Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolomna
Kolomna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Solomon
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Solomon Asch
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Solomon Boqdanov
Solomon Boqdanov (1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü. Solomon Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Solomon Dodaşvili
Solomon İvanoviç Dodaşvili (gürc. სოლომონ დოდაშვილი);17 may 1805 – 20 avqust 1836, Kirov) — gürcü yazıçısı, pedaqoq, ictimai xadim, filosofu. Kasıb kəndli keşişinin oğlu idi. Tiflisdəki ilahiyyat məktəbini bitirdikdən sonra tövsiyə məktubu ilə Sankt-Peterburqa gəlir. İ.Xelaşvilinin dəstəyinivə himayəsini görür. 1827-ci ildə Sankt-Peterburq Universitetini bitirib. Dekambristlərə yaxın idi. 1828-1832-ci illərdə "Ədəbi Əlavə" ilə birlikdə "Tpilisis utskebani" ("Tiflis Vedomosti") qəzetinin redaktoru olur. Zadəgan ailəsi sui-qəsdində iştirak etdiyi üçün 1832-ci ildə tutuldu və Vyatkaya sürgün edildi və orada sürgündə olarkən A.İ.Herzenlə tanış olur. Dodaşvili vərəmdən vəfat edir.
Solomon Krım
Solomon Krım (tam adı: Solomon Samoyloviç (Samuloviç), 25 iyun (7 iyul) 1867, Feodosiya, Tavriya quberniyası[d] – 9 sentyabr 1936) – Krım Kəraimlərindən olan siyasətçi və aqronom. Fransanın Tuon şəhəri yaxınlığındakı Krım adlı mülkünə görə bu cür adlandırılır. 25 iyun (7 iyul) 1867-ci ildə Krımın Feodosiya quberniyasında anadan olmuşdur. Atası Samuel Abrahamoviç Krim (1835–1898) Krımda məşhur olan Kəraim ailənin övladı və pedaqoq kimi məşhur idi. 1884-cü ildə Feodosiya Gimnaziyasını bitirmiş və elə həmin ildə də Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1886-cı ildə isə ixtisas dəyişərək Peterburq Kənd Təsərrüfai Akademiyasında təhsilini davam etdirmişdir. 1890-cı ildə tələbə üsyanında iştirak etmiş, lakin ölkədən kənarlaşdırılmamışdır. 1892-ci ildə kənd təsərrüfatı elmləri namizəd elmi dərəcəsiylə universiteti bitirmişdir. Kliment Timiryazevin son tələbələrindən biridir. Siyasətlə məşğul olan Solomon Krım 1906-cı ildə Rusiya imperiyasının I Dumasına (1906–1907) deputat seçilmişdir.
Solomon Kverkveliya
Solomon "Saba" Kverkveliya (gürc. სოლომონ "საბა" კვირკველია; 6 fevral 1992, Samtredia, İmereti) — Gürcüstan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın və Gürcüstan milli futbol komandasının yarımmüdafiəçisi. Kverkveliya "Zenit Sankt-Peterburq"da bir mövsüm keçirdikdən sonra 2011-ci ildə Rusiyanın digər klubu "Rubin Kazan"a keçmişdir. O, 22 iyul 2011-ci ildə Rusiya Premyer Liqasında, "Rubin Kazan" klubunun heyətində "Terek Qroznı" ilə oyunda debüt etmişdir. Kverkveliya 8 aprel 2022-ci ildə Gürcüstana qayıtmış və "Qaqra" ilə müqavilə imzalamışdır. 4 iyul 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK Kverkveliya ilə iki illik müqavilə imzaladığını açıqlamışdır. Neftçidə ilk matçına 21 iyul 2022-ci ildə keçirilən Aris-Neftçi matçında çıxıb. Matç Arisin 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Solomon Mixoels
Solomon Mixayloviç Mixoels (idiş שלמה מיכאָעלס‎ — Şloyme Mixoels, əsl soyadı Vovsi,16 mart 1890, Dauqavpils, Vitebsk quberniyası[d] – 13 yanvar 1948, Minsk) — yəhudi teatrında sovet teatr aktyoru və rejissoru, teatr pedaqoqu, ictimai xadimi, SSRİ xalq artisti(1939), İkinci dərəcəli Stalin mükafatı laureatı(1946). 1948-ci ildə o, İosif Stalinin əmri ilə SSRİ DTN əməkdaşları tərəfindən qətlə yetirilmişdir. Qətl yol-nəqliyyat qəzası kimi qələmə verilmişdir. 1890-cı il martın 4-də (16) Dinaburgda (indiki Dauqavpils, Latviya) ağac tədarükçüsü Mixel İdel-Zeliković Vovsi və həyat yoldaşı Eti Meerovna (Leibovna) Vovsinin ailəsində anadan olmuşdur . Atası ikinci gildiya taciri İdel-Zelik Mixeleviç Vovsinin oğlu idi (1817 -?). Ailə Postoyalnaya küçəsindəki 107 nömrəli evdə yaşayırdı. 1903-cü ildə heder (oğlanlar üçün yəhudi ibtidai dini məktəbi) məzunu oldu. Aktyorun özünün dediyinə görə, "yalnız on üç yaşında sistematik olaraq dünyəvi elmləri və rus dilini öyrənməyə başlamışdır". 1905-1908-ci illərdə Riqa Real Məktəbində oxumuşdur. Həvəskar tamaşalarda iştirak etmiş, müstəqil şəkildə gimnaziyalarda konsert vermişdir.
