Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panu
Şanyü Panu Böyük Hun İmperiyasının son imperatorudur. Qardaşından sonra taxta keçsə də, II Huxanye ilə mübarizə aparmalı oldu. 2 il sonra II Huxanye ilə bacara bilməyən Panu hakimiyyəti iki yerə böldü Hun İmperiyası Şimal və Cənub fraksiyalarına bölündü. II Huxanye Çindən vassal asılılığı qəbul etdi.
Cefferson Kpanu
Spaun (personaj)
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir. 1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür. Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir. El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.
Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır.
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Seans
Seans (film, 1988)
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü. Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır. Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır. Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir. Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir. 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Szpaku
Szpaku və ya Mateuş Yakub Şpakovski (pol. Mateusz Jakub Szpakowski, 1994) — polyak reper və söz yazıçısı. Musiqiçi BOR Records albom şirkəti ilə uzun müddət işləsə də, 2020-ci ilin əvvəlindən GUGU adlandırdığı öz albom şirkətini yaratmışdır. O, Paluch, Young Igi, Bialas, Guzior, Wlodi, Shellerni, Slo, Bezczel, Koldi, Kobik, Kaz Balaqeyn və Bedoes kimi bir çox musiqiçilərlə əməkdaşlıq etmişdir. 6 yanvar 1994-cü ildə Polşanın Moronq şəhərində anadan olmuşdur. Təxminən, 21 yaşında, Slon adlı reperin "Xor melodiyası" albomu sayəsində rap ilə maraqlanmışdır. 2015-ci ildə "Zachianki" adlı ilk mahnısını çıxartmışdır. Bir müddət sonra musiqiçi Alcomindz şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Alcomindz şirkəti ilə 2016-2017 tarixində "Young Simba" adlı bir musiqi hazırlamışdır. Avqust ayının sonunda isə məşhurluq qazandığı BOR Records albom şirkətinə qoşulmuşdur.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şanyü
Şanyü — Xaqandan öncə hunlar arasında istifadə olunan titul.
Şabu-şabu
Şabu-şabu (yap. しゃぶしゃぶ şabu-şabu) - hoqonun yapon növü. Yemək sukuyakiyə çox oxşayır. Hər ikisinə ət və tərəvəz gedir. Bununla yanaşı onlara makaniya sousu əlavə edilir. Şabu-şabu ət dadın verir ancaq sukiyaki kimi şirin deyil. Bu yemək qış yeməyidir, ancaq demək olar bütün il boyu bişirilir. Şabu-şabu ilk dəfə XX əsrdə Yaponiyada "Suehiro" restoranında bişirilməyə başlanılıb. Belə bir fərziyyə var ki bu yemək Çinlilərin "şuan yang rou" yeməyinə oxşar bişirilib. Bu yeməyin Çin növü həmin yeməyə çox bənzəyir.
Palu
Palu — Elazığın ilçəsidir. 2015-cı ilin məlumatına görə ilçədə 20.035 nəfər yaşayır.
Pand
Pand- Albaniyanın Artak əyalətində monostır adı. Pand həm də Murovdağın ətəyində dağ adıdır. Dağ Pand kilsəsinin adı ilə adlanmışdır. əsrə aid mənbəyə görə albanların xristian dini katolikosu Pandalion tikmişdir.("Albaniya tarixi", II kitab, 50-ci fəsil). Başqa adı Pandalion. Cənubi qafqazda Azərbaycanda Öküzdağ (Tovuz rayonu Qarabağlılar k.); Öküzdağ 6 Tovuz rayonu Qəribli k. : Öküzdağlı (Tovuz rayonu Dondarlı k.); Öküzdağ (Gədəbəy rayonu Qoşabulaq k.); Öküzölən (əsli Oğuz olan), Laçın rayonu ikinci Tığıq k., Öküz təpəsi (Gədəbəy rayonu Dəyə-Qarabulaq k.); Öküzcədərəsi (Cəbrayıl rayonu Qaraçanlı k.): Öküzdağları (Daşkəsən rayonunda Alunitdağ); Öküz yalı (Tovuz rayonu Qarabağlılar k.); Öküzyatan yaylaq (Gədəbəy rayonu Çaldaş k.), Öküzyatantəpə (Gədəbəy rayonu Çay-Rəsulluk.); Öküzgüneyi (Kəlbəcər rayonu) Qaraxançallı k.) ; Öküzöləndərə Zəngilan rayonu Çöpədərə k.)% Öküzölən dərə (Kəlbəcər rayonu İstibulaq k.) və s. Zaqatala rayonun Çökəkoba kəndi ərazisində Ucuzdərə və Ucuztəpə oronimləri də vardır. Ermənistanda : Öküzbulaq (İrəvan əyalətinin Qırxbulaq nahiyəsində); Ökuzbulaq (İrəvan quberniyasının Aleksandropol qəzasında); Öküzlü (İrəvan quberniyasının sürməli qəzasında) və s. Gürcüstanda: Qara.küzlü, Öküztəpəsi, Öküzdağ, Öküzlü və b..
