Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Kim Sowol
Lyubov Sobol
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Şoko Asahara
Şoko Asahara (yap. 麻原 彰晃) yaxud Çizuo Matsumoto (yap. 松本 智津夫) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb. 1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli "zarin" qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb. Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər. A Japan Times article Arxivləşdirilib 2005-11-28 at the Wayback Machine about two documentary films on Aleph BBC profile of Asahara A,a documentary film about Asahara made in 1998 by Tatsuya Mori — Internet Movie Database saytında.
Şoko Hamada
Shoko Hamada — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya qadın milli komandasının heyətində 2 oyun keçirib.
Şoko Mikami
Şoko Mikami (d. 8 yanvar 1981) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
Sobol, Lyubov Eduardovna
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
Soko Qrad (Sokobanya)
Soko Qrad (serb-kiril. Соко Град) ― Serbiyanın Sokobanya kurort şəhərindən 2 kilometr şərqdə yerləşən orta əsr şəhəri və qalası. Qala 1982-ci ildə "böyük əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Qala VI əsrdə Şərqi Roma imperatoru I Yustinian dövründə avarların və slavyanların Balkan yarımadasına hücum etməsinin qarşısını almaq üçün inşa edilmişdir. Ərazi 1172-ci ildə Stefan Nemanya tərəfindən işğal edildi və orta əsr Serbiya dövlətinin bir hissəsi oldu. Boqomilçilərin Serbiyadan qovulması zamanı Nemanya boqomil olan Soko administratoru ilə toqquşdu. Soko Qrad 1398-ci ildə isə Osmanlı imperiyası tərəfindən işğal etdi. Şəhər şiddətli Osmanlı hücumu nəticəsində dağılmışdır. Bu gün görünən yeganə xüsusiyyətlər qalanın qapısı, divarları və üç qülləsi olan yuxarı şəhərin qalıqlarıdır. Soko Qrad sözünün mənası "şahin şəhəri" deməkdir.
Qoqol-moqol
Qoqol-moqol- Alman sözüdür, mənası qarışdırmaq deməkdir.Yumurtanın sarısı ilə şəkərdən hazırlanan yeməkdir. Müxtəlif komponentləri(ərzaqarı): şərab, bal, vanilin, kakao, süd, çörək , meyvə və meyvə şirələrini də əlavə etməklə hazırlamaq olar. Maks Fasmerin lüğəti bu adların mənşəyini bir neçə versiyasını gətirir: ingilis dilində hooq-muq, hooqle-polyak dilindən koqel-moqel, alman dilindən Kuddelmudel (qarışıq) kokteylin ixtirasını almanlar alman şirniyyatçısı Manfred Kökenbauerin adına yazırlar. Əfsanəyə əsasən Moqilyovda Qoqel familiyasında kantor (dini müğənni) öz səsini itirmişdi və boğazını müalicə etmək üçün belə bir resept icad etmişdi. Bu əfsanənin başqa versiyasına görə qrafinaya Bronislava Potoskaya Bolşoy Svorotdan bu resepti bir az müasirləşdirib balı,çörəklə əvəz edib və adını dəyişdirərək "qoqel-moqil" əvəzinə "qoqol-moqol" qoyub.
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Bokel
Bokel — Almaniyanın şimalında Şlezviq-Holşteyn əyalətində, Rendsburg-Eckernförde-yə bağlı bir bölgə. == Ərazisi == 15.27 km² əraziyə malikdir. == Əhalisi == Əhalisi 3 iyul 2006-cı ilin məlumatına əsasən 690 olaraq qeyd edilmişdir. == Bələdiyyə == Bələdiyyə Başçılığı Klaus-Detlef Kahl tərəfindən icra edilməkdədir.
