Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Geomorfoloji Skil
Geotektonik skil
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Skif incəsənəti
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.
Skif padşahlığı
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. Bir assur mənbəsində e.ə.
Skif süitası
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skif qızılı
Skif qızılı və ya tam adı ilə Krım – Qara dənizin qızıl və sirləri — 3 iyul 2013-cü ildə Reyn Regional Muzeyində, daha sonra 7 fevral–31 avqust 2014-cü il tarixləri arasında Amsterdam Universitetinin dəstəyi ilə Allard Pirson Muzeyində baş tutmuş tarixi-mədəni sərgi. Sərgi Ukraynanın altı muzeyi və tarixi-mədəni qoruqlarının kolleksiyalarından təşkil olunmuşdur. Sərgi antik dövrdən erkən orta əsrlərə qədər olan xronoloji çərçivəni əhatə edirdi. 2014-cü ilin əvvəlində Rusiyanın Krımı işğal etməsindən və yarımadanın işğalından sonra sərgi Ukrayna, Allard Pirson Muzeyi və Krım muzeyləri arasında hüquqi mübahisə obyektinə çevrilmişdir. 2014-cü ilin sentyabrında Ukraynanın materik muzeylərinə məxsus sərgi eksponatlarının bir hissəsi Ukraynaya qaytarılmışdır. 14 dekabr 2016-cı ildə Amsterdam məhkəməsi Krımdan olan eksponatların Rusiya tərəfindən işğal olunmuş Krıma deyil, Ukraynaya məxsus olması barədə qərar çıxarmışdır. Bu formatda məhkəmə Ukraynanın müasir tarixində bir ilk idi. Bundan əvvəl Ukrayna tərəfi öz ərazisini işğal edən dövlətlə məhkəmə işləri aparmırdı. "Skif qızılı" altı Ukrayna muzeyindən və tarixi-mədəni qoruqlarından təqdim olunur, o cümlədən: Ukrayna Milli Tarix Muzeyi Odessa Arxeologiya Muzeyi Müvəqqəti olaraq işğal olunmuş Krım muzeyləri: Sevastopolda Xersones Tarix-Arxeoloji Muzey-Qoruğu Kerç Tarix-Arxeologiya Muzeyi Bağçasaray Dövlət Tarix-Mədəniyyət Qoruğu Krım Respublikası Regional Muzeyi Sərgi Ukraynanın mədəni irsinin görkəmli görməli yerlərinin birləşdirildiyi ilk elmi-ekspozisiya və mədəni-maarif platforması idi. Sərgi özü tarixi və siyasi səbəblərə görə uzun əsrlər boyu müxtəlif etnik qrupların və mədəniyyətlərin, qədim və köçəri dünyaların, Şərqlə Qərbin kəsişmə nöqtəsi olan Krımın qədim tarixini işıqlandırmışdır.
Skif İohann
Skif İohann (lat. Iohannes Scytha, yun. Ἰωάννης ὁ Σκύθης; 482 – 498) — V əsrin sonlarında yaşamış Şərqi Roma komandiri və siyasətçisi. Skif İohann Şərqi Roma ordusunun zabiti idi. 482-ci ildə hərbi magistr və ya hərbi işlər komitəsi olaraq, Böyük Teodorix ostqotlarına qarşı döyüşmək üçün mosxiyalılar ilə birlikdə İlliriyaya göndərilmişdir. 483-cü ildə imperator Zinon Şərqdəki hərbi magistrı İlldən xilas olmaq qərarına gəlmiş və onu İohann ilə əvəz etmişdir. 484-cü ildə İll Zinona qarşı üsyana rəhbərlik etmiş və dövlət qulluqçusu Leontini imperator elan etmişdir. İohann və Teodorix böyük bir ordu ilə həmin ilin sentyabrında Antiox yaxınlığında İll və Leontini məğlub etmişdir. İll və Leonti İsavriyaya qaçaraq Papuri qalasına qapanmışdılar. İohann qalanı mühasirəyə almış və 484-cü ilin sonunda o, möhkəmləndirici qüvvələr axtarmaq üçün qaladan qaçan İllin qardaşı Trokundu tutub öldürmüşdür.
Ski Museu
Ski Museu — Xizək ləvazimatlarının nümayiş olunduğu muzey. ABŞ-nin bu mövzuya aid ən böyük kolleksiyaya sahib muzeyi hesab olunur. Burada bütün eksponatlar xronoloji ardıcıllıqla düzülmüşdür. Bu ardıcıllıq Polşada xizək ləvazimatının inkişafında 120 il ərzində baş verən dəyişiklikləri göstərir. Muzeydə həmçinin qış idmanı mövzu haqqında müxtəlif kitablara da arst gəlmək mümkündür. Muzey 1995-ci ildə il bundan əvvəl Siklin şəhərində kolleksioner və yerli sakinlərin dəstəyi nəticəsində yaradılmışdı. Ski Museum of Maine website (ing.) "Skiing Pleasant Mountain" exhibit at Maine Memory Network. (ing.) Associated Press article by Glenn Adams in USA Today. (ing.) Ski Tracks article by Dan Cassidy in Maine Coast Now Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine.
Skif süitası (Prokofiyev)
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skif süitası (Prokofyev)
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Stip-Poynt burnu
Stip-Poynt burnu (ing. Steep Point) — Avstraliya materikinin ucqar qərb nöqtəsi Stip-Poynt burnu İdel-Lend yarımadasında yerləşir. Burunda Ümumdünya irsi olan Şark-Bey yerləşir. İnzibati cəhətdən Avstraliyanın Qərbi Avstraliya ərazisində yerləşir. Pert şəhərindən 1000 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi 50 cənub-qərbə yerləşən Denemdir. Denem Peron yarımadasında yerləşir. Burundan simalda Derk-Harton adası yerləşir. Burunun sahillərini Hind okeanının suları yuyur. Sahilləri sıldırımlıdır.
Sakıp Sabancı muzeyi
Sakıp Sabancı muzeyi (türk. Sakıp Sabancı Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sabancı Universitetinin nərzində, xəttatlıq, dini və dövlət sənədlərinə, eləcə də Osmanlı dövrünə aid rəsmlərə həsr olunmuş özəl təsviri sənət muzeyi. 2002-ci ildə ziyarətçilərin üzünə açılan muzey İstanbulun Boğaziçi boyu ən qədim yaşayış məskənlərindən biri olan Əmirqanda "Atlı Köşk" (At malikanası) deyilən yerdə yerləşir. Muzey Pablo Pikassonun və Avqust Rodinin əsərlərini nümayiş etdirərək dünyanın diqqətini çəkmişdir. 1927-ci ildə italyan memarı Eduard De Nari tərəfindən inşa edilən malikanənin ilk sahibləri Misirli xidivlər ailəsi olub. Uzun illər yay iqamətgahı kimi istifadə edilən villa bir müddət Monteneqro səfirliyi kimi də fəaliyyət göstərib. Hacı Ömər Sabancının 1950-ci ildə aldığı malikanə, elə həmin il fransız heykəltəraş Lui Dümanın 1864-cü ildə düzəltdiyi və bağçaya qoyulduğu at heykəlinə görə "Atlı Köşk" adlandırılmışdır. Binanın ərazisindəki 2-ci at heykəli İstanbulun Sultanəhməd meydanından götürülmüş, 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən talan edilmiş və San Marko Venesiya Kilsəsinin qarşısına qoyulmuş 4 atdan birinin heykəlidir. 1966-cı ildən malikanədə yaşayan Sakıp Sabancı 1998-ci ildə binanı və içindəki zəngin xəttatlıq və rəsm kolleksiyasını muzeyə çevrilmək üçün Sabancı Universitetinə bağışladı. 2002-ci ildə müasir qalereya əlavə edilərək ziyarətçilərin ixtiyarına verilən muzeyin sərgi sahələri 2005-ci ildə genişləndirilərək texniki səviyyədə beynəlxalq standartlara çatdırılıb.
Volter Vilyam Skit
Volter Vilyam Skit (21 noyabr 1835[…], London – 6 oktyabr 1912[…], Kembric) — İngilis filoloqu və Anqlikan diakonu. Dövrünün görkəmli ingilis filoloqu, İngiltərədə ingilis dilinin ali təhsil fənni kimi inkişafında mühüm rol oynamışdır.
Skif-Sibir heyvan üslubu
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. == Mənşəyi == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Kipu
Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino" – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi. Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə təsadüf etdiyi müəyyən olunmuşdu.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
NKPİ
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
QKÇP
Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) − SSRİ-də 1991-ci ilin 18 avqust − 20 avqust tarixləri arasında hakimiyyəti ələ almış 8 nəfər yüksək vəzifəli şəxsdən ibarət qurum. Sonradan "Avqust qiyamı" adı ilə tanınan və dövlət çevrilişi kimi qiymətləndirilən bu qurumun hakimiyyət dövrü cəmi 3 gün davam etmişdir. Qurumu təşkil edənlərdən, intihar etmiş 1 nəfər istisna olmaqla, yerdə qalan digərləri həbs olunsalar da, həbs olunanlardan hamısı daha sonra amnistiya ilə azadlığa buraxılmış və onlardan biri məhkəmə hökmü ilə bəraət almışdır.
Qrip
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür.
Ekiz
Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar.