Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sulu arxipelaqı
Sulu arxipelaqı — Filippin adalarının tərkibinə daxil olan, elə də böyük olmayan adalardan təşkil olunmuş arxipelaq. Mindanao ilə (Filippin) və Kalimantan (Malayziya) adaları arasında yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru uznır. Ümumi uzunluğu 1680 km, sahəsi isə 4068 km²-dir. Adalarda 1 378 162 nəfər yaşayır (2010). == Coğrafiya == Arxipelaqın tərkibinə daxil olan adalar — Basilan, Jolo və Tavi-Tavi və kiçik adalar — Situbu, Panqutaran, Tavitaxi, Tapul, Samales, Pilan. Arxipelaq Mindanao adasından Basilan, Kalimandan adasından isə alis boğazı ilə ayrılır. Şimaldan Sulu, cənubdan isə Sulavesi dənizi ilə əhatələnir. == Əhalisi == Arxipelaqda əsasən Moro xalqı yayılmışdır. Müsəlman filippinlilərə belə rast gəlinir.
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Sulu dənizi
Sulu dənizi (ing. Sulu Sea) — Sakit okeanında yerləşən adalar arası dənizdir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimal-şərqdə Filippin arxipelaqı, şimal-qərbdə Plavan adası, cənub-qərbdə Kalimantan adası və cənub-şərqdə Sulu arxipelaqı yerləşir. Dənizin ətrafında dar və dayaz boğazlarla zəngindir. Dənizin ən dərin yeri 5576 metr təşkil etdiyi halda Mindoro boğazıında dərinlik 450 m təşkil edir. Şimalda Cənubi Çin dənizi ,cənub ,cənub-şərqdə Sulavesi dənizi və Mindanao dəniziləri ilə birləşir. İl boyu temperatur yüksək olur, 25-29 s arası dəyişir. Duzluğu 33-34,5 ‰ təşkil edir. Dənizin cənubunda mərcan rifləri yerləşir.
Sulu lay
Suyadavamlı layın üzərində yerləşən və yeraltı suları olan sukeçirən süxur qatıdır.
Sulu sultanlığı
Sulu sultanlığı—1457-ci ildən 1917-ci ilədək Filippində iqtidarda olmuş islam dövləti. == Tarixi == Filippinin İslamiyətlə ilk təması, IX və X əsrlərdə Qırmızı dənizdən Çin dənizinə qədər uzanan və əsas etibariylə müsəlmanların istifadəsində olan millətlərarası dəniz ticarətinə qatılmasıyla başlayır. Bu dönəmdə Ərəb əsilli müsəlman tacirlər inci, ədviyyat kimi malları almaq və Borneodan (Kalimantan) Çinə etdikləri yolçuluq sırasında dincəlmək üçün bəzi Filipin adalarına uğruyurdular. "Tərsila" və ya "silsilə" adı verilən Sulu şəcərə qaynaqları, Tuan Məşaika adında bir Ərəb tacirinin Jolo (Colo) adasına gəldiyini və burada hakim sinifə mənsub bir ailənin qızıyla evlənərək bütlərə pərəstiş edən yerli əhalinin İslamiyəti qəbul etmələrinə səbəb olduğunu bildirməkdə, ancaq bu mövzuda hər hansı bir tarix vermir. İslamiyətin Suluya girişiylə ilgili ilk tarixi bəlgə, Jolo adasındakı Jolo şəhərinin bir neçə mil uzağında, qədimdən Sulu sultanlarının tac geydikləri Bud Datoda olan və Tuan Makbalu adında yabançı bir müsəlmana aid olduğu sanılan 1310-cu il tarixli bir məzar daşıdır. Yenə tərsilalar, Tuan Şərif Övliya da deyilən Kərim əl-Məhdum adında sufi bir Ərəb dəvətçisinin 1380-ci ildə Buansaya (bugünkü Jolo) gələrək məhəlli hakimlərin izniylə digər Sulu adalarını gəzib İslamiyəti yaydığını və Simunul adasındakı Tubig-Indangan şəhərində bir məscid tikdirdiyini bildirir.XV əsrin əvvəllərində Raca Baguinda Əli adında Sumatrali müsəlman bir şahzadə kiçik donanmasıyla Joloya gəlmiş və yerli bir şahzadəylə evlənərək buranı və çevrəsindəki digər adaları idarə etməyə başlamışdır. Onun ölümündən sonra kürəkəni Ərəb dəvətçilərindən Sərif Əbu Bəkir əl-Haşim hakimiyyəti ələ almış və paytaxtı Jolo olan Sulu sultanlığını qurmuşdur (1457). Beləcə siyasi bir güc qazanan İslamiyət qısa müddətdə Sulu arxipelağının digər adalarına da yayılmışdır. Tərsilalar, Mindanao adasının İslamlaşmasını da bir Ərəb ata ilə Johorlu bir Malay şahzadəsinin oğlu olan Şərif Məhəmməd Kabungsuvan adındakı bir dəvətçiyə bağlayırlar.XVI əsrin əvvəllərində Malay yarımadasından Pulangiyə (bugünkü Cotabato) gələn Kabungsuvan, bölgəyə daha öncə çatmış olan başqa dəvətçilərlə birlikdə datularla (yerli qəbilə rəisləri) iş birliyi bağlayaraq fəthlər, diplomatiya və siyasi evliliklər yoluyla bölgədəki əhalini müsəlmanlaşdırmış, arxasından da Mindanao adasında Maguindanao sultanlığını qurmuşdur (təx. 1515).
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. == Lazım olan ərzaqlar == Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. == Hazırlanma qaydası-1 == Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcədə kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Sülü Çiançü
Sülü Çiançü (v. e.ə. 59) — E.ə. 68 - E.ə. 60 arası hakimiyyətdə olmuş şanyüdür. Seçki ilə hakimiyyətə gəlmişdi. Hunlar ən zəif dövrlərindən biri yaşayırdı. Onun dövründə Hunlar Çin və digər qonşuları ilə müharibələri davam etdirir və gücdən düşürdülər. 8 il kimi qısa bir müddət hakimiyyətdə olandan sonra öldü.
Mulu
Mulu (Marağa)
Qulu
Qulu — kişi adı.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Suluk
ToponimlərSuluk (Liviya)
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. == Etimologiyası == “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. == Coğrafiyası == Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. == Əhalisi == Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. === Şəhidləri === 1.
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. == Sülh və müharibə == İstənilən müharibənin istəyi sülhdür. == Həmçinin bax == Cəmiyyət Nobel Sülh mükafatı BMT == Mənbə == Яндекс.
Süli
Şanyü Süli (v. 140) — Hunların XXXIV şanyüsü. Onun dövrü vətəndaş müharibəsi dövrlərindəndir. Bir çox hunun üsyanı və syenbilərin hücumu ilə keçən bu dövr hunların Çindən asılılığının daha çox artdığı dövrlərdəndir. Süli öləndən sonra yerinə imperatorun seçdiyi şanyü Duluçu keçmişdi.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Sülü bəy Zülqədər
Sülü Şaban bəy Qaraca bəy oğlu Zülqədər (rus. Шабан Сули-бей, rus. Сули-бей, rus. Севли-бей, türk. Şaban Süli Bey, türk. Süli Bey, türk. Sevli Bey) — hökmdar, XIV yüzillik. == Həyatı == Xəlil bəyin öldürülməsindən sonra bəyliyin basına kiçik qardaşı Süli bəy keçdi. Bu sırada Misirdə olan Osman bəy və İbrahim bəy Sultan Bərkuk tərəfindən tutuldular. Zülqədərlilərin toplanmasını istəməyən Sultan Bərkuk, Süli bəyin başa keçdiyini xəbər alar-almaz Həmadaki qüvvələrinə Süli bəyin üstünə yürüş etmələrini əmr etdi.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. == Tarixi == Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".“Yurdda sülh, cahanda sülh” şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.
Amyen sülhü
Amyen yaxud Amien sülhü. 1802-ci ildə Fransa ile İngiltərə arasında bağlanmış bu sülhə əsasən İngiltərə Fransanın Avropada işğallarını tanıdı. İngiltərə Seylon və Trinidad adalarında hakimiyyətini saxladı, Hollandiya, Almaniya, İtaliya və İsveçrənin işlərinə qarışmaqdan əl çəkdi. Malta adasını "Malta cəngavərləri" cəmiyətinə qaytardı. Fransa Misirdən əl çəkdi. 2-ci antifransız koalisiyası dağıldı.
Antalkid sülhü
Antalkid sülhü, Şah sülhü — e.ə. 386-cı ildə Sard şərqində Afina və Fiv başda olmaqla yunan şəhər-dövlətləri koalisiyası ilə Sparta arasında imzalanmışdır. == Haqqında == Sparta diplomatı Antalkidin adı ilə adlanır. Əhəməni şahı II Artakserkin irəli sürdüyü şərtlər əsasında bağlanmışdır (digər adı da buradandır). Antalkid sülhü nəticəsində Kiçik Asiya və Kiprdəki yunan şəhərləri İranın hakimiyyəti altına keçmiş, Peloponnes ittifaqından başqa Yunanıstandakı bütün siyasi birliklər qadağan edilmişdir. Antalkid sülhünün şərtlərinə nəzarətin Spartaya həvalə edilməsi onun Yunanıstanda hökmranlığını möhkəmləndirdi. Beləliklə, Antalkid sülhü Yunan-İran müharibələri (e.ə. 500–449) dövründə yunanların qazandığı itirildi. Antalkid sülhü siyasi pərakəndəliyi və daxili çəkişmələri gücləndirdi. Ksenofontun «Yunan tarixi» adlı əsərində Antalki sülhünün mətni verilmişdir.
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. == Tarixi == Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır == Xarakteriskası == Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir == Geoloji strukturu == Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. === Qidalanma sahəsi === Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.