Bokmol
Norveç dili (norsk), Norveçdə danışılan və Skandinav dilləri ailəsinə aid olan bir dildir. Norveç dili, təxminən 5 milyon insan tərəfindən danışılır və Norveçin rəsmi dilidir. Norveç dilinin iki əsas yazılı forması var: Bokmål və Nynorsk. == Tarixi == Norveç dilinin tarixi qədim Nordik dillərinə dayanır. Qədim Norveç dili, Viking dövründə (təxminən 800-1050-ci illər) danışılan qədim Şimal German dilinin bir forması idi. 14-cü əsrdə Norveç Danimarka hakimiyyətinə keçdikdən sonra, Danimarka dili Norveçdə də təsirini göstərmişdir. === Qədim Norveç dili === Qədim Norveç dili dövrü, runik əlifba ilə yazılmış və əsasən epik şeirlər və qanunlarla əlaqəli mətnlərdə istifadə edilmişdir. Bu dövrdə dil, digər Skandinav dilləri ilə çox yaxın idi və demək olar ki, fərqlənmirdi. === Orta Norveç dili === Orta Norveç dili dövrü, Norveçin Danimarka hakimiyyətinə keçməsi ilə başlamışdır. Bu dövrdə Danimarka dili Norveçdə rəsmi dil olaraq istifadə edilmişdir və Norveç dili ilə Danimarka dili arasında böyük fərqlər yaranmışdır.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Kokal
Kokal (q.yun. Κώκαλος) — yunan mifologiyasında personaj. Mikena kitabələrində ko-ka-ro (Kokal) adına rast gəlinir. Kokal Siciliyada Kamik və ya İnikanın hakimi olmuşdur. O, siklopların məhv edilməsindən sonra Siciliyanı idarə etmişdir. O,sikanların padşahı olmuşdur. Kokal padşah Minos səbəbilə Kritdən qaçan Dedalı qəbul etmişdir. Aristofanın "Kokal" komediyasının baş qəhrəmanıdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Мифы Древней Греции. Словарь-справочник.» EdwART, 2009 год.
Kokil
Kokil — töküklərin əldə olunmasında istifdaə oluna metal qəlibdir. Ondan çox hallarda əlvan metallar, həmçinin çuqun və polad məmulların istehsalında istifadə olunur. Kokil çuqun və polad xəlitələrindən hazırlanır. Bu qəliblər töküyün kütləsi və xassəsindən asılı olaraq 100–10000 tökmənin yerinə yetrilməsinə imkan verirlər. İqtisadi cəhətdən kokillər seriyalı və kütləvi istehsalda tətbiq olunması əlverişlidir. Kokillər töküyün həndəsəsindən asılı olaraq bütöv və ya üfüqi və ya şaquli ayırma müstəvi üzrə birləşdirilə bilən ayrı-ayrı hissələrdən təşkil oluna bilir. Kokildə tökmə zamanı töküyün xarici səthini kokilin divarları, daxili səthini isə qüm içliklər əmələ gətirir. Onun ayrıma müstəvisi üzrə metal ərintisi ilə doldurulması üçün tökmə sisteminin aknallarından istifadə olunur. Kokilin yarım hissələrinin açılıb-bağlanmaı xüsusi kokil maşınlarında avtomatlaşdırlmış şəkildə aparılır. Onun davamlığını artırmaq və töküyün soyuma sürətini azalatmaq üçün kokilin işçi səthlərinə kiçik qalınlıqda (0,5 mm) xüsusi örtüklər və rənglər çəkilir.
Mokoa
Mokoa (isp. Mocoa) — Kolumbiyanın cənubi-qərbində yerləşən şəhər və bələdiyyə, Putumayo departamentinin inzibati mərkəzi. Şəhər departamentin şimal-qərb hissəsində, Mərkəzi Kordilyer dağlarının ətəklərində, cənub-şərqdən təxminən 465 kilometr cənub-qərbdə yerləşən Boqata çayının sağ sahilində yerləşir. Mütləq yüksəklik dəniz səviyyəsindən 721 metrdir. Bələdiyyənin sahəsi 1030 km²dir. Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 39.867 nəfər idi. İl ərzində şəhər əhalisinin dinamikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 49,4% -ni, qadınların isə müvafiq olaraq 50,6% -ni təşkil edir. İrqi ağ və mestizo şəhərin əhalisinin 75,1% -ni; hindlilər- 18,3%; zəncilər- 6,6%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma nisbəti 94,4% olmuşdur.
