Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Körebe
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Skopye
Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölkənin siyasi, mədəni, iqtisadi və elmi mərkəzi hesab olunur. Skopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir. Şəhər mərkəzinə yaxın ərazidə yerləşən Skopye qalasının yaxınlığında Neolit dövrünə aid insan məskənlərinin tapılması da bunu sübut edir.
Şkoder
Şkoder və ya İşkodra — Albaniyada şəhər. Paytaxt Tirana ilə Şkoderin arası 1,5 saat təşkil edir. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Şəhərin 100 min əhalisi var. Balkanların ən böyük gölü olan Şkoder gölü (və ya Skadar gölü) də bu şəhərdə yerləşir. Gölün yarısı Albaniya, yarısı isə Monteneqro ərazisinə düşür. Osmanlılar bu əraziləri tərk edən zaman Albaniyanın bəzi bölgələri ilə yanaşı gölün də bir hissəsi bu ölkə ərazisində qalıb. Şkoder qalası çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Məscidi hazırda yararsız haldadır. Qaladan baxdıqda gözəl mənzərələr insanı valeh edir.
Körpə
Körpə — dişi və erkək insanın (qadın və kişinin) rəsmi və ya qeyri-rəsmi nikahından sonra anadan olur. Körpələr anadan olmazdan əvvəl dişi insan 9 aylıq bir dövr keçirir. Bu, hamiləlikdir. Körpələr dünyaya gələn zaman çox zəif dəriyə malik olurlar. Onlar 3 aylıq olanadək ətrafı ağ-qara görürlər.
Skreb
Skreb — Avstraliyanın quraqlıq rayonlarında həmişəyaşıl kol bitkilərindən, xırda ekvalipt və akasiya ağaclarından ibarət meşədir.
Sorbe
Sorbe və ya şərbət (fr. sorbet) – dondurulmuş desert. Şəkərli sirop və ya meyvə şirəsindən, püredən hazırlanır. Həmçinin şampan, şərab, konyak əlavə edərək də istifadə edilə bilər. Bəzən sorbe soyuq halda tam dondurulmadan istifadə edilir. Onu çox vaxt yemək çeşidləri arasında verirlər. Çünki o həzmə yaxşı təsir edir. Tamamiylə sorbe dondurulmuş olduğu üçün dondurma kimi desertdir. Ərəb sözü olan şərbət, soyuq alkoqolsuz içkidir. Avropaya ilk dəfə XVI əsrdə Turkiyədən dəyişilmiş şəkildə gəlib çıxmışdır.
Sorxə
Sorxə (Bostanabad) — İranda kənd. Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir. ‎Baba Sorxə (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Şpree
Şpre (alm. Spree‎) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Korea
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Esege
Şəvqo
Şəvqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Şav (şəv) talış dilində "gecə", qo "yer" deməkdir.
Daşkörpü (Skopye)
Daşkörpü — Fateh körpüsü və ya Fateh Sultan Mehmet körpüsü Vardar çayı üzərində, Skopye şəhər mərkəzində yerləşən tarixi Osmanlı körpüsü. Skopyenin rəmzlərindən biri hesab olunur. == Memarlıq == Körpü qatı daşdan ibarət olan bloklardan və 12 ədəd yarım yay kəmərə bağlanan sabit, qatı sütunlardan ibarətdir. Tikinti, 214 metr uzunluğa və 6 metr genişliyə malikdir. Körpünün ortasında olan kitabə hissəsi yenidən tikilmişdir. 1451-1469-ci illərdə II Mehmetin himayəsi və nəzarəti altında inşa edilmişdir. Bəzi qaynaqlara görə körpü Memar Sinan tərəfindən inşa edildiyi deyilməkdədir. 13 kəmər gözü yəni 12 kəməri olan körpünün kəmər Açılış isə mərkəzə doğru genişlənməkdə və yüksəlməkdədir. Körpünün ümumi uzunluğu 220 metrdir. Kəmər Açılış baxımından ən kiçik açıqlıq 4,05 metr ən böyük açıqlıq isə 13,48 metrdir.
Fedde Skurer
Fedde Skurer (d. 25 iyul 1898, Draxten – ö. 19 mart 1968, Herenven) — Niderlandlı yazıçı, jurnalist və siyasətçi. == Həyatı == İkinci dünya müharibəsi zamanı Amsterdamda, Hollandiya müqavimət hərəkatında iştirak etmişdir. O, 1935-1936-cı illərdə Şimali Hollandiyada bir il müddətində əyalət məclisinin üzvü vəzifəsində çalışıb. Müharibədən sonra o Frislandda qayıdır və jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Frieslanddan olan əksər insanlar kimi, onun da ana dili friz dili idi..
Martin Skorseze
Martin Çarlz Skorseze (ing. Martin Charles Scorsese 17 noyabr 1942[…], Kuins, Nyu-York ştatı, ABŞ) — ABŞ rejissoru.
Skofel Payk
Skofel Payk — 978 metr hündürlüyü ilə İngiltərənin ən hündür zirvəsidir. Bu dağ Göl Bölgəsi Milli Parkında yerləşir.
