Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spin
Spin — ABŞ rok qrupu Tigers Jaw(en)-ın beşinci studiya albomu. 19 may 2017-ci ildə Black Cement tərəfindən buraxılıb.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Epic Games
Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib. Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib. Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.
Epic Records
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Lavandula spica
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Spaç Həbsxanası
Spaç həbsxanası (alb. Burgu i Spaçit) — Albaniyanın kommunist rejimi boyunca xüsusi olaraq siyasi məhkumlar üçün istifadə edilmiş həbsxana idi. Spaç kəndində yerləşdiyi üçün belə adlandırılmışdır. Keçmiş həbsxana indi ikinci dərəcəli milli abidə kimi qorunur. Sürətlə körlanan bu obyekti muzeyə çevirmək planlaşdırılırdı, amma 2013-cü ilin fevral ayına olan vəziyyətə görə bu barədə hələ heç bir irəliləyiş əldə olunmayıb. 1973-cü ildə bir sıra məhbuslar üsyan qaldırdılar, onun gedişində kommunist bayrağı endirilmişdir. 1984-cü ildə analoji üsyan Qafë Bar həbsxanasında baş vermişdir. 2015-ci ildə Nyu York təşkilatı olan World Monument Fund həbsxananı "Dünyanın ən təhlükəli 50 abidəsi" siyahısına salmışdır.
Spice Girls
Spice Girls (Spays görls) — Londondə yaradılan, İngiltərə pop qrupu. 1994–2000, 2007–2008, 2012-ci illərdə fasilələrlə fəaliyyət göstərmişdir.
Spid-metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Spil dağı
Spil dağı (türk. Spil Dağı, q.yun. Σίπυλος) ― əvvəllər Lidiyalıların ana vətəni olmuş, hal-hazırda isə Türkiyənin Ege regionunda yerləşən Manisa ilində tarixi və əfsanəvi dağ. Dağın mütləq hündürlüyü 1 513 metrdir. Uçurumun səthinə həkk olunmuş Manisa relyefi Manisadan bir neçə kilometr şərqdə, Spil dağının yaxınlığında tapılmışdır. Relyefdə təsvir olunan şəxsin ilahə Kibela olduğu təyin edilmişdir. Relyef eramızdan əvvəl II minilliyin sonlarına, Hettlərin hakimiyyəti dövrünün sonuna və ya Luvi dövrünə aid edilir. Heykəl Türkiyədə Taş Suret ("daş fiqur") adı ilə tanınır və bəzən beynəlxalq ədəbiyyatda da belə adlandırılır. Əfsanəyə görə, dağ ana tanrıçanın ən sevdiyi yer sayılırdı. Köhnə bir mifə görə, heykəl Tantalusun çirkin oğlu Broteas tərəfindən həkk edilmişdir.
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Spin dalğaları
Spin dalğaları maqnit materialların (ferromaqnit, antiferromaqnit və ferrimaqnit) nizamlılığındakı həyəcanlanmaların yayılmasıdır. Bu kollektiv həyəcanlanmalar ardıcıl simmetriyaya malik maqnit qəfəslərində baş verir. Spin dalğalarının mövcudluğunu ilk dəfə ferromaqnitlər üçün 1930-cu ildə Feliks Blox söyləmişdir. Əsas halda ferromaqnit atomların spinləri bir-birinə paraleldir. Onlar anizotropiya oxu istiqamətində düzülürlər. Spinin bu istiqamətdən hər hansı meyli enerjinin artmasına gətirir. Əlbəttə, kristalda belə meyletmələr ola bilər. Məsələn, tam spinin proyeksiyası S z = N S − 1 {\displaystyle S_{z}=NS-1} olduğu stasionar hala baxaq. Belə hal atomlardan birinin spin proyeksiyasının vahid qədər azalması hesabına reallaşır. Spinin meyletməsi bütün kristala aid edilməlidir, yəni mübadilə qarşılıqlı təsiri nəticəsində spinin meyli atomdan atoma ötürülür.
