Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tensor
Tenzorlar həndəsi predmetlər olub həndəsi vektorlar, skalyarlar və başqa tenzorlar arasında xətli əlaqəni təsvir edir. Belə əlaqələrə elementar nümunələr skalyar hasil, vektorial hasil ola bilər. Evkilid vektorları çox zaman fizikada və texnikada istifadə edilir. Skalyarlar da həmçinin tenzorlardır. Koşi gərginlik tenzoru T buna misal ola bilər. Introduction to Vectors and Tensors, Vol 1: Linear and Multilinear Algebra by Ray M. Bowen and C. C. Wang. Introduction to Vectors and Tensors, Vol 2: Vector and Tensor Analysis by Ray M. Bowen and C. C. Wang. An Introduction to Tensors for Students of Physics and Engineering by Joseph C. Kolecki, Glenn Research Center, Cleveland, Ohio, released by NASA Foundations of Tensor Analysis for Students of Physics and Engineering With an Introduction to the Theory of Relativity by Joseph C. Kolecki, Glenn Research Center, Cleveland, Ohio, released by NASA A discussion of the various approaches to teaching tensors, and recommendations of textbooks Arxivləşdirilib 2005-11-04 at the Wayback Machine Introduction to tensors an original approach by S Poirier A Quick Introduction to Tensor Analysis by R. A. Sharipov. Richard P. Feynman's Lecture on tensors.
Bilrot Teodor
Kristian Albert Teodor Bilrot (alm. Christian Albert Theodor Billroth‎; 26 aprel 1829[…] – 6 fevral 1894[…], Оpаtiya) — avstriyalı cərrah və həvəskar musiqiçi. Bilrot Təhsilini Qreyfsvald, Höttingen, Vyana və Berlin universitetlərində almışdır (1852). 1855-ci ildən Berlin Universitetində Bilrot Langenbekin assistenti idi. Sürix (1859-cu ildən) və Vyana (1867-ci ildən ömrünün sonuna kimi) universitetlərində cərrahlıq klinikasının professoru və direktoru işləmişdir. Fransa–Prussiya (1870–1871) və Serbiya, Çernoqoriya, Türkiyə (1876–1878) müharibələrində iştirak etmişdir. 1870-ci illərin əvvəllərindən əsas diqqətini həzm (mədə-bağırsaq) xəstəliklərinin cərrahi müalicə problemlərinə yönəldərək, cərrahlığın bu sahəsinin banilərindən biri olmuşdur. Bilrot 1872-ci ildə dünyada ilk dəfə qida borusunun rezeksiyasını aparmış, 1881-ci ildə isə mədə çıxacağının xərçəngi zamanı mədənin ilk uğurlu rezeksiyasını həyata keçirmiş və 1885-ci ildə onu modifikasiya etmişdir (1898-ci ildə alman cərrahlarının konqresi mədə rezeksiyasının hər iki metodikasının ən effektiv olduğunu təsdiqləyərək, onları praktik və elmi cərrahiyyəyə “Bilrot-I” və “Bilrot-II” adları altında daxil etmişdir). Bundan sonra o, nazik və yoğun bağırsaqlarda, öd kisəsində, qaraciyərdə, dalaqda, mədə altı vəzidə müxtəlif rezeksiyalar və digər cərrahi əməliyyatlar işləyib hazırlamışdır. Bilrot cərrahiyyənin bərpa (plastik), irinli, hərbi-səhra və digər sahələrini xeyli zənginləşdirərək 19-cu əsrin ən görkəmli cərrahı kimi şöhrətlənmişdir.
Karl Teodor
Karl Teodor (Bavariya kürfürstü) — 1742-ci ildən Pfals kürfürstü, 1742-ci ildən Yüliç və Berq hersoqu. Karl-Teodor tsu Quttenberq — Almaniyanın müdafiə naziri (2009–2011). Dreyer Karl Teodor — Danimarka rejissoru, ssenarist.
