Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Start kodon
Start kodon — Başlanğıc kodonu, məlumat RNT (mRNA) transkriptinin ribosom tərəfindən tərcümə olunan ilk kodondur. Ən ümumi başlanğıc kodonu AUQ(yəni müvafiq DNT ardıcıllığında ATQ). Başlanğıc kodundan əvvəl 5' tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokariotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir . Başlanğıc kodundan əvvəl 5 'tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokaryotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir. Alternativ başlanğıc kodonları standart AUQ kodonundan fərqlənir və həm prokaryotlarda (bakteriya və arxey) həm də eukaryotlarda olur. Alternativ başlanğıc kodonları, zülalın başlanğıcında olduqda (kodon fərqli bir amin turşusu kodlaşdırsaydı belə), Met olaraq tərcümə olunur. Bunun səbəbi, başlanğıc üçün ayrı bir nəqliyyat RNT-nin (tRNT) istifadə edilməsidir . Alternativ başlanğıc kodonları (AUQ olmayan)eukaryotik genomlarda çox nadirdir.
Start menyusu
("Start" menyusu) Windows sisteminin əsas menyusu — tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və ya klaviaturada Windows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələn Microsoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir: "Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır. "Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur. İş masasının bəzi mühitlərində (məsələn, GNOME, Xfce, IceWM, FVWM 95, JWM, QVWM, KDE, LXDE, XPWM) analoji menyu var. "Sənədlər", "Proqramlar", "Axtarış" və "Quraşdırmalar" aiddir. Menyunun sol tərəfində Windows versiyası göstərilmişdir. İstifadəçinin adı əks olunmurdu.
Start təpəsi
Start təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 265 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Antarktidada yerləşən Start burnunun adını daşıyır. Start təpəsi 62°35′48″ c. e. 61°10′33″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Dronq təpəsindən 1.8 km cənubda, Battenberq təpəsindən 1.85 km qərbdə, Dulo təpəsindən 1.23 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Smart
Smart — 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Start a Fire
Start a Fire — Azərbaycanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki Dilarə Kazımova tərəfindən ifa edilən mahnı. Mahnının sözlərinin və musiqisinin müəllifləri isveçli Stefan Örn, Yohan Kronlund və Alessandra Günthartdırlar. Dilarə Kazımovanın mahnısında Azərbaycan milli musiqisinin aləti olan balabandan istifadə olunmuşdur və həmçinin klipdə də balaban göstərilmişdir.
Start heyət (futbol)
Start heyət və ya ilk 11-lik — futbol klubunun əsas komandasını təşkil edən on bir qabaqcıl futbolçu. Start heyətdə çıxış edən futbolçu oynadığı mövqedə komandasının ən yaxşısı hesab edilir. Məsələn, bir futbol klubunun bombardiri demək olar ki, həmişə bacarığı və komandaya verdiyi töhfə sayəsində start heyətdə çıxış etmək üçün seçiləcəkdir.
Eddard Stark
Eddard Stark Corc R. R. Martin tərəfindən yazılan «Buz və Alovun Nəğməsi» adlı kitablar toplusunda yer alan qəhrəmandır. Martinin «Taxt oyunları» kitabının və HBO tərəfindən hazırlanmış eyniadlı serialın baş qəhrəmanı olan Eddard Stark qədim Stark xadənanının iqamətgahı sayılan Uinterfel qalasının və Şimal krallığının uca lordu və Şimalın qoruyucusudur. Serialda Eddard Stark ingilis aktyor Şon Bin tərəfindən canlandırılmışdır. == Bioqrafiya == === "Taxt oyunları" hadisələrindən əvvəl === Eddard Stark Uesterosun ən qədim və böyük xanədanlarından olan Stark xanədanına məxsusdur. Ned uşaq yaşlarında Barateon xanədanına məxsus Lord Robert Barateon ilə birlikdə Vadinin uca lordu və Şərqin qoruyucusu olan Con Arrinin himayəsində böyümüşdür. Kral II Eyris Tarqaryenin Nedin atası Rikard Stark və qardaşı Brendon Starkı edam etdikdən və şahzadə Reyqar Tarqaryenin Nedin bacısı və Robertin nişanlısı Liana Starkı qaçırtdığından sonra lord Eddard, lord Barateon və lord Arrin krala qarşı üsyana başlayır. Taxta qarşı müharibə zamanı Riverranın lordları olan Talli xanədanı Starklarla müttəfiqlik yaratmaq və iki sülalənin bağını möhkəmləndirmək üçün lord Hoster Talli qızı Keytlini Ned ilə nişanlandırdı. Traydentdə Robert Barateonun Reyqar Tarqaryenin ordusunu məğlub edib şahzadəni öldürməyi və Lannister ordusunun Kral Torpaqlarını, yeddi krallığın paytaxtını, ələ keçirməklə müharibə üsyançılar tərəfindən qazanılır və Fırtına Torpaqlarının lordu Robert kral elan edilir. === Görünüşü və xasiyyəti === …uzun, qəhvəyi saçları var idi. Səliqə ilə qırxılmış saqqalında boz tüklər çıxmağa başlayar, onu otuz beş yaşlarından daha qoca göstərərdi.
