Şokoladlı dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər.
Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər.
Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər.
Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik.