SİN

SİN I is. [ ər. ] Yaş, il. Mirzağa qısaboylu, şişman qarınlı, cücə gözlü, yekə burunlu və qalın dodaqlı, orta sinlərdə bir adam idi (H.Nəzərli).

SİN II f. Aşağı çökmək, əyilmək, gizlənmək. Sindi yalmanına cəhillər atın; Buraxıb cilovu nə qədər ki var (O.Sarıvəlli).

SİMLİ
SİNİF
OBASTAN VİKİ
Aşina Sin
Aşina Sin — İmperator tərəfindən Türgiş xaqanlığının hücumlarının artması üzərinə təyin olunmuşdu. Cəmi 2 il hakimiyyətdə qaldıqdan sonra Bağa Tarxan tərəfindən öldürülmüşdü. Xatunu və oğlu Çjunxiao Çinə qaçmış, oğlu isə sərkərdə olmuşdu. Onun ölümü ilə Qərbi Göytürk xaqanlığı sülaləsi bitir.
Həft sin
Həft Sin (başqa cür Həft Sīn (Yeddi S)) (fars. هفت‌سین‎) yaxud yeddi s adlanan Novruzun ənənəvi süfrə bəzədilməsidir. "Yeddi S" süfrəsi hər biri fars əlifbasında sīn (س) ilə başlayan yeddi əşyanı özünə daxil edir. Yeddi S əşyaları bunlardır: Sabzeh (fars. سبزه‎) — qabda böyüdülən buğda, arpa, paxla yaxud mərci cücərtisi olan səməni. Yenidən doğuluşu simvolizə edir. Samanu (fars. سمنو‎) — şirin pudinq buğda dənindən hazırlanır. Rifahı simvolizə edir. Senjed (fars.
Kayt Sin
Lu Sin
Lu Sin (Çjou Şujen, çin. 周树人; 25 sentyabr 1881[…] – 19 oktyabr 1936[…], Şanxay) — Çin yazıçısı.
Sin Qann
Sin Qann (23 dekabr 1993) — Zimbabveli üzgüçü. Sin Qann Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sin Qann birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.87 saniyəlik nəticəsi ilə 48-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sin sülaləsi
Sin sülaləsi — Çjou sülaləsindən sonra, Han sülaləsindən əvvəl gələn bütöv Çin imperiyasının e.ə. 221 – e.ə. 206-cı illərdə hakim sülaləsi hansı ki, ilk Çin imperiyasına hökmranlıq etmişdi. Hunlara və digər təhlükələrə qarşı Böyük Çin səddini tikdirmişdir (e.ə 214). Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur. Eramızdan əvvəl 221-ci ildə Sin xanədanının ilk imperatoru Sin Şi Xuandi Döyüşən çarlıqlar dövründəki müstəqil dövlətləri vahid Sin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi.
Sin Şixuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Nam Yon-Sin
Nam Yon-Sin (d. 27 avqust 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Yon-Sin Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Naram-Sin Akkadlı
Naram-Sin Akkadlı (akkadca Nāram-Sîn "tanrı Sinin sevimlisi") — e. ə. 2237–2200 Akkad çarı, çar Maniştunun oğlu. Çar Sarqondan sonra Akkad dövləri zəifləmiş, parçalanma meylləri artmışdır. Atası Maniştunun ölümündən sonra hakimiyyətə gələn Naram-Sin Akkadı yenidən qüdrətli ölkəyə çevirə bilmişdir. O ilk hökmdar idi ki, "Akkadın tanrısı" şərəfinə nail olmuşdu. O, işğalçılıq siyasətini davam etdirməyə başladı, Akkadın siyasi təsir dairəsindən çıxmış bir sıra ölkələri yenidən özünə tabe etdi. O, Subartunu və qərbdə "Sidr meşələrinə" qədərki ərazini zəbt etdi və onlardan xərac aldı. Naram-Sin Dəclə çayının şərqində yerləşən Arman vilayətini, Fərat çayının qərbindəki Elba və Aman (şimali Suriya) ölkələrini Akkad siyasi təsir dairəsinə saldı. "yuxarı dənizə" (Urmiyyə gölü) kimi ərazi tutuldu.