Elizabet Stüart
Elizabet Stüart (19 avqust 1596[…], Fayf[d] – 13 fevral 1662[…], London) — Bohemiya kralı V Frederikin xanımı, Şotlandiya, İrlandiya və İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük qızı. Bundan başqa Şotlandiya kraliçası Mariya Stüartın nəvəsi idi. Ərinin Bohemiyadakı səltənəti yalnız 1 qış davam etdiyinə görə, tarixi qaynaqlarda "Qış Kraliçası" adlanır. Şotlandiya, İrlandiya və İngiltərə kralı olan qardaşı I Karldan cəmi 4 yaş böyük idi.
Henri Stüart
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin böyük qızı Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu. Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı və Darnley lordu. Henri Stüart (d. 8 iyul 1640 – ö. 13 sentyabr 1660) — İngiltərə kralı I Karlın oğlu.
Kristen Stüart
Kristen Ceyms Stüart (ing. Kristen Jaymes Stewart; 9 aprel 1990[…], Los-Anceles, Kaliforniya, ABŞ) — amerikalı aktrisa. "Alatoran" filmində oynadığı Bella Svon rolu ilə tanınma qazanmışdır. Aktrisa həmçinin "Panic Room" (2002), "Zathura" (2005), "Müjdəçilər" (2007), "Qadınlar ölkəsində" (2007), "Vəhşi təbiətdə" (2007), "Macəra diyarı" (2009) və "The Runaways" (2010) filmlərində də rol almışdır. == Həyatı == Kristen Stüart Los-Anceles şəhərində doğulmuş və böyümüşdür. Onun atası Con Stüart səhnə yönədicisi və Fox telekanalında televizor prodüseridir. Anası Culs Mənn – Stüart Avstraliyanın Queensland vilayətinin Maroochydore şəhərində əlyazma supervayzeri olmuşdur. Aktrisanın Kameron Stüart adında özündən böyük bir qardaşı var. == Karyerası == Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışırlar və Kristen Stüart da düşünürmüş ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətiməmişdir. "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm, lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm.
Mariya Stüart
Mariya Stüart (ing. Mary, Queen of Scots; 8 dekabr 1542 – 8 fevral 1587[…], Northemptonşir qraflığı[d]) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Nataliya Starr
Natalya Starr (ing. Natalia Starr; 22 mart 1993, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa-ABŞ pornoaktrisası və qalmour modeli.
Nataşa Starr
Nataşa Starr (ing. Natasha Starr; 10 oktyabr 1987, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa pornoaktrisası.
Patrik Stüart
Ser Patrik Stüart (Patrick Stewart; 13 iyul 1940[…] ) — səhnə və ekranda görkəmli karyeraya sahib olan İngilis film, televiziya və səhnə aktyoru. O ən çox "Ulduzlu yol: Yeni nəsil" filmində Jan Luk Pikard və "X adamlar" filmlər seriyasında Professor Çarlez Xavier rolları ilə tanınır. 1993-cü ildə TV Guide onu 1980-cı illərin ən yaxşı dramatik televiziya aktyoru seçdi.
Qloria Stüart
Qloriya Stüart (ing. Gloria Stuart; 4 iyul 1910, Santa-Monika, Kaliforniya – 26 sentyabr 2010[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Qloriya Stüart 1997-ci ildə çəkilən "Titanik" filmində qocalan Rouz rolunu Qloriya Stüart ifa edib. O, filmdə 101 yaşlı qadını canlandırıb. O vaxt aktrisanın 86 yaşı olub. Bu ifaya görə Qloriya Stüart "Oskar" və "Qızıl qlobus" mükafatlarının nominantı olub və ABŞ kino aktyorları Gildiyasının ən yaxşı ikinci plan kino aktrisası mükafatını alıb. Qloriya Stüart 2010-cu il sentyabrın 26-da 100 yaşında vəfat edib.
Qloriya Stüart
Qloriya Stüart (ing. Gloria Stuart; 4 iyul 1910, Santa-Monika, Kaliforniya – 26 sentyabr 2010[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Qloriya Stüart 1997-ci ildə çəkilən "Titanik" filmində qocalan Rouz rolunu Qloriya Stüart ifa edib. O, filmdə 101 yaşlı qadını canlandırıb. O vaxt aktrisanın 86 yaşı olub. Bu ifaya görə Qloriya Stüart "Oskar" və "Qızıl qlobus" mükafatlarının nominantı olub və ABŞ kino aktyorları Gildiyasının ən yaxşı ikinci plan kino aktrisası mükafatını alıb. Qloriya Stüart 2010-cu il sentyabrın 26-da 100 yaşında vəfat edib.
Rinqo Starr
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…]) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. "Britaniya imperiyası" ordeni kavaleri, "Oskar" və "Qremmi mükafatı" laureatı. 2010-cu ildə "Rolling Stone" jurnalının keçirdiyi sorğuya əsasən, bütün zamanların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub. Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..
