Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tənta
Tənta (ərəb. طنطا‎) — Misirdə şəhər, əl-Qərbiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 429.503 nəfərdir (2006).
Aparine tenera
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio tener O.Hoffm.
Navicula veneta
Navicula veneta Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun. Navicula cryptocephala Kütz. var. subsalina Hust. N. cryptocephala var. veneta (Kütz.) Rabenh. N. lancettula Schum. Epifit, göllərdə, çaylarda, su anbarlarında və estuarilərdə bentik, torpaqda, şortəhər sularda (Sa), alkalifil (pH), polisaprob (S). Böyük Qafqaz: Şəki-Zaqatala bölgəsinin sututarları, Qax r-nu: Hamamçay və Süskənçay çayları.
Reneta Kamberova
Reneta Kamberova (12 sentyabr 1990, Bazarcıq[d], Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Reneta Kamberova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını qazandı. Kamberova həm də Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, üç gümüş və yeddi bürünc medala sahib çıxıb. Reneta Kamberova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Reneta Kamberova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Mixaela Maevska-Veliçkova, Tsvetelina Naydenova və Xristiana Todorova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.
Hamosa tenera
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Tragacantha tenera
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Nepeta
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Seneka
Lusi Anney Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoik-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Senets
Senets (slovak. Senec, alm. Wartberg‎, mac. Szencz) — Slovakiyanın qərbində, Bratislavadan 15 km məsafəsində yerləşən şəhər. Əhalisi 15 min nəfərdir. Slovaklar – 68,06 % Macarlar – 14,47 % Çexlər – 0,68 % Qaraçılar – 0,08 % Ukraynalılar – 0,11 % Almanlar – 0,04 % registrasiyasız - 15,69 % digərləri roma-katolikləri – 55,53 % ateistlər – 15,40 % protestantlar (yevangelik kilsəsi v.d., reformatorlar) – 7,66 % yunan-katolikləri – 0,59 % pravoslavlar – 0,41 % qeyd etməyənlər – 18,65 % Baptistlər və digərləri 1990 – 2002 Ing. Jozef Elšík 2002 – 2010 Ing.
Telnet
Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb. Həmçinin, bir kompüterdən başqa bir kompüteri terminal kimi istifadə etmək üçün protokol (və ona uyğun proqram). Yalnız mətn rejimini dəstəkləyir. UNIX sistemlərinə uzaqdan daxil olmaq üçün Telnet geniş istifadə olunur. Ondan istifadə etmək üçün komanda sətrindən telnet və ya tn komandasını vermək, yaxud brauzerin ünvan zolağında telnet:abc.xyz.com kimi ünvan daxil etmək lazımdır. Bir çox kompüterlər internetə qoşula bilmirlər. Eləcə də IBM universal kompüterləri digər kompüterlərin dilində "danışa" bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Tənzətap
Tənzətap — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. İlk dəfə 1468-ci ildən mə’lumdur Əhalinin hərəkəti ilə Şərqi Anadoludan gətirilmə addır.
Tənəkə
Tənəkə — soyuq yayılmış polad (başlıca olaraq az karbonlu polad). Qalınlığı 0,08–0,5 mm olan nazik lent və ya vərəq şəklində hazırlanır. Qida mühitinin təsirindən və atmosfer korroziyasından qorumaq üçün üzərinə qalay, xrom, xüsusi laklar, plastik kütlə və s. qoruyucu örtüklər çəkilir. Tənəkədən başlıca olaraq konserv qabları və bu kimi metal qutular hazırlamaq üçün istifadə olunur.
Venera
Venera — qadın adı. Venera Məmmədova — əməkdar müəllim, SSRİ Ali sovetinin XI çağırış deputatı. Venera Abbasova — Azərbaycan aktrisası. Venera Qanieva — tatar əsili Sovet və Rusiyanın opera müğənnisi.