Elçin Sangu
Elçin Sangu (d. 13 avqust 1985) — Türk aktrisa. == Bioqrafiyası == Çərkəz əslli olan Elçin Sangu, 1985-ci ilin Avqust ayının 13-də Türkiyənin İzmir ilində anadan olmuşdur. Sangu, universitet təhsilini Mersin Universitetinin Opera bölməsində tamamlamışdır. Sangu, Səhnə Tozu Teatrı-da aktyorluq təhsili aldıqdan sonra seriallarda aktyorluq etməyə başlamışdır. İlk olaraq 2011-ci ildə Elə Bir Keçər Zaman Ki (türk. Öyle Bir Geçer Zaman Ki) adlı serialda Jale obrazı ilə tanınmışdır. Ardından 2012-ci ildə Aşk Kaç Beden Giyer adlı serialda Nehir obrazını canlandırmışdır. Daha sonra Bir Eşq Hikayəsi (türk. Bir Aşk Hikayesi), Qurd Seyid və Şura (türk.
Espiritu-Santu
Espiritu-Santu (port. Espírito Santo) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın cənub-şərq regionuna daxildir. Şimaldan Baiya, qərbdən Minas-Jeyras və cənubdan Rio-de-Janeyro ilə sərhədə malikdir. Şərqdən Sakit okeana çıxışı vardır. Ştatın inzibati mərkəzi Viktoriyadır. Ştatın portuqalcadan tərcümədə «Müqəddəs ruh» mənasını verir. == Coğrafiya == Atlantik okeanın sahilərində ştatın iqlimi tropikdir. İl ərzində iki mövsüm hakimdir. Şimala doğru iqlim quru və istidir.
Frederik Ananu
Kanqni Frederik Ananu (20 sentyabr 1997-ci ildə anadan olub) — 2. Bundesliqa təmsilçilərindən olan İnqolştadt 04 klubunda müdafiənin mərkəzi cinahında çıxış edən Almaniyalı peşəkar futbolçudur. == Klub karyerası == Ananu Köln klubunun gənclər akademiyası vasitəsilə inkişaf etmişdir və 2016-cı ilin yay ayında Niderlandın Roda klubuna transfer olmuşdur. == Milli karyerası == Ananu Almaniyada anadan olmuşdur. Valideynləri isə Toqo vətəndaşlarıdır. O, 2016-cı ildə Almaniya U-19 və U-20 millilərinə dəvət almışdır.
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Kianu Rivz
Kianu Çarlz Rivz (2 sentyabr 1964[…], Beyrut) — Kanada aktyoru. Beyrutda doğulub Torontoda böyüyən Rivz, aktyorluq debütünü 1984-cü ildə efirlərə çıxan "Hangin' In" teleserialında rol alaraq etmişdir. Bundan iki il sonra o, 1986-cı ildə çəkilmiş tammetrajlı film olan "Youngblood"-da görünüb. Kianu Rivz 1989-cu ildə "Bill & Ted's Excellent Adventure" komediya filmində baş rol oynadıqdan sonra tanınma qazanmış və onun davam filmlərində də çəkilmişdir. O, "My Own Private Idaho" filmindəki roluna görə təriflənmişdir. "Point Break" və "Speed" ​​filmlərindəki rollarına görə isə döyüş filmlərinin ulduzu kimi tanınmışdır. Kianu Rivz bir sıra yaxşı nəticə verməyən filmə çəkildikdən sonra nəhayət 1997-ci ildə buraxılan "İblisin vəkili" qorxu filmindəki roluna görə yenidən rəğbət qazanıb. O, 1999-cu ildə ekranlara çıxan "Matris" filmindəki Neo obrazına görə müsbət rəylər toplayıb. Kianu, "Constantine" (2005) filmində Con Konstantin rolunda çəkilmişdir. Həmçinin, "The Lake House" (2006), "The Day the Earth Still" (2008) və "Street Kings" (2008) filmlərində də rol almışdır.
