HERUSTİKA
[alm. Herustika; fr. Heruistique; lat. Ars; tr. Bulgulama; yun. Heuruskein; osm. tr. tekşif; ər. إخزشاء ] əslən yunan mənşəlidir heuruskein – tapmaq, ortaya çıxarmaq deməkdir. Fəlsəfədə herustika nəyisə, hansısa metodu tapıb ortaya çıxarmaq mənasında işlədilir. Ərəb dilli fəlsəfədə فشاض خٍ رىش فٍ [təkşif-i fəraziyyə] istilahı çox işlədilir. Bu elə bir fərziyyə idi ki, onun köməyilə olanların mahiyyətini açmağa, hadisələrin arxa üzünü aşkarlayıb ortaya çıxarmağa vasitəçi olurdu. Buradakı Təkşif sözü [رىش فٍ ] kəşəfə وَشَفٌَّ felinin II babda [kəşşəfə - وشّفٌَّ ] təf`il [رفعًٍ ] babında məsdəridir. Fəraziyə isə fərziyyətun – fərz, nəzəriyyə və s. sözünün cəmidir. Dilimizdə VIII babın məsdəri olan ixtira sözü daha çox işlənir.