Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dmitri Şurov
Dmitri İqoreviç Şurov (ukr. Шуров Дмитро Ігорович; 31 oktyabr 1981, Vinnitsa) — Ukrayna musiqiçisi, 2009-cu ildən etibarən PianoBoy layihəsinin solistidir. Keçmişdə — Okean Elzı (2001–2004) və Esthetic Education (2004–2008) qrupların pianoçusu, 2006–2009 Zemfiranın qrupunda pianoçu idi. 2008 və 2009-cu illərdə Qoqolfest çərçivəsində keçirilən Kiyevdə Moloko Music Fest birgə keçirdiyi festivalının təşkilatçısı idi. "Хоттабыч", "Пуговица", "Оранжевая любовь", "Игры в солдатики", "Как найти идеал", "Таинственный остров", "Слуга народа" kimi filmlərin musiqisililərin müəllifidir. 2017-ci ildən — Ukraynanın "X-Factor" layihəsinin səkkizinci mövsümünün münsiflər heyətinin üzvü. == Həyatı == === İlk İlləri === 31 oktyabr 1981-ci ildə Vinnitsada anadan olmuşdur. Atası — şair, sənətçi, televiziya proqramlarının redaktoru. Anası — müəllimə və musiqiçidir. Dörd piyanoyu başladı.
Aleksandr Suxovo-Kabılin
Aleksandr Vasilyeviç Suxovo-Kobılin (rus. Александр Васильевич Сухово-Кобылин; 17 (29) sentyabr 1817 və ya 29 sentyabr 1817, Moskva – 11 (24) mart 1903, Bolyo-sür-Mer) — rus filosofu və dramaturqu. Əsasən rus imperiya bürokratiyasını tənqid edən satirik pyesləri ilə tanınırdı. Onun bacısı Yevgeniya Tur məşhur yazıçı, tənqidçi və jurnalist, bacısı Sofiya isə rəssam idi.
Aleksandr Suxovo-Kobılin
Aleksandr Vasilyeviç Suxovo-Kobılin (rus. Александр Васильевич Сухово-Кобылин; 17 (29) sentyabr 1817 və ya 29 sentyabr 1817, Moskva – 11 (24) mart 1903, Bolyo-sür-Mer) — rus filosofu və dramaturqu. Əsasən rus imperiya bürokratiyasını tənqid edən satirik pyesləri ilə tanınırdı. Onun bacısı Yevgeniya Tur məşhur yazıçı, tənqidçi və jurnalist, bacısı Sofiya isə rəssam idi.
Surio Subroto Abdullah
Surio Subroto Abdullah (1878, Semaranq – 1941, Cokyakarta) — İndoneziya realist rəssamlığının banilərindən biri. "Bandunq yaylası", "Mərkəzi Yava mənzərəsi", "Rəngli göl" və s. əsərlərin müəllifidir.
Qukovo
Qukovo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Çudovo
Çudovo — Rusiya Federasiyasında yerləşən şəhər Novqorod vilayətinin tərkibinə daxildir
Şurəvi
Şurəvi (fars. شوروی‎ "sovetsi", ərəb. شورى‎ dilindən [Şura] "совет") — Əfqanıstanda SSRİ-dən olan sakinlər üçün istifadə olunan tarixi ad. 1956-cı ildən Əfqanıstanda çoxlu sayda işləyən sovet mülki və hərbi mütəxəssislərinin əfqan adından götürülüb. Şurəvi anlayışının sovet hakimiyyəti ilə əlaqəsi hələ 1920-ci ildə, Buxara Xalq Sovet Respublikası qurulanda meydana gəlir (tac. Ҷумҳурии Халқии Шӯравии Бухоро). Əvvəlcə 1950-ci illərin ikinci yarısında sovet-əfqanıstan əməkdaşlığının intensivləşməsi ilə bu söz neytral mənada işlənmiş və heç bir təhqiramiz məna daşımamışdır. Üstəlik Əfqanıstanın Sovet İttifaqı ilə əməkdaşlığının vacibliyini vurğulamaq üçün hətta rəsmi səviyyədə də istifadə olunmuşdur: xüsusən sovet qonaqlarına ünvanlanan ümumi istifadə edilən "Şuravi — xub astı" qarşılanması və digər qarşılanmalar. Bu söz 1970–1980-ci illərin sonunda mənfi məna kəsb etməyə başlayır. Sovet qoşunlarının Əfqanıstana daxil olmasından sonra vətəndaş müharibəsi vəziyyətinə çevrilən uzunmüddətli daxili siyasi böhran zamanı bu söz əvvəlcə əfqanlar arasında, sonralar isə Əfqanıstan müharibəsi veteranları arasında avtoetnonim kimi ("Biz Şuraviyik") geniş yayılmışdır.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Murov
Murovdağ — Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. Silsilənin şimal-şərqində müxtəlif göllər yerləşir. Onlardan biri də Göygöl gölüdür. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır. Silsilənin uzunluğu təqribən 70 kilometr (43 mil), hündürlüyü 3,724 metrdir (12,218 fut). Əsasən yura, təbaşir və paleogen süxurlarından ibarətdir. Silsilənin maksimal hündürlüyü 3,724 metr olan Gamışdağ zirvəsidir. Murovdağ silsiləsi vəya Mrav silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala uzanır. Şimal-şərq yamacında şimal yamacının yaxınlığında Göygöl də daxil olmaqla bir sıra mənzərəli göllər var. Murovdağdan cənubdan Qarabağ vulkanik yaylası uzanır.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Sürvə
