Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarkan
Tarkan Tevetoğlu — Türk müğənni. 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlarındakı Alzey qəsəbəsində anadan olmuşdur. Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başladı. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını aldı. == Karyerası == 1991-1999-cu illər ərzində yoldaşı Alpay Aydın sayəsində İstanbul Val sahibi və prodüser Məmməd Söğütoğlu ilə tanış oldu. 1992-ci ilin sonunda İstanbul Val ilə imzaladığı razılaşma nəticəsində, ilk albomu Yenə Sənsiz Türkiyədə bazara çıxarıldı. Bu albomun ilk mahnısı olan Kıl Oldum çox qısa müddətdə dinləyənlərin marağını çəkərək məşhur məkanlarda çalındı. Yenə Sənsiz adlı albomunu 900 min tirajla satılınca, Tarkan ölkə diametrində tanındı. 1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə Acayipsin albomunu çıxaran Tarkan müvəffəqiyyətini davam etdirdi. Bu albom ilə Türkiyə və Avropada 24 konsert verdi.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. == Adı və etimologiyası == "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tarxan
Tarxan — Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı. == Tarix == Xəzər xaqanlığında titul, ünvan idi. Orta Asiya, Qazan, Həştərxan və Krım xanlıqlarında feodal tarxan adlanırdı.
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Talan
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Alp Tarxan
Alp Tarxan — VIII əsrdə baş verən Xəzər-ərəb müharibələrində xəzər qoşunlarına başçılıq etməsi ehtimal olunan, Məslamənin komandası altında Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı vuruşan sərkərdə. Alp Tarxan ifadəsinin bu şəxsin adı və ya ləqəbi olması mübahisəlidir. Bəzi mənbələrə görə, Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı əməliyyatlarda Məslamənin ordusunu Dağıstan ərazisində sıxışdıran məhz Alp Tarxan olub. M.Kaqankatvatsi bildirir ki, 713-714-cü illərdə Alp Tarxanın komandanlığı altında olan Xəzər ordusu, Məsləmə ibn Əbdülmalikin komandanlığı altında olan ərəb ordusunu Dərbənd ətrafında sıxışdırdı və Məsləmə ibn Əbdülmalik bütün ordusunu və hətta hərəmini tərk edərək qaçmalı oldu..
Bağa Tarxan
Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı. == Həyatı == Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi. 738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Harlan Ellison
Harlan Ellison (27 may 1934 27 iyun 2018))—ABŞ fantast yazıçısı. == Həyatı == Harlan Ellison 1934-cü il 27 may tarixində Amerikada dünyaya göz açıb. Onun yəhudi amerikan ailəsi sonralar qaldıqları yeri tərk edir. 1949-cu ildə atasının ölümündən sonra ailə Klivlendə qayıdır. Uşaq yaşlarından tamaşalarda oynayan Harlanın artıq karyerası var idi. Yeniyetmə çağlarından işiylə əlaqədar ailədən kənarda keçirdiyi günlər də onun həyatında dərin izlər buraxır. Zamanla Şimali Karolinada yük maşını sürücüsü, kitab satıcısı, mağaza administratoru kimi işləsə də ədəbiyyatla da məşğul olur.. H. Ellison 1955-ci ildə Nyu-Yorka köçərək burada yaradıcılıqla daha müntəzəm məşğul olmağa başlayır. Əsərlərində elmi fantastikaya üstünlük verən yazıçı iki il ərzində 100-dən çox hekayəni nəşr etdirir. 1956-cı ildə Şarlotta Steinlə evlənən yazar bir il sonra gənc briqadalar haqqında əsərini qələmə alır.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Olqa Xarlan
Olqa Qennadevna Xarlan (ukr. Ольга Геннадіївна Харлан; 4 sentyabr 1990, Nikolayev) — Ukrayna qılıncoynadanı, 2008-ci ilin Olimpiya çempionu, altı qat dünya çempionu və səkkiz qat Avropa çempionu. Avropa Oyunları çempionu, 2012-ci il Olimpiya oyunlarının bürünc mükafatçısı, Ukraynanın əməkdar idman ustası. == Bioqrafiyası == Ukrayna milli komandasında 2004-cü ildən iştirak edir. Nikolayev bədən tərbiyəsi məktəbini bitirib. Artyom Skoroxod və Garnik Davidyanın rəhbərliyi altında məşq etmişdir.2007-ci ildə yeniyetmələr arasında Dünya kubokunun qalibi olmuş. 2007 və 2008-ci illərdə yeniyetmələr arasında keçirilən dünya çempionatlarında 1-ci yeri tutub. 2007-ci ildə 17 yaşı bitdikdən bir neçə gün sonra, Sankt-Peterburqda komanda çempionatında gümüş medal qazana bilmişdir. 2008-ci ildə Pekin Olimpiya Oyunlarında Çin idmançılarına qarşı Ukrayna komandası ilə çıxış edən 17 yaşlı Olqa Xarlan qarşılaşmada kəskin dönüş etdi. Ardıcıl olaraq səkkiz dəqiq zərbə vuraraq Olqa Xarlan Ukrayna komandasına Pekin Olimpiadasında ilk qızıl medalı qazandırmışdır.