Spiş qalası
Spiş qalası (slovak. Spišský hrad, mac. Szepesi vár, alm. Zipser Burg‎) - Slovakiyanın şərqində yerləşən və Mərkəzi Avropanın ən böyük qalalarından biri. Qala Spiş regionunda Jehra kəndində, Spişke-Podqrad şəhərinin üstündə yerləşir. Spiş qalası 1993-cü ildən Spişka Kapitula və Sent Martin kafedralı, Spişke Podqrad və Jehra kəndi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısındadır. Sahəsinə görə Avropanın ən böyük qalalarından biridir (41,426 m²). Spiş qalası XII əsrdə daha əvvəl salınmış qalanın yerində tikilmişdir. Spiş qalası Macarıstan Krallığında Şepes qraflığının inzibati, iqtisadi, siyasi və mədəni mərkəzi idi. 1464-cü ilə qədər Macarıstan krallarına məxsus olmuşdur.
Spiş qəsri
Spiş qalası (slovak. Spišský hrad, mac. Szepesi vár, alm. Zipser Burg‎) - Slovakiyanın şərqində yerləşən və Mərkəzi Avropanın ən böyük qalalarından biri. Qala Spiş regionunda Jehra kəndində, Spişke-Podqrad şəhərinin üstündə yerləşir. Spiş qalası 1993-cü ildən Spişka Kapitula və Sent Martin kafedralı, Spişke Podqrad və Jehra kəndi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısındadır. Sahəsinə görə Avropanın ən böyük qalalarından biridir (41,426 m²). Spiş qalası XII əsrdə daha əvvəl salınmış qalanın yerində tikilmişdir. Spiş qalası Macarıstan Krallığında Şepes qraflığının inzibati, iqtisadi, siyasi və mədəni mərkəzi idi. 1464-cü ilə qədər Macarıstan krallarına məxsus olmuşdur.
Ice Spice
Ice Spice (əsl adı: Aysis Nayca Qaston; 1 yanvar 2000, Bronks, Nyu-York ştatı, Nyu-York, ABŞ) — ABŞ repçisi. Nyu-York şəhərinin Bronks bölgəsində böyüyüb, karyerasına 2021-ci ildə SUNY Purchase-də təhsil alarkən prodüser RiotUSA ilə tanış olduqdan sonra başlayıb. Ice Spice 2022-ci ilin sonlarında TikTok hit mahnısı "Munch (Feelin' U)" ilə məşhurluq qazandı. O, "Bikini Bottom" və "In Ha Mood" sinqllarını yayımladı, bunun ardınca debüt mini-albomu "Like..?" buraxıldı. Aysis Lil Tjay ilə əməkdaşlıq edərək "Gangsta Boo" mahnısını buraxdı, mahnı Billboard Hot 100 hit-paradında ilk 100-ə daxil oldu. Onun remiks sinqlları "Boy's a Liar Pt. 2" (PinkPantheress ilə) və "Princess Diana" (Niki Minaj ilə) ABŞ-də ilk beşliyə yüksəldi, Aysisin Teylor Sviftin "Karma" mahnısına olan remiksi 26 may 2023-cü ildə yayımlandı. Musiqi jurnalistləri Ice Spice-nin rep üslubunu unikal hesab edirlər. The New York Times və Billboard kimi nəşrlər onu "repin yeni şahzadəsi" adlandırıblar. Aysis Qaston 1 yanvar 2000-ci ildə Nyu-York şəhərinin Bronks bölgəsində anadan olub.