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Anna Burova
Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur. == Həyatı == Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. == Fəaliyyəti == Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir. Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir. === Milli azadlıq hərəkat üzvü kimi === Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Kirovo-Çepetsk
Kirovo-Çepetsk — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Murad Aşurov
Murad Məmməd oğlu Aşurov (1941, Zod, Basarkeçər rayonu – may 2017) — Xanlar Rayon İcra Hakimiyyətinin başçısı, Yevlax Rayon Xalq Deputatları Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Xanlar Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. Murad Aşurov 1941-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. O, Xanlar pedaqoji məktəbində təhsil almışdır. 1960-cı ildə əmək fəaliyyətinə başlamışdır. O, Jdanov rayonunun Xələc kənd orta məktəbində müəllimlik etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universiteti yanında hazırlıq kursunu bitirərək Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1 il sonra qiyabi şöbəyə keçərək Xanlar rayonuna qayıtmışdır. 1968-ci ildə isə məzun olmuşdur. O, 1969-cu ildə Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi olduğu müddətdə Səməd Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqronomluq təhsili almışdır.
Mustafa Aşurov
Olqa Turova
Olqa Turova (13 mart 1983, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. Olqa Turova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Olqa Turova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Sergey Şnurov
Srgey Şnurov (rus.: Серге́й Влади́мирович Шну́ров. 13 aprel 1973, Leninqrad) — Rusiyalı rok musiqiçisi, şair, kino aktyoru, televiziya aparıcısı, rəssam və ictimai xadim. "Bumer" filminin soundtrekinin müəllifi. "Leninqrad" və "Rubl" qruplarının lideri. RTVi telekanalının baş prodüseri (29 iyun 2020-ci ildən). Həmçinin "İnkişaf Partiyası"nın həmsədridir. Sergey 13 aprel 1973-cü ildə Leninqradda anadan olmuşdur. İlk təhsilini 564 nömrəli ümumtəhsil məktəbində almış, sonra Leninqrad mühəndis-tikinti İnstitutuna daxil olmuş və oranı bitirmədən bərpa Liseyinə keçmişdir. Litseyə oxuduğu ixtisas, ağacdan hazırlanmış əsərlərin bərpaçısı ixtsası olub. Liseydə təhsil aldıqdan sonra İlahiyyat İnstitutunun fəlsəfə fakültəsinə daxil olmuş, orada üç il təhsil almışdır.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Yelena Smurova
Yelena Smurova (18 yanvar 1974, Leninqrad) — Rusiyanı təmsil edən su poloçusu. Yelena Smurova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Yelena Smurova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Yelena Smurova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Zakir Aşurov
Zakir Məcid oğlu Aşurov (1958, Qazax – 9 may 2008, Moskva) — Azərbaycanlı alim, tibb elmləri doktoru, Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunun professoru. Zakir Aşurov 1958-ci ildə Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almışdır. 1981-ci ildə institutu bitirib 3 il Çeçenistanın Qroznı şəhərində mərkəzləşdirilmiş LOR şöbəsində internadan keçmişdir. 1985-ci ildə Moskva Dövlət Tibb İnstitutunun Klinik Ordinaturasına qəbul olmuşdur. Ordinaturanı bitirdikdən sonra 1 saylı Moskva Klinik Xəstəxanasında həkim işləmişdir. 1988-ci ildən ömrünün axırına qədər Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Zakir Aşurova professor elmi rütbəsi verilmişdir. Onun rəhbərliyi ilə bir neçə tibb elmləri namizədi yetişmişdir.
İqor Sukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
İsaxan Aşurov
İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu – 22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil. İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur. Ailəli idi. 4 övladı var.