Ras Tarxan
Ras Tarxan (VIII əsr — ?) — Xəzər xaqanlığının xaqanı, sərkərdəsi. == Həyatı == Ras Tarxan 764-cü ildə Cənubi Qafqaza yürüş etmişdi. 764-cü ildə xəzərlər yenidən Ras Tarxanın başçılığı altında Qafqaziyaya hücum edirlər. Bununla bağlı İbn-əl-Əsir qeyd edir ki, 764–765-ci illərdə türklərə başçılıq edən Xarəzmli Astarxan müsəlmanların üzərinə hücuma keçib çoxsaylı müsəlman və zimmiləri əsir götürərək Tiflisi tutur. Türklərlə müharibəyə Mansur Cəbrayıl ibn-Yəhyanı və Zərba ibn-Abdullahi göndərir, özləri bir qədər döyüşdükdən sonra qaçır, əsgərlərinin böyük əksəriyyəti isə öldürülür.Ət-Təbəri onun adını As-tarxan, Gevond Raş-tarxan, əl-Yəqubi isə Ras-tarxan yazır. === Yəzid ibn Üseyd ibn Zafir əs-Sulaminin xəzər padşahının qızı ilə evlənməsi haqqında hekayət === Müəllif deyir: Xəlifə əl-Mənsurun məktubunu alandan sonra Yəzid xəzərlərin hökmdarı olan Taatur adlı xaqanın yanına öz adamlarını onun qızı üçün elçi göndərir. Qızın adı Xatun idi. Xəzərlərin padşahı öz razılığını verdi. Yəzid ibn Üseyd Xatunla evlənərək, qızına görə atasına 100 min dirhəm verdi. Xatun təntənə ilə xəzərlərin ölkəsindən islam ölkəsinə yola düşdü.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir.Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi. Sarqon "Tartan Musuray", yəni Misir tartanından bəhs edirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Tarxan (Şaran)
Tarxan (başq. Тархан, rus. Тархан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Şaran kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Şaran): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 36 km.
Tarxan Batiraşvili
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. == Həyatı == Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
Tərlan (Komican)
Tərlan (fars. طرلان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 59 ailədə 62 nəfəri kişilər və 83 nəfəri qadınlar olmaqla cəmi 145 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Tərlan (dəqiqləşdirmə)
Yaşayış məntəqələriTərlan (Komican) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd.Digər Tərlan (quş) — yırtıcı quş Tərlan (balet) — Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet.
Tərlan Amanaliyev
Tərlan Rövşən oğlu Amanaliyev (15 iyul 1995; Şəhriyar, Şamaxı rayonu — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Amanaliyev 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2001–2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tərlan Amanaliyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tərlan Rzayev
Tərlan Rövşad oğlu Rzayev (21 may 2001; Sumqayıt, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Rzayev 2001-ci il mayın 21-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tərlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Rzayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərlan Əhmədov
Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu. == Bioqrafiya == Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb. 90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir. 2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır.2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır. 2002/03 mövsümündə Azərbaycanda oynaya bilmədiyi üçün İranın yüksək liqa komandası "İstiqlal"ın dəvətini qəbul etdi.
Tərlan Əliyarbəyov
Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu – 15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor. == Həyatı == Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailədə anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927–1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1914–1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, 205-ci Şamaxı piyada alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cəbhəsi ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918–1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi.