Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir. İngilis və Fransız dilləri iki rəsmi dildir. == Şuranın orqanları == Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA). Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi Nazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. == İdarəçilər == İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10–12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Krasin adası
Krasin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının mərkəzi hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şərq qutaracağını təşkil edir. Şimaldan, qərbdən və cənub-qərbdən qrupun digər adaları ilə əgatələnmişdir: Ukromnıy adası, Vitte adası, Kovalevski adası, Brandvaxta adası, Savvı Loşkin adası (Melkiy boğazı ilə), Ledokol adası və Oktyabr adası. Şərqində Paxtusov adaları: Dobrınya Nikitin adası, Truvor adası və Silaç adası, cənub-şərqində Vilkis adaları: Novıy adası və Çabak adası (Radzeevski boğazı ilə ayrılır). == Ümumi məlumat == Qərbdən şərqə uzadılmış formaya malikdir. Mərkəzi və şərq hissələrində şimala uzanan iki yarımadası vardır.
Leonid Krasin
Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870, Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d] – 24 noyabr 1926[…], London) — sovet mühəndisi, diplomat. == Həyatı == Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi. Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. == Funksiyaları == Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır. Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. == İdarəetmə == == Üzvləri == Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. === Mediator === Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir. Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Teylor sırası
Teylor sırası — riyaziyyatda bir funksiyanın, o funksiyanın həddlərinin bir nöqtədəki törəmələrinin qiymətlərindən hesablanan sonsuz toplamı şəklində yazılması formasında açılımdır. Adını ingilis riyaziyyatçı Bruk Teylordan almışdır. Əgər sıra sıfır mərkəzlidirsə ( a = 0 {\displaystyle a=0} ), Teylor sırası daha sadə bir hal alar və bu xüsusi hala şotland riyaziyyatçı Kolin Maklarenə istinad olaraq Maklaren sırası deyilir. Bir silsilənin hədlərindən sonlu bir say qədərini istifadə etmək bu silsiləni bir funksiyaya yığmaq üçün ümumi bir üsuldur. Hər dərəcədən törəməsi olan, həqiqi ya da kompleks bir f ( x ) {\displaystyle f(x)} funskiyasının a həqiqi ya da kompleks bir ədəd olmaq şərtilə ( a − r , a + r ) {\displaystyle (a-r,a+r)} intervalındakı Teylor sırası aşağıdakı şəkildə təyin edilir tanımlanmıştır: f ( x ) = f ( a ) + f ′ ( a ) 1 ! ( x − a ) + f ″ ( a ) 2 ! ( x − a ) 2 + … + f ( n ) ( a ) n ! ( x − a ) n + … {\displaystyle f(x)=f(a)+{\frac {f'(a)}{1!}}(x-a)+{\frac {f''(a)}{2!}}(x-a)^{2}+\ldots +{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}+\ldots } Daha nizamlı bir forma olan Siqma təqdimatı ilə isə belə yazılır: = ∑ n = 0 ∞ f ( n ) ( a ) n ! ( x − a ) n {\displaystyle =\sum _{n=0}^{\infty }{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}} Burada n ! {\displaystyle n!} , n faktorialı; ƒ (n)(a) isə f funksiyasının n-ci dərəcədən törəməsinin a nöqtəsindəki qiymətini bildirir.
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Z-sırası
Z-sırası (ing. z-order, ru. z-порядок – qrafik obyektlərin müşahidəçiyə nəzərən yerləşməsi ardıcıllığını bildirən termin. Z-sırası hansı obyektin o birilərlə müqayisədə öndə, yaxud arxada olmasını təyin edir. Başlıca olaraq, kompüter qrafikasında və qrafik interfeyslərin proqramlaşdırılmasında, o cümlədən, veb-dizaynda tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. == Tarixi == İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya "lövbər valyutası" deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Ekspertlər şurası
Ekspertlər şurası (farsca: مجلس خبرگان رهبری, Rom: Meclis-i Hubregan-i Rehberi) İranın Ali Rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə onu vəzifəsindən azad edə bilən konstitusiya orqanıdır. Ekspertlər şurası səkkiz ildən bir birbaşa olaraq xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarət bir orqandır. Ekspertlər şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması, üzvlərinin yarısının İranın Ali-Dini Rəhbəri tərəfindən təyin edildiyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən yoxlanılır və təsdiqlənir. Məhz buna görə də, şura bu günə qədər Dini Rəhbərə heç vaxt nəzarət etməmişdir. Ekspertlər şurasının hal-hazırkı sədri Əhməd Cənnətidir.
Elrond Şurası
"Elrond Şurası" — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının 2-ci kitabının ikinci fəsli. Bu, təxminən 15,000 sözdən ibarət həmin kitabdakı ən uzun fəsildir və Tək Üzüyün gücünü və təhlükəsini izah etmək, Üzük qardaşlığının son üzvlərini tanıtmaq və onu məhv etmək üçün planlaşdırılan axtarışı müəyyən etmək üçün vacibdir. "Göstər, demə" maksimindən fərqli olaraq, fəsil əsasən danışanlardan ibarətdir; hərəkət, əvvəlki "Keçmişin kölgəsi" fəslində olduğu kimi, əsasən sehrbaz Qandalf tərəfindən rəvayət olunur. Bu fəsil "Hobbit"dəki daha sadə Beorn fəsli ilə paraleldir, o da eyni şəkildə müasirin (hobbitin vasitəçiliyi ilə) qədim (qəhrəman Beorn) ilə mədəniyyət toqquşmasını təqdim edir.
Skandinav Şurası
Skandinav Şurası — skandinav ölkələri arasında rəsmi parlamentlərarası əməkdaşlıq təşkilatı. 1952-ci ildə təsis edilmişdir. Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçdən əlavə Farer adaları, Qrenlandiya və Aland adaları muxtar ərazilərindən 87 nümayədədən ibarətdir. Nümayəndələr öz ölkələrinin və yaxud ərazilərinin parlamentlərinin üzvüdür və bu parlamentlər tərəfindən seçilirlər. Şuranın rəsmi dilləri dan dili, fin dili, island dili, norveç dili və isveç dilidir. 1971-ci ildə şuranı tamamlamaq üçün hökumətlərarası forum olan Skandinav Nazirlər Şurası yaradılmışdır. Şura və Nazirlər Şurası Almaniyanın Şlezviq-Holşteyn əyaləti, Benilüks ölkələri və Baltik ölkələri də daxil olmaqla Şimali Avropadakı qonşu bölgələrlə müxtəlif əməkdaşlıqlar edir.
Cihad Şurası
Cihad Şurası — "Hizbullah"da qrupların hərbi və təhlükəsizlik fəaliyyətlərinə rəhbərlik etməkdən məsul şura. Bu həmçinin, təşkilatın müxtəlif mülki şöbələrinə əhəmiyyətli təsir göstərir və qruplaşmanın əsas himayədarı olan İran daxil olmaqla, xarici tərəfdaşlarla əlaqələr saxlayır. 1995-ci ildə yaradılan şura "Hizbullah"ın baş katibinin birbaşa nəzarəti altında fəaliyyət göstərir və "Hizbullah"ın Şurasına tabedir. Cihad Şurası İsrail ərazisi və Fələstin İdarəsi daxilində əməliyyatlar aparan, Livanda yaşayan fələstinliləri hərbi missiyalara cəlb edən və İsrail hədəflərinə qarşı fəaliyyətlər həyata keçirmək üçün Şərqi Avropada kəşfiyyat məlumatlarını toplayan 133-cü bölmə də daxil olmaqla, İsrailə qarşı fəaliyyətlərdə iştirak edir. Şuranın fəaliyyəti "Hizbullah"ın İsrailə qarşı və daha geniş regional kontekstdə fəaliyyətində onun strateji rolunu vurğulayır.
Gürcü Milli Şurası
Gürcü Milli Şurası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Bakıda fəaliyyət göstərən milli şuralardan biri. == Haqqında == 1918-ci ilin aprelində gürcü icması tərəfindən yaradılmışdı. Şura Bakıda yaşayan gürcülər arasında geniş mədəni-maarif işi aparmış, o cümlədən gürcü məktəbi açmış, öz soydaşlarına himayədarlıq etmiş, imkan daxilində hər cür yardım göstərmişdi. Şuranın sədri Konstantin Dimitriyeviç Mikeladze idi. Sayca az olmalarına baxmayaraq, ölkədə yaşayan gürcülərin mənafeyini təmsil etdiyi üçün Gürcü Milli Şurasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə 1 nəfər deputat (Tsxokaya Qriqori İvanoviç) daxil edilmişdi. Erməni Milli Şurasında fərqli olaraq, Gürcü Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştirak etməmişdir. == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Hindistan Memarlıq Şurası
Hindistan Memarlıq Şurası — Hindistanda memarlıq sahəsi ilə bağlı əsas qurum. == Tarixi == 1972-ci ildə Hindistan Federativ Respublikasının Parlamenti tərəfindən təsis edilmişdir. == Fəaliyyəti == Ölkədəki bütün memarların Memarlıq Şurasında qeydiyyatdan keçməsi nəzərdə tutulur. Memarların qeydiyyatını aparmaqla yanaşı, bu Şura, ekspertlər komitəsi vasitəsilə memarlıq sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələrində müvafiq standartlara riayət olunmasına da nəzarət edir.
Körfəz Əməkdaşlıq Şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Kürd Milli Şurası
Kürd Milli Şurası (kürd. Encûmena Niştimanî ya Kurdî li Sûriyê, ENKS; ərəb. المجلس الوطني الكوردي‎, translit. al-Majlis al-Waṭaniyy Al-Kurdi) — Suriyada kürd siyasi partiyası. ENKS Suriyada vətəndaş müharibəsinin ilk illərində hakim Demokratik Birlik Partiyasından (PYD) daha çox beynəlxalq dəstəyə sahib idi. Buna baxmayaraq, yerli xalq tərəfindən PYD-yə verilən böyük dəstək ENKS-nin Suriya Kürdüstanındakı nüfuzunu dağıtmışdır. 2012-ci ildən sonra ENKS-in iddia edilən avtoritar və kürd milliy'tçi siyasəti bir çox siyasi partiyanın onu tərk etməsinə səbəb olmuşdur. İllər keçdikcə partiyanın üzvlüyü azalmış və bir çox tərəfdarını itirmişdir. ENKS-dən ayrılan qruplar arasında 2015-ci ildə Kürd Demokratik Proqressiv Partiyası, 2016-cı ildə Suriyada Kürd Milli İttifaqı və Suriya Yezidi Şurası var idi. Nəticədə, 2017-ci ilə qədər ENKS-nin Suriya Demokratik Şurasında yalnız iki yeri qalmışdır.