Sin Şi Xuan
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Sin Şi Xuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Sin Şixuandinin mavzoleyi
Sin Şixuandinin mavzoleyi (Sin Şixuandi; ingiliscə: Qin Chi Huang) (çincə: 秦始皇陵; pinyin: Qínshǐhuáng Líng ) Çinin Şensi əyalətinin Sian şəhərinin Lintonq rayonunda yerləşən mavzoleydir. Məqbərənin eramızdan əvvəl 246-208-ci illər arasında tikildiyi və kəsilmiş piramida formasında 76 metr hündürlüyündəki bir məzarın kurqanının altında yerləşdiyi bildirilir. Məqbərənin planı daxili və xarici şəhərlərə bölünən o dövrdə Çinin paytaxtı olmuş olan Xianyang şəhəri əsas götürülərək modelləşdirilmişdir. Daxili şəhərin perimetri 2.5 km (1,55 mil), xarici şəhərin perimetri isə 6,3 km (3 mil) təşkil edir. Məqbərə şəhərin cənub-qərb hissəsində yerləşir və üzü şərq tərəfə baxır. Sarkofaq və dəfn artefaktlarının yerləşdiyi əsas dəfn kamerası məqbərənin yerləşdiyi ərazinin nüvəsində yerləşir. Məzarın özü hələ ki, qazılmamışdır. Arxeoloji tədqiqatlar hal-hazırda məqbərəni əhatə edən sıx nekropolun müxtəlif hissələrində cəmləşmişdir; bunlara kurqandan şərq tərəfdə yerləşən Terrakota Ordusu da daxildir. Terakota ordusu ziyarətgahda qarnizon kimi xidmət edirdi və ərazidə qazıntılar hələ də tamamlanmamışdır.
It's a Sin
It's a Sin – Pet Shop Boys qrupunun 1987-ci ildə çıxardığı Actually albomundan olan sinqlı. Təqdimatı 1987-ci il 15 iyunda keçirilən mahnı böyük uğur qazanmış və həmin ilin iyun ayında UK Singles Chartda üç həftə ardıcıl birinci yerdə olmuşdur. Mahnı qrupun karyerasında ən uğurlu parçalardan biri olmuşdur. Belə ki, satışa çıxarıldığı ilin ən uğurlu layihələrindən olan mahnı, hə də 1987-ci ildə ən çox satılan Avropa sinqlı olmuşdur. ABŞ – da da manı kifayət qədər sevilmiş, Billboard Hot 100 – də doqquzuncu yerə qədər yüksələ bilmişdir. Ümumiyyətlə mahnı bütün dünyada çox sevilmiş və ilk ifaçıdan sonra dəfələrlə müxtəlif ölkələrdən olan musiqiçilər mahnıya müraciət etmişdir. Mahnının klipi də uğur qazanmışdır. Klipin rejissoru Derek Jarmandır. Klipdə Cəhənnəm görüntüləri və əməllərinin cəzasını alan insanlar təsvir edilib.
Pekin Lu Sin Muzeyi
Lu Sin Muzeyi (çin. ənən. 北京鲁迅博物馆) — Çinin Pekin şəhərinin Fuçenq Qapısı Prospektində yerləşən muzeydir. Muzey yerləşdirdiyi binalar Lu Sinin keçmiş Pekin Yay iqamətgahı olmuşdur. Yazıçının ev muzeyi 1956-cı ildə yaradılmışdır. Muzey Lu Sinin həyat və nailiyyətlərinə həsr olunub və onun yazıları, fotoları, Lu ilə bağlı hər bir şey böyük miqdarda muzeydə öz əksini tapmışdır. Lu Sin ilə bağlı materiallara bundan əlavə, muzey rəssamlarının böyük bir kolleksiyası daxil edilmişdir.
Crucifera sinapis
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Cryptolepis sinensis
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. Emericia sinensis (Lour.) Roem. & Schult. Pergularia sinensis Lour.
