kompüterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir. Şin kompüter arxitekturasında kompüter elementləri arasında informasiya ötürən alt sistemdir. Şinlər onlara qurğu qoşmaq üçün müvafiq slotlara malik olur. Qurğuda şinləri 3 tərkib hissəyə bölmək olar – ünvan şini, verilənlər şini və əmrlər şini. Ünvan şini – ünvan mübadiləsi üçündür (məsələn: mərkəzi prosessor operativ yaddaşdan hər hansı məlumatı oxumaq istəyirsə onda mərkəzi prosessora uyğun ünvan göndərilir). Ünvan şininin mərtəbəsi ünvanlandırıla bilən ünvanlar fəzasının ölçüsünü müəyyən edir.
Şin (Şəki)
Şin — Azərbaycan Respublikasının Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Şin — hələ Azərbaycan dövləti yaranana qədər mövcud olmuş qədim Rutul kəndlərindən biri. 19-20-ci əsrlərdə Şinaz və Borç kəndlərinin köçürülən sakinləri hesabına kəndin əhalisi artmışdır. Birinci mərhələ: Şəki xanı Məhəmmədhəsən xanın hakimiyyəti dövründə Dağıstan Muxtar Respublikasının Rutul rayonundan 61 ailə Şin ərazisinə, 45 ailə isə Daşağıl bölgəsinə məskunlaşmışdı. Onlar atlı dəstələr təşkil edərək Məhəmmədhəsən xanla birlikdə hərbi yürüşlərdə iştirak edirdilər. Bu ailələr 1824-cü il siyahıya alınmasına qədər dövlətə vergi vermirdilər. Bu torpaqlar Gəray bəyə məxsus idi. Belə ki, Gəray bəyin torpaqlarında məskunlaşan ləzgilər bəyin torpaqlarını əkir və məhsulun onda bir (1/10) hissəsini bəyə vergi verirdilər. İkinci mərhələ: Borç kəndinin dağılması nəticəsində bu kəndinin əhalisinin bir qismi cənuba, digər qismi şimala üz tutdu. Cənuba üz tutan əhali Şin kəndinin dağlıq ərazilərində və Şorsu kəndində məskunlaşdılar.
Şin Feyn
Şinn Feyn (irl. Sinn Féin) – İrlandiya və Şimali İrlandiyada mövcud olan siyasi partiya. 1905-ci ildə yaradılan və İrlandiya siyasi tarixində mühüm yer tutan partiyalardan olan Şinn Feyn partiyasının mənzil qərargahı Dublin şəhərində yerləşir.
Şin Koyamada
Şin Koyamada (yap. 小山田 真; 10 mart 1982, Okayama) — amerikalı və yapon aktyor və film prodüseri. 1982-ci ildə Yaponiyanın Okayama prefekturasının Okayama qəsəbəsində anadan olub.
Şin bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şin parkı
Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen) – Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen) kimi tanınır. Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir. Sahəsi təxminən 3700 m2 təşkil edir. Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır. Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur. Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir. Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur. Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir. Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir.
Şin (Xudabəndə)
Şin (fars. شين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (20 ailə).
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir. Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur.