Spin (fizika)
Spin elementar hissəciklər və beləliklə, mürəkkəb hissəciklər ( hadronlar ) və atom nüvəsi tərəfindən daşınan konservativ kəmiyyətdir. Spin, kvant mexanikasında iki növ bucaq momentindən biridir, digəri isə orbital bucaq momentidir. Fotonlar üçün spin işığın qütbləşməsinin kvant-mexaniki qarşılığıdır; elektronlar üçün spinin klassik qarşılığı yoxdur. Elektron spin bucaq momentinin mövcudluğu, gümüş atomlarının orbital bucaq momentinin olmamasına baxmayaraq, iki mümkün diskret bucaq momentinə malik olmasının müşahidə edildiyi Stern-Gerlach təcrübəsi kimi təcrübələrdən əldə edilmişdir . Elektron spininin mövcudluğu nəzəri olaraq spin-statistika teoremindən və Pauli istisna prinsipindən də çıxarıla bilər - və əksinə, elektronun xüsusi spinini nəzərə alaraq, Pauli istisna prinsipini əldə etmək olar. Spin riyazi olaraq fotonlar kimi bəzi hissəciklər üçün bir vektor, elektron kimi digər hissəciklər üçün spinorlar və bispinorlar kimi təsvir edilir. Spinorlar və bispinorlar vektorlara bənzər davranırlar: onların müəyyən böyüklükləri var və fırlanma zamanı dəyişir; lakin onlar qeyri-ənənəvi “istiqamət”dən istifadə edirlər. Verilmiş növdən olan bütün elementar hissəciklərin istiqaməti dəyişə bilsə də, spin bucaq momentinin eyni böyüklüyünə malikdir. Bunlar hissəcikə spin kvant ədədi təyin edilməklə göstərilir. SI spin vahidi klassik bucaq momenti ilə eynidir (yəni, N · m · s, Coul ·s və ya kq ·m 2 ·s −1 ).
Spin off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Şahzadə Piç
Şahzadə Piç (yap. ピーチ姫, ing. Princess Peach Toadstool) – Mario oyun seriyalarının personajıdır. Şiqeru Miyemoto tərəfindən "Nintendo" kompaniyası üçün yaradılmışdır. İlk dəfə 1985-ci ildə Super Mario Bros. videooyunu üçün yaradılmışdır. Şahzadə Piç "Xanım dardadır" kimi tanınır. Şahzadə Piç krallıqda yaşayır. Paltarı həmişə çəhrayı olur. Onun 25 yaşı var.
Lilo və Stiç
Lilo və Stiç (ing. Lilo & Stitch) - 2002-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Lilo və Stiç — Internet Movie Database saytında.
SPİD. Seks. Zdorovye
"SPİD. Seks. Zdorovye" (rus. СПИД. Секс. Здоровье) — 1991-ci ildən nəşr olunmağa başlayan elmi-populyar jurnal. "SPİD. Seks. Zdorovye" jurnalı 1991-ci ildə — Rusiyada "seksual inqilab"ın ən pik dönəmində professor Aza Rəhmanova tərəfindən təsis edilmişdir. Ölkədə cinsiyyət problemləri haqqında danışan az saylı nəşrlərdəndir. Jurnalın əsas təyinatı – HİV/QİÇS sahəsində fundamental bilikləri, bu sferada dünya elminin son nailiyyətlərini işıqlandırmaq, HİV-infeksiyadan əziyyət çəkən insanların talelərindən danışmaq, onlara insansevər münasibət formalaşdırmaq, böyüyən nəsilə seksual mədəniyyət barədə biliklər aşılamaq və cəmiyyəti sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir. Jurnal ildə 4 dəfə — mart, may, sentyabr və dekabr aylarında dərc edilir. "SPİD. Seks.
Spec Ops (seriya)
Spec Ops — taktiki atıcı videooyunlar seriyası. İlk iki oyun "Zombie Studios" tərəfindən istehsal edilmiş, "Runecraft" növbəti üç oyunda istehsal prosesinə təhfə vermiş, altıncı oyun isə 2002-ci ildə "Big Grub" tərəfindən istehsal olunmuşdur. İlk iki oyunu "Ripcord Games" sonrakı üç oyunu "Take-Two Interactive", altıncı oyunu isə 2002-ci ildə "Gotham Games" tərəfindən yayımlanmışdır. Seriya 2012-ci ildə "Yager Development"ın istehsal etdiyi və "2K Games"in yayımladığı "Spec Ops: The Line" epizodunda üçüncü şəxs atıcı kimi yenidən canlandırılmışdır. İlk oyun, "Spec Ops: Rangers Lead the Way" hələ istehsal mərhələsində olduğu dövrdə "Spec Ops"u davam edən bir franşizə çevirmək qərarı alınmışdır. İcraçı prodüser Mayk Suares belə əsaslandırmışdı ki, simulyasiya pərəstişkarları üçün auditoriya "çox sadiqdir; onlar hər il altı ilə on iki arası məhsul satın alırlar. Simulyasiyalar kateqoriyasında uğurlu franşiz işə sala bilsəniz, bu, əsl həmişəyaşıl biznes olar".