Dactylis glomerata subsp. sinensis
De-Lanqe sindromu
De-Lanqe sindromu — ilk dəfə 1933-cü ildə Hollandiya həkimi De-Lanqe tərəfindən təsvir edilmişdir. Sindromun başlıca cəhətləri bunlardır: xəstələr boyca kiçik, arıq olub özünəməxsus sifətləri ilə diqqəti cəlb edir. Qaşları həddindən artıq tüklü, burunları qısa, burun deşikləri bir qədər yuxarıda yerləşir. Kəllə həcmcə kiçik, braxisefal quruluşa malik olur. Əlləri kiçik, şəhadət barmaqları qısa, çəçələ barmaqları içəri doğru əyilir, bəzən bir barmaqları çatmır. Bədənin digər hissələrinin (onurğa sütunu, köks qəfəsi) və daxili orqanların (böyrəklərin) anomaliyası da tez-tez təsadüf edilir. Xəstələrin 80%-də imbesillik və ya ağır ağıl zəifliyi nəzərə çarpır. Bəzi xəstələrdə cəngolma tutmaları da müşahidə edilir. Xəstəliyin səbəbinin irsi amillərlə bağlılığı şübhə doğurmur, lakin hansı xromosomlarla əlaqədar olması dəqiqləşdirilməmişdir. Müalicə simptomatik olaraq aparılır.
Dendranthema sinuatum
Chrysanthemum sinuatum (lat. Chrysanthemum sinuatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü. Dendranthema sinuatum (Ledeb.) Tzvelev Leucanthemum sinuatum (Ledeb.) DC. Tanacetum sinuatum (Ledeb.) Sch.Bip. Chrysanthemum absinthifolium Fisch.
Dendrobium sinense
Dendrobium christyanum (lat. Dendrobium christyanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium fuerstenbergianum Schltr.
Denni–Marfan sindromu
Denni–Marfan sindromu — Anadangəlmə sifilis xəstəliyi olan uşaqlarda aşağı ətraf üzvlərində spastik paraplegiya və əqli gerililik ilə müşahidə olunan nevroloji sindrom. Hər iki cinsin nümayəndələrində müşahidə olunur. Xəstəliyin başlanğıcı kəskin şəkildə özünü büruzə verir. Zəiflikdən kvadriplegiyaya qədər isə xəstəlik yavaş irəliləyir. Epilepsiya, katarakta və nistaqm da müşahidə oluna bilər. Sindrom 1929-cu ildə Şarl Kleyton Denni, 1936-cı ildə isə Antuan Marfan tərəfindən təsvir edilmişdir. Dennie-Marfan syndrome Who Named It?
Di Georq sindromu
Di Georq sindromu — 22q11.2 silinmə sindromu olaraq da bilinir, xromosomun 22 kiçik bir hissəsinin silinməsindən qaynaqlanan bir sindromdur. Semptomlar dəyişsə də, bunlara tez-tez anadangəlmə ürək problemləri, spesifik üz xüsusiyyətləri, tez-tez infeksiyalar, gecikmə inkişaf, öyrənmə problemləri və damaq yarığı. Komorbiditelere böyrək problemləri, eşitmə itkisi və romatoid artrit və ya Qraves xəstəliyi kimi otoimmün xəstəliklər daxildir. Di Georq sindromu ümumiyyətlə 22q11.2 kimi tanınan bir yerdə 22-ci xromosomun ortasında 30-40 genin silinməsi səbəbindən meydana gəlir. Vəziyyətlərin təxminən 90% -i inkişafın ilkin mərhələsində yeni bir mutasiya səbəbindən yaranır və 10% -i valideynlərindən miras qalır . Bu otozomal dominant bir xəstəlikdir, yəni bu vəziyyətin meydana gəlməsi üçün yalnız bir təsirlənmiş xromosoma ehtiyac var. Diaqnoz simptomlara əsaslanır və genetik testlə təsdiqlənir. Müalicəsi olmasa da, müalicə simptomları yaxşılaşdırır . Bu, çox vaxt potensial bir çox orqan sisteminin işini yaxşılaşdırmaq səyləri ilə fənlərarası bir yanaşmanı əhatə edir. Uzunmüddətli nəticələr mövcud simptomlardan və ürək və immunitet problemlərinin şiddətindən asılıdır.
Dubin-Conson sindromu
Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34–85 mkmol/l olur (Norma: <17 mkmol/l). Bəzən qanda ümumi bilirubin 340–430 mkmol/l-ə qədər yüksələ bilər. Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Dubin-Conson sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Odur ki, normada qanda birləşmiş bilirubin sərbəst bilirubinə nisbətən çox olur.
Dutch Singles Chart
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Duyğu sinirləri
Duyğu sinirləri — Sensor sinir və ya afferent sinir, əsasən somatik afferent sinir liflərini ehtiva edən sinir üçün ümumi anatomik termindir. Duyğu sinirlərində olan afferent sinir lifləri periferik sinir sistemindəki həssas neyronlardakı müxtəlif hiss reseptorlarından mərkəzi sinir sisteminə (MSS) sensor məlumat ötürür. Hərəkət siniri məlumatı MSS-dən PSS-ə daşıyır və hər iki növ sinir periferik sinirlər adlanır. Afferent sinir lifləri bütün bədəndəki hiss neyronlarını əlaqələndirərək mərkəzi sinir sistemində müvafiq emal sxemlərinə səbəb olur. Afferent sinir lifləri tez-tez qarışıq sinirlərdə motor neyronlardan (mərkəz sinir sistemindən PSS-ə gedən) efferent sinir lifləri ilə birləşir. Stimullar reseptorlarda sinir impulslarına səbəb olur və həssas ötürülmə kimi tanınan potensialları dəyişdirir. Onurğa beyninin arxa köklərinin qanqliyalarından duyğu neyronlarından afferent sinir lifləri, efferent liflərlə ötürülən motor əmrləri isə onurğa beynindən ventral köklərə doğru ayrılır. Dorsal və bəzi ventral liflər birləşərək onurğa sinirləri və ya qarışıq sinirlər əmələ gətirir. Həssas sinirin zədələnməsi sinir tərəfindən yerinə yetirilən funksiyaların çeşidinə görə geniş spektrli simptomlara səbəb olur. Travmatik xəsarətlər və həssas sinirlərin digər zədələnməsi periferik neyropatiyaya səbəb ola bilər, məsələn, zəif koordinasiya və tarazlığa səbəb olan mövqe duyğunun azalması, temperatur dəyişikliklərinə həssaslığın azalması və əlavə problemlərə səbəb olan ağrı.
Dəqiqlik sinfi (maşınqayırma)
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir. Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45 d 3 {\displaystyle {\sqrt[{3\,}]{d}}} +0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər.
Dərman sincanotu
Dərman sincanotu (lat. Sanguisorba officinalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sincanotu cinsinə aid bitki növü. Dərman sincanotu (qaraçörəkotu) çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-100 sm, qabırğalı, çılpaq, düzqalxan olub, daxili içiboş və oyuqludur. Kökümsovu yoğun, üfiqi və oduncaqlıdır. Şişman, dolğun kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzərdir. Kök üstündə olan yarpaqları 7-25 ədəd, iri, uzunsaplaqlı, cüt olmayan lələkli, gövdə yarpaqları isə oturaq, tədricən yuxarıya doğru getdikcə azalır. Yarpaqlarının uzunluğu 2,6-6 sm, uzunsov yumurtaşəkilli, itidişcikli, bəzən çəpərli, yuxarı tərəfi tünd-yaşıl, parlaq, aşağı tərəfi isə tutqun-göyümtüldür. Çiçəkləri tünd-qırmızı və ya tünd-purpur, oval uzunsov başcıqlı, oturaq olub, uzunluğu 1,5-3 sm olan bitkidir. Quru çöllərdə, çaybasar çəmənliklərdə, seyrək meşələrdə, talalarda, kolluq pöhrəliklərdə, bataqlıq və sututarların sahillərində rast gəlinir. Əsasən Sibir, Ural, Tatarıstan və Başqırdıstan ərazilərindən meyvələr yetişən zaman tünd-qırmızı olduğu zaman (avqust-sentyabr) toplanılır.