San-Fransisko Çin Xəstəxanası
San-Fransisko Çin Xəstəxanası (ing. San Francisco Chinese Hospital) - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı San-Fransisko şəhərində yerləşən çin xəstəxanası. Xəstəxana ABŞ-da fəaliyyət göstərən yeganə Çin xəstəxanası kimi tanınır. Çin qəsəbəsində yerləşən xəstəxana 1924-cü ildən etibarən xidmət göstərməkdədir. San-Fransisko Çin Xəstəxanası şəhərdə yerləşən San-Fransisko Mərkəzi Xəstəxanasında dil bariyeri ilə qarşılaşan və orta sinifdən olan yerli çinlilərə xidmət göstərmək üçün yaradılmışdır. Xəstəxananın personalı ingilis dilində əlavə olaraq çin dilinin müxtəlif dialektlərində də xidmətlər göstərirlər. Döyüş sənəti üzrə məşhur döyüş ustası, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin banisi Brüs Li 1940-cı ilin 27 noyabr tarixində San-Fransisko Çin Xəstəxanasında anadan olmuşdur. 1888-ci ildə San-Fransiskoda yaşayan çin icması çinli vətəndaşlara xidmətin göstərilməsi üçün milli xəstəxananın yaradılması üçün şəhər şurasına müraciət edir, ancaq lazım olan icazəni ala bilmir. XIX əsrin sonlarında şəhərdə çinlilərə məxsus müxtəlif morqlar və kilinikalar fəaliyyət göstərsə də heç biri tam təyinatlı xəstəxana formasına çatmamışdır. 1899-cu ildə xəstəxananın yerləşəcəyi binanın mülk sahibləri olan anlaşılmazlıqlara görə nəzərdə tutulan bina sökülür və hal-hazırkı bina 1925-ci ildə tikilmişdir.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Florans İskavel Şin
Florans İskavel Şin (ing. Florence Scovel Shinn); Amerikalı rəssam və kitab şəkil çəkərcisi (illüstratoru) idi ki orta yaşlarında Yeni düşüncə tərzinin müəllimi və metafizik yazıçısı oldu. O, Yeni düşüncə dairələrində, daha çox ilk kitabı "Həyat oyunu" (ing. The Game of Life and How to Play It ;1925)na görə yaxşı tanınır. == Qaynaqlar == "Florence Scovel Shinn" in Encyclopedia Americana, 1961.
Li Sın Man
Li Sın Man (26 mart 1875 – 19 iyul 1965[…], Honolulu) — Koreya Respublikasının Müvəqqəti Hökumətinin ilk başçısı, eyni zamanda Koreya Respublikasının (Cənubi Koreya) ilk prezidenti. 1948-ci ilin avqustundan 1960-cı ilin aprelinə qədər üç dəfə prezidentlik müddəti Koreyanın Cənubi, Amerikan və Şimal, Sovet tərəfdarı, Koreya müharibəsi və Koreya yarımadasında sonrakı gərginliyin artması fonunda keçdi. Li Sın Man sərt antikommunist və avtoritar hökmdar olmuşdur, seçki nəticələrinin saxtalaşdırılması səbəb olduğu kütləvi etirazlardan sonra hakimiyyəti sona çatdı. 1949-cu ildə Koreya dövlətinin yaradılmasına görə "Xidmətə görə" ordeni və "Muonqva" Böyük Ordeninə layiq görülüb.
Li Sın Yun
Li Sın Yun (18 aprel 1995, İnçxon) — Cənubi Koreyalı oxatan. Li Sın Yun 2013-cü ildə Dünya Çempionatında və 2016-cı ildə Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2014-cü ildə Asiya Oyunlarında üçüncü yeri tutub. == Karyerası == Li Sın Yun birinci ciddi uğurunu 2013-cü ildə Türkiyənin Antalya şəhərində qazandı. Li Sın Yun final görüşüdə daxil olmaqla bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra o, vətənində Asiya Oyunlarının bürünc medalını qazandı. 2016-cı il isə Li Sın Yun üçün daha əhəmiyyətli oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində, komanda yoldaşları Ku Bon-Çan və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
141-сi şərq meridianı
Qrinviçin şərqindəki 141-ci şərq meridian— Şimal qütbündən Şimal Buzlu okeanı, Asiya, Sakit okean, Avstraliya, Hind okeanı, Cənub okeanı, Antarktidadan cənub qütbünə keçən və qərb uzunluğunun 39-cu meridianı ilə ortodromiya təşkil edən uzunluq xətti. 141-ci şərq meridian, 39-cu meridianın qərb ilə böyük bir dairə meydana gətirir. == Sərhəd == Yeni Qvineya adasında meridian, qərbdə İndoneziya ilə şərqdə Papua-Yeni Qvineya ilə arasındakı quru sərhədinin bir hissəsini təyin edir.Flay çayı 141-ci meridianın qərbindən axdığı ərazini təşkil edir. Flayın cənubu sərhədi meridianın şərqindən bir qədər,paralel olaraq uzanır (bax. İndoneziya - Papua Yeni Qvineya münasibətləri). Avstraliyada Cənubi Avstraliya əyalətinin şərq sərhədi, Kvinslend və Yeni Cənubi Uels ilə həmsərhəddir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.