TALAN

Ad-feil omonimdir: sözün kökü tala feilidir, talanmaq məchul növdür, talan olmaq isə “dağıtmaq”, “gəlir əldə etmək” deməkdir. Talan həm də isim kimi işlədilir (talançılıq...). Fars mənşəli hesab edənlər də var, əslində, öz sözü­müzdür. Cağatay (qədim özbək) dilində də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TALA
TALE
OBASTAN VİKİ
Talan
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Talan adası
Talan adası — Oxot dənizinin şimal hissəsində yerləşən ada. Ada Tauy körfəzinin qərb kənarında, Maqadandan təxminən 100 km məsafədə yerləşən qayalı ərazidir. O Naqaev buxtasının sahilindən üfüqdə aydın axşamlarda görünür. Rusiyaya aiddir. Sahəsi təxminən 2,5 km²-dir. Onun zirvəsini qayalı silsilələr və bataqlıq çəmənlikləri olan yumşaq bir yayla tutur. Talanın üç tərəfində (cənub, qərb və şərq) hündürlüyü 150 m-ə çatan sıldırımlı qayalıqlar var. Sahilin çox hissəsi kiçik körfəzlərlə kəsilmiş və qayalarla haşiyələnmişdir. Şimal-qərb hissəsində daşlı sahil zonasının yarımdairəsi ilə əhatə olunmuş şirin su gölləri olan alçaq çəmənlik terrası vardır. Orta illik hava temperaturu -2,3 ° C; yanvarın temperaturu -15,8 ° C, avqust ayının temperaturu + 10,6 ° C olur.
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. == Baş vermiş hadisələr == Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu. İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub. XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.
Salur Qazanın evi talandığı boy (film, 2001)
Salur Qazanın evi talandığı boy — film "Dədə Qorqud Oğuznamələri" filmlər silsiləsinin ikincisidir. "Dədə Qorqud Dastanı"nın 12 boyunun çəkilməsi nəzərdə tutulan filmlər silsiləsinin yalnız iki boyu çəkilərək yarımçıq qalmışdır.
Xankəndi talanları
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi. 1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir. == Tarixi == Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər.
Talanelis
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.

Digər lüğətlərdə