Skopye gerbi
Skopye gerbi (mak. Грб на Скопје) — Makedoniyanın paytaxtı və ən böyük şəhəri olan Skopyenin simvollarından biri. Gerbin lövhəsi alman qalxanından ibarətdir. Qalxanın yuxarı hissəsi qövsvari şəkildə olub içəri girir, sağ və sol yuxarı güclər italik xətlərdən ibarətdir. Gerbdə bu simvolları görmək olar: Daşkörpü Skopye qalası Vardar çayı Başıqarlı dağlar Şəhər bayrağında Skopyenin gerbini də görmək olar. Bu gerbdən ilk dəfə rəsmi şəkildə 1970-ci ildə istifadə olunmuşdur.
Skopye şəhəri
Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölkənin siyasi, mədəni, iqtisadi və elmi mərkəzi hesab olunur. Skopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir. Şəhər mərkəzinə yaxın ərazidə yerləşən Skopye qalasının yaxınlığında Neolit dövrünə aid insan məskənlərinin tapılması da bunu sübut edir.
Skordi məryəmnoxudu
Skordi məryəmnoxudu (lat. Teucrium scordium) - məryəmnoxudu cinsinə aid bitki növü.
Typhlodromips shoreae
Şkoder vilayəti
Şkoder vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1913-cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Şkoder şəhəri idi.
Tokyo Skytree
Tokyo Skytree, ( İvrit :東京スカイツリー, Tokyo Sükan Tsurī), indi Yaponiyanın ən yüksək və dünyada Bürc Xəlifə "dən sonra ən yüksək 2-ci binası. 634 m yüksəkliyə sahibdir. Gecə saatlarında LED işıqları ilə işıqlandırılır. Əslində, Tokio teleqülləsi ilə eyni vəzifəni daşıyır. Tokyo qülləsi 333 m, Tokyo Skytree isə 634 m hündürlüyə sahibdir. Tokyo Skytreenin 5 əsas dizaynı vardır. Yaponiya dizaynını və ənənəvi gözəlliyini göstərir. Şəhərin dirçəlişi üçün katalizator rolunu oynayır.. Zəlzələyə çox davamlıdır. Çox güclü küləklərə davam edə bilər.
Şkoder gölü
Şkoder gölü (alb. Shkodër) — Monteneqro və Albaniya ərazisində yerləşən Balkan yarımadasındakı ən böyük göl. Gölün su səthinin sahəsi təxminən 390 km²-dir, lakin qış daşqınları zamanı 530 km²-ə qədər arta bilir. Orta hesabla ərazisi 475 km²-dir ki, bunun da gölün təxminən 2/3 hissəsi Monteneqroya, qalan hissəsi isə Albaniyaya aiddir. Şkoder gölünün üçüncü və ya dördüncü dövrlərdə tektonik hövzədə əhəngdaşı süxurlarının əriməsi nəticəsində əmələ gəldiyi güman edilir. Əvvəllər göl Adriatik dənizinin körfəzi idi, lakin hazırda ondan allüvial çöküntülərlə ayrılır. Sahilinin ümumi uzunluğu 168 km-dir: Monteneqroda 110,5 km, Albaniyada isə 57,5 ​​km-dir. Gölün qərbi və cənub-qərbində Dinar dağları, bataqlıqlı şimal sahillərində isə Monteneqronun əsas şəhəri Podqoritsa yerləşir. Gölün şimal-şərq hissəsində Prokletie dağlarının ətəkləri boyu uzanan Xotit körfəzi yerləşir. gölün şərq sahilləri isə bataqlıqdır.
Skopye zooparkı
Skopye zooparkı (mak. Зоолошка градина Скопје; alb. Kopshti zoologjik Shkup) – Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən zoopark. Şəhər parkının yaxınlığında yerləşir və 12 hektar sahəni əhatə edir. Zooparkda 85 növə mənsub olan 500-dən çox heyvan qorunur. Skopyke zooparkının əsası 1926-cı ildə üç nəfərdən ibarət olan, Stanko Karamanın rəhbərlik etdiyi komisiya tərəfindən qoyulmuşdur. Zoopark açılanda cəmi 4 hektar sahəni əhatə edirdi və burada sadəcə hədiyyə kimi təqdim olunmuş bir neçə heyvan sərgilənirdi. 1965-ci ildə Skopye şəhər şurasının qərarından və 1966-cı ildə şəhər ərazisinin genişləndirilməsindən sonra Skopye zooparkının sahəsi indiki vəziyyətə çatmışdır. Skopye zooparkı uzun illər burada saxlanılan heyvanlar üçün mövcud olan pis şəraitə görə tənqid olunmuşdur. Zooparkda saxlanılmış yeganə fil Belqrad zooparkından transfer edildikdən bir il sonra 23 yaşında ölmüşdür.
Korey Frieşuk
Korey Frieşuk (26 yanvar 1994) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Korey Frieşuk Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korey Frieşuk 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 89-cu yeri tutdu.