Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skolioz
Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) — onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.
Skalioz

Kolxoz
Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün 1930–1980-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi. 1979-cu ildə SSRİ-də 26,5 min kolxoz və onların tərkibində 12,9 milyon kolxozçu həyəti var idi. Kolxozlar Vladimir Leninin kooperativ planı əsasında yaradılmışdır. Kolxoz kəndlilər üçün kommunizm məktəbi rolunu oynamışdır. Sovet İttifaqı Kommunist Partiyası Proqramında yazılmışdır: "Kolxoz quruluşu sovet sosialist cəmiyyətinin ayrılmaz hissəsidir. Bu yol V. İ. Leninin göstərdiyi, tarixən yoxlanılmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur, onların tədriclə kommunizmə keşməsi yoludur". == Formaları == SSRİ-də kolxozların 3 forması olmuşdur. Onlar kənd təsərrüfatı kommunası, torpağı birgə becərmək şirkəti (TBŞ), kənd təsərrüfatı arteli. Bunlar arasında əsas fərq istehsal vasitələrinin ictimailəşdirilməsi dərəcəsindən və gəlirlərin bölüşdürülməsi qaydasından ibarətdir.
Skoliya quadripunktata
Scolia quadripunctata (lat. Scolia quadripunctata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin scoliidae fəsiləsinin scolia cinsinə aid heyvan növü. Bədəni 9–10 mm uzunluqda olub, qara rəngli və tüklüdür. 4 ədəd, nadir hallarda 2 ədəd sarı nöqtəsi olur. S.quadripunctata F. səhər saatlarında, 20–21°C temperaturda, Campsoscolia interrupta F. isə səhər vaxtı 27–28°C temperaturda uçmağa başlayır. Skolilərin maksimal fəallığı 28–40°C temperaturlarda qeydə alınır.Abşeron yarımadasının yaşıllıqlarından, o cümlədən bəzək bitkiləri əkilən sahələrdən yığılan materiallara və müşahidələrə əsasən, Abşeronda rast gəldiyimiz zarqanadlılar dəstəsinin scolidae fəsiləsindən olan bu parazit, sahibin sayının aşağı düşməsində demək olar ki, parazitlər içərisində perspektivli parazitlərdən biri hesab olunmuşdur. Ona görə də bu növün bioekoloji xüsusiyyətləri bir qədər geniş öyrənilmişdir. Dekorativ ağac və kol bitkilərinin kök hissəsində torpaqdan yığılan böcək sürfələrindən çıxan və entomoloji torba ilə yığılan materiallara əsasən, parazitlərin təbiətdə uçuşu iyun- iyul aylarında baş verir və 30–35 gün çəkir. Laboratoriya şəraitində lövhəbığların 0,5 litrlik şüşə qabda yerləşdirilən 5 ədəd sürfəsi yanına buraxılan parazitlər cütləşməyə və 5–6 saatdan sonra isə yumurta qoymağa başlayırlar. Müşahidələrə əsasən, dişi fərdlər, sahib sürfələrinin qidalandığı hissəyə toplanırlar və şüşə qabda olan torpaqdan istifadə edərək, bığcıqları vasitəsilə sürfələrin torpağın hansı hissəsində olduğunu hiss edir və həmin yerə girərək iynəsi vasitəsilə sahibi sancıb paralic vəziyyətinə salırlar.
Kolxoz bazarı (Sumqayıt)
Kolxoz bazarı — Sumqayıt şəhərində mövcud olmuş ən böyük ticarət mərkəzlərindən biri. SSRİ dövründə kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımış və bazar Mais adlı başqa bir iş adamına verilmişdir. Lakin 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtmışdır. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb, onun yerində böyük ticarət mərkəzini – "Karvan"ı tikdirmişdir.
Bizim kolxoz (film, 1959)
Bizim kolxoz qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1959-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir. == Məzmun == Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir.
Kolxoz Quş Fermaları (1952)
Kolxoz quş fermaları (film, 1952)
Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)