Lilo və Stiç: Seriyalar
Lilo və Stiç: Seriyalar (ing. Lilo & Stitch: The Series) — 2003-2006-cı illərdə Disney Channel-də yayımlanan serialdır. Bu serialda Lilo adlı az yaşlı qız və onun yadplanetli dostu Stiçin törəmələrini axtarmaq macəralarından danışılır. İlk dəfə cizgi serialı 20 sentyabr 2003-cü ildə dünya ölkələrində yayımlanmışdır. Cambanın yaratdığı 624 yadplanetli varlıq Havayın dörd bir tərəfinə dağılır. Yadplanetli varlıqlar qolf topu böyüklüyündə rəngli bir toplar formasındadır. Suyla təmas etdikləri zaman bu varlıqlar canlanır və funksiyalarını yerinə yetirirlər. Onları axtarışına Lilo və Stiç çıxırlar... Lilo və Stiç: Seriyalar — Internet Movie Database saytında.
Spec Ops: The Line
Spec Ops: The Line (azərb. Xüsusi əməliyyatlar: Xətt‎) — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir. "Yager" oyunun istehsalına 2007-ci ildə başlamış, oyunun quruluş və hekayə çərçivəsinin formalaşdırılması zamanı Cozef Konradın 1899-cu ildə yazdığı "Qaranlığın ürəyi" romanı və 1979-cu ildə buraxılmış "Apokalipsis indi" filmi də daxil olmaqla müxtəlif mediadan ilham almışdır. Oyun "fiziki cəhətdən ziddiyyətli" olmaq və oyunçuların videooyunlarda müharibəyə əyləncə mənbəyi kimi baxmaq ilə bağlı düşüncələrini şübhə altına almaq, onlara müxtəlif mənəvi cəhətdən qeyri-müəyyən olan qərarlar vermək üçün nəzərdə tutulmuşdur.
Şahzadə Piç (oyun personajı)
Şahzadə Piç (yap. ピーチ姫, ing. Princess Peach Toadstool) – Mario oyun seriyalarının personajıdır. Şiqeru Miyemoto tərəfindən "Nintendo" kompaniyası üçün yaradılmışdır. İlk dəfə 1985-ci ildə Super Mario Bros. videooyunu üçün yaradılmışdır. Şahzadə Piç "Xanım dardadır" kimi tanınır. Şahzadə Piç krallıqda yaşayır. Paltarı həmişə çəhrayı olur. Onun 25 yaşı var.
Sic transit gloria mundi
Sic transit gloria mundi — "dünyanın şöhrəti belə keçir" mənasını verən latınca ifadə. Bu ifadə 1409-cu il (V Aleksandrın tacqoyma mərasimində istifadə edildiyi zaman) və 1963-cü illər arasında papanın tacqoyma mərasimlərində istifadə edilmişdir. Yeni seçilmiş papa öz sedia gestatorunda (mərasim taxtı) Müqəddəs Pyotr bazilikasının müqəddəs mərasimindən çıxış edərkən yürüş üç dəfə dayandı. Hər dəfə bir papanın mərasim ustası əlində gümüş və ya mis qamış tutaraq, yanan kətan yedəyində papanın qarşısında diz çökərdi. Ardıcıl olaraq üç dəfə parça yanan kimi o, yüksək və kədərli səslə deyirdi: "Pater Sancte, sic transit gloria mundi!" (“Müqəddəs Ata, dünya şöhrəti belə keçir!”). Papaya ünvanlanan bu sözlər həyatın keçici təbiətini və yer üzündəki şərəflərin xatırladıcısı olaraq xidmət etdi. İfadənin bir forması Tomas Kempisin 1418-ci ildə Məsihin Təqlidi adlı əsərində meydana çıxdı: "O quam cito transit gloria mundi" ("Dünyanın izzəti necə də tez keçib gedir"). İdiomatik kontekstlərdə bu ifadə "şöhrət keçicidir" mənasında istifadə edilmişdir. Amerikalı şair Emili Dikinsonun ilk nəşr olunan şeiri "Sic Transit Gloria Mundi" adlanırdı. İngilis illüstratoru Corc Kruikşank tərəfindən 1819-cu ildə çəkilmiş qravürü "Dənizçilərin Tərəqqi: Sic transit gloria mundi" adlanır.
Lilo və Stiç (cizgi filmi, 2002)
Lilo və Stiç (ing. Lilo & Stitch) - 2002-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Lilo və Stiç — Internet Movie Database saytında.
Epik
Epik növun şifahi xalq ədəbiyyatında əsas janrlari nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda epik novun aşağıdakı növləri vardir. Təmsil Hekayə Novella Povest Oçerk Roman Xatirə.
Qospiç
Qоspiç (xorv. Gospić) — Xorvatiyada dağlıq və seyrək nüfuzlu bir şəhərdir. Şəhər Liçkо-Sеnskаya vilayətinin inzibati mərkəzidir. Əhalinin 93%-ni xorvatlar təşkil edir. Şəhər alim və ixtiraçı Nikola Teslanın doğulduğu yerdir. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 12,745 nəfərdir.
Qоspiç
Qоspiç (xorv. Gospić) — Xorvatiyada dağlıq və seyrək nüfuzlu bir şəhərdir. Şəhər Liçkо-Sеnskаya vilayətinin inzibati mərkəzidir. Əhalinin 93%-ni xorvatlar təşkil edir. Şəhər alim və ixtiraçı Nikola Teslanın doğulduğu yerdir. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 12,745 nəfərdir.
RHIC
Relativist (nisbi) Ağır İon Toqquşdurucu Gerçək zaman maşını ilə kainatın başlanğıcının tapılmasını təsəvvür edin. Relativist (nisbi) ağır ion toqquşdurucunun (en. RHIC – RAİT) çevrəsinin uzunluğu 2,5 mildir (~4.0 km) və 700 nəfər adam tərəfindən nəzarət edilir. RAİT-in inşası 600 milyon dollardan artıq qiymətə başa gəlib və illik saxlanılma xərci 150 milyon dollardan artıqdır. Əgər Nyu York, Uzun Adada yerləşən Relativist ağır ion toqquşdurucudakı qızıl ionları bir birinə çırpılsalar bu görüş 7,2 triliyon Faranheyt dərəcədən çox (~4 triliyon dərəcə Selsi) temperature əmələ gətirə bilər. Bu, zərrəcikləri əridəcək qədər yüksək temperaturdur, Zərrəciklər ayrıldıqca onların ibarət olduğu bloklar-kvarklar və qluonlar-maddənin yeni vəziyyətinə — kvark-qluon plazmaısına keçmək üçün birləşirlər. Çarpışma başa çatıb materiallar soyuduqda protonlar və neytronlar təsir kimi 4.000 subatomik zərrəcik əmələ gətirərək yenidən yaranır. Alimlər RAİT-i istifadə etdikcə ilk milyonuncu saniyəsi ərzində böyük partlamanın şərtlərini təkrarlamağa cəhd göstərirlər. Elm üçün istifadəsi RAİT-də fiziklər universal maddənin formalaşmasını daha çox anlamaqdan ötrü qızıl atomlarını elektronlarından arınaraq pozitiv yüklü ionlara çevirməsi üçün səylə sürətləndiricidən (akseleratordan) keçirirlər. Dairəvi borucuqlara buraxılmış həmin ionların sürəti çarpışmadan əvvəl işıq sürətinin 99,9%-nə qədər yüksəlir.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.