Qoqol
Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь doğulanda Yanovski, 1821-ci ildən - Qoqol-Yanovski; 1822-ci ildən - Qoqol; 20 mart [1 aprel] 1809, Soroçintsı, Mirqorod rayonu, Poltava quberniyası - 21 fevral [4 mart] 1852, Moskva) - rus nasir, dramaturq, tənqidçi, publisist, rus ədəbiyyatının klassiklərindən biri kimi tanınır. Qoqol-Yanovskilərin köhnə "malorus" zadəgan ailəsindən idi. V.Belinskinin və N.Çernışevskinin fikrincə, Qoqol ədəbi hərəkatın - 1840-cı illərin “təbii məktəb”inin əsas mərhələsinin banisi oldu; müasir tədqiqatçılar onun rus və dünya ədəbiyyatına böyük təsiri olduğuna inanırlar. Mixail Bulqakov, Fyodor Dostoyevski, Rünoske Akutaqava, Flanneri Okonnor, Franz Kafka və bir çox başqaları Qoqolun yaradıcılığının təsirini etiraf etdilər. Nikolay Vasilyeviç Yanovski 1809-cu il martın 20-də (1 aprel) Poltava və Mirqorod rayonlarının (Poltava quberniyası) sərhədində, Psel çayı yaxınlığındakı Soroçintsı şəhərində anadan olmuşdur. Nikolay adı Müqəddəs Nikolayın şərəfinə verilmişdi. Ailə üzvlərinin dediyinə görə, o, köhnə kazak ailəsindən olub və guya Zaporojye Polşa-Litva Birliyinin Sağ Sahil ordusunun hetmanı Ostap Qoqolun nəslindən olub. Onun əcdadlarından bəziləri də zadəganları incidirdi və Qoqolun babası Afanasi Demyanoviç Qoqol-Yanovski (1738-1805) rəsmi qəzetində yazırdı ki, “onun Qoqol soyadlı əcdadları polyak millətindəndir”, baxmayaraq ki, əksər bioqraflar onun "malorus"olduğuna inanırdılar. Fikirlərini V.V.Veresaev tərəfindən tərtib edilmiş bir sıra tədqiqatçılar hesab edirlər ki, Ostap Qoqolun nəsli Afanasi Demyanoviç tərəfindən zadəganlıq əldə etmək üçün saxtalaşdırıla bilərdi, çünki keşiş nəsli zadəganlığa daxil olmaq üçün keçilməz bir maneə idi.
SNOBOL
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
İonol
İonol,butilhidroksitoluol,dibunol,agidol,1,2.6-di-tret-butil-4-metilfenol — lipofilik üzvi maddə, fenollar sinfinin nümayəndəsi, antioksidant olaraq kimya sənayesində geniş istifadə olunur. Texniki ionol — sarı rəngdə tozdır, təmiz formada isə — ağ tozdır. İonolu Fridel-Krafts reaksiyası nəticəsində p-krezolun izobutilenlə alkilləşməsindən almaq olar: Bundan əlavə, turşu katalizatorları olmadıqdada alkilləşdirmə yolu ilə əldə edilə bilər. İonol izopentanda, benzoda,spirtlərdə, asetonda, mürəkkəb efirlərdə yaxşı həll olunur. Suda və 10% natrium hidroksiddə həll olunmur. Kimyəvi xüsusiyyətlərinə görə ionol, E vitamininin sintetik bir analoqudur. İonol, peroksid radikallarını hidroperoksidlərə çevirən hidrogen atomunun donorudur. R O O ⋅ + A r O H → R O O H + A r O ⋅ {\displaystyle {\mathsf {ROO\cdot +ArOH\rightarrow ROOH+ArO\cdot }}} R O O ⋅ + A r O ⋅ → P {\displaystyle {\mathsf {ROO\cdot +ArO\cdot \rightarrow P}}} burada R — alkil və ya aril qrupudur, ArOH — ionol və ya fenol antioksidantı, P- fenolun oksidləşməsi nəticəsində alınan qeyri-radikal və passiv məhsuldur. İyonolun xərçəng riski ilə əlaqəsi haqqında mübahisələr var. Bəzi araşdırmalarda artımı, bəzilərində riskin azalması göstərilir.
Şəkil
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
Motol
Motal (belar. Мо́таль) — Belarusiyanın Brest vilayətinin İvanovo rayonundakı kənd təsərrüfatı şəhəri. Motolski kənd sovetinin inzibati mərkəzi. Yaselda çayının sağ sahilində yerləşir. Motol kəndi kənd təsərrüfatı şəhərciyinə çevrilmiş, lakin kənd yaşayış məntəqəsi statusunu dəyişməmişdir. Kəndin qədim adı Motıldır.