Tenson sülaləsi
Tenson sülaləsi yaxud Şunten sülaləsi — Rükyu adalarını idarə etmiş yarıməfsanəvi sülalə. İlk 25 üzvünün adı bilinmir. "Çüzan güzgüsü" yap. 中山世鑑 (Çüzan seikan) əsərinə əsasən Rükyu mifologiyasının baş tanrısı Amamikyo tərəfindən əsası qoyulub. 1186-cı ildə sülalə Riyü tərəfindən devrilmişdisə də, sülalənin üzvlərindən biri olan Şunten tərəfindən məğlub edilmişdi. Buna görə sülalə həm də bu adla tanınır. 1–25 — İlk 25 hökmdarın adı elmə bəlli deyil.
Teodor Adorno
Teodor Lüdviq Vizenqrund Adorno (rus. Theodor Ludwig Wiesengrund Adorno; alman: [ˈteːodoːɐ̯ ʔaˈdɔɐ̯no] ( dinlə);; 11 sentyabr 1903[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası[…] – 6 avqust 1969[…], Fisp[d]) — Almaniya filosofu, sosioloqu, musiqişünası. O, Frankfurt məktəbinin nümayəndəsi olmuşdur. Adorno mədəniyyəti və cəmiyyəti ("Maarifçiliyin dialektikası", 1948, Maks Horkheymer ilə birlikdə), həmçinin "mənfi dialektika" ideyasını tənqid etmişdir. 1940-cı illərdə Adorno və onun əməkdaşları ABŞ-də faşizm üçün sosial-psixoloji ilkin şərt kimi "avtoritar şəxsiyyət" haqqında araşdırma aparmışdılar. "İşıqsız iztirab"ın protokol təsbiti kimi "yeni musiqi" konsepsiyasında o, yeni Vyana məktəbinin bəstəkarlarının yaradıcılığına diqqət yetirir. Kierkegaard: Construction of the Aesthetic (1933) Dialectic of Enlightenment (Maks Horkheymer ilə, 1944) Composing for the Films (1947) Philosophy of New Music (1949) The Authoritarian Personality (1950) Minima Moralia: Reflections from Damaged Life (1951) In Search of Wagner (1952) Prisms (1955) Against Epistemology: A Metacritique; Studies in Husserl and the Phenomenological Antinomies (1956) Dissonanzen. Musik in der verwalteten Welt (1956) Notes to Literature I (1958) Sound Figures (1959) Mahler: A Musical Physiognomy (1960) Notes to Literature II (1961) Introduction to the Sociology of Music (1962) Hegel: Three Studies (1963) Critical Models: Interventions and Catchwords (1963) Quasi una Fantasia (1963) The Jargon of Authenticity (1964) Night Music: Essays on Music 1928–1962 (1964) Negative Dialectics (1966) Alban Berg: Master of the Smallest Link (1968) Critical Models: Interventions and Catchwords (1969) Aesthetic Theory (1970) The Culture Industry (Routledge, 1991) Beethoven: The Philosophy of Music; Fragments and Texts (1993) The Psychological Technique of Martin Luther Thomas' Radio Addresses (2000) Kant's 'Critique of Pure Reason' (2002) Current of Music (2006) Für Sebastian Wedler (1919) 6 Studies for string quartet (1920) Piano piece (1921) String quartet (1921) 3 stories by Theodor Däubler for female chorus (1923–1945) 2 Pieces for string quartet, Op. 2 (1925/26) 7 short works for orchestra, Op.4 (1929) 3 Short Pieces for piano (1934) 2 songs for voice & orc Adorno, Theodor. Aesthetic Theory.