Smart-kartlar
Smart-kartlar (ing. smart card,смарт-карта, интеллектуальная карта) —daxili mikroprosessoru olan plastik kart. Orada kart sahibinin şəxsi məlumatları, fotoqrafiyası, biometrik verilənləri, parolları, erişim açarları və s. saxlanıla bilər. Smart-kartı oxumaq üçün xüsusi oxuma qurğusundan (CARD READER) istifadə olunur. Smart-kartlar alman mühəndisləri Yurgen Detloff (J. Dethloff) və Helmut Gettrup (H. Gröuttrupp) tərəfindən 1967-1968 illərində ixtira olunub. Termini fransız publisisti Roy Brayt (R. Bright) daxil edib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 788 s.
Smart kontrakt
Smart kontrakt və ya ağıllı müqavilə (ing. Smart contract) — bir sövdələşmə və ya anlaşmanın şərtlərinə uyğun olaraq hüquqi cəhətdən müvafiq hadisələri və hərəkətləri avtomatik icra etmək, nəzarət etmək və ya sənədləşdirmək məqsədi daşıyan kompüter proqramı və ya əməliyyat protokoludur. Ağıllı müqavilələrin məqsədləri etibarlı vasitəçilərə olan ehtiyacı, arbitraj və icra xərclərini, fırıldaqçılıq itkilərini, həmçinin zərərli və təsadüfi istisnaları azaltmaqdır. Satış maşınları ağıllı müqavilənin tətbiqinə bərabər olan ən qədim texnologiya parçası kimi istinad edilir. 2014-cü ildə Ethereum adlı kriptovalyuta əlaqədar olaraq nəşr olunan ağ kağızda Bitcoin protokolu kompüter alimi, hüquqşünas və kriptoqraf Nik Şabo tərəfindən müəyyən edilmiş ağıllı müqavilə konsepsiyasının zəif versiyası kimi təsvir edilir. Bitcoin etibarsız tərəflər arasında daha təkmil ağıllı müqavilələr bağlamağa imkan verən skript dillərini dəstəklədiyindən bəri müxtəlif kriptovalyutalar. Bitcoindən bu yana müxtəlif kriptovalyutalar etibar edilməyən tərəflər arasında daha təkmil ağıllı müqavilələrə imkan verən skript dillərini dəstəkləyir.
Smart soyuducu
Smart soyuducu – soyuducu növü. Ağıllı soyuducu və ya İnternet soyuducu internetə qoşulmuş sensor ekranı olan və bəzən elementləri olan daxili virtual səs köməkçisi olan daxili kompüterin olduğu bir soyuducudur. İlk İnternet soyuducuları dot-com bumun zirvəsində meydana çıxdı, ilk modellər arasında LG Electronics-dən Digital Dios və Electrolux-dan Screen Fridge dir. İlk internet soyuducuları baha idi(məsələn, LG-nin soyuducusu 8000$ qiymətindədir). Alış-verişə haqq qazandırmaq üçün İnternet soyuducuları müxtəlif proqramlarla, o cümlədən kabel televiziyasına çıxış, video telefon, media pleyer və s. Bəzi istehsalçılar ağıllı evə nəzarət etmək üçün soyuducuda mərkəzi server yerləşdirməyi, digərləri isə alış qiymətini azaltmaq üçün soyuducunun ekranında reklam yerləşdirməyi planlaşdırırdılar. Bununla belə, satışın ilk bir neçə ili son dərəcə uğursuz oldu və 2003-2005-ci illərdə əksər məişət texnikası istehsalçıları internet soyuducularının istehsalını dayandırdılar və ya artıq hazırlanmış və elan edilmiş modelləri bazara çıxarmağa başlamadılar. Uğursuzluqlara baxmayaraq, bir çox istehsalçı kommersiya baxımından uğurlu İnternet soyuducu modelini buraxmağa davam edir. Əsas problem odur ki, istehsalçıların İnternet soyuducularını təchiz etdiyi xüsusiyyətlərin əksəriyyəti, bir qayda olaraq, potensial alıcıların artıq malik olduğu digər cihazlardan - smartfonlar, planşetlərdən və noutbuklardan istifadə etməklə daha yaxşı yerinə yetirilir. Belə bir soyuducunun alınmasını əsaslandıra biləcək əsas funksiya - məhsulların mövcudluğuna və təzəliyinə nəzarət - mövcud texnologiya inkişafı səviyyəsi ilə onlar tərəfindən tam yerinə yetirilə bilməz.
Stara Lyubovnya
Stara Lyubovnya (slovak. Stará Ľubovňa, ukr. Стара Любовня, pol. Lubowla / Любовля, alm. Altlublau‎, mac. Ólubló) — Slovakiyanın şərqində şəhər. Poprad çayının hər iki sahilində, yerləşir. Əhalisi 15 minə yaxındır. Stara Lyubovnyanın adı ilk dəfə 1292-ci ildə Libenlərin şəhəri kimi qeyd olunub. 1364-cü ildə macar kralı Böyük Lüdovik Stara Lyubovnaya kral şəhəri hüquqları verdi.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.