Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Tayfun
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. === Əhali === === Əhalinin etnik tərkibi === == İqlim == === Memarlıq abidələri === == Partnyorlaşmış şəhərlər == == Web links == Кай Крашевски.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Mahsun Bağırzadə
Mahsun Zahir oğlu Bağırzadə (30 iyul 1998; Xanbulan, Lənkəran rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahsun Bağırzadə 30 iyul 1998-ci ildə Lənkəran rayonunun Xanbulan kəndində anadan olmuşdur. 1 sentyabr 2003-cü ildə Lənkəran rayon Xanbulan kənd 1 saylı tam orta məktəbə daxil olmuşdur. 15 iyun 2014-cü ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra AMEA Lənkəran Regional Elmi Mərkəzində işləmişdir. Subay idi. == Hərbi xidməti == Mahsun Bağırzadə 30 iyul 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 10 yanvar 2018-ci ildə hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Mahsun Bağırzadə səfərbər olunmuşdur.
Mahsun Kırmızıgül
Mahsun Kırmızıgül - (26 mart 1969, Diyarbəkir, Türkiyə), Türk müğənni, aktyor, rejissor, ssenarist və bəstəkar. == Həyatı == Zaza əsilli, esl adı Abdullah Bazencir olan Mahsun Kırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, Türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdçə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan Türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini sanki xəyali "kürdüstanın" bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Mahsun Qırmızıgül
Mahsun Kırmızıgül - (26 mart 1969, Diyarbəkir, Türkiyə), Türk müğənni, aktyor, rejissor, ssenarist və bəstəkar. == Həyatı == Zaza əsilli, esl adı Abdullah Bazencir olan Mahsun Kırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, Türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdçə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan Türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini sanki xəyali "kürdüstanın" bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Tahkuna burnu
Tahkuna burnu (est. Tahkuna) — Hiyumaa adasının ucqar şimal nöqtəsi. Burun Baltik dənizinə daxil olan Fin körfəzi sahilində yerləşir. Tahkuna burnu İkinci Dünya müharibəsinin qanlı döyüşləriunə şahidlik etmişdir. == Görməli yerləri == Burunda XIX əsrdə inşa edilmiş Estoniyanın ən hündür mayakı vardır. Burunda Estoniya paromunda həlak olmuşların xatirəsinə abidədə vardır.Bu abidə «Qəlb zəngi» adlanır.Fırtınba zamanı zəng səs salır. Xaç formasında olan abidə Bürün zəngin üzəri qara üzlü uşaqlarla bəzədilmişdir.
Tahsin Cəmil
Təhsin Cəmil — (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (d. 21 sentyabr 1943) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. == Həyatı == Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. == Fəaliyyəti == O, Yassıdakı A.D.Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır.
Tahsin Paşa
Həsən Tahsin Paşa (1846, Konstantinopol – 1930, İstanbul) — Osmanlı bürokratı. II Əbdülhəmid dövründə 1894-1908-ci illəri arasında Mabeyn-i Hümayunun baş katibi - sultanın şəxsi katibi kimi fəaliyyət göstərmişdir. Məsud Əfəndinin ailəsində dünyaya gəlmiş, Rüşdiyədəki təhsilini tamamladıqdan sonra 11 iyun 1870-ci ildə 11 yaşında Sədarət Məktubi Qələminə (Yazı idarəsinə) daxil olmuşdur. Daha sonra Daxiliyyə Nəzarəti (Daxili İşlər Nazirliyi) Məktubi Qələmində vəzifəyə təyin edilmiş və həmin idarədə baş katib kimi işləmişdir. 7 iyul 1888-ci ildə vəzifəsi yüksəldilərək, Bəhriyyə Nəzarəti (Dəniz Nazirliyi) Məktub Şöbəsinə göndərilmişdir. Qabiliyyəti, ləyaqəti və dürüstlüyünə görə Sultan II Əbdülhəmid tərəfindən 26 noyabr 1894-cü ildə Sürəyya paşanın vəfatı ilə boş qalmış Mabeyn baş katibliyinə təyin olunmuş və bu vəzifədə 4 avqust 1908-ci ilə qədər qalmışdır. II Məşruyyətin (Konstitusiyanın) elanından sonra ittihadçılar tərəfindən Mehmet Rza paşa, Ratıb paşa, Zəki paşa ve Şehremini Rəşid paşa ilə birlikdə Saqqız adasına sürgün edilmişdir. Bir müddətdən sonra əfv edilmiş ve sürgündən geri dönmüşdür. Türkiyədə cümhuriyyətin elanından sonra Təkəl Tütün Deposunda baş katib kimi işləmişdir. 1930-cu ilində İstanbulda vəfat etmişdir.
Tahsin Yazıcı
Tahsin Yazıcı (1892-ci il Monastır, Osmanlı İmperiyası – 11 fevral 1970-ci il Ankara, Türkiyə) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. == Həyatı == Tahsin Yazıcı 1892-ci ildə Osmanlı İmperiyası, Monastrda, Əli Bəy və Qənimət Xanımın ailəsində anadan olmuşdur. 1909-cu il noyabrın 1-də Osmanlı Hərbi məktəbinə qəbul edilmişdir. 1912-ci il martın 1-də oranı ikinci leytenant rütbəsində bitirmişdir. Tahsin Yazıcı 1929-cu ildə Nezahat (1904-1996) adlı xanımla ailə qurmuşdur. Bu nigahdan onun Ahmet Bali (1931) adlı oğlu olmuşdur. == Hərbi xidmətdə == 1912-ci ildən hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsində iştirak etmişdir. T.Yazıcı Çanaqqala müharibəsi iştirakçısı olmuşdur. 1916-cı il martın 1-də leytenant rütbəsi almışdır.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir. Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Tartus mühafazası
Tərtus mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 1.892 km², inzibati mərkəzi Tərtus şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.904 milyon nəfərdir .
Tayfun (dəqiqləşdirmə)
Tayfun qasırğası — Sakit okeanın qərbində yaranan tropik siklonlarının yerli adı. Tayfun (aerobatika eskadronu) — Birləşmiş Krallığa məxsus aerobatika eskadronu.
Tayfun qasırğası
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tatu
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.