Teodor Berqmann
Teodor Berqmann (21 may 1850 – 23 mart 1931, Qaqqenau) — inqilabi hesab olunacaq odlu silahlar istehsal edən alman iş adamı və fabrikant. Dövrünün çox sosila iş adamları kimi, o da, velosiped və avtomobil istehsalına diqqət edirdi. Silah istehsalı Bergmannın əsas diqqət sahəsinə daxil deyildi, lakin silah istehsalçılarının silah istehsal etdikdən sonra lisenziya alaraq öz güllələrini istehsal etmələri onun diqqətini cəlb etdi. Berqmann Berqmann MG15 pulemyotunun konstruksiyanı həyata keçirmişdir. İkinci dünya müharibəsi dövründə MG 15 adı altında istifadə edilmişdir.
Teodor Bilrot
Kristian Albert Teodor Bilrot (alm. Christian Albert Theodor Billroth‎; 26 aprel 1829[…] – 6 fevral 1894[…], Оpаtiya) — avstriyalı cərrah və həvəskar musiqiçi. Bilrot Təhsilini Qreyfsvald, Höttingen, Vyana və Berlin universitetlərində almışdır (1852). 1855-ci ildən Berlin Universitetində Bilrot Langenbekin assistenti idi. Sürix (1859-cu ildən) və Vyana (1867-ci ildən ömrünün sonuna kimi) universitetlərində cərrahlıq klinikasının professoru və direktoru işləmişdir. Fransa–Prussiya (1870–1871) və Serbiya, Çernoqoriya, Türkiyə (1876–1878) müharibələrində iştirak etmişdir. 1870-ci illərin əvvəllərindən əsas diqqətini həzm (mədə-bağırsaq) xəstəliklərinin cərrahi müalicə problemlərinə yönəldərək, cərrahlığın bu sahəsinin banilərindən biri olmuşdur. Bilrot 1872-ci ildə dünyada ilk dəfə qida borusunun rezeksiyasını aparmış, 1881-ci ildə isə mədə çıxacağının xərçəngi zamanı mədənin ilk uğurlu rezeksiyasını həyata keçirmiş və 1885-ci ildə onu modifikasiya etmişdir (1898-ci ildə alman cərrahlarının konqresi mədə rezeksiyasının hər iki metodikasının ən effektiv olduğunu təsdiqləyərək, onları praktik və elmi cərrahiyyəyə “Bilrot-I” və “Bilrot-II” adları altında daxil etmişdir). Bundan sonra o, nazik və yoğun bağırsaqlarda, öd kisəsində, qaraciyərdə, dalaqda, mədə altı vəzidə müxtəlif rezeksiyalar və digər cərrahi əməliyyatlar işləyib hazırlamışdır. Bilrot cərrahiyyənin bərpa (plastik), irinli, hərbi-səhra və digər sahələrini xeyli zənginləşdirərək 19-cu əsrin ən görkəmli cərrahı kimi şöhrətlənmişdir.
Teodor Bota
Teodor Konstantin Bota (24 may 1997-ci ildə Ramniku Valkeyada anadan olub) — Styaua Buxarest FK klubunda hücumçu kimi çıxış edən Rumıniyalı futbolçudur. 31 avqust 2016-cı il məlumatların əsasən.
Teodor Drayzer
Teodor Herman Albert Drayzer (ing. Theodore Herman Albert Dreiser; 27 avqust 1871-28 dekabr 1945) — ABŞ yazıçısı və ictimai xadimi. Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871-ci ildə İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur. O, ailənin on ikinci uşağı idi. Kasıblıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı. Onun 1886-1891-ci illər Çikaqodakı işəmuzd çalışması, İndiana Universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhərlərinin qəzetlərindəki əmək fəaliyyəti acı ümidsizliklərə düçar olmuşdur. H.Spenserin əsərləri ilə tanışlıqdan sonra onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə başladı; bu fəlsəfəyə görə insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra isə fəlsəfi baxışlarının bədii ifadəsini tapdı. Teoder Drayzer 1900-cü ildə "Kerri bacı" romanını yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır.