Emericia sinensis
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. Emericia sinensis (Lour.) Roem. & Schult. Pergularia sinensis Lour.
Ermənistan–Sinqapur münasibətləri
Sinqapur—Ermənistan münasibətləri — Sinqapur və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrin ikitərəfli münasibətlərdə daimi səfirlikləri yoxdur. Ermənistanın Pekindəki səfirliyi Sinqapurda akkreditə olunmuşdur. Sinqapurun Ermənistanda nümayəndəliyi yoxdur. Malay yarımadasında ermənilərə aid ilk xatırlatmalar 1669-cu ilə aiddir. O dövrdə Sinqapurda 87 erməni yaşayırdı. XIX əsrin sonunda İrandan Sinqapura köçən Sarkis soyadlı dörd qardaş - Martin, Tiqran, Avet və Arşak həyatları boyunca otel işinin əsl əfsanəsinə çevrilir. 23 yaşındakı Tiqran Sarkis otel işində ilk addımlarını atmağa başlayır. Bir müddət sonra Martin və Avet ilə birlikdə, qısa müddətdə E. & O. adlanan The Eastern and Oriental Otelini qururlar. Ütəlik Sinqapurdakı ən qədim xristian kilsəsi erməni köçkünlər tərəfindən tikilmişdir.
Estoniya bərəsi sindromu
Almaniyada inşa edilmiş Estoniya bərəsi 1994-cü ildə sahilə yaxın yerdə su sızması nəticəsində çəpəki şəkildə batdı. Bu qəzada 852 sərnişin öldü, 137 nəfər isə xilas oldu. Bərə güclü dalğalar səbəbindən 28 sentyabr gecə 00:30-da su sızdırmağa başladı. Suyun miqdarı artdıqca dərhal evakuasiya prosesi başladı. Ancaq 987 sərnişindən yalnız 137-si gəmini tərk edərək xilas oldu. Qalan sərnişinlər gəmi kapitnının "Hörmətli sərnişinlər, xahiş edirəm, panikaya düşməyin, dünyanın ən güclü bərəsindəsiniz" sözləri inanaraq drenaj prosesini maraqla izləməyə başladı. Saatlar keçdikcə bərə daha da əyilirdi, amma sərnişlər hələ də heç bir şey etmədən izləməyə davam edirdi. Saat 01:50-də Estoniya bərəsi tamamilə su altında qaldı. 952 sərnişinin bərənin su aldığını və batmağa başladığını görsə də, son saniyəyə qədər seyr etmələri psixoloji kitablarda "Estoniya bərəsi sindromu" olaraq qeyd olundu. Psixologiya elmi həmin insanların o andakı davranışları üçün məntiqi bir açıqlama verə bilmədi.
Etz Hayyim sinaqoqu
Etz Hayyim sinaqoqu (ivr. ‏בית הכנסת עץ חיים‏‎) – Krit adasındakı Romaniot yəhudi cəmiyyətinə məxsus yeganə salamat qalmış sinaqoq. Sinaqoq bərpa edildikdən sonra turistik məkana çevrilmişdir. İspaniya kraliçası Sofiya və 6 mart 2006-cı ildə keçmiş Yunanıstan kralı II Konstantinin bacısı sinaqoqu ziyarət etmişdirlər. 5 yanvar 2010-cu ildə bir Britaniya vətəndaşı sinaqoqda yanğın törətməyə cəhd göstərmişdir. Hazırda sinaqoq birlikdə mehriban yaşamağın simvoludur.