Solomon Nortap
Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir) Amerikalı abolisionist və "On iki illik əsarət" kitabının müəllifi. Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu. Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi.
Solomon adaları
Solomon adaları və ya Süleyman adaları — Sakit okeanda arxipelaq və dövlət. Papua Yeni Qvineyadan şərqdə yerləşir. Melaneziyanın tərkib hissəsidir. Sahəsi 28,45 min km²-dir. Əhalisi 523 min nəfərdir (2010). Əhalinin illik artımı yüksəkdir ~ 2%. Adanın əhalisi arasında melanezislər 145 min nəfər, papuaslar 45,4 min, polinezislər 6 min, mikronezislər 2 min təşkil edir. Bunlarla yanaşı adada həmçinin avropalılar da yaşayır. Bu arxipelaqı 1568-ci ildə ispan dəniz səyyahı Alvaro de Mendanya kəşf etdi. 1978-ci ilin iyulun 7-dən müstəqil dövlətdir.
Solomon dənizi
Solomon dənizi - Sakit okean Akvatoriyasına daxildir. Dəniz Solomon adaları,Yeni Britaniya və Yeni Qvineya adaları arasında yerləşir. Onun sahəsi 755,000 km² və dərinliyi isə 2652 metr təşkil edir. Suyunun orta illik temperaturu 27 s,suyunun duzluğu 34,5 ‰ civarında olur. Dəniz üzəri ilin 220 günü buludla örtülü olur. İl ərzində iki mövsümü yağıntılı olur. Dəniz dibində fəaliyyətdə olan vulkanlar vardır. Dənizin cənubunda mərcan rifləri vardır. Dənizin suları İkinci Dünya müharibəsinin bir sıra əhəmiyyətli döyüşlərinə şahidlik etmişdir. Ən böyük limanı Xoniaradır ( Quadalkanal ,Solomon adaları).
Solomon məbədi
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Solomiya Kruşelnitska
Salome (və ya Solomiya) Amvrosiyevna Kruşelnitska (ukr. Соломія Амвросіївна Крушельницька; 23 sentyabr 1872 – 16 noyabr 1952, Lvov) — Ukrayna opera müğənnisi, müəllim. Ukrayna SSR əməkdar incəsənət xadimi (1951). Həyatı boyu Solomiya Kruşelnitska dünyanın ən görkəmli müğənnisi kimi tanınıb. Onun çoxsaylı mükafatları və fərqlənmələri arasında, xüsusən də XX əsrin "Vaqnerin divası" adı da var. Onunla eyni səhnədə oxumaq Enriko Karuzo, Titta Ruffo, Fyodor Şalyapin üçün şərəf sayılırdı. İtalyan bəstəkarı Cakomo Puççini müğənniyə "Ən gözəl və füsunkar Kəpənək (Madam Batterflay)" yazısı olan portretini hədiyyə edib. Solomiya Kruşelnitska qədim və müasir Ukraynanın ən məşhur qadınları siyahısına daxil edilib. Salomeya Kruşelnitska 11 (23) sentyabr 1872-ci ildə Qalisiyada (Avstriya-Macarıstan), Belyavintsy kəndində (indiki Ukraynanın Ternopol vilayətinin Buçaç rayonu) yunan katolik keşişi Ambrose Kruşelnitskinin (1841-1902) və həyat yoldaşı Teodora Mariyanın (1844 -1907) ailəsində anadan olub. Nəsil şəcərələri nəcib və qədim bir ailədən gəlir.
Solomon Mixoelsin qətli
Solomon Mixoelsin qətli — 1948-ci ildə yanvarın 12-də Minskdə baş vermişdir. Dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels İosif Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən öldürülmüşdür. Qətl qəza kimi təqdim edilmiş, onun ölümü avtomobil qəzası nəticəsində olduğu bildirilmişdir. Cinayətin təfərrüatları yalnız 1953-cü ildə Stalinin ölümündən sonra məlum oldu. Lakin nə cinayət işi açıldı, nə də qətlin iştirakçıları cəzalandırıldı. Tədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı . Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qreenberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi . 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi.