Teodor Fönten
Teodor Fönten (alm. Theodor Fontane‎; 30 dekabr 1819[…], Noyruppin[d], Brandenburq – 20 sentyabr 1898[…], Berlin[…]) — alman yazıçı və şairi. Teodor Fönten 1819.ci ildə Almaniyada anadan olmuş fransız əsilli şair və yazıçıdır. Ədəbiyyat aləminə tarixi balladalar yazaraq giriş edən Fönten, 1878.ci ildən sonra fəaliyyətini daha çox roman yazıçısı olaraq davam etdirmişdir. Onun ən bilinən əsəri 1895.ci ildə yazılmış 3 ciltli Effi Bryest (roman)ıdır. Yazıçı 1898.ci ildə, 78 yaşında vəfat etmişdir.
Teodor Hertsl
Teodor Hertsl (2 may 1860[…], Peşt[d], Macarıstan krallığı[d], Avstriya imperiyası – 3 iyul 1904[…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d]) — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi. Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur. Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur. Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi. Teodor Hertsl Macarıstan krallığında indiki Budapeşt şəhərinin şimal-qərbində yerləşən yəhudi məhəlləsində dünyəvi ideyalara sahib yəhudi ailəsində anadan olmuşdur. Atası əslən Serbiyanın Zimoni şəhərindən (indiki Zemon şəhəri) idi. O, almandilli və assimilyasiyaya məruz qalmış yəhudilər olan Janett və Yakob Hertslın ikinci övladı kimi dünyaya gəlmişdi. Hertsl ailəsinin həm ata, həm də ana tərəfdən Aşkenazi və Səfərad yəhudilərindən olduğu bildirilir.
Teodor Herzl

Teodor Jeriko
Jan Lui Andre Teodor Jeriko (fr. Jean-Louis-André-Théodore Géricault; 26 sentyabr 1791[…], Ruan[…] – 26 yanvar 1824[…], Paris[…]) — fransız rəssamı, Romantizm dövrü Avropa rəssamlığının ən böyük nümayəndəsi. Onun rəsmləri, o cümlədən “Meduza salı” və “Epsomdakı yarışlar” rəssamlıqda yeni stilə çevrildi, baxmayaraq ki, onların təsviri sənətin inkişafındakı əsl əhəmiyyəti çox sonralar dərk edildi. Tədqiqatçılar arasında rəssamın hansı istiqamətin nümayəndəsi olması ilə bağlı vahid fikir yoxdur: o, romantizmin sələfi, dövrünü qabaqlayan realist və ya Davidin davamçılarından biri hesab olunur. Teodor Jeriko 1791-ci ildə Ruanda anadan olub. Atası Georges-Nicolas Gericault varlı bir adam idi: tütün plantasiyalarının sahibi və böyük tütün taciri, anası Luiza-Jeanne-Marie Caruel de Saint-Marten isə Normandiya aristokratiyasına mənsub bir ailədən idi. . Jerikonun ailəsi 1796-cı ildə Parisə köçdü. 1801-ci ildə Teodor Dubois-Loiseau özəl pansionatının internat məktəbinə yerləşdirildi, sonra atası onu Rene Riçard Kastelin internat məktəbinə köçürür. 1804-cü ildə Jeriko İmperator Liseyinə daxil oldu. Anasının ölümündən sonra Teodor atası tərəfindən böyüdü.
Teodor Koçi
Teodor Koçi (ing. Karl Georg Theodor Kotschy; 15 aprel 1813 - 11 iyun 1866) — Avstriya botaniki.
Teodor Laço
Teodor Laço (6 Sentyabr 1936 - 15 Oktyabr 2016) — Albaniya yazıçısı, diplomat və keçmiş Mədəniyyər naziri (1994-1997). Albaniyanın Rusiya Federasiyasında Səlahiyyətli və Fövqaladə səfiri vəzifəsində də çalışmışdır. Laço 1934-cü ildə Dradyo şəhərində anadan olmuş və Tirana Kənd təsərrüfatı Universitetində aqronom fakültəsini bitirmişdir. O, Albaniya Liberal İttifaqı Partiyasının yaradıcısı və lideri idi.