Eyzenmenger sindromu
Eyzenmenger sindromu — anadangəlmə ürək qüsurlarında sistem arterial təzyiqin qüsur dəliyi vasitəsilə ağciyər arteriyasına ötürülməsi nəticəsində meydana çıxan ağciyər arteriyasının hipertenziyasıdır. Bu zaman ağciyərlərin damar sistemində, xüsusilə kiçik diametrli ağciyər arteriolalarında obstruktiv dəyişikliklər (damar divarının gedən struktiv dəyişikliklər nəticəsində qalınlaşması prosesi) gedərək onlarda diffuz daralmalar əmələ gəlir ki, bu da onların qandaşıma funksiyasının pozulmasına gətirib çıxarır. Eyzenmenger sindromunda ağciyər arteriyasındakı təzyiq sistem arterial təzyiqə bərabər olur. Nəticə etibarilə sağ mədəcikdə müqavimətin kəskin artması venoz qanın qüsur dəliyi vasitəsilə geri aorta sisteminə atılması, sağ-sol şuntu baş verir və sianoz inkişaf edir. Xəstələr tezyorulmadan, tənginəfəslikdən, arterial sistemdə oksigenin miqdarının azalması nəticəsində baş verən sinkopal hallardan – bayılmalardan, ürək ritmi pozğunluğundan, qanharkırmasından əziyyət çəkirlər. Fizikal müayinədə aorta qapaqları üzərində yüksək ton (bəzən üçtaylı qapaqlar üzərində sistolik küy), siamoz və əl barmaqlarının "təbil çubuğuna" bənzəmələrini müşahidə etmək olar. Rentgen müayinəsində: sağ mədəciyin hipertrofiyası, ağciyər arteriyasının iri şaxələrinin genişlənməsi, əksinə distal şakələrin daralması; EKQ müayinəsində: örəyin sağ şöbələrinin hipertrofiyasına uyğun ürək oxunun sağa meyilliliyi; Ürəyin ultrasəs müayinəsində: sindroma səbəb ürək qüsurunun aşkarlanması və ya təsdiqlənməsi, ağciyər arteriyasının hipertenziyası; Ürəkdaxili kateter müayinəsində: sindroma səbəb ürək qüsurunun aşkarlanması və ya təsdiqlənməsi, ağciyər arteriyasının hipertenziyasının talozolin sınağı ilə xarakterinin müəyyənləşdirilməsi; Xəstəlik proqressiv xarakter daşıyaraq bəd proqnozludur. Xəstələr adətən, xəstəliyin gedişatı nəticəsində meydana çıxan kəskin ürək çatışmazlığından, insultdan tələf olurlar. Eyzenmenger sindromlu qadınlar hamiləlikdən çəkinməlidirlər. Bu hal həm ana və həm də uşaq üçün böyük təhlükədir.
Força Sindical
Força Sindical (port. Força Sindical) və ya qısaca FS — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. Força Sindical 1991-ci ildə Latın Amerikası Əməkçiləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi konqresdə təsis olunub. Həmin konqresdə qitənin aparıcı həmkarlar ittifaqlarının 2 500 nəfərə yaxın lideri və fəalı iştirak edirdi. FS qısa müddətdə ətrafına böyük sayda üzv toplayır. Qurumun əhali arasında qazandığı nüfuz onun bütün aktual məsələləri hər zaman gündəmdə saxlaması ilə bağlıdır. İşçilərin bütün yaş qruplarının gündəlik həyatında baş verən sosial məsələlərə böyük diqqət göstərir; baş qaldıran problemlərin həlli istiqamətində bacardığını edir. Son zamanlar təşkilat öz siyasətində hüquqi resursların qorunması sahəsində fəaliyyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də təşkilatın gündəmindədir.
Fosko Sinibaldi
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…], Hoboken, Nyu Cersi – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.
Giləki sinaqoqu
Giləki sinaqoqu — Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən yəhudi icmasının ibadət evi. Sinaqoqun Gilan bölgəsindən gəlmiş mühacirlər tərəfindən inşa edilmiş olduğu düşünülür. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var, burada isə fərqli tarix — 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, səkkizgüşəli günbəz bu məbədə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq var imiş.
Gmelina sinuata
Gmelina arborea (lat. Gmelina arborea) — dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. Gmelina arborea var. canescens Haines Gmelina arborea var. glaucescens C.B.Clarke Gmelina rheedei Hook.
Görmə siniri
Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir. Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır.
Görüntülər (İbn Sina)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. Ariflərin irfani məqamları "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Digər lüğətlərdə