Veneto
Veneto - İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biri. Şimal-şərqi İtaliyada yerləşir. Mərkəzi Venesiya şəhəridir. Əhalisi 4.7 milyondan çoxdur. İtaliya bölgəsinin ən zəngin və ən sənayeləşmiş bölgələrindən biridir. Danışılan dillər, Venedik, Latın və italyan dilidir.
Tereza
Tereza — qadın adı. Tereza Ana — katolik rahibə, Nobel Sülh Mükafatı laureatı. Tereza Franssinetti — İtaliyanı təmsil edən su poloçusu. Tereza Pellati — İtaliya aktrisasıdır. Tereza Rassell — ABŞ aktrisası və modeli.
Zənata
Zənata (bər. Iznaten; ərəb. زناتة‎) — bərbər qəbilələrinin bir qrupu. Tarixən Sənhaca və Məsmüda ilə birlikdə ən böyük bərbər konfederasiyalarından biridir. Onların həyat tərzi ya köçəri və yarımköçəri olmuşdur. Bərbərlər olaraq Zənata bərbər dillərindən birində danışırdı. İbn Xəldun yazmışdır ki, onların ləhcəsi digər bərbər ləhcələrindən fərqlənir. Fransa dilçisi Edmon Desten 1915-ci ildə "Zenati" dilini, o cümlədən Mərakeşin şimal-şərqində Rif dili və Əlcəzairin şimal-şərqində Şaviyyə dili də daxil olmaqla, boş bir alt qrup olaraq təklif etmişdir. Numidiya Kahinə Rachid Bellil, Université d'Alger. "Les Zénètes du Gourara d'hier à aujourd'hui (Sahara Zenatas)".
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Senet
Senet, (ing. senet, bəzən senat) — Qədim Misir masaüstü oyun. Bizim eradan 3.500 il əvvəl icad edildiyi ehtimal edilir. Rəvayətlərdə və "Qədim Misir ölülər kitabı"nda adı çəkilir. Bildirilir ki, Qədim Misir bilik tanrısı Tot tərəfindən yaradılıb.
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. == Növləri == Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Ernesto Moneta
Ernesto Teodoro Moneta (20 sentyabr 1833[…], Milan – 30 yanvar 1918[…], Milan) — bir İtalyan jurnalisti, millətçi, inqilabçı, pasifist və Nobel Sülh mükafatı laureatı. In varietate unitas şüarını qəbul etdi,daha sonra Avropa birliyinin şüarına çevrildi. == Həyatı == 15 yaşında Moneta "Milanın beş günü"ndə iştirak etdi (1848-ci il, Avstriya rəhbərliyinə qarşı qiyam). Daha sonra İvreyadaki hərbi akademiyaya daxil oldu. 1859-cu ildə Cüzeppe Qaribaldinin Min nəfərin ekspedisiyasına qatıldı və 1866-cı ildə avstriyalılara qarşı İtalyan ordusu sıralarında döyüşdü. Daha sonra güclü İtalyan millətçisi olmasına baxmayaraq beynəlxalq barış fəalına çevrildi. 1867-1896-cı illər arasında Eduardo Sonzoqno tərəfindən nəşr olunan Milan demokratik qəzetinin (Il Sekolo) redaktoru oldu. 1887-ci ildə Lombard Barış və Arbitraj dərnəyini (Unione Lombarda per la Pace e l'Arbitrato) qurdu,hansı ki,silahsızlanmağı təbliğ etdi və Millətlər İttifaqının və Daimi Arbitraj Məhkəməsinin yaradılmasına səy göstərdi. 1907-ci ildə Lui Reno ilə Nobel Sülh mükafatı laureatı oldu. Ömrünün son illərində millətçi inanclarını pasifist inanclardan üstün tutan Ernesto Moneta,1912-ci ildə İtaliya-Osmanlı müharibəsinə və 1915-ci ildə İtaliyanın Birinci Dünya müharibəsinə daxil olmasına ictimai dəstək verdi.