Teodor Mommzen
Teodor Mommzen (alm. Theodor Mommsen‎; 30 noyabr 1817[…], Qardinq[d], Şlezviq – 1 noyabr 1903[…]) — alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1902), Romanın fəxri vətəndaşı. 1868-ci ildə "Pour le Mérite" ordeni ilə mükafatlandırılıb. XX əsrin əvvəllərində Nobel mükafatına layiq görülən alman filoloqu, tarixçi, arxeoloq və hüquqşünas Teodor Mommzen XIX əsrin əvvəllərində hələ Danimarka ərazisi sayılan Şlezviqdə, din xadimi ailəsində doğulmuşdu. 1902-ci ildə, 85 yaşında ikən tarix elminin həyatda olan ən böyük nümayəndəsi olduğuna və ""Roma tarixi" adlı monumental əsərinə görə" ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdü. İsveç Akademiyası kabinet alimi Teodor Mommzeni laureatlığa iddialı digər namizədlərdən, eləcə də böyük rus yazıçısı Lev Tolstoydan daha üstün tutmuşdu. Bəzən bunu Akademiyanın nüfuzlu daimi katibi Karl Virlenin alman sevgisi ilə izah edənlər də tapılmışdır. Mommzenin ədəbiyyatçı kimi mükafatlandırılması sonralar daha dörd dəfə təkrarlanan presedentə yol açmışdı. Onun ardınca müasiri və həmvətəni Rudolf Eyken (1910), fransız filosofu Anri Berqson (1927), ingilis filosofu, riyaziyyatçı və tarixçi Bertran Rassel (1950), Böyük Britaniya siyasətçisi və dövlət xadimi Vinston Çörçill (1954) də ədəbiyyat üzrə Nobel mükafatı laureatları olmuşdular. Teodor Mommzen klassik Avropa təhsili almışdı.
Teodor Nöldeke
Teodor Nöldeke(alm. Theodor Nöldeke‎; 2 mart 1836[…] – 25 dekabr 1930[…], Karlsrue) — alman şərqşünası. 2 mart 1836-cı ildə Hamburq yaxınlarındaki Harburqda doğuldu. 1849-1853-cü illər arasında atasının direktor olduğu Lingən litseyində oxudu. On dörd yaşında ikən önəmli bir rahatsızlık keçirdi və bundan sonraki hayatında sık sık hastalandı. 1853-cü ildə Göttingen Universitetinə qeydo ldu. Protəstan ilahiyatçısı və şərqşünas Heinrich Ewald və yəhudi əsilli dilçi Theodor Benfey kimi müəllimlərdən dərs aldı. Ərəbcə, İbranicə, Türkcə, Farsca, Sanskritcə və Latınca öyrəndi. 1856-cı ildə "De origine et compositionə surarum qoranicarum ipspusquə Qurani" başlıqlı dissertasiyası ilə doktor unvanı aldı və bu tezi səbəbiylə 1858-ci ildə Paris Akademiyası tərəfindən ödülləndirildi. 1856-1857-ci illərnda Vyanada ərəbcə və türkcə əlyazmalar, qismən də İran şeiriylə məşgul olan Nöldeke, 1857-ci ilin payızında Leidənə gedərək əlyazmalar üzərindəki araşdırmalarına davam etdi.
Teodor Riçards
Teodor Vilyam Riçards(ing. Theodor William Richards; 31 yanvar 1868[…] – 2 aprel 1928[…], Kembric, Massaçusets) — amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1912). Amerika kimyaçısı, Germantaunda (Pensilvaniya ştatı) (1868–1928) anadan olmuş, Riçards Teodor Vilyam Harvard Universitetini bitirmişdir. 1888-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1889-cu ildən həyatının sonunadək Harvard Universitetində işləmişdir. 1901-ci ildə professor elmi adı almışdır. Bir çox kimyəvi elementlərin atom kütlələrini dəqiq təyin etdiyinə görə 1914-cü ildə T. Riçards Nobel mükafatına layiq görülmüşdür. Teodor Vilyam Riçards 2 aprel 1928-ci ildə vəfat edib.
