Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Termez
Termez (özb. Термиз) — Özbəkistanda Surxandərya vilayətinin mərkəzi. Ət-Tirmizi - sufi.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut, v. 5 avqust, 2024) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub.
Təhməz Bağırov
Təhməz Quliyev
Təhməz Nəsib oğlu Quliyev (10 may 1935, Gığı, Qafan rayonu – 10 aprel 2007, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, Professor. Təhməz Nəsib oğlu Quliyev 1954-cü ildə orta məktəbi bitirərək Bakıya, ali təhsil dalınca yollanır. Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olur. 1959-cu ildə universiteti bitirir və Akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə Moskvaya Aspiranturaya göndərilir. Orada imtahan verib SSRİ Elmlər Akademiyasının "Ümumi və Qeyri Üzvi kimya" fakültəsinə qəbul olunur. 1966-cı idə namizədlik dissertasiyasını uğurla müdafiə edrək kimya elmləri namizədi alimlik dərəcəsini alır. Təhməz Quliyev uzun illər ərzində apardığı elmi işlərin yekunlaşdıraraq 1999-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 2005-ci ildə isə professor elmi adını alır. 1965-ci ildə BDU-da assistent, baş müəllim; 1970-ci ildən 2002-ci ilə kimi dosent vəzifəsində işləmişdir. 1968–1975-ci illərdə kimya fakültəsində dekan müavini, kafedra müdiri əvəzi, həmkarlar təşkilatının sədri kimi ictimai işlərdə çalışmışdır.
Təhməz Təhməzov
Təhməz Təhməzov (23 avqust 1954, Qurdlar, Marneuli rayonu) — Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri, jurnalist, Gürcüstanın əməkdar jurnalisti. Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il avqustun 23-də Marneuli rayonundakı Qurdlar kəndində anadan olub. 1971-ci ildə Baydar orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunu bitirib. Əmək fəaliyyətinə doğma kəndində müəllim kimi başlayıb və 1983-1987-ci illərdə Gürcüstan Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, 1987-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir, 1991-1999-cu illərdə Qurdlar kənd sovetinin sədri və 2006-cı ilin martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri işləyib. Oçerk və publisistik yazıları Gürcüstandakı dövrü mətbuatda dərc olunub. Təhməz Təhməzov 2010-cu ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. 30 mart 2019-ci ildə Təhməzov jurnalistika sahəsində uzun müddətli uğurlu fəaliyyətinə görə “Gürcüstanın Jurnalistlər Yaradıcılıq birliyi”nin rəhbərliyi tərəfindən Gürcüstanın əməkdar jurnalisti adına layiq görülüb. Ailəlidir, iki oğlu, 4 nəvəsi var.
Bəhməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Bəkməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Təhmər
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Təmmuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. (Təm/Tam/Dam) kökündən törəmişdir.
Beqmen
Beqmen (ing. bagman, hərf. çuval adamı) — müxtəlif ölkələrdə fərqli mənalara malik olan termin. Təriflərin bir qrupu səyahət ideyasına əsaslanır. İngilis dilində "bagman" 1808-ci ildən məlum olan səyyar satıcı üçün termindir. Avstraliyada bu, avara və ya evsiz adam mənasını verə bilər. Bununla belə, bir çox başqa təriflər pul ətrafında cəmlənir. Siyasi fandreyzinqdə, ianə toplamaqda və ya başqa bir şəkildə siyasi kampaniyanın maliyyə tərəfində iştirak edən şəxslərə beqmen adı verilə bilər. Bu, terminin mənasının genişləyərək dövlət məmurları üçün rüşvət istəyənləri əhatə etməsinə səbəb olmuşdur. Mütəşəkkil cinayətkarlıqda bir beqmen mühafizə raketləri və ya nömrələr oyununda iştirak edə bilər. O, pulu toplayır və ya paylayır.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi. Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.
Fərməz Mustafayev
Fərməz Əli oğlu Mustafayev (22 yanvar 1932, Stepanakert – 23 oktyabr 2000, Bakı) — Azərbaycan SSR-in əməkdar nəqliyyat işçisi. == Həyatı == Fərməz Mustafayev 50 ildən artıq bir müddətdə Xəzər Dəniz Gəmiçiliyi sistemində işləmiş, yunqalıqdan başlayaraq "Xəzər Dəniz Layihələşdirmə" ETİ-nin direktoru vəzifəsinə qədər yüksəlmişdir. O, bu vəzifədə 1980-1999-cu illərdə işləmişdir. == Mükafatları == "Lenin" ordeni (1963) "Şanlı əməyə görə. V.İ.Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə" yubiley medalı (1970) Azərbaycan SSR-in əməkdar nəqliyyat işçisi (1982).
Səqqez (şəhər)
Saqqız (fars. سقز‎) — İranda şəhər, Kürdüstan ostanının Saqqız şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 131,348 nəfər və 31,336 ailədən ibarət idi.
Səqqez şəhristanı
Saqqız şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Saqqız şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 205,250 nəfər və 45,909 ailədən ibarət idi.
Təglək (Xoy)
Təglək (fars. تگلك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Ləgəz (Bükan)
Ləgəz (fars. لگز‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 403 nəfər yaşayır (63 ailə).
Marsela Temer
Marsela Temer (port. Marcela Tedeschi Araújo Temer; d. 16 may 1983, Pauliniya, San-Paulu, Braziliya) — Braziliyanın vitse-prezidenti Mişel Temerin həyat yoldaşı. 12 may 2016-cı ildə Braziliya Senatının prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasından sonra onun əri Mişel Temer prezident səlahiyyətlərini icra etməyə başlamışdır ki, bundan sonra Marsela Temer də ölkənin birinci xanımı olmuşdur. == Həyatı == 16 may 1983-cü ildə San-Paulu ştatının Pauliniya şəhərində anadan olmuşdur. Marsela Temer əvvəllər fotomodel işləyib. O, ərindən 42 yaş balacadır. Marsela ölkədə daim qalmaqallarla gündəmə gəlir. Onun çılpaq bacısını və şəxsi məqsədləri üçün şəkillərini çəkən minlərlə insan tənqidi dərəcədə bəyənildi.. Əri Mişel Temer dövlət büdcəsindən milyonlar xərcləyərək xanımına eksklüziv geyimlər, aksessuarlar, ev və avtomobillər alıb.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mişel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Terez Karaç
Terez Karaç (mac. Karacs Teréz 18 aprel 1808, Peşt[d], Peşt medyesi – 7 oktyabr 1892, Bekeş[d], Bekeş medyesi) — Macar yazıçısı, ictimai və təhsil sahəsi üzrə xadim. Macarıstanda erkən feminist və islahat hərəkatının liderlərindən biri. Mişkoltsdakı İlona Zrin Qrammatika Məktəbinin qurucusu. 1808-ci ildə Budapeştdə anadan olmuşdur. Anası Eva Takaç qadın hüquqları uğrunda fəal, atası Ferenc Karaç mühəndis idi. Ailənin evi çox vaxt ziyalıların görüş yeri kimi xidmət edirdi. İbtidai təhsili 1814–1819-cu illərdə oxuduğu Peşt məktəbində alır. Sonra öz-özünə təhsilini davam etdirir. Baxmayaraq ki, beş qardaş və bacılarına baxmalı olur.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır. 1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür.
Nanay (nəğmə)
Nanay — mərasim nəğməsi. Ağızla çalınan oyun havası. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır.