Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabo
Sabo (fr. sabot) — əsasən taxtadan düzəldilən başmaq. Orta əsrlərdə Avropada kasıb və orta təbəqədən olan insanlar arasında geniş yayılmışdı. Müasir dövrdə sabo dedikdə yalnız taxtadan hazırlanmış ayaqqabı deyil, həmçinin arxa tərəfi açıq, dəridən və digər müasir materiallardan hazırlanmış başmaqlar da nəzərdə tutulur.
Teo Siabo
Aleksander Sabo
Şandor (Aleksandr) Sabo (mac. Szabó Sándor, slovak. Alexander Szabó; 4 yanvar 1906, Kоşitsе, Transleytaniya – 16 oktyabr 1966, Los-Anceles, Kaliforniya) — macar, çexoslovak və amerika güləşçisi, Avropa çempionu. == Həyatı == 1906-cı ildə Koşitsedə doğuldu, hansı ki, o vaxtı Avstriya-Macarıstana aid idi, Birinci Dünya Müharibəsindən sonra isə yeni dövlət Çexoslovakiyanın ərazisində oldu; milliyyətcə macar idi. 1925-ci ildə Çexoslovakiya çempionu oldu. 1926-cı ildə Avropa Çempionatının gümüş medalına sahibi oldu. 1927-ci ildə Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında iştirak etməli idi, amma idman nazirliyi seçimi onun xeyirinə etmədi. 1929-cu ildən Budapeştə yaşadı və orada amerikalı sahibkalarının təklif etdiyi peşəkar güləşçi karyerasına başladı. Həmin il Hamburqdan Nyu-Yorka köçdü və çoxillik peşəkar karyerasına başladı.
Lörints Sabo
Lörints Sabo (mac. gáborjáni Szabó Lőrinc; 31 mart 1900, Mişkolç, Borşod-Abauy-Zemplen – 3 oktyabr 1957[…], Budapeşt) — Macar yazıçısı və tərcüməçi. == Həyatı == Lörints Sabo Macarıstanın Mişkolç şəhərində anadan olmuşdur. Üç yaşı olarkən ailəsi Balaşşadyarmat şəhərinə köçür. Balaşşadyarmat və Debreçen şəhərlərində məktəbə gedir. Budapeştdə Eötvöş Lorand Universitetində təhsil aldı. Burada Mihay Babiç ilə dostluq etməyə başladı. O, öz təhsilini tamamlamadı; əvəzində 1921-ci ildə Layoş Mikeşin qızı olan Klara Mikeş ilə ailə həyatı qurduqdan bir müddət sonra Az Est mətbəəsində işləməyə başladı. 1944-cü ilə qədər burada fəaliyyət göstərdi. 1927 və 1928-ci illər arasında Pandora mətbəəsinin yaradıcısı və redaktoru olmuşdur.
Maqda Sabo
Maqda Sabo (mac. Szabó Magda, 5 oktyabr 1917[…], Debretsen – 19 noyabr 2007[…], Budapeşt) - macar yazıçısı. == Həyatı == Maqda Sabo 5 oktyabr 1917-ci ildə Macarıstanın Debreçen şəhərində anadan olmuşdur. O 1940-cı ildə Debreçen Universitetinin "Latın və Macar dili" fakültəsini bitirmiş, eyni il Debreçendəki protestant qız məktəbində müəllimə kimi işləməyə başlamışdır. 1945-1949-cu illərdə Maqda Din və Təhsil nazirliyində çalışmışdır. Maqda Sabo 1947-ci ildə Tibor Sabotka adlı tərcüməçi ilə ailə həyatı qurmuşdur. O 19 noyabr 2007-ci ildə Budapeştdəki evində 90 yaşında vəfat etmişdir. == Əsərləri == O, "Freska" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Onun ilk povesti "Freska" 1958-ci ildə işıq üzü görüb. Uzun illər onun əsərləri macar diktatoru Matyaş Rakoşi tərəfindən qadağan olunub.
Art Labo Fukui
Fukui Şəhər İncəsənət Muzeyi (福井市美術館, Fukui-şi Bicutsukan) və ya Art Labo Fukui – Yaponiyanın Fukui şəhərində yerləşən incəsənət muzeyi. == Tarixi == Muzey binası 1993–1996-cı illərdə tikilmiş və Kişo Kurokava tərəfindən dizayn edilmişdir. Muzey 1997-ci ildə açılmışdır. == Xüsusiyyətlər == Muzey bir yeraltı mərtəbədə, üç yerüstü mərtəbə və bir penthauz mərtəbəsindən ibarətdir. Burada uşaq və vətəndaş atelyelələri, auditoriya, kafe, daimi və xüsusi sərgi zalları, giriş zalı yerləşir. Muzey binasının sahəsi 3147,75 m², muzeyin ümumi döşəmə sahəsi 5262,84 m² təşkil edir. Muzey ictimai parkda yerləşir. Muzey sərgisinin əsasını fukuili heykəltaraş Hiroatsu Takatanın işləri təşkil edir. Muzey "Simbioz konsepsiyası" mövzusu üzrə yaradıldığı üçün binanın eksteryeri şüşədən tikilmişdir. Bu, həm də sənətçilərin əsərlərinin çöldən də görünməsi üçün nəzərdə tutulmuşdur.
Malabo
Malabo (Malabo) (1973-cü ilədək Santa-İsabel, Santa Isabel) — Ekvatorial Qvineyanın paytaxtı; Atlantik okeanında olan Bioko adasında yerləşir. Şimali Bioko əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhali artımı — 40 min nəfər (1986), 60 065 nəfər (1994), 132 440 nəfər (2001), 187 302 nəfər (2012). == Tarixi == 1827-ci ildə ingilislər tərəfindən Port-Klarens qəsəbəsi kimi salınıb. 1843—1968-ci illərdə İspaniya Qvineyasının inzibati mərkəzi olub.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Salmo
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Seybo
Seybo (歳暮) və ya oseybo (御歳暮) — Yaponiyada ilin sonunda hədiyyə vermək adəti. "Seybo" sözünün mənası "ilin sonu" deməkdir. İlin sonunda verilən hədiyyə həmin il göstərilmiş yaxşılıqların qarşılığında təqdim olunan təşəkkürün bir ifadəsi hesab olunur. Keçmişdə Yaponiyada əcdadların üzərinə sake, oniqiri, balıq kimi məhsullar qoyurdular və insanlar bu məhsulları ehtiyacı olanlarla paylayırdılar. Bu adət daha sonra seybo adətinə təkamül etmişdir. Seybo adətən sosial cəhətdən daha yuxarı mərtəbədə qərarlaşan evlilik vasitəçisi, ailə həkimi, ev sahibi kimi şəxslərə və ya ikebana, çay mərasimi kimi incəsənət sahələri ilə məşğul olan müəllimlərə təqdim olunur. Bu şəxslərə seybo ilə yanaşı ilin ortasında çuqen adlı hədiyyə də verilir. Sosial cəhətdən daha yuxarı mərtəbədə qərarlaşan şəxslər də başqalarına seybo təqdim edə bilərlər. Belə seybolar ailə və ya biznes əlaqələri münasibətilə verilən seybolar hesab olunur. Seybo kimi əsasən yemək və ya sabun, dəsmal kimi gündəlik həyatda istifadə olunan məhsullar verilir.
Silab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
İzabo
İzabo — İsraili Avraviziya 2012-də "İzabo" rok qrupu "Time" mahnısı ilə təmsil etdi. Qrup 4 musiqiçidən-Ran Shem-Tov (vokal və gitara), Shiri Hadar (klavir), Jonathan Levy (bas gitara) və Nir Mantzurdan (baraban) ibarətdir.
Şabon
Şabon (fr. Châbons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38065. Kommunanın 2012-ci il üçün əhalisi 1978 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 386 ilə 687 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Şalaxo
Şalaxo, Şələqoy və ya Şələküm — Cənubi Qafqaz və Azərbaycanda məşhur olan rəqs. Şalaxoyun ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. İğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (1940) baletində də yer alıb. Şalaxo Cənubi Qafqazda məşhur olan rəqslərindən biridir.