Teodor Ruzvelt
Teodor Ruzvelt (ing. Theodore Roosevelt; 27 oktyabr 1858[…], Manhetten, Nyu-York ştatı – 6 yanvar 1919[…]) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901–1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur. Böyük dəyənək siyasəti onun adı ilə bağlıdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1912-ci il prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək istəmiş, lakin partiyadaxili ilkin seçkilərdə qalib gəlsə də, partiyanın qurultayında onun yerinə həmin vaxt prezident vəzifəsini tutan Uilyam Taft namizəd seçilmişdir. Bundan qəzəblənən Teodor Ruzvelt 300-dən artıq tərəfdarı ilə Respublikaçılar partiyasından ayrılaraq Proqressiv partiyanı yaratmış və bu partiyadan prezidentliyə namizəd olmuşdur. Seçkilərdə Uilyam Taftı geridə qoysa da, demokratların namizədi Vudro Vilsona böyük fərqlə məğlub olmuşdur. O, konqress üçün əsaslı surətdə ilk müraciətnaməsini hazırladı.
Teodor Svedberq
Teodor Svedberq (isv. Theodor Svedberg; 30 avqust 1884[…] – 25 fevral 1971[…], Erebru) — İsveç fiziki-kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1926). Balboda (Evleborq dairəsi) (1884- 1971) anadan olmuşdur. Svedberq Teodor 1907-ci ildə Uppsala Universitetini bitirmişdir. 1921-ci ildə professor elmi adı almışdır. Dispers sistemlər sahəsində mühüm tədqiqatlarına görə, S.Teodor 1926-cı ildə Nobel mükafatına layiq görülmüşdür. Teodor Svedberq 26 fevral 1971-ci ildə vəfat edib.
Teodor Şarinski
Teodor Yakovleviç Şarinski (22 noyabr 1911, Bakı) — SSRİ memarı və mühəndisi, Azərbaycan SSR əməkdar mühəndisi (1974), Azərbaycan SSR Dövlət mükafatı (1982) laureatı. Teodor Yakovleviç Şarinski 22 noyabr 1911-ci ildə Bakıda anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Teodor Şarinski 1939-cu ildən Bakı Şəhərinin Planlaşdırılması və Mülki Mənzil Tikintilərinin Layihə İnstitutunda ("Bakdövlətlayihə") işləmiş, 1948-ci ildən burada baş mühəndis olmuşdur. Onun yaradıcılığında şəhərsalma işləri əsas yer tutmuşdur. O, Bakının baş planları (1952–1954, 1976–1982), Abşeron yarımadasının planlaşdırılması (1952–1956) və başqa layihələrin rəhbəri olmuş, Bakıdakı "Gülüstan" saray kompleksinin (1980) yaradılmasında iştirak etmişdir. Teodor Şarinski 1955-ci ildən Sov.İKP üzvü olmuş, 1-ci və 2-ci (2 dəfə) dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. Ona 1974-cü ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş, 1982-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.
