TARXAN

(Salyan)
kök. – Bi tarxan qoyınım vardı, dünən kəsdim
TARXAMLAŞMAĞ
TARIM
OBASTAN VİKİ
Tarxan
Tarxan — Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı. Xəzər xaqanlığında titul, ünvan idi. Orta Asiya, Qazan, Həştərxan və Krım xanlıqlarında feodal tarxan adlanırdı.
Alp Tarxan
Alp Tarxan — VIII əsrdə baş verən Xəzər-ərəb müharibələrində xəzər qoşunlarına başçılıq etməsi ehtimal olunan, Məslamənin komandası altında Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı vuruşan sərkərdə. Alp Tarxan ifadəsinin bu şəxsin adı və ya ləqəbi olması mübahisəlidir. Bəzi mənbələrə görə, Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı əməliyyatlarda Məslamənin ordusunu Dağıstan ərazisində sıxışdıran məhz Alp Tarxan olub. M.Kaqankatvatsi bildirir ki, 713-714-cü illərdə Alp Tarxanın komandanlığı altında olan Xəzər ordusu, Məsləmə ibn Əbdülmalikin komandanlığı altında olan ərəb ordusunu Dərbənd ətrafında sıxışdırdı və Məsləmə ibn Əbdülmalik bütün ordusunu və hətta hərəmini tərk edərək qaçmalı oldu..
Bağa Tarxan
Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı. == Həyatı == Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi. 738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər.
Ras Tarxan
Ras Tarxan (VIII əsr — ?) — Xəzər xaqanlığının xaqanı, sərkərdəsi. Ras Tarxan 764-cü ildə Cənubi Qafqaza yürüş etmişdi. 764-cü ildə xəzərlər yenidən Ras Tarxanın başçılığı altında Qafqaziyaya hücum edirlər. Bununla bağlı İbn-əl-Əsir qeyd edir ki, 764–765-ci illərdə türklərə başçılıq edən Xarəzmli Astarxan müsəlmanların üzərinə hücuma keçib çoxsaylı müsəlman və zimmiləri əsir götürərək Tiflisi tutur. Türklərlə müharibəyə Mansur Cəbrayıl ibn-Yəhyanı və Zərba ibn-Abdullahi göndərir, özləri bir qədər döyüşdükdən sonra qaçır, əsgərlərinin böyük əksəriyyəti isə öldürülür. Ət-Təbəri onun adını As-tarxan, Gevond Raş-tarxan, əl-Yəqubi isə Ras-tarxan yazır. Müəllif deyir: Xəlifə əl-Mənsurun məktubunu alandan sonra Yəzid xəzərlərin hökmdarı olan Taatur adlı xaqanın yanına öz adamlarını onun qızı üçün elçi göndərir. Qızın adı Xatun idi. Xəzərlərin padşahı öz razılığını verdi. Yəzid ibn Üseyd Xatunla evlənərək, qızına görə atasına 100 min dirhəm verdi.
Tarxan (Şaran)
Tarxan (başq. Тархан, rus. Тархан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Şaran kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Şaran): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 36 km.
Tarxan Batiraşvili
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
Böyük Tarxan qəbiristanı
Böyük Tarxan qəbiristanı (rus. Больше-Тарханский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Tetüş rayonunun Böyük Tarxan kəndi yaxınlığında Volqa çayının sağ sahilində arxeoloji abidə. == Tarixi == Qəbiristan 1939–1941-ci illərdə aşkar edilmişdir. Abidənin tədqiqinə 1950-ci ildə başlanılmış, 1957 və 1960-cı illərdə tədqiqat işləri davam etdirilmişdir. Məzarlıq 358 torpaq qəbirdən ibarətdir. Tədqiqatçılar Böyük Tarxan qəbiristanının VII əsrin sonu – VIII əsrin əvvəllərində Donboyundan Orta Volqaboyuna köçən bulqar əhalisinə məxsus olduğunu ehtimal edirlər. Bu, Orta Volqaboyunda Azovyanı bulqarlara məxsus ən erkən abidələrdən biridir. Qəbiristanda tapılmış Sasani draxması, Ərəb xilafəti dövrünə aid Xarəzm tipli sikkə, Abbasilərə aid dirhəm qırığına əsasən məzarlıq VIII əsrin II yarısı – IX əsrin I yarısına aid edilir. Abidədən tapılan maddi mədəniyyət nümunələri içərisində gil qablar (əksəriyyəti küp formasındadır) üstünlük təşkil edir. 79 dəfn yerindən at, qoyun, ehtimal ki, inək sümükləri tapılmışdır.
Tun Bağa Tarxan
Tun Bağa Tarxan — Uyğurların dördüncü xaqanı. İdigəni öldürməsindən sonra taxta çıxan Bayan Çur xaqanın qardaşı Tun Bağa Tarxan Çin hakimiyyətini qəbul etdi və Tenqriçiliyə geri qayıtdı. Hakimiyyətə gələndən sonra əsas fəaliyyəti digər uyğur əsilzadələrini öldürmək olan xaqan 788-ci ildə Çinlilərlə yeni bir müqavilə imzaladı. Müqaviləyə görə: Xaqan - imperatorun vassalı elan olunur. Uyğur səfiri 200dən çox atlı saxlaya bilməz. Çin 1000 at qarşılığında ipək verəcək. Uyğurlar Çinə hücum etməyəcək. Xaqan 789-cu ildə imperatorun qızı Yünan (uyğurca titulu - Qutluq Bilgə Konçuy) ilə evlənəndən bir il sonra öldü. Yerinə oğlu Tolosu keçdi.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Gennadi Tarxanov
Gennadi Nikolayeviç Tarxanov (d. 8 sentyabr 1854 — ?) — rus kökənli Azərbaycan hərbi xadimi və general-leytenantı. == Həyatı == 8 sentyabr 1854-cü ildə dünyaya gəlmişdir. Provoslav olmuşdur. === Rusiya İmperator Ordusunda xidməti === 6 sentyabr 1871-ci ildə sıravi yunker kimi Nikolevskoye Mühəndis Məktəbinə daxil olmuş və 7 avqust 1874-cü ildə II mühəndis taborunda podpuruçik rütbəsi ilə hərbi xidmətə başlamışdır. 1877–1878-ci illərdə olmuş Rus-Türk müharibəsində bu taborun tərkibində iştirak etmişdir. 13 iyul 1877-ci ildə isə, poruçik rütbəsinə yüksəlmişdir. Nikolevskoye Mühəndis Məktəbini fərqlənmə ilə bitirən Tarxanov Tiflis mühəndislik dairəsində işləmiş və 6 dekabr 1895-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 26 avqust 1897-ci ildən 27 mart 1900-cü ilə qədər Tiflis mühəndislik dairəsində rəis müavini vəzifəsində xidmət etmişdir. 27 mart 1900-cü ildən etibarən Baş Mühəndislik İdarəsinin sərəncamında olan dövlət tərəfindən təyin edilmiş ştat zabitləri sırasına daxil edilmişdir.

Digər lüğətlərdə