Lyuis Spens
Ceyms Lyuis Tomas Çalmers Spens (ing. James Lewis Thomas Chalmers Spence; 25 noyabr 1874, Angus[d] – 3 mart 1955, Edinburq) — Şotlandiya jurnalisti, şairi, yazıçısı, folklorşünası və okkultisti. Spens Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının Kral Antropologiya İnstitutunun əməkdaşı və Şotlandiya Antropoloji və Folklor Cəmiyyətinin vitse-prezidenti olmuşdur. O, Şotlandiya Milli Hərəkatının qurucusudur. Şotlandiyada jurnalist kimi karyeraya başladıqdan sonra 1906-cı ildə Spens folklor və mifologiyaya böyük maraq göstərməyə başlamışdır. O, bir kitabda brit ayinlərini və ənənələrini təsvir etmişdir. Spens kitabda qədim britonların Şimali Afrikadan köçmüş, ehtimal ki, bərbər və ya bask mənşəli insanlardan törədiyini irəli sürmüşdür. Bundan sonra Spens əsasən Meksika və Mərkəzi Amerika mifologiyasına diqqət yetirmişdir. == Seçilmiş əsərləri == Qədim Britaniya The Mysteries of Britain: Secret Rites and Traditions of Ancient Britain Restored, (1905, reprinted 1994) London: Senate. ISBN 1-85958-057-2 The Magic Arts in Celtic Britain, (1949, Reprint 1999) Dover Publications, ISBN 0-486-40447-1 Celtic Spells and Charms, (Reprint 2005) Kessinger Publishing ISBN 1-4253-1046-X The History and Origins of Druidism, 1949 Okkult An Encyclopaedia of Occultism: A compendium of information on the occult sciences, occult personalities, psychic science, magic, demonology, spiritism and mysticism, (1920, Reprinted 2003) Dover Publications, ISBN 0-486-42613-0 Occult Causes of the Present War, (1940, Reprint 1997) Kessinger Publishing, ISBN 0-7661-0051-0 Second Sight: Its History and Origins, Rider 1951 İtmiş qitələr The Problem of Atlantis, London, 1924 Atlantis in America, London: Ernest Benn, 1925 The History of Atlantis (1927, Reprinted 1995) Adventures Unlimited Press, ISBN 0-932813-28-3 The Occult Sciences in Atlantis, (Reprinted 1976) Mokelumne Hill Press, ISBN 0-7873-1292-4 The Atlantis of Plato The Evidence For Lemuria From Myth And Magic The Problem of Lemuria: The Sunken Continent of the Pacific, London: Rider & Co., 1932 Mifologiya The Popul Vuh: The Mythic and Heroic Sagas of the Kiches of Central America, London, David Nutt, 1908 A Dictionary of Mythology, 1910 The Myths of Mexico and Peru (1913, Reprinted 1976) Longwood, ISBN 0-89341-031-4 The Myths of the North American Indians, London: George G. Harrap & Co, 1914 Myths and Legends of Babylonia and Assyria (New York:Stokes) 1917; (Reprint 1997) Kessinger Publishing, ISBN 1-56459-500-5 The Legends and Romances of Spain ca.
Maya Sandu
Maya Sandu (24 may 1972, Risipen[d], Faleşt rayonu[d]) — Moldova Respublikasının Dövlət və Siyasi Xadimi; Moldova Respublikasının 6-cı Prezidenti (16.11.2020), Moldova Respublikasının tarixində ilk qadın-prezident. Moldova Respublikasının Baş Naziri (08.06.2019–14.11.2019), Moldova Respublikası Parlamentinin üzvü (30.11.2014–08.06.2019), Moldova Respublikasının Təhsil Naziri (24.07.2012–30.07.2015). == Həyatı == Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub. Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. 1989–1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
Maykl Spens
Maykl Spens (ing. Andrew Michael Spence; d. 7 noyabr 1943) — amerikalı iqtisadçı. 2001-ci ildə Corc Akerlof və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maykl Spens Prinston Universitetindən fəlsəfə üzrə məzun olmuşdur. 1966-cı ildə Oksford Universitetində Rodos Skolarşip təqaüdünü qazanmış və orada riyaziyyat üzrə təhsil almışdır. == Əsərləri == 1973 - İş marketi siqnalizasiyası, Rüblük İqtisadiyyat jurnalı, Vol. 87, № 3, səhifə 355–374. 1974 - Market siqnalizasiyası: işə informasiya transferi və əlaqədar seçim prosesləri, Harvard Universiteti nəşriyyatı.
Mo (Şanyü)
Şanyü Mo (v. 56) — Cənub Hun İmperiyasının ikinci imperatorudur. Qardaşı Panuya üsyan edərək Çindən vassal asılılığı qəbul etdi. Panunun ordusunu dəfələrlə məğlub etdi. 56-cı ildə vəfat etdi.