Teodor Şults
Teodor Vilyam Şults (ing. Theodore William Schultz) (20 aprel 1902 - 26 fevral 1998) — amerikalı iqtisadçı. 1979-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Artur Lyuislə bölüşdürmüşdür. Teodor Şults 1921-ci ildə əkinçilik üzrə təhsil almaq üçün ABŞ-də Cənubi Dakota Universitetinə daxil olmuş və 1927-ci ildə məzun olaraq diplom almışdır. Sonra Viskonsin-Medison Universitetində doktorluq dərəcəsi almaq üçün çalışmış, 1927-ci ildə doktorluq dərəcəsinə yüksəlmişdir. 1930-1943-cü illərdə ABŞ-nin Ayova Ştatı Universitetində dərs vermiş, daha sonra Çikaqo Universitetində professorluğa yüksəlmişdir. 1998-ci ildə ABŞ-nin İllinoys ştatının Evanston şəhərində ölmüşdür. Teodor Şultsu məşhur edən tədqiqatları onun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin aqrar sektorunun inkişaf etdirilməsi ilə bağlıdır. Onun insan kapitalı, xüsusən də elm kapitalı ilə bağlı apardığı tədqiqatlar XX əsrdə bir sıra dövlətlərin öz iqtisadi siyasətlərini müəyyənləşdirməsində rol oynamışdır. 1979-cu ildə aqrar sektorun iqtisadiyyatına verdiyi töhfələrinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Teofor ad
[mənbə göstərin] Ön Asiyada bir çox tayfaların, Azərbaycanda isə arattaların, kutilərin, lulubilərin, kasların, daha sonra mannalar və madayların şəxs adlarının mənalarını və kökənlərini üzə çıxarmaq olduqca çətindir. Bunun bir neçə səbəbi var. Əvvəla bu etnoslarda şəxs adlarının bir çoxu kökən etibarilə qədim şumerlərlə bağlıdır. Şumerlərin adları isə semit mənşəli akkad adları ilə qarışmışdı.İkincisi şumer və akkad adları əksər hallarda teofor adlar idi. Yəni qəbilə tanrılarınn adları şəxs adlarının bir hissəsini təşkil edirdi. Ümumiyyətlə, qədim qəbilələrdə dini görüşlərdə, fərdlərlə qəbilə tanrısı arasındakı münasibətin aspekti, bu əlaqənin əqidələrdə və ianamlarda əksinitapmanın mahiyyəti etnoqrafiya elmində mübahisəli məsələlərdəndir. Qəbilə tanrıları qəbilənin və ailənin himayəçiləri ilə sayıldığına görə uşaqlara ad vermədə tanrı adları əksini tapmalı idi. Teofor adlar belə yaranırdı. Bu adların yaranma motivi, şübhəsiz ki, tanrıların tərifi, uşağın doğulmasına görə təşəkkür, uşağın sağlam olmması üçün yalvarış və s. ola bilərdi.
Teofor adlar

Teyşon sülaləsi
Teyşon sülaləsi (vyet. Nhà Tây Sơn, tı-nom 家西山), həmçinin bəzən Tayşon dövrü də adlanır — Vyetnam tarixinin 1778-1802-ci illər kəndli üsyanları və mərkəzsizləşdirmə dövrü; XVIII əsrin axırlarında Vyetnamda istismara qarşı şüurlu müqavimət hərəkatı formalaşmaqda idi. Ölkədə daha da təkmilləşmiş formada üsyana hazırlıq işləri gedirdi və nəhayət,1771-ci ildə güclü xalq üsyanı baş verdi. Bu üsyan teyşonlər üsyanı adı ilə məşhurdur (Tay-şen - "Qərb dağları" mərkəzi Vyetnamda, Kontum şəhərinin yaxınlığında yerləşən kəndin adıdır). 1771-ci ilin ortalarında başlanan bu üsyan uzun müddət idi ki, hazırlanırdı. Xalq elçiləri, xüsusilə xalqın dərd-sərini bilən ziyalılar "Xalqın səsi" adlanan klublarda izahat işləri aparırıdılar. Üsyan demək olar bütün ölkəni bürüdü və 30 il davam etdi. Öz xarakteri etibarilə bu üsyan antifeodal hərəkatı xarakteri daşıyırdı. Əsas hərəkətverici qüvvə isə kəndlilər idi. Şəhər sakinləri, sənətkarlar və bəzi müflisləşmiş tacirlər də üsyana qoşulmuşdular.