Slate
Slate — cari hadisələri, siyasət və mədəniyyəti əhatə edən ABŞ onlayn nəşri. 1996-cı ildə "The New Republic" nəşrinin keçmiş redaktoru Maykl Kinsli tərəfindən yaradılmışdır. Resurs əvvəlcə "Microsoft"a məxsus idi və MSN-nin bir hissəsi idi. 21 dekabr 2004 cü ildə nəşr "The Washington Post Company" tərəfindən satın alınmış və sonradan adı dəyişdirilərək "Graham Holdings Company" olmuşdur. "Slate" 4 iyun 2008 ci ildə "Graham Holdings Company" tərəfindən təsis edilmiş "The Slate Group" tərəfindən təhvil alınmışdır. "Slate"in baş ofisi Nyu Yorkda yerləşir və həmçinin Vaşinqtonda nümayəndəliyi var.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Euseius plazo
Euseius plazo (lat. Euseius plazo) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fujimi Shobo
Fujimi Shobo (富士見書房) və ya keçmiş adı ilə Fujimi Shobo Co., Ltd. (株式会社富士見書房, Kabushiki gaisha Fujimi Shobō) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Manqa, ranobe, rol və kart oyunları nəşr edir. Nəşriyyat 1991-ci ildə Kadokawa Shoten nəşriyyatının filialı kimi fəaliyyətə başlamışdır. Fujimi Shobo 1 oktyabr 2013-cü ildə səkkiz şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.
Lycopodium selago
Huperzia selago (lat. Huperzia selago) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin huperzia cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. == Botaniki xarakteristikası == Çoxillik sporlu həmişəyaşıl ot bitkisidir. Zəif inkişaf edən kök sistemi vardır. Gövdəsi yabaşəkilli budaqlanan, düzqalxan, hündürlüyü 5-30 sm, yarpaqlarının eninə ölçüsü 0,6-0,8 sm-dir. Yarpaqları kiçik, çəpinə, xətti-neştərşəkilli, itiuclu, bütövkənarlı və ya zəif, kiçik dişli, dəricikli, parıldayan olub, uzunluğu 2,5-10mm, eni isə 0,7-1,5 mm-dir.
Lyu Syaobo
Lyu Syaobo (Sadə Çin dilində: 刘晓波; Ənənəvi Çin dilində: 劉曉波; 28 dekabr 1955[…], Çanqçun – 13 iyul 2017[…], Şenyan) — Çinli intellektual və insan haqları müdafiəçisi. 2010-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. == Həyatı == Lyu Syaobo, Çində demokratiya, insan haqları müdafiəçilərinin qabaqcıllarından biridir. Müxalif düşüncələri və fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs olunub. ABŞda olmasına baxmayaraq 1989-cu ildə ölkəsinə qayıtmış, 1989-cu il Tyananmen meydanı hadisələrinə də qoşulmuşdu. Müstəqil Çin PEN Mərkəzinə 2003-cü ildən bəri başçılıq edən Lyu Syaobo 8 dekabr 2008-ci il tarixində 303 çinli intellektualla birlikdə imzaladığı Çinin demokratikləşməsini təklif edən 08 sazişi səbəbilə nəzarətə alınmış, 23 iyun 2009-cu il tarixində də 11 illik həbs cəzası almışdır. Lyu Syaobo Nobel Sülh mükafatını həbsxanada ikən qazanmışdır. Nobel Komitəsi tərəfindən 2010-cu ilin Nobel Sülh mükafatına layiq görülən Syaobonun bu mükafatı almasının səbəbi, "Çindəki təməl insan haqları uğrunda icra etdiyi şiddət əleyhdarı və uzun nəfəsli mübarizəsi" olaraq izah edilmişdir. Syaobo 13 iyul 2017-ci ildə 61 yaşında Şenyan şəhər xəstəxanasında qaraciyər xərçəngindən vəfat edib.