Solomon Quqqenhaym muzeyi
Solomon Quqqenhaym muzeyi (ing. Solomon R. Guggenheim Museum) — ABŞ-də Nyu-York şəhərində incəsənət muzeyi, dünyanın müasir incəsənət əsərlərinin toplandığı aparıcı muzeylərindən biri. Muzey öz fəaliyyətinə 1937-ci ildə Quqqenhaym Fondunun yaranması ilə başlamışdır. Muzeyin banisi xeyriyyəçi Solomon Robert Quqqenhaym olmuşdur. 1943-cü ilin iyun ayında Quqqenhaym Fondu tanınmış arxitektor Frenk LLoyd Rayta muzeyin yeni binasının tikintisini təklif etdi. Arxitektor Frenk LLoyd Rayt 92 il yaşamış, ömrünün 72 ilini 800-dən çox binanın layihələşdirilməsinə və 400-ə yaxın binanın tikintisinə həsr etmişdir. Muzeylərdən başqa, o, parlaq layihələrin: — orta təbəqədən olan insanlar üçün əlverişli yaşayış evləri — Medisonda (Viskonsin ştatı) "Cekobanın evi"nin layihəsinin, Rasinedə (Viskonsin ştatı) "Conson-Ueks" firmasının ofis binasının (pəncərəsiz bina) layihəsinin müəllifidir. Quqqenhaym muzeyinin tikintisi üçün 88-ci və 89-cu küçələrinin kəsişdiyi yerdə Mərkəzi parkın geniş yaşıl massivində yer verilmişdir. Binanı layihələşdirilərkən mövcud modellərdən imtina edərək, o, tamaşaçılara yuxarı mərtəbələrə liftlə yuxarı mərtəbələrə qalxmağı və binanın daxilini əhatə edən spiralvari pilləkənlərlə yol boyu eksponatları seyr etməklə aşağı enmək imkanlarını təklif etmişdir. Xarici görünüşünə görə bina cevrilmiş piramida qülləsini xatırladır.
Solomon dənizi plitəsi
Solomon dənizi plitəsi — litosfer plitəsi Solomon adalarının cənub-qərbində, Sakit okeanın cənubunda yerləşir. Sahəsi 0,00317 steradion təşkil edir. Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Solomon dənizi plitəsi okean qabığı üzərində yerləşir. Cənub-şərqdə Vudlark plitəsi, şimal-qərbində isə Cənubi Bismark plitəsi ilə sərhədə malikdir. Şimal-şərqdə isə Sakit Okean plitəsi yerləşir.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı.. Solovki xatirə daşları Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920-1936) Материалы к истории лагеря и тюрьмы на Соловках (1923–1939 гг.): основные события, статистика заключённых, организационная структура История СЛОН «СОЛОВЕЦКИЕ ЛАГЕРЯ ОСОБОГО НАЗНАЧЕНИЯ ОГПУ»: Документы ЦА ФСБ России и ГАОПДФ Архангельской области Соловки — Энциклопедия Списки имён соловецких заключённых Воспоминания соловецких узников Электронные копии газеты «Новые соловки» (орган Управления Соловецких лагерей особого назначения ОГПУ) в путеводителе РНБ «Газеты в сети и вне её» Вечер памяти всех новомучеников и исповедников Церкви Русской. Часть 2 // Ми́ссия-ОД. 13 февраля 2014 г. (Доклад Лидии Алексеевны Головковой «Крестный путь Русской Церкви в XX веке». Часть 2.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Santa Koloma FK
Santa Koloma – Andorranın futbol klubu.
Sonoma qraflığı (Kaliforniya)
Sonoma — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 438,878 nəfər olmuşdur. Mərkəzi Santa Roza şəhəridir.
Soomaa Milli Parkı
Soomaa Milli Parkı (est. Soomaa rahvuspark) — Vilyandimaa qəzasının qərb hissəsində, Pyarnumaa qəzası ilə sərhəddə yaxın ərazidə yerləşir. Soomaa Milli Parkı Pyarnu və Vilyandi arasında yerləşir və bataqlıqları ilə tanınır.. Soomaa Milli Parkı 8 dekabr 1993-cü ildə bataqlıq əraziləri, çəmənlikləri və meşələri qorumaq üçün qurulmuşdur. Eston dilində parkın adı "bataqlıqlar diyarı" deməkdir. Park 390 km² ərazini əhatə edir və Estoniyanın Lahemaadan sonra ikinci ən böyük milli parkıdır. Vahe-Eesti bölgəsində yerləşən milli park, 1993-cü ildə geniş bataqlıqlar, daşqın otlaqları, meşə talaları və çayları qorumaq üçün təşkil olunmuşdur. Milli parkın ərazisi əsasən Pyarnu çayı hövzəsinin qolları - Navesti, Halliste, Raudna və Lemmjõgi çayları ilə hövzələnir. Milli parkın şərqində, müasir sahil zolağından təqribən 50 kilometr məsafədə yerləşən Estoniya materikindəki ən yüksək dyunları yerləşir. Burada indiki Baltik dənizinin sələfi olan Baltik Buzlu gölünün (11,200-60000 il əvvəl) ən xarakterik sahil birləşmələri, birdəfəlik su səviyyəsini qeyd edən Sakala dağının şimal-qərb və qərb kənarlarında yerləşir.
Azərbaycan–Solomon adaları münasibətləri
Azərbaycan–Solomon adaları münasibətləri — Azərbaycan Respublikası ilə Solomon adaları arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Azərbaycan Respublikası və Solomon adaları arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike 2011-ci ilin fevral ayının 8-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, imzalanmışdır. Kommünikeni Azərbaycan hökuməti adından ölkənin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Aqşin Mehdiyev, Solomon adaları hökuməti adından Solomon adalarının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Kollin D